Vayda üsulu:5-8 ədəd qoyun qığı əşiya şüşəsi üzərinə qoyulub, üzərinə 38-400c-yə qızdırılmış su əlavə olunur.25-30 dəqiqədən sonra kal və ya qığ pinsetlə götürülüb atılır və şüşənin üzərindəki maye mikroskopiya edilir.Bundan başqa otağın havası soyuq, kal kütləsi isə quru olduqda, temperaturu 370c olan termostatda kaldakı sürfələrin əksəriyyəti qısa müddətdə müayinə olunan suya keçirilir.
IV.Helminti(qurdu) və onun hissəsini(buğumunu görməklə xəsəliyin müəyyən edilməsi (makrohelminoskopiya)
Bu üsul kal kütləsində və mədə-bağırsaq möhtəbiyyatında helmintin və ya onun bir hissəsinin, buğumun tapılmasına əsaslanır.Kalda helmintin olmasını növbəli yuma üsulu ilə tətqiq edirlər.Bu məqsədlə kal su ilə qarışdırılır,bir müddət çökdürülür və üst maye qat atılır. Çöküntünün üstündəki su qatı durulana qədər bu iş təkrar edilir.Sonra çöküntü hissə-hissə petri fincanına tökülür və lupa ilə müayinə edilir.
Dostları ilə paylaş: |