Profilaktikası: Difillobaotrioz qeyd olunan diyarlarda itlərə, xəzdərilə və ətyeyən heyvanlara çiy balıq verilməməli, satışa zərəsizləşdirilmiş balıq buraxılmalıdır. Parazitin yumurtalarının su hövzələrinə düşməsinə qarşısı alınmalı, balığın daxili orqanları suya atılmamalıdır. Qida üçün istifadə olunan balıqlar mütləq difillobotrilərə görə baytar-sanitar müayinəsindən keçirilməlidir. İtlər və ferma şəraitində saxlanılan heyvanlar ildə 2 dəfə dehelmintizasiya olunmalıdır. Parazitlə yoluxmuş insanlar, xüsusiylə balıqçılar çay gəmilərində işləyənlər müalicə olunmalıdır.