Epizootologiyası:Əsasən Aran zonalarında geniş yayılmışdır. Azərbaycanda it, pişik, canavar və porsuqlarda parazitlik etməsi müəyyən edilmişdir.
Kliniki əlamətləri: İnyensiv yoluxmuş heyvanlarda bağırsaq pozğunluğu və s. patalogiyalar müşahidə edilir. Xəzlik üçün saxlanılan tülkülər xəstəliyi çox ağır keçirirlər.
Diaqnozu:Kaproloji müayinə yolu ilə bu sorucunun yumurtalarını, ölmüş heyvanların nazik bağırsağında isə qurdun özünü tapması əsasında diaqnoz qoyulur.
Müalicəsi: Arekolin itlərə 0,002 qr 1 kq diri çəkiyə, tülkülərə 0,01 qr hesabı ilə yemlə verilir. Albendazol da işlətmək olar.
Profilaktikası:Xəzdərili heyvanlar saxlanılan yerlərdə qurbağalar və çömçəquy-ruqlar məhv edilməli, heyvanlar yerdən müəyyən qədər yüksəklikdə olan qəfəslər-də saxlanmalıdır.