Epizootologiyası. Bütün diyarlarda(zonalarda) yayılıbdır. Dağ və dağətəyi rayonlarda, baytarlıq və tibbi-sanitariya tədbirləri aşağı səviyyədə olan , tualetlər olmayan təsərrüfatlarda və yaşayış məntəqələrində istər insanların,istərsə də qaramalın yoluxması yüksək olur. Qadınlar döyülmüş və ya çəkilmiş ətin duzuna baxdıqlarına, hamilə qadınlar isə çiy ət yediyinə görə daha çox yoluxurlar.Sistiserkoz (fennoz) qaramalın bütün yaşlarında qeyd olunur və 3-4 yaşlı mallar daha çox yoluxurlar.
Patoloji-anatomik dəyişikliklər: İntensiv yoluxma olduqda , dərialtı toxumada, çeynəmə, döş,boyun,qabırğaarası əzələdə qan sızması, infiltrasiya, qarın boşluğun-da azacıq qanlı maye,limfa vəzilərinin böyüməsi müşahidə edilir.
Diaqnozu:Kəsilmiş mallarda əsasən ürək,dil,çeynəmə,habelə boyun,kürək,sağrı,omba,qabırğaarası əzələlər sistiserklərə(finnalara)görə müayinə olunmalıdırlar.