Xilasedici kəndirlər hansı mddətdə və necə sınaqdan keçirilməlidir?
200 kq kütləyə malik yük ilə 15 dəq ərzində sınaqdan keçirilir. Yükdən azad olunan kəndirin uzunluğu ilk uzunluğunun 5 faizdən artıq olmamalıdır.
İpli və qarmaqlı kəmərlər, xilasedici kəndirlər hansı müddətdən bir sınaqdan keçirilməlidir?
Xilasedici kəndirlər, ipli və qarmaqlı kəmərlər 6 ayda 1 dəfədən az olmamaqla sınaqdan keçirilməlidir.
Əleyhqazlarla fasiləsiz iş müddəti nə qədər olmalıdır ?
Əleyhqazla fasiləsiz iş müddəti 30 dəqiqədən artıq olmamalıdır. İzoləedici əleyhqazla fasiləsiz iş müddəti onun pasportunda qeyd edilməlidir.
Qaz təsərrüfatında istifadə edilən şlanqlı əleyhqazlarda şlanqın maksimum uzunluğu nə qədər olmalı və necə sınaqdan keçirilməlidir ?
Şlanqlı əleyhqazda şlanqın maksimum uzunluğu 15 metrdən artıq olmamalıdır. Əleyhqazda hər istifadədən əvvəl hermetikliyə yoxlanılmalıdır. Bunun üçün əlehqazın qırçınlı borusunun ucu əl ilə sıxılır, əgər ucu sıxılmış qırçın borulu əleyhqazlarda nəfəs almaq mümkün deyilsə əleyhqaz saz hesab olunur.
IV BÖLMƏ NEFT, QAZ və NEFT-KİMYA SƏNAYESİNDƏ YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARI HAQQINDA I FƏSİL ÜMUMİ MÜDDƏALAR
“Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun əsas müddəaları hansılardır?
“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun əsas müddaları xalq təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, şəhərlərin, rayonların təhlükəsiz fəaliyyətinin təmin olunması məqsədilə yanğınların törənməsinin qarşısını almaq, onları sürətlə aşkar və ləğv etmək, insanların həyatını və sağlamlığını mühafizə etmək, maddi və mənəvi sərvətləri yanğından məhv olmaqdan qorumaqdır.