I mövzu: psixologiyanin bir elm kiMİ SƏCİYYƏSİ /2 saat



Yüklə 0,57 Mb.
səhifə2/39
tarix18.11.2022
ölçüsü0,57 Mb.
#69797
1   2   3   4   5   6   7   8   9   ...   39
C fakepathmuhazire PIXOLOGIYA AZ (1) (1)

Psixikanın ən yüksək səviyyəsini şüur təşkil edir. Şüur da psixika kimi beynin funksiyasıdır. Lakin şüur obyektiv aləmin insana məxsus inikasıdır, yəni, şüur, ancaq insana məxsusdur, heyvanlarda şüur yoxdur.
Şüur fərdi və ictimai xarakter daşıyır. Psixologiya fərdi şüurun xüsu-sıyyətlərini öyrənir (psixologiya elminin müəyyən sahələri, məsələn, sosial psixologiya ictimai şüurunun bəzi aspektləri ilə maraqlanır).
İctimai şüur dedikdə bütövlükdə müəyyən cəmiyyət üçün və ya müəyyən sosial qrup üçün səciyyəvi olan baxışlar, ideyalar nəzərdə tutulur. Cəmiyyətdə ictimai şüur müxtəlif formalarda: ictimai-siyasi və hüquqi nəzəriyyələr və baxışlar, fəlsəfə, əxlaq, incəsənət, din şəklində meydana çıxır. Şüur fərdin həyat yolunun təkraredilməz əlamətlərini, tərbiyəsinin xüsusiyyətlərini, ona olan müxtəlif siyasi və ideoloji təsirləri ifadə edir. Fərdi şüur makro və mikromühitin (sosial qrupun həyat şəraiti), həmçinin, ailənin, dostların, tanışların və nəhayət, şəxsi həyat şəraitinin təsirinin nəticəsi kimi meydana çıxır. Fərdi şüur insanın inkişaf səviyyəsi, şəxsi xarakteri və sair kimi amillərin də təsiri altında olur.
İctimai şüurla fərdi şüur daim bir-birinə qarşılıqlı təsir göstərir, qarşılıqlı surətdə bir-birini zenginləşdirir. Hər bir insan bütün həyatı boyu başqa insanlarla münasibətləri vasitəsiə, təlim, tərbiyə yolu ilə ictimai şüur normalarını mənimsəyir. Bu dialektik prosesdir.
Elmi psixologiya ilə yanaşı güzəran psixologiyası da mövcuddur. İnsanlarda öz həyat təcrübəsində, başqa adamlarla ünsiyyət şəraitində əmələ gələn psixoloji biliklər eimi psixologiyaya deyil, güzəran psixologiyasına aiddir.
Güzaran psixologiyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər nəsildən-nəsilə verilmiş müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, nağıllarda, dastanlarda və s. də özünün əksini tapmışdır.
Güzaran psixologiyası insanın psixi həyatına aid yalnız müəyyən faktları əhatə edir. İnsanın psixologiyası isə mürəkkəb və çoxcəhətlidir. Onun qanunauyğunluqlarını ancaq elmi psixoloji biliklər əsasında başa düşmək və izah etmək olar.
Müasir psixologiyada nəzəri biliklər xüsusi əhəmiyyət daşıyır. Empirik biliklərdən fərqli olaraq nəzəri psixologiya fraqmentar biliklərlə artıq kifayətlənə bilməzdi, müasir psixologiyada onları sistem şəklində öyrənmək zərurəti meydana çıxmışdır. Psixi hadisələrin qanunauyğunluqları, ancaq bu səviyyədə müəyyən edilə bilər.
Empirik və nəzəri psixoloji biliklər bir-biri ilə üzvi surətdə əlaqədardır.İnsan psixologiyası haqqında elmi, yəni obyektiv və düzgün bi-liklər olmadan cəmiyyət inkişaf edə bilməz. İctimai praktikanın müxtəlif sahələrində (istehsalat, məktəb, səhiyyə, hərbi, idman və s.) insan haqqında biliklərə olan elmi-praktik tələbat elmi psixologiyanın əmələ gəlməsi üçün şərait yaratmış və onun inkişafında həlledici rol oynamışdır.
Psxoİogiya elminin inkişaf tarixini şərti olaraq iki mərhələyə bölmək olar: l-ci mərhələ qədim zamanlardan başlayaraq XIX əsrin 70 - 80-ci illərinə qədər davam edir. 2-ci mərhələ isə (XIX əsrin 70 - 80-ci illərindən müasir dövrə qədər) psixologiyanın müstəqil elm kimi inkişaf mərhələsidir.
Psixoloji biliklər, hələ bizim eramızdan neçə min il əvvəl, qədim şərq ölkələrində meydana gəlmişdir. Onun inkişafı fəlsəfə və təbiətşünaslığın inkişafı ilə bağlı oimuşdur. Əvvəlcə psixologiya elmi materializm və idealizmin mübarizəsi meydanı olmuşdur. Ruh haqqında problem psixologiyada mərkəzi problem idi. İstər birinci mərhələdə, istərsə də ikinci mərhələdə psixologiya özünün başlıca nailiyyətlərinə görə materializmə borcludur.
XVII - XIX əsrlərdə fəlsəfənin və təbiətşünaslığın nailiyyətləri zəminində psixologiya elmi dünyanın müxtəlif ölkələrində xüsusilə Rusiyada, Almaniyada, Fransada, İngiltərədə və Amerikada özünəməxsus şəkildə inkişaf etməyə başladı. Bu, hər şeydən əvvəl, həmin ölkələrin iqtisadi-sosial inkişaf səviyyəsi ilə bağlıdır.
Azərbaycanda ilk psixoloji təsəvvürlərin təşəkkülü xalqın qədim adət-ənənə, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlı olmuşdur.
XI əsrdən başlayaraq Azərbaycanda psixoloji ideyalar fəlsəfı traktat və bədii ədəbiyyat nümunələrində daha geniş surətdə öz əksini tapır.
Azərbaycanda psixoloji ideyaların inkişafında Bəhmənyar, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Abbasquluağa Bakıxanov, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi görkəmli ictimai-elmi fıkir nümayəndələrinin, mütəfəkkir şair və yazıçılann böyük xidməti olmuşdur.
Psixologiya elmi öz tarixinin birinci mərhələsində fəlsəfənin bir sahəsi kimi inkişaf edirdi. Müxtəlif ictimai formasiyaları əhatə edən bu mərhələdə psixologiya elminin inkişafında təbiətşünaslıq elmləri də müəyyən rol oynamışdır. Lakin bununla belə birinci mərhələdə psixologiya elmi, hətta təbiətşünaslıqla bağlı ideyaları da fəlsəfi baxımdan mənalandırır və təhlil edirdi. Birinci marhələdə onun əsas üsulu özünümüşahidə və müşahidədən ibarət idi. Psixologiya elmi əslində təsviri xarakter daşıyırdı.
Rusiyada ilk eksperimental psixologiya laboratoriyası V. M. Bexterov tərəfındən 1886-cı ildə Kazan şəhərində təşkil olunmuşdur.
Azərbaycanda ilk psixologiya laboratoriyası 1926-cı ildə F. Ə. İbrahimbəyli tərəfındən yaradılmışdır.
Lakin bu yaxşı başlanğıc repressiya illorində heçə cndirildi.Yalnız Böyük Vətən müharibəsindən sonra, yəni XX əsrin 50-ci illərində orta məktəblərdə psixologiyanın tədrisinə başlanması ilə əlaqədar olaraq respublikanın əsas ali məktəblərində psixologiya şöbələri (ADU, APİ) təşkil olunur. Bu cəhət psixologiya üzrə elmi kadrların hazırlanmasma da mühiim təkan oldu. Əsrin 60-cı illərinə qədər onlarla mütəxəssis namizədlik dissertasiyası müdafıə edorək psixologiya üzre elmi dərəcə aldı. Bununla bərabər, əsrin 60 - 70-ci illərındə psixologiya üzrə ana dilində dərslik və dərs vəsaitləri yazılıb çap olundu. Bu sahədə xüsusən də M.C. Məhərrə-mov, F.Ə.İbrahimbəyov, Ş.S.Ağayev, Ə.S.Bayramov, Z.M.Mehdizadə, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, Ə.Ə.Qədirov və başqalarının xidmətləri böyük olmuşdur.
Həmin dövrlərdə psixologiya elminin ayrı-ayrı problemlərinə dair monoqrafıyaların nəşr edilməsi də diqqəti cəlb edir. Elə bunun nəticəsi olaraq 60 - 70-ci illərdə, eləcə də sonrakı dövrlərdə respublikada psixologiya üzrə elmlər doktorlarının sayı artmağa başladı (Ş.S.Ağayev, Ə.S.Bayramov, M.Ə.Həmzəyev, Ə.Ə.Əlizadə, Ə.M.Qədirov, M.S.Nəcəfov, Q.E. Əzimov, Ə.T.Baxşəliyev, S.İ.Seyidov, B.H.Əliyev və b.).
Psixologiya elmıinin əsas sahələri
XIX əsrin sonu - XX əsrin əvvəllərindən etibarən başqa elm sahələrində olduğu kimi, psixologiya elmində də diferensiasiya prosesi başlayır. İctimai praktikanın təlabatına müvafiq olaraq əvvəlcə yaş və pedaqoji psixologiya, tibbi psixologiya, daha sonra əmək psixologiyası, sosial psixologiya, bundan sonra mühəndislik psixologiyası və s. formalaşmış və inkişaf etmişdir. 70-80-ci illərdə isə psixologiya elminin bir çox yeni sahələri, məsələn, siyasi psixologiya, iqtisadi psixologiya, kommunal psixologiya, idarəetmə psixologiyası və s. təşəkkül etmişdir.
Beləliklə də, psixoloji elmlər sistemi ümumi psixologiyadan və psixologiya elminin müxtəlif sahələrindən ibarətdir.Ümumi psixologiya psixologiya elminin hər bir sahəsinin inkişafmın fundamental əsasını təşkil edir. Psixoloji fənlərin böyük əksəriyyəti konkret fəaliyyət sahələrini öyrənir. Müxtəlif fəaliyyət sahələrində insan amilini gücləndirmək üçün onlardan hər birinin böyük əhəmiyyəti vardır. Yaş jpsixologiyası,diferensial psixologiya,cinsi fərqlərin psixologiyası,anomal inkişafın psixologiyasi, psixodiaqnoztıka, əmək psixologiyası,tibbi psixologiya və s.
Psixologiyada tədqiqat metodlarının təsnifatı
Psixologiya elminin tədqiqat metodları müxtəlifdir. Onları dörd qrupa bölə bilərik:
Birinci qrup metodlara müqayisəli, longityudal (uzunmüddətli) və kompleks metodlar daxildir. Onlar təşkilati metodlar adlanır. Tədqiqat prosesi həmin metodların köməyi ilə təşkil olunıır: onların səmərəliliyi tədqiqatın son (nəzəri ve praktiki) nəticələri ilə müəyyən olunur.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin