I mövzu: Siyasi elmin predmeti



Yüklə 20,87 Kb.
səhifə1/8
tarix02.01.2022
ölçüsü20,87 Kb.
#35024
  1   2   3   4   5   6   7   8
Siyasi11



I Mövzu: Siyasi elmin predmeti

Siyasət haqqında elmin sosial elmlərin ayrıca bir qolu kimi təşəkkül tapması, ABŞ-da siyasi elmin tədrisinə başlanması. Cəmiyyət həyatının siyasi sferası politologiyanın obyekti rolunda. Politologiyanın predmeti.

Nəzəri və tətbiqi politologiya: Nəzəri politologiya siyasi hadisələrin idrakı nöqteyi-nəzərdən, müəyyən elmi biliklər formalaşdırmaq mənasında öyrənən elm kimi, tətbiqi politologiya gerçəkliyin dəyişdirilməsi ilə bağlı problemləri öyrənən istiqamət kimi.

Siyasət və onun mahiyyəti. Siyasətə dövlət haqqında təlim kimi qiymət verilməsi. Aristotelin “Politika” əsəri. Siyasətin çoxcəhətli, çoxistiqamətli və çoxməntiqli mürəkkəb hadisə olması. Siyasətin ictimai həyatın bütün sferalarına təsiri və onun nüfuz etmə qabiliyyəti.

Siyasətin başlıca funksiyaları: tənzimetmə və nəzarət, inteqrativ, idarəetmə və s. Siyasət və iqtisadiyyat. Siyasət və mədəniyyət. Siyasət və əxlaq. Siyasət və din. Siyasət və elm. Siyasi həyat, siyasi fəaliyyət və siyasi proses. Siyasi həyat: insanın və cəmiyyətin siyasi varlığının mənəvi, hissi, emosional və praktiki predmetli formasıdır. Siyasi fəaliyyət subyektin fəallığının xüsusi formasıdır. Siyasi prosesin politologiyanın başlıca və spesifik kateqoriyası kimi xüsusiyyəti. Siyasətin təzahür formaları. Siyasətin məzmunu ( təcavüzkar, sülhsevər, sosial, humanitar siyasət). Siyasətin növləri: iqtisadi, sosial, milli, mədəni, ekoloji, hərbi və s. siyasətin subyektləri: sinif, xalq, millət, təzyiq qrupları, siyasi partiyalar, mənafe qrupları, şəxsiyyət və s.


Yüklə 20,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin