I mühazirə: Pedaqoji etikanın mahiyyəti, məzmunu və vəzifələri Plan



Yüklə 287,14 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü287,14 Kb.
#46019
növüMühazirə
movzu 1(1)



I Mühazirə: Pedaqoji etikanın mahiyyəti, məzmunu və vəzifələri 

 

Plan:  

1. Pedaqoji etika anlayışı. 

2. Pedaqoji etikanın predmeti və vəzifələri 

3. Pedaqoji etikanın mahiyyəti və məzmunu.  

4. Pedaqoji etika elmi-nəzəri etikanın tərkib hissəsi kimi.  

 

Ədəbiyyat siyahısı  

1.  Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı 2009  

2.  Müəllimlərin  etik  davraniş  qaydaları.  “Azərbaycan  Respublikası  Təhsil 

Nazirliyinin 16 may 2014-cü il tarixli, 60 nömrəli əmri”.  

3.  Məmmədzadə R. Müəllimin peşə etikası. Bakı, Maarif 1992 

4.  Xəlilov  V.  Müəllimin  estetik  mədəniyyətinin  yüksəldilməsi  istiqamətləri. 

Bakı 1997.  

5.  V.Bəşirov “Pedaqoji prosesdə əxlaqi münasibətlərin qoyuluşu: Müəllimlərin 

etik davranış qaydaları”. Azərbaycan müəllimi qəzeti. 12 sentyabr, 2014-cü 

il. Səh.7 1.  

6.  Faiq Mirzəyev , Xanımqız Rüstəmova “Pedaqoji ustalığın əsasları” 

( Dərs vəsaiti) Bakı 2012 

7.  Museyib İlyasov “Müəllimin pedaqoji ustalığı” (Dərs vəsaiti) Bakı 

2013 


8.  Həmzə Əliyev 

9.  Laləzər   Cəfərova Bakı 2019 . 




 

 

1.Pedaqoji  peşənin-müəllimlik  peşəsinin  özünəməxsus  etikası,  müəyyən 



əxlaqi-etik  tələbləri  və  xüsusiyyətləri  vardır.  Böyüyən  nəslin  milli  zəmin, 

türkçülük, islam əxlaqı və ümumbəşəri dəyərlər əsasında tərbiyə edilməsi, onlarda 

milli  mənlik  şüurinin  formalaşdırılması  baxımından  da  gələcək  müəllimlər 

pedaqoji etikanın bütün incəliklərinə yiyələnməli, müəyyən əxlaqi-etik tələbləri və 

xüsusiyyətləri  bilməlidirlər.  “Peşə  etikası”  geniş  anlayışdır.  Buna  pedaqoji  etika, 

tibbi  etika,  məhkəmə  etikası,  mühəndis  etikası,  alim  etikası,  aktyor  etikası  və  s. 

daxildir.  Peşə  etikası  dedikdə,  əsasən,  əxlaqın  prinsip  və  normalarının  müxtəlif 

peşə  sahələrinin  xüsusiyyətlərinə  uyğun  olaraq  düzgün,  konkret  tətbiqi  nəzərdə 

tutulur. Müəllimlik peşəsinin özünə məxsus etikası, müəyyən əxlaqi-etik tələbləri 

və  xüsusiyyətləri  vardır.  Pedaqoji  lüğətdə  göstərilir  ki,  bütöv  pedaqoji  proses 

şəraitində əxlaqın (mənəviyyatın) fəaliyyət spesifikasını əks etdirən etikanın tərkib 

hissəsi,müəllimin  əxlaqi  fəaliyyətinin  aspektləri  barədə  elmdir.  Pedaqoji  etikanın 

predmeti  müəllimin  düşüncə,  davranış,  münasibət  və  fəaliyətində  əxlaqının  əks 

olunmasıdır.  Pedaqoji etika uşaqlarla iş şəraitinə uyğun olaraq  müəyyənləşdirilən 

pedaqoji cəhətdən dərk edilmiş, məktəbin vəzifəsi və tələblərini nəzərə alan əxlaq 

normalarıdır.  Pedaqoji  etika  müəllimlik  peşəsinin  ictimai  təbiətindən  irəli  gələn 

humanizm,  yüksək  mədəniyyət,  nəzakət,  qayğıkeşlik,  nikbinlik  və  xeyirxahlıq 

tələblərini  həmişə  gözləməli  və təmin  etməlidir. Pedaqoji  etika  müəllimin  dərsdə, 

tərbiyə  prosesində  və  ümumiyyətlə,  hər  yerdə,  həmişə  adamlarla  münasibətdə 

hadisələrə  yüksək  nikbinliklə  baxmasını,  ədalətli  və  nəzakətli  hərəkət  etməyi, 

insanlara  qayğı  və  hörmətlə  yanaşmasını  nəzərdə  tutur.  Müəllim  bütün  mənəvi 

münasibətlərdə  öz  nümunəvi  rəftarı  ilə  yüksək  mövqedə  duran  tərbiyəçidir. 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  16  may  2014-cü  il  tarixli  əmri  ilə 



təsdiq  edilmiş  "Müəllimlərin  etik  davranış  qaydaları"nda  deyilir:  "Müəllimlərin 

etik  davranış  qaydaları  təhsilin  bütün  səviyyələrində  peşə  fəaliyyəti  zamanı 

təhsilverənlərin  ümumi  davranışını  və  təhsil  prosesi  iştirakçıları  ilə  qarşılıqlı 

münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir".   

2.  Pedaqoji  əxlaqın  müəllim  davranışındakı  tənzimləyici  rolu  hələlik  az 

tədqiq  edilib.  Belə  ki,  bu  vaxta  qədər  bir  çox  işlərdə  pedaqoji  etika  və  pedaqoji 

əxlaq arasındakı oxşar və fərqli cəhətlər müəyyənləşdirildi. Tez-tez onları sinonim 

anlayışlar  kimi  işlədirlər.  Halbuki,  nəzərə  almaq  lazımdır  ki,  pedaqoji  əxlaq 

müxtəlif  elmlərin  (etika,  pedaqogika,  psixologiya)  tədqiqat  obyektidir.  Eyni 

zamanda pedaqoji etika pedaqoji əxlaqı öyrənən etikanın bir hissəsi kimi pedaqoji 

əxlaqa daxildir, çünki etik biliklər bu və ya digər dərəcədə pedaqoji əxlaqın qayda 

və prinsiplərinə təsir edir. Bunu da qeyd etmək lazımdır ki, hazırda pedaqoji etika 

ilə  bağlı  tədqiqatlarda  pedaqoji  etikanın  əhəmiyyətinə  və  vəzifələrinə  dair  vahid 

rəy yoxdur. Bizim fikrimizcə, bu problemləri dərk etmək üçün pedaqoji prosesdəki 

əxlaqi  münasibətlərin  quruluşuna  müraciət  etmək  lazımdır.  Bu  quruluşca 

mürəkkəbdir,  özü  də  təkcə  müəllimlə  şagirdi  yox,  həm  də  müəllimi  və  müəllim 

kollektivini, rəhbərliyi, müəllim və valideyni və əlbəttə, onun cəmiyyətdəki yerini 

əhatə edir. Həm də bu münasibətlər pedaqoji etikanın tədqiqat obyekti olan xüsusi 

əxlaq  normalarının  meydana  gəlməsinə  səbəb  olur.  Amma  pedaqoji  etika  təkcə 

əxlaq  qaydalarını  öyrənmir,  bu  və  ya  digər  qaydanın  seçilməsi  səbəbləri, 

məktəbdəki  mənəvi  münasibətlər  onu  maraqlandırmaya  bilməz.  Amma  bəzi 

tədqiqatlarda  pedaqoji  etikanın  predmetinin  kəskin  surətdə  kiçildən  fikirlər  irəli 

sürülür, çünki bunlar onun predmetini və obyektini qarışdırır. Hər halda pedaqoji 

etikanı  pedaqoji  əxlaqdan  fərqləndirmək  lazımdır.  Axı  pedaqoji  əxlaq  bir  neçə 

elmin tədqiqat obyekti ola bilər, onlardan biri də iki elmin-pedaqogika və etikanın 

qovuşuğunda yaranan pedaqoji etikadır. Onun özünün hələlik müstəqil olmadığını 




nəzərə alaraq, belə bir şərait yaranır ki, onunla filosof və etik məşğul olur, fəlsəfi 

istiqamətləri  inkişaf  edir,  pedaqoji  təcrübə  ilə  əlaqələri  qırılır  və  buna  görə  də 

pedaqoji  əxlaqa  təsir  itir, müəllimlər  onunla  məşğul olanda isə  o, ümumiləşdirmə 

səviyyəsinə  qalxa  bilməyib  faktların  bolluğunda  itib-batır.  Etika  əxlaq  haqqında 

elmdir, deməli, peşə etikası  etikanın  ayrı-ayrı  ixtisas sahiblərinin  əxlaqi  şüurunun 

xüsusiyyətlərini öyrənən hissəsidir. Bura əxlaqi şüurla yanaşı, əxlaqi təcrübəni də 

əlavə  etmək  lazımdır.  Pedaqoji  etikanın  tədqiqat  obyekti,  xüsusiyyətləri  pedaqoji 

peşənin ictimai münasibətlər sistemindəki rolu və yeri ilə müəyyənləşən müəllimin 

peşə  əxlaqıdır.    Müəllimin  şagirdlərlə  mənəvi  əlaqələri  özünəməxsusluğu  ilə 

zəngin,  vaxt  etibarilə  uzunmüddətlidir  və  bu  onun  yaradıcı  iş  bacarığında, 

dünyagörüşündə və kamil şəxsiyyətə aid bütün keyfiyyətlərində də öz əksini tapır. 

Onun öz-özünü dərk etmək yolu ilə dünyagörüşü qazandığını təsdiq etmək olar, bu 

prosesdə  isə  müəllimin  rolu  əvəzedilməzdir.  Buna  görə  də  əgər  müəllim-şagird 

münasibətləri  həqiqi,  canlı,  sağlam  əxlaqa  əsaslanmırsa,  bu,  tərbiyədə  mənfi 

nəticələrə  gətirib  çıxarır.  Müəllimin  şagirdlərlə  münasibətini  valideynlərin 

uşaqlarla  münasibətilə  müqayisə  etmək  olar.  Buradan  uşaqlara  məhəbbətin 

müəllim üçün ən vacib kateqoriya olmasının səbəbi aydın olur. Amma qeyd etmək 

istərdik  ki,  oxşarlıqda  heç  də  az  vacib  olmayan  fərqlər  var,  məsələn,  müəllimin 

sosial  məsuliyyəti  valideyninkindən,  şübhəsiz  ki,  yüksəkdir.  Çünki  valideyn  öz 

övladını  tamamilə  özü  kimi,  öz  nümunəsində,  bu  obrazın  cəmiyyətin  ehtiyac  və 

ideallarına  nə  dərəcədə  uyğun  olub-olmadığını  nəzərə  almadan  tərbiyə  edə  bilər. 

Müəllim üçün isə belə münasibət nəinki qüsurludur, həm də dözülməzdir, çünki, o, 

hər  şeydən  əvvəl,  cəmiyyətin  tələblərinin  bələdçisi  olmalıdır.  Cəmiyyət  nəsillər 

arasındakı  əlaqələri  təmin  etmədən  əxlaq  tərbiyəsinin  məzmun  və  formasına, 

həmçinin  insanların  daxili  aləminin  məzmununa  bu  prosesi  təmin  edən  müəyyən 

tələblər  irəli  sürmədən  inkişaf  edə  bilməz.  Burada  müəllim  əxlaqının 

tənzimləyicisi, müəllimin daxili aləminə təsir edən pedaqoji etikanın rolu qeyri-adi 



şəkildə  artır.  Pedaqoji  prosesdə  əxlaqi  münasibətlərin  quruluşu  mürəkkəb  və 

çoxplanlıdır, həmçinin onun bir sıra xüsusiyyətləri vardır. Bura, hər şeydən əvvəl, 

uşaqlar,  müəllim-cəmiyyət  münasibətləri,  sonra  isə  onlara  təsir  edən  bütün  qalan 

münasibətlər,  yəni  valideynlər-uşaqlar-müəllim,  müəllim-pedaqoji  kollektiv, 

müəllim-cəmiyyət  və  başqaları  daxildir.  Bunlar  çoxcəhətli  olub,  dünyagörüşü, 

siyasi,  peşə  və  s.  əhatə  edən  münasibətlərdir.  Hamısı  da  bu  və  ya  digər  şəkildə 

tərbiyə  işinə  aid  olub,  təkcə  şagirdə  yox,  əksər  hallarda,  müəllimə  də  təsir  edir. 

Pedaqoji  etikanı,  hər  şeydən  əvvəl,  onların  mənəvi  istiqamətdə  olanları 

maraqlandırır.  Çünki  fizika,  ədəbiyyat,  kimya  müəllimləri  dərs  deyərkən  fənni 

necə  şagirdlərə  mənimsətməsi  onun  ixtisas  dərəcəsindən,  yaradıcılığından, 

biliyindən  asılıdırsa,  uşaqları  necə  tərbiyə  etməsi  idealları,  hətta  şəxsi  həyatından 

asılıdır.  Təbiidir  ki,  belə  sənətdə  normativ  qaydalar  daha  ciddi,  əhatəli,  nəhayət, 

diferensiallaşdırılmış olur.  

 3. Müəllimlərin etik davranış qaydalarına mükəmməl yiyələnməsi problemi 

məktəb  və  pedaqoji  fikir  tarixində  həmişə  aktuallıq  kəsb  etmiş,  nəcib  və  şərəfli 

əməyi  ilə  insanlara  mənəvi  çıraq  tutan  bu  sənət  və  peşə  sahiblərinin  əməli 

fəaliyyətinə  rövnəq  vermişdir.  Həyatın  ritmi  və  zamanın  ahəngi  dəyişdikcə 

müəllim  əməyinin  peşə  mədəniyyəti,  etik  xüsusiyyətləri,  mənəvi  keyfiyyətləri  də 

yeni məzmun dəyərləri ilə intişar tapır, sosial-mədəni həyatın başlıca etalonu olan 

əxlaq,  davranış  münasibətlərini  də  yeni  mündəricədə  tənzimləyir.  Müəllim,  hər 

şeydən  əvvəl,  mənəvi  cəhətdən  yetkin  insan  olmalıdır.  Bu  fikirlə  razılaşmayan 

adam  tapılmaz.  Belə  ki,  pedaqoji  prosesdə  mənəvi  münasibətlərin  məzmunu 

cəmiyyətdə  hökm  sürən  əxlaq  qaydalarından,  həm  də  onların  müəllim 

şəxsiyyətində  öz  əksini  tapan  etik-mədəni  davranış  normalarından  çox  asılıdır. 

Müəllimin bilik səviyyəsi, erudisiyası nə qədər zəngin və mükəmməl texnologiya 

ilə  əhatələnsə  də  onun  fəaliyyət  manerasında  ən  munis  keyfiyyətlər  sistemi  olan 




müəllimin sənət, peşə etikası, konkret pedaqoji proses təcrübəsində və ondan kənar 

yerlərdə  təzahür  edən  etik  davranış  ustalığı  ilə  bağlı  cəhətlər  də  önəmlidir.  Bu 

yönümdən  müəllim  statusunu  təkmil  üsul  və  vasitələrlə  möhkəmləndirməyin 

imkan  və  yollarına  bələd  olmağın  ilkin  ideya  istiqamətləri  milli  və  ümumbəşəri 

dəyərlərdən  nəşət  tapan  pedaqoji  etika  ilə  bağlıdır.  Yəni  pedaqoji  etika-pedaqoji 

proses  zamanı  şagirdlərlə  (tələbələrlə)  ünsiyyətdə,  davranış  və  rəftarda  əxlaq 

normalarına,  pedaqoji  mərifət  və  takta  müəllimin  (tərbiyəçinin)  riayət  etməsi, 

oğlan və qızlara, ətrafdakı digər şəxslərə yanaşma mədəniyyəti başa düşülür. Odur 

ki, "Müəllimlərin etik davranış qaydaları" bütün zaman kəsiyində pedaqoji proses 

təcrübəsi  üçün  stimulverici  vəsilə  olmuş,  müəllimin  vicdan,  ədalət  barometrinə 

çevrilmişdir. Bəs bu gün bu qəbildən olan yeni qaydaları zəruri edən cəhətlər hansı 

qanunauyğunluqlardan, tələbatlardan irəli gəlmişdir. Aydın məsələdir ki, müəllim 

şəxsiyyətinə  verilən  müasir  tələblərdən.  Bu  gün  müəllim  həyatda,  cəmiyyətdə, 

ictimai  və  dövlət  statuslu  məsələlərdə  avanqard  mövqe  nümayiş  etdirən  simadır, 

pedaqoji  prosesdə  isə  müəllim  -  sistemləşdirilmiş  bilikləri,  bacarıq  və  vərdişləri, 

habelə mənəvi keyfiyyətləri adamlara məqsədyönlü, planlı və mütəşəkkil aşılamaq 

yolu  ilə  cəmiyyətin  sonrakı  inkişafına  güclü  təkan  verən  pedaqoji  təhsilli 

mütəxəssisdir.  Özünə,  şagird  və  tələbələrinə  hörmət  edən,  pedaqoji  etika 

çərçivəsində  onlarla  davranan,  əxlaqi-mənəvi  normalara  daim  sadiq  qalan  ustad 

müəllim  bu  gün  ətrafda  baş  verən  sosial-iqtisadi,  mənəvi-siyasi  hadisələrə  də 

biganə  qala  bilməz.  O,  müntəzəm  olaraq  peşə  və  sənət  ülviyyətindəki  gözəlliyi 

dərk edib, bu adın şərəf və ləyaqətini yüksək, humanist qayələr, mədəni vərdişlərə 

qovuşmaq səyi ilə birləşdirməyə də qadir olmalıdır. O, ardıcıl olaraq müəllimlərin 

etik  davranışını  səciyyələndirən  radio  və  televiziya  verilişlərinə  imkan  daxilində 

qulaq  asmalı,  bu  səpgidə  qəzet  və  jurnal  materialları  ilə  tanış  olmalı,  kitablar 

oxumalı,  yeri  gəldikcə  şagirdlərini  (tələbələrini)  də  tanış  etməli,  onların  yanında 

üzüağ  olmalıdır.  Bunsuz  müəllimin  etik  davranış  qaydaları  səmərəsiz  olar, 



pedaqoji  fəaliyyət  zamanı  onun  ustad  müəllim  keyfiyyətinə  xələl  gələr.  Odur  ki, 

müəllim  peşə  fəaliyyətində  daha  mükəmməl  və  əzəli  olan  etik  davranış 

prinsiplərini  daim  uca  tutmaqla,  bu  yolda  müasir  və  orijinal  təsirə  malik  tələblər 

sisteminə  ciddi  məhəl  qoymalı,  etik  dəyərlər  paradiqmasının  aliliyini, 

vicdanlılığını,  peşəkarlıq  və  fərdi  məsuliyyətini,  loyallıq  səviyyəsini,  mədəni 

davranış  etiketlərini,  qərəzsizlik  missiyasını,  gender  bərabərliyini,  ictimai  etimad 

münasibətliliyini, konfidensiallıq şüurluluğunu göstərməlidir.  

4. Pedaqoji münasibətlər çərçivəsində müəllimlərin etik davranış qaydalarını 

təkmilləşdirməyə imkan verən bu ümumi müddəalardan çıxan məntiqi nəticə odur 

ki,  müəllimin  etik  davranış  prinsipləri  bunların  ana  xəttini  təşkil  edir.  Pedaqoji 

proses mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməsi həmin prinsiplərdən çox 

asılıdır.  Bütün  bunları  müasir  tələblər  səviyyəsində  yetərincə  reallaşdırmaq  üçün 

müəllimlərin  qarşısında  bir  sıra  didaktik  tələblər  qoyulur.  Həmin  tələblər 

aşağıdakılardır: - Müəllimlərin etik davranış qaydaları ümumxalq və ümumdövlət 

səviyyəsindən  dəyərləndirilməli,  onun  sosial-mədəni  amillərə  təsir  imkanı 

nümunəvi  hərəkətlərə  çıraq  tutmalıdır.  -  Müəllim  həssas  və  qayğıkeş  olmalıdır. 

Müsbət iradi-mənəvi keyfiyyətlərə, pedaqoji etikaya düzgün  əməl olunması insan 

hisslərinə  ədalətli  və  obyektiv  təsir  edilməsi  nəticəsində  formalaşdırılmalıdır.  - 

Müəllim  nəzakətli  olmalıdır.  Nəzakətlilik  etik  davranış  mədəniyyətinin  ən  zəruri 

keyfiyyətidir.  Nəzakət  qaydaları  ilə  davranış  etiketlərini  tənzimləməyi  bacarmaq 

hər bir müəllimin el-oba, çalışdığı kollektiv, ictimai münasibətlər məkanında da öz 

şərəf  və  ləyaqətlilik  səviyyəsini  yüksəldir,  peşə  etikasını  həyatının  vacib 

məqsədlərinə  çevirir.  -  Müəllim  prinsipial  və  obyektiv  olmalıdır.  Yəni,  onun  etik 

səciyyə  daşıyan  münasibətlər  səviyyəsi  ağıllı  tələb  əsasında  qurulmalıdır.  Öz 

həmkarları  arasında  mehriban  və  səmimi  münasibətlərin  yaranmasında  peşəkarlıq 

nümunəsi  göstərən  müəllim  söz  və  əməl  birliyində  də  cəsarətlilik  mücəssəməsi 




göstərməli, bütün fəaliyyət və hərəkətlərinə ictimai davranış normaları baxımından 

hüquqi  qiymət  verməyi  də  bacarmalıdır.  Müəllimlərin  etik  davranış  qaydalarının 

məna  tutumu  mürəkkəb  və  çoxplanlıdır,  həmçinin  onun  bir  sıra  xüsusiyyətləri 

vardır. Bura, hər şeydən əvvəl, uşaqlar, müəllim-cəmiyyət münasibətləri, sonra isə 

onlara  təsir  edən  bütün  qalan  münasibətləri,  yəni  valideynlər  -  uşaqlar  -  müəllim, 

müəllim  -  pedaqoji  kollektiv,  müəllim  -  cəmiyyət  və  başqaları  daxildir.  Bunlar 

çoxcəhətli olub təhsilalanlarda baxış sistemini, siyasi mövqe mədəniyyətini, peşə- 

sənət  professioqramını,  zəka  və  mədəni-intellektual  səviyyəliliyini  əhatə  edən 

münasibətlərdir.  Hamısı  da  sosial  mühit  və  pedaqoji  proses  təcrübəsində  təzahür 

edən  təlimləndirici,  təhsilləndirici  və  inkişafetdirici  missiyanı  ehtiva  edən  etik 

qaydalara  aid olub, təkcə şagirdə  (tələbəyə)  yox,  əksər hallarda  müəllimə  də  təsir 

edir.  Biliklənmə,  savad  almaq,  elmi  inkişaf  yolu  tutmaq  müəllim  üçün  nə  qədər 

vacib  stimulverici  qüvvədirsə,  onun  mənəvi  dünyası,  etik  davranışı,  əxlaqi 

fəzilətləri,  peşə,  sənət  etikası  da  bir  o  qədər  önəmli  amildir.  Böyük  fizik  Albert 

Eynşteyn  insan  övladının  tarixi  təkamül  yolunda  ictimai  əxlaq  qaydalarının  nə 

qədər ümidverici bir zəmin olduğunu xatırlayaraq yazırdı:   "Bəşəriyyətin gələcəyi 

elmi tərəqqinin sabahından bir o qədər asılı deyil, insani  əxlaqın və mənəviyyatın 

sabahkı  mənzərəsindən  asılıdır".  Müəllimin  peşə  fəaliyyətində  qanunvericiliklə 

müəyyən  olunmuş  vəzifələrin  dərk  edilməsi  və  bu  sahədə  hüquqlarının  təmin 

olunması  ilə  əlaqədar  qanunauyğun  hallara  ciddi  əməl  etməsi  də  mühüm  etik 

davranış  qaydasıdır.  Xüsusən,  müəllim  şəxsiyyəti  problematikasının  vacib 

məziyyətlərini  bilmək  bu  gün  çox  maraqlı  və  aktual  bir  məsələdir.  Yəni 

müəllimlərin  etik  davranış  qaydalarını  möhkəmləndirməyin  aparıcı  istiqamətinə 

çevrilən ustad müəllimin bu baxımdan şəxsiyyətini səciyyələndirən amillərə biz bu 

gün məhz milli pedaqogika təbirincə baxmalı, bu prosesi zənginləşdirməyə imkan 

verən bəzi keyfiyyətləri milli və ümumbəşəri qaynaqlar əsasında mənimsəməliyik. 

Bu  keyfiyyətlərə  aiddir:  -  Ustad  müəllimin  təbliğ  etdiyi  fikirlərə  uyğun  hərəkət 



etməsi.  Davranış  qaydalarında  etik  səciyyə  daşıyan  jest  və  ədalara  dəqiq  riayət 

etməsi, şablon və ehkamçı yanaşmalara öz hərəkətlərində düzgün qiymət verməyi 

bacarması  və  özündə  bu  kamil  fəzil  keyfiyyətləri  birləşdirməsi.  -  Davranış,  etik 

münasibətlərlə bağlı söhbət və müsamirələrdə, görüşlərdə, danışana diqqətlə qulaq 

asmaq  şakərini  özünütəkmilləşdirmə  yolu  ilə  həyatının  aparıcı  leytmotivinə 

çevirməsi. - Müəllimlərin etik davranış qaydaları sırasında onun şəxsiyyətyönümlü 

kompleks  tədbirlər  zamanı  diqqətcil  və  xeyirxahlıq  mövqeyində  dayanması 

pedaqoji  prosesin  düzgün  tənzimlənməsinə  mənəvi  qida  verməsi  və  bu  yolda 

xeyirxahlıq hissinin ağıllı tələblərlə vəhdətinin təmin olunması qayğısına qalması. - 

Ustad  müəllimin  təmənnasız  köməkliyinin  onun  şəxsiyyətini  səciyyələndirməsi, 

ona  əməli  işində  parlaq  nümunə  olması  və  pedaqoji  fəaliyyətinin  ayrılmaz  tərkib 

hissəsinə  çevrilməsi.  Müəllim  davranış  mədəniyyətində  daima  haqq  və  ədalətlilik 

nümunəsi göstərməli, gördüyü xeyirxah işdən maddi təmənna ummamalı, şagirdin 

(tələbənin)  həyatına  mənəvi  çıraq  tutmaqda,  ona  güzəştsiz  mövqe  qazanmağı 

öyrətməklə  yanaşı,  yeri  gələndə  təmənnasız  kömək  səyini  də  ondan 

əsirgəməməlidir.  Müəllimlərin  etik  davranış  qaydalarını  ehtiva  edən,  onun 

şəxsiyyəti ilə bağlı maddələr içərisində peşə, ixtisas, vəzifə məsuliyyəti də qabarıq 

şəkildə öz əksini tapmışdır. Yeni "Qaydalar"da göstərilir ki, "Müəllim bilərəkdən 

yalan,  təhrif  olunmuş,  yaxud  öz  şəxsi  marağı  naminə  həmkarının  əməyini 

pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə 

tutulmuş  qaydada  məsuliyyət  daşıyır.  Müəllim  təhsil  müəssisəsinin  əmlakından 

səliqəli və səmərəli istifadə edir, onu qoruyur. Müəllim təhsil müəssisəsinə məxsus 

əmlakdan  (sinif  otağı,  tədris  resursları,  telefon,  kompüter,  mebel  və  s.)  şəxsi 

maraqları  üçün  istifadə  etmir.  Müəllim  icra  və  əmək  intizamına  riayət  edir,  iş 

vaxtında  kənar  işlərlə  məşğul  olmur,  üzrsüz  səbəbdən  işdən  yayınmır.  Müəllim 

şəxsi  həyatında  milli  əxlaq,  ictimai  davranış  normalarına  riayət  edir".  Pedaqoji 

prosesdə  müəllim-şagird  (tələbə)  münasibətlərinin  inkişaf  etdirilməsi  işinin 



ağırlığı,  məsuliyyəti  müəllimin  üzərinə  düşür.  Müəllim,  hər  şeydən  əvvəl,  öz 

davranışına,  mədəni  rəftar  normalarına,  sərt,  lakin  düşünülmüş  addımlarına, 

etikmənəvi  yanaşmalarına  ciddi  fikir  verməli,  "yüz  ölçüb,  bir  biçməli",  öz   

hərəkətlərinə  düzgün  münasibət  bəsləməlidir.  Əlbəttə,  "Qaydalar"la  tənzimlənən 

bu  didaktik  tələblərdə  münasibətlər  kredosu  konkretləşir.  Onun  müasir  prinsipləri 

təhsilalanlarla,  kollektivlə,  rəhbərliklə  valideyn  və  qanuni  nümayəndəliklərlə, 

müəllim  və  cəmiyyətlə  təmasda,  vətəndaş  cəmiyyəti  və  vətəndaşlıq  tərbiyəsinə 

münasibətlər  yönümündən  daha  çox  təqdir  olunur.  Göstərilir  ki,  "Müəllim 

vətəndaşlıq  borcunu  dərk  etməli  və  yerinə  yetirməli,  cəmiyyət  üzvləri  ilə 

münasibətlər  qurarkən  öz  şəxsiyyətini  qorumalı  və  mənfi  təsir  altına 

düşməməlidir".  Müəllimə  məhəbbət  və  həqiqi  hörmət  ruhu  hər  bir  cəmiyyətə, 

ailəyə,  ictimai  qurumlara,  sosial-mədəni  təsisatlara  hakim  kəsilməlidir.  Həm 

valideynlər,  həm  böyüyən  nəsil  nümayəndələri  öz  mənəvi  və  ictimai  tərəqqi 

məfkurələrinin zənginləşməsində, bu sahədə onlara ağıl, davranış tərbiyəsi yolu ilə 

qapılar  açan  hər  bir  müəllimə  bütün  ömürləri  boyu  minnətdarlıq  edirlər. 

Azərbaycan  bu  gün  dünyada  yeganə  ölkədir  ki,  peşəsindən  asılı  olmayaraq  xalq 

arasında sayılıb seçilən şəxsə müraciət edəndə "Müəllim" sözü dilə gətirilir. Hətta 

əsl mütəxəssislərə, pedaqoqlardan bəzilərinə "professor", "akademik" elmi adı ilə 

müraciət edəndə belə, onların əksəriyyəti müəllim adının nüfuz və ləyaqətini daha 

çox  etibarlı  bilib,  onlara  məhz  bu  tərzdə  müraciət  olunmasını  xahiş  edirlər. 

Respublikamızın  rayon  və  şəhərlərində  fəaliyyət  göstərən  və  müxtəlif  cəhətdən 

nümunəvi iş təcrübəsi olan qabaqcıl müəllimlərimiz çoxdur. Müəllim andına sadiq 

qalaraq bu şərəfli peşəni öz həyatının mənası bilən xalq müəllimləri təkcə pedaqoji 

prosesdə  deyil,  elə  xalqın  arasında  da  başbilən,  el  ağsaqqalı,  nəcib  insan  kimi 

tanınırlar.  Belələri  müəllim  adına  yalnız  ləkə  gətirən,  şagirdlərin  və  tələbələrin 

tərbiyəsinə  düzəldilməsi  çətin  olan,  zərbə  vuran,  cəmiyyətin  inkişafını  ləngidən 

şəxslər  hesab  olunur.  Öz  dövrünün  ideoloji  konsepsiyalarına  sinə  gərən,  böyük 



yazıçı,  milli  poeziyamızın  bayraqdarı  ölməz  şairimiz  Səməd  Vurğunla  əbədi 

dostluq  meracı  quran  yazıçı  A.Fadeyev  vaxtilə  yazırdı:  "Müəllim!  Nə  gözəl 

sözdür!..  Hər  bir  uşağın  oxuduğu  bizim  ölkəmizdə  müəllim  birinci  adamdır. 

Uşaqlarımızın  gələcəyi,  xalqımızın  gələcəyi  müəllimin  əlində,  onun  qızıl 

qəlbindədir.  Onu  küçədə  görən  kimi,  beş-on  metr  qalmış  biz  ona  hörmət  əlaməti 

olaraq  papağımızı  çıxarmalıyıq...".  Eləcə  də  şərh  etdiyimiz  problem  baxımından 

"Müəllimin  andı"  ifadəsi  ilə  təsbit  olunmuş  yeni  davranış  "Qaydalar"ında  çox 

düzgün olaraq bəyan edilir ki, "And Azərbaycan Respublikası ilə müəllim arasında 

açıq  hüquqi  borc  və  sədaqət  münasibətlərini  təsdiq  edir...  Andiçmə  təntənəli 

şəraitdə  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  altında  Azərbaycan 

Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir". Odur ki, istər ailə, 

məktəb  münasibətlərində,  istərsə  də  cəmiyyət-müəllim  təmaslarında  müəllim 

andının misilsiz təsir gücündən faydalanmaq ümumxalq və ümumdövlət səciyyəli 

bir  işdir.  Müəllim  birmənalı  olaraq  sosial-ətraf  mühitdə  və  pedaqoji  proses 

təcrübəsində  öz  üzərinə  düşən  etik  davranış  qaydalarına  riayət  olunmasının 

təminatçısı  olmalı,  öz  peşəkar  fəaliyyətində  həmkarlarının  davranışının  bu  

"Qaydalar"a uyğunluğuna nəzarət etməli və onun geniş təhlilini aparmalıdır. Bunu 

isə  bizdən  həyatın  özü  tələb  edir.  3.  Pedaqogika  mənəvi  tərbiyə  məsələlərini  həll 

etmədən  keçinə  bilməz,  bu  isə  pedaqoqları  əxlaq  və  etika  problemləri  ilə  ciddi, 

peşəkarlar  səviyyəsində  məşğul  olmağa  məcbur  edir.  Əslində  etik  bilikləri  və 

müvafiq surətdə müəyyən müsbət mənəvi keyfiyyətləri olmayan pedaqoq təsəvvür 

etmək  mümkün  deyil.  Amma  əxlaq  pedaqoqu  peşə  baxımından  tədqiqat  obyekti 

kimi  bütövlükdə  yox,  məhz  məktəb  istiqamətində,  yəni  məktəbdəki  mənəvi 

münasibətlər şəklində maraqlandırır. Qeyd etmək lazımdır ki, pedaqoji etika elmi-

nəzəri  etikanın  bir  hissəsi  kimi  çoxdan  mövcuddur.  Onun  elementlərinə  bir 

pedaqoji əxlaqın bir çox problemlərini anlamağa çalışan qədim yunan filosoflarının 

(Sokratın, Platonun, Aristotelin adlarını çəkmək kifayətdir) əsərlərində rast gəlirik. 



Amma  pedaqoqları  etika  üzrə  mütəxəssislərin  pedaqoji  etika  ilə  bağlı  fikirlərinin 

heç də hamısı təmin edə bilməz.  heç  olmasa, ona  görə ki,  onların  tədqiqatlarının 

əsas vəzifələri heç də həmişə pedaqoji təcrübənin ehtiyaclarına müvafiq olmur. Bu 

zaman pedaqoji etika problemlərinin əsasən məhz pedaqoqları narahat etməsi kimi 

situasiya  meydana  gəlir.  Buna  görə  də,  son  vaxtlar  həmin  problemlərlə 

pedaqoqların  özləri məşğul  olurlar.  Amma  pedaqoji  etikanın  elmi-nəzəri  etikanın 

tərkib  hissəsi  olması  faktını  nəzərdən  qaçırmaq  olmaz.  Etika  ilə  məşğul  olanların 

tədqiqatları  ilə  əslində  pedaqoqların  bu  sahədəki  tədqiqatlarının  özünəməxsus 

metodoloji  əsasını  təşkil  edir.  Qeyd  edək  ki,  bu  cür  nümunə  təsadüfi  deyil  və 

pedaqogika  tarixində  buna  bənzər  hadisələr  olmuşdur.  Müəllim  sənətinin  social-

mənəvi  cəhətlərinin  vacibliyi  müəllim  vəzifəsinin  yüksəkliyi  və  onun  cəmiyyət 

qarşısındakı məsuliyyəti haqqında pedaqoji ideyalar və fəlsəfədən-etika elmi yeni 

pilləyə  qaldırılmış  oldu.  Onların  əsasını,  ən  əvvəl,  xalqımızın  həyat  tərzində  baş 

vermiş keyfiyyət və dəyişikliklər təşkil edirdi. Müəllimlərin mənəvi hazırlığına, ilk 

növbədə,  onların ideya-siyasi  simasına böyük  əhəmiyyət  verir  və belə  hesab  edir 

ki, yeni cəmiyyət quruculuğunun nəhəng vəzifələri insani tərbiyədən ayrılmazıdır. 

Əslində  müəllimin  cəmiyyətdə  rolu,  tərbiyə  məsələlərinin  social  vəzifələrlə 

qarşılıqlı  əlaqəsi  haqqında  yeni  müddəalar  ölkəmizdə  müəllim  kadrlarının  təlim-

tərbiyəsi  ilə  bağlı  işin  metodoloji  əsasına  çevrildi.  Əlbəttə,  bu  heç  də  o  demək 

deyildi ki, müəllimlərin ideya-siyasi və mənəvi tərbiyəsi işində mövcud olan bütün 

yaradıcı irsin əhəmiyyəti inkar edildi. Pedaqoji elm məhz bu yaradıcı irsin əsasında 

məktəbdə mənəvi tərbiyə probleminin həllində, müəllim kadrların mənəvi və peşə 

hazırlığı  sahəsində  böyük  müsbət  təcrübə  toplaya  bilmişdir.  Öz  tədqiqatlarında 

şəxsiyyətin,  yeniyetmənin  daxili  aləminə  dərindən  nüfuz  etmiş,  şəxsiyyətin, 

yeniyetmənin  formalaşmasında  təhtəlşüurun  rolunu  araşdırmış  Z.Freydin  gəldiyi 

elmi nəticələrin nəzərə alınmasında bu işə ciddi ziyan vurdu. Belə bir cəhəti xüsusi 

təəssüf  hissi  ilə  qeyd  etməliyik  ki,  bu  zaman  xairici  alimlərin  şəxsiyyətin  daxili 



aləminin  formalaşması  ilə  əlaqədar  tədqiqatlar  nəzərə  alınmalıdır.    Məktəblərdə 

apardığımız  təcrübələr  onu  deməyə  əsas  verir  ki,  müəllim-şagird  münasibətində 

müəllimin  öz  şagirdlərinin  fərdi  keyfiyyətlərini,  onların  şəxsiyyətini  nəzərə 

almaması  hallarına  təəssüf  ki  rast  gəlinir.  Əlbəttə,  cəmiyyətin  qarşısında  duran 

vəzifələrin  mürəkkəbləşməsi,  social-iqtisadi  çətinliklər  müəllim  fəaliyyətində 

müəyyən çətinliklər yaradır. Bu xüsusiyyətlərə əhəmiyyət verilməməsi, müəllimin 

tərbiyəni  yalnız  sənətinin  nüfuzina  arxalanaraq  aparmaq  istəməsi  uğursuzluğa 

məhkumdur.  Bu  uğursuzluq  isə  yüzlərlə  korlanmış  taledir,  onun  nəticəsi  mənəvi 

cəhətdən  əzilmiş  şəxsiyyətdir.  Qüvvətli  ideoloji  mübarizə  şəraitində  isə 

cəmiyyətimiz  üçün  siyasi  itkilərə  gətirib  çıxara  bilər.  bütün  bunlar  təbii  olaraq, 

müəllimin  cəmiyyət  qarşısında  cavabdehliyini  artırır.  Elə  buna  görə  də,  pedaqoji 

etika  müəllimin  qarşısına  qoyulmuş  yüksək  tələblərə  cavab  verəcək  səviyyədə 

olması işinə öz köməyini əsirgəməməlidir. Hələlik isə, qeyd etmək lazımdır ki, heç 

də  bütün  müəllimlər  peşə  əxlaq  normalarının  tələblərini  yerinə  yetirməyə  hazır 

deyillər. Çətinlik də burasındadır ki, bu işin  icrasının nə dərəcədə şüurlu, könüllü 

olmasını  yoxlamaq  son  dərəcə  mürəkkəb  məsələdir.  Əgər  müəllim  şagirdlərinə 

təkrarsız  fərd  kimi  baxırsa,  onun  şəxsiyyətinə  hörmətlə  yanaşarsa,  onda  sinfin 

şagirdlərinin çoxluğu öz mifik qüvvəsini itirər; yoxsa, bəzi başabəla müəllimlərin 

fikrincə,  bütün  bəlalar  şagirdlərin  sayının  çoxluğundan  törəyir,  halbuki,  hər  şeyin 

günahı  həmin  müəllimlərin  peşələri  üçün  yararsızlığındandır.  Müəllim  yalnız  o 

şəxs  ola  bilər  ki,  əgər  belə  demək  mümkünsə,  başqaları  ilə  özünü  eyniləşdirmək 

bacarığının ən kamil üsullarından istifadə edə bilir. Beləliklə, biz bəzi cavablardakı 

qeyri-obyektivliyi  nəzərə  almaqla  sorğuların  nəticələrini  əsas  götürürük.  Halbuki, 

bu,  özü  də  müəyyən  dərəcədə  narahatlıq  doğurmalıdır.  Çünki,  bu  fakt  müəllimi 

əks, bəzən isə düşmən qüvvə hesab etdiyini bildirir. Yaşamağa hüququ olmayan bu 

faktı müəllimlə şagirdin əməkdaşlığı əvəz etməlidir, özü də indiki şagirdlər başqa 

cürdür  kimi  sözlərlə  heç  bir  iş  görmək  olmaz.  Məhz  gündəlik  fəaliyyətdə 



əməkdaşlıq yaratmaq lazımdır. Buna görə də müəllim yaradıcı işə hazır olmalıdır. 

Özü də burada yalnız bir yol var: öz işinə və uşaqlara hörmət, məhəbbət yolu. 



 

 

 



Yüklə 287,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin