Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 52-ci maddənin üçüncü hissəsindən "rabitə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla ) və kommunal xidmətini" sözləri çıxarılmışdır.
cxiii[113] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 54-cü maddənin ikinci hissəsində “yerli hakimiyyət” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir.
cxiv[114] 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) ilə 55-ci maddənin ikinci hissəsində “para-olimpiya” sözləri “paralimpiya, deflimpiya və xüsusi olimpiya” sözləri ilə əvəz edilmişdir.
cxv[115] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 14-cü, 14-1-ci, 19-cu, 21-ci, 32-ci, 33-cü, 35-ci, 37-ci, 38-ci, 44-cü, 46-cı, 47-ci, 50-ci - 55-ci maddələrin adında və mətnində, 14-2-ci, 31-ci və 39-cu maddələrin mətnində, III, V, VI və VII fəsillərin adında ismin müvafiq hallarında “əlillərin” sözündən sonra ismin müvafiq hallarında “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.
cxvi [116] 18 avqust 1995-ci il tarixli 1085 nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 285) ilə 55-ci maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Əlillər təşkilatları beynəlxalq iqtisadi-ticarət əlaqələrində gömrük və başqa dövlət rüsumlarından azad edilir və əldə edilmiş gəlir (valyuta) tamamilə cəmiyyətlərin öz hesablarında qalır.
26 mart 1996-cı il tarixli 47-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 2, maddə 81) ilə 55-ci maddənin dördüncü hissəsi təzədən yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Ali Sovetinin təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş mallar üzrə gömrük idxal rüsumları və əlavə dəyər vergisi istisna olmaqla, əlillərin ictimai təşkilatları və onların yanında təşkil edilmiş müəssisələr, kooperativlər, idarələr, təşkilatlar və başqa istehsalat obyektləri beynəlxalq iqtisadi-ticarət əlaqələrində gömrük və başqa dövlət rüsumlarından, əlavə dəyər vergisindən azad edilir və əldə olunmuş gəlir (valyuta) tamamilə onların sərəncamında qalır.
10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 16) ilə 55-ci maddəsinin dördüncü hissəsindən “və əlavə dəyər vergisi”, “vergilərdən və” sözləri çıxarılmışdır.
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 55-ci maddəsinin dördüncü hissəsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
İxrac və idxal əməliyyatları üzrə gömrük rüsumları istisna olmaqla, əlillərin ictimai təşkilatları və onların yanında təşkil edilmiş müəssisələr, kooperativlər, idarələr, təşkilatlar və başqa hüquqi şəxslər xarici ölkələrlə iqtisadi-ticarət əlaqələrində digər rüsumlarından azaddırlar.
Dostları ilə paylaş: |