İç-içə dövrlər. İkiölçülü massivi emal edərkən hər iki indeksin qiymətinivahid dövr sayğacı əsasında hesablamaqla bir dövrlə də keçinmək olar. Ancaq buhalda proqramı başa düşmək çətinləşir.
Bir alqoritmi ikiölçülü massivin elementlərinə tətbiq etmək üçün adətən ikidövrdən istifadə edilir. Hər dövrün sayğacı uyğun indeks üzrə bütün mümkünqiymətləri alır. Bu zaman bütün massivi əhatə etmək üçün dövrlərdən biridigərinin içərisində yerləşməlidir. Belə dövrlərə iç-içə dövrlər deyilir. Məsələn,şahmat taxtasının bütün elementlərinə sıfır qiyməti mənimsətmək üçün dövrüaşağıdakı kimi qurmaq olar:
for i := 1 to 8 do
for j := 1 to 8 do
t[i,j] := 0;
Daxili dövr yerinə yetirilərkən xarici dövr sayğacının qiyməti sabit qalır.Sonra o, bir vahid dəyişir və daxili dövr tamamilə yenidən təkrarlanır. Proq-ramlaşdırmada iç-içə dövrlərdən istifadə təkcə massivlərlə işləmək üçün deyil,başqa işlərdə də çox əlverişli olur.
Tutaq ki, n sətri və m sütunu olan ikiölçülü a massivi verilib. Həmin mas-sivdə, heç olmasa, bir mənfi elementin olub-olmamasını müəyyənləşdirən pro-qram fraqmentini son şərtli dövrdən istifadə etməklə (həmin dövrün iş prinsipiniyada salın!) aşağıdakı kimi yazmaq olar:
i := 0; repeat
j := 0; i := i + 1 repeat
j := j + 1; until (j = m) or (a[i,j] < 0); until (i = n) or (a[i,j] < 0); if a[i,j] < 0 then
Dostları ilə paylaş: |