İbrahim səFƏrov 100 GÖRKƏMLİ alim və SƏMİMİ İnsan



Yüklə 35.85 Kb.
Pdf просмотр
tarix01.06.2017
ölçüsü35.85 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №3, səh. 215-217 (2013)

 

215 



İBRAHİM SƏFƏROV - 100  

 

GÖRKƏMLİ ALİM VƏ SƏMİMİ İNSAN 

 

 

Bu yaxınlarda Azərbaycan Milli Elmlər 



Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı 

elmləri doktoru, professor, respublikanın  Əməkdar 

meşəçi alimi, əmək və müharibə veteranı,  Şöhrət 

ordenli  İ.S.Səfərovun 100 illiyi qeyd olundu. 

Həmişə 

tələbələrinin, həmkarlarının, onu 



tanıyanların qəlbində yaşayan  İbrahim müəllimin 

yadda qalan dəyərli fikirləri, xatirələri var ki, 

onlardan bir neçəsini qələmə almağı özümə borc 

bildim.  

Görkəmli dendroloq-alim İbrahim Səfər oğlu 

Səfərov 1913-cü il avqust ayının 28-də 

Azərbaycanın səfalı guşələrindən biri olan Şamaxı 

rayonunun Quşçu kəndində anadan olmuşdur. 

1965-ci ildə akademik V.R.Volobuyevin 

təşəbbüsü və yaxından köməkliyi ilə Botanika 

İnstitutunda Biogeosenologiya laboratoriyası 

yaradıldı  və  İ.S.Səfərov onun rəhbəri təyin edildi. 

1969-cu ildə  mən aspiranturaya daxil olarkən, 

İ.S.Səfərov və V.C.Hacıyev məni məqsədli 

aspirantura kursunu keçmək üçün Moskvaya, 

V.N.Sukaçov adına Biogeosenologiya İnstitutuna 

göndərdilər. Laboratoriya müdiri, örkəmli alim 

professor N.V.Dılis elmi rəhbərim təyin edildi. 

Azərbaycanda biogeosenologiya üzrə 

mütəxəssislərə böyük ehtiyac var idi. Mən gənc bir 

kadr kimi hazırlanaraq 1972-ci ildə yenidən 

vətənimizə qayıtdım. Bu zaman artıq 

Biogeosenologiya laboratoriyası Meşəşünaslıq 

şöbəsi adı altında fəaliyyət göstərirdi.  

1973-cü ildə ilk dəfə olaraq, institutun mövzu 

planına  əsasən tozağacı  (Betula L.) meşələrində 

kompleks  şəkildə biogeosenoloji metodlarla elmi-

tədqiqat işi aparmağa başladım. Təcrübə sahəsi 

Quba rayonunun Dərk kəndi  ərazisində Babadağ 

tozağacı meşəsində idi. Həmin meşə sahəsinin yolu 

çox çətin və  nəqliyyatın gedə bilmədiyi yerdə 

olduğuna görə ora yalnız atla getmək mümkün 

olurdu. Belə  çətinliyin olmasına baxmayaraq, 

İbrahim müəllim mənim apardığım elmi-tədqiqat 

işini yoxlamaq üçün Dərk kəndinə  gəldi. Təcrübə 

sahələrinə mütləq atla getmək lazım idik. 60 yaşlı 

alim çox cəsarətlə, heç bir çətinlikdən 

qorxmayaraq, at belində  dəniz səviyyəsindən 1600 

m hündürlükdə olan Babadağının tozağacı meşəsinə 

yollandı. Bütün təcrübə sahələrini gəzib 

yoxladıqdan sonra işimdən razı qaldığını bildirdi. 

Əlbəttə, bu yenicə elmi-tədqiat işinə başlayan gənc 

alim üçün böyük ümidverici nailiyyət idi. İbrahim 

müəllimlə 26 il bir yerdə işləməyimlə çox böyük  

 

fəxr hissi keçirirəm. Mən onun yanında həyat 



məktəbi keçmişəm. Bu müddət  ərzində ondan çox 

şeylər öyrənməklə yanaşı, yadımda qalan bir çox 

dəyərli anlar da olub. Bunlardan bir neçəsini 

açıqlamaq istəyirəm.  

Şöbə böyük kollektivdən - 22 əməkdaşdan 

ibarət olub, beynəlmiləl xarakter daşıyırdı. Hətta 

“qonşu” respublikadan da şöbədə 2 nəfər işçi də 

çalışırdı. Ibrahim müəllimin rəhbərlik etdiyi 

şöbənin kollektivi çox səmimi və  işgüzar 

insanlardan ibarət idi. O zaman kollektivdə 

S.Ə.Sadıxova, K.S.Əsədov, Q.Cəlilov, 

O.H.Mirzəyev, 

Ş.Q.Hüseynov, E.S.Səfərova, 

E.P.Səfərova, G.İ.Rzayeva və başqa  əməkdaşlar 

fəaliyyət göstərirdilər. Ekspedisiya və 

ezamiyyətlərə gedərək elmi-tədqiqat işlərimizi 

rahat və yaxşı  nəticələrlə yerinə yetirirdik. Bunun 

da  əsas səbəbi  İbrahim müəllimin tələbələri və 

yetirmələri demək olar ki, respublikamızın  əksər 

bölgələrində Meşələrin Bərpası  və Mühafizəsi 

Müəssisələrin rəhbərləri və  əməkdaşları idilər. 

Onlar bizə çox böyük qayğı göstərirdilər.  

İbrahim müəllimin ən yaxşı xüsusiyyətlərindən 

biri də o idi ki, kollektivdə  həmişə  səmimi və 

mehribançılığın bərqərar olmasına çalışırdı. Odur 

ki,  şöbədə  həmişə abu-hava təmiz və sağlam 

olurdu. Onun təşkilatçılığı ilə bütün bayram 

tədbirlərini keçirirdik. İbrahim müəllimin xanımlara 

böyük hörməti var idi və onlara xüsusi qayğı 

göstərirdi. 8 Mart Beynəlxalq Qadınlar bayramını 



İBRAHIM SƏFƏROV - 100 

216 


xüsusi ilə, hədiyyələrlə keçirilməsini xoşlayırdı. O 

da xatirəmdədir ki, Moskvada spirtli içkilərin 

istifadəsinə, xüsusən ictimai yerlərdə qadağa 

qoyulduğu bir vaxtda şöbədə Qadınlar bayramını 

qeyd edəndə  İbrahim müəllim 1 ədəd  Şampan 

şərabının alınmasını təklif etdi.  

İbrahim müəllimə bir nüfuzlu şəxsiyyət kimi 

yanaşırdıq. Bu hörməti o, özü qazanmışdı. 

Institutumuzun bütün kollektivi ona yüksək 

səviyyədə hörmət edirdilər, ona böyük ehtiramla 

yanaşırdılar. Hətta institutun bütün tədbirlərində, o 

cümlədən elmi şurada onun həmişə oturduğu stulda 

hörmət əlaməti olaraq heç kim oturmazdı. Botanika 

İnstitutuna həmişə görkəmli alimlər rəhbərlik 

ediblər. Onlar hər zaman İbrahim müəllimin 

şəxsiyyətinə böyük hörmət əlaməti olaraq ya daxili 

telefonla xırda məsələlərə görə müraciət edər, 

yaxud ciddi problemli məsələ olanda onun 

kabinetinə  gələrdilər. Mən  İbrahim müəllimlə 

işlədiyim dövrdə bunların hamısının  şahidi 

olmuşam.  

İbrahim müəllim əməkdaşlara çox diqqətli idi. 

İbrahim müəllim səhhətinə görə öz istəyi ilə 1987-

cu ildə  şöbə  rəhbərliyindən azad olunarkən, onun 

təklifi ilə məni onun yerinə təyin etdilər, o isə elmi 

məsləhətçi oldu. Bu zaman öz oturduğu kabineti 

İbrahim müəllim mənə  təklif edəndə  mən 

razılaşmadım və ona ömrünün axırına kimi öz 

kabinetində oturmağı  və bizə elmi məsləhətlər 

verməyini xahiş etdim. Onunla bundan sonra 10 il 

bir yerdə işlədik.  

İbrahim müəllim hər bir işçisinə qayğı ilə 

yanaşaraq köməklik göstərərdi. Botanika 

İnstitutunun  əməkdaşı Rafiq Kamil oğlu Məlikov 

uzun müddət evsiz idi. Bakı Sovetinin deputatı olan 

İbrahim müəllimin xahişi və köməkliyi ilə ona ev 

verirdi. Mənim üçün də İbrahim müəllim qayğısını 

əsirgəməyib. Məlum olduğu kimi, keçmiş SSPİ 

məkanında tədris saatları  mərkəzdən-Moskvadan 

verilirdi. Bizdən başqa  əksər respublikaların 

universitetlərində 

gənc elm sahəsi olan 

Biogeosenologiya fənni tədris olunurdu. Mənim 

Moskvada olan elmi rəhbərim professor N.V.Dılis 

birinci dəfə olaraq 1977-ci ildə Bakıya gəlmişdi. O, 

professor  İ.S.Səfərovla  şöbədə görüşərkən bir çox 

məsələlərlə yanaşı, həm də Biogeosenologiya 

fənninin tədrisi ilə maraqlandı. Bu fənn tədris 

olunmadığı üçün, N.V.Dılis və  İ.S.Səfərov Bakı 

Dövlət Universitetinin rektoru F.Bağırzadə ilə 

görüşdülər. Rektor F.Bağırzadə Biogeosenologiya 

fənninə saat ayırmağı  vəd etdi və  mənim bir gənc 

alim kimi həmin fənni tədris etməyə razılığını 

verdi. Ancaq təssüf ki, bu vədə əməl olunmadı.  

İbrahim müəllim səmimiliyi, qayğıkeşliyi ilə 

yanaşı, elmi işlərin aparılmasında çox ciddi və 

məsuliyyətli alim idi. Meşələrimizin mühafizəsi və 

onların sahələrinin artırılması üçün həmişə  dəyərli 

tövsiyələrini verirdi. Təsadüfi deyil ki, Xaçmaz 

rayonundan 2-ci, 3-cü xətlə  Şollar suyunun Bakı 

şəhərinə 

çəkilməsi zamanı meşələrə 

toxunulmamasını tövsiyə edirdi. Meşə sahələrinin 

artırlıması  və  zənginləşdirilməsi üçün uzun 

müddətli  ətraflı  tədqiqat işlərini aparan İbrahim 

müəllim meşə salarkən bir çox ağac cinslərindən 

istifadə edilməsini təklif etmişdir. Lənkəran 

meşələrinin əsas tərkibini təşkil edən, yaxşı inkişafı 

olan  şabalıdyarpaq palıdın (Quercus castanufolia

Yalama ərazisində əkilməsi layihəsini 1953-cü ildə 

məhz professor İbrahim Səfərov vermişdir. Hal-

hazırda  şabalıdyarpaq palıd Yalama meşələrinin 

əsasını  təşkil edir. Dəmirağacının (Parrotia 

persica), o cümlədən Eldar şamının (Pinus 

eldarica) və s. ağac cinslərinin meşə  əkinlərində, 

yaşıllıq və parkların salınmasında istifadə 

edilməsini təklif etmişdir.  

Onu da qeyd etmək vacibdir ki, İbrahim 

müəllim istirahətə gedərkən elmi-tədqiqat və 

müşahidə  işlərinə  də diqqət edirdi. O, olduğu 

yerlərin  ətrafındakı meşələri, parkları, salınmış 

yaşıllıqları mütləq gəzər və  nəticədə öz təkliflərini 

verərdi. Təsadüfi deyil ki, Nalçik və Yessentuki 

sanatoriyasında istirahər edərkən oranın rəhbər 

işçiləri ilə görüşərək, eldar şamından meşə 

əkinlərində, yaşıllıqların və parkların salınmasında 

istifadə edilməsini tövsiyyə edən məhz  İbrahim 

müəllim olmuşdur. Bir neçə ildən sonra həmin 

şəhərlərə gedərkən eldar şamının yaxşı inkişaf 

etməsini müşahidə etmişdir. Ümumiyyətlə, İbrahim 

müəllim hər hansı ölkələrdə olarkən oranın təbiəti, 

bitki aləmi və xüsusən də meşələri ilə maraqlanmış, 

lazımı məsləhət və tövsiyələrini vermişdir.  

Ümumdünya  əhəmiyyətli məşhur Kislovodski 

şəhərinin  ətrafında olan Kurort meşələri və 

qozmeyvəlilər plantasiyası bilavasitə 1951-ci ildən 

başlayaraq professor İ.Səfərovun təşəbbüsü ilə 

salınmışdır və bununla bağlı 2 nəfər elmlər 

namizədi hazırlanmışdır.  

Professor  İbrahim Səfərovun gərgin  əməyinin 

və elmi axtarışlarının nəticələri 200-dən çox elmi 

məqalə, o cümlədən 11 monoqrafiyada öz əksini 

tapmışdır . Onun təklifi  əsasında Bolqarıstan, 

Ruminiya,  Əlcazair və başqa ölkələrdə Eldar şamı 

meşəsi salınaraq sınaqdan çıxarılmış 

və 


Bolqarıstanın cənubunda Sandanski rayonunda 

eldar şamının meşə massivi yaradılmışdır.  

Azərbaycan Elmlər Akademiyasının müxbir 

üzvü olan İ.Səfərov yüksək ixtisaslı elmi kadrların 

hazırlanmasına xüsusi diqqət vermiş, onun 

rəhbərliyi altında 2 elmlər doktoru və 40-a yaxın 

elmlər namizədi hazırlanmışdır.  

Professor  İ.Səfərov 20 ildən çox Bakı  Şəhəri 

Sovetinin yaşıllaşdırma və ekologiya 

komissiyasının sədri vəzifəsində çalışmış və həmin 

illərdə Bakı Sovetinin deputatı olmuşdur. Elmin 


Oqtay Mirzəyev 

217 


inkişafında göstərdiyi yüksək xidmətlərinə görə 

Azərbaycan prezidenti Heydər  Əliyev onu ölkənin 

ən yüksək mükafatlarından olan Şöhrət ordeni ilə 

təltif etmişdir.  

İbrahim müəllimin ürəyində  həyata keçiriləsi 

çoxlu qlobal planları var idi. Lakin nə etmək olar... 

Ölüm imkan vermədi. Görkəmli alim İbrahim 

Səfərov 1998-ci il noyabr ayının 21-də dünyasını 

dəyişdi. Lakin İbrahim müəllimin xatirəsi onu 

tanıyanların və  tələbələrinin qəlbində  həmişə 



yaşayacaqdır. Allah rəhmət eləsin.  

 

 

Oqtay Mirzəyev  

AMEA Botanika İnstitutunun 

Geobotanika şöbəsinin  

aparıcı elmi işçisi, b.ü.f.d. 

 

: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə