İbrahimova elza imaməddin qizi



Yüklə 0.5 Mb.
PDF просмотр
səhifə1/3
tarix20.06.2017
ölçüsü0.5 Mb.
  1   2   3

 

İBRAHIMOVA ELZA İMAMƏDDIN QIZI 

 

 azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti(2008). 

Azərbaycanın və Dağıstanın xalq artisti. [1][2] 

Həyatı 


Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan 

olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə 

A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq 

sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət 

Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) 

bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından 

musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən 

dəyərləndirilir və o musiqi məktəbinə yazılır. 

 

Yaradıcılığı 



Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. 

Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" 

mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda 

tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan 

Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi 

"Qurban verərdim" əsəri sovet dövründə bədii şura 

tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun 

burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. 



Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə 

lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. 

Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər 

bəstəkarın sevilən mahnıları siyahısına qoşulur. 

 

Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar 



diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli 

konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, 

həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti 

ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir. 

 

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla 



bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. 

Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" 

əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən 

mahnılardan biri olmuşdur. Azərbaycan şairlərinin yüzlərlə 

şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi 

yazmışdır. 

 

1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət 



xadimi adına layiq görülmüşdür. 

 

2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına 



layiq görülmüşdür. 

 

Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında 

vəfat etmişdir. 

 

Əsərləri 



"Afət" operası (əsərin müəllifi: Hüseyn Cavid) 

"Yanan laylalar" operası (libretto – Ramiz Heydər, 1992); 

Z.Ziyadoğlunun söz. solist və simfonik orkestr üçün "Neftçilər 

himni" (2001). 

"Dünya sevənlərindi" kinofilminə musiqi (1998). 

R.Heydər, B.Vahabzadə, O.Qoçulu, V.Əziz, V.Səmədoğlu, 

R.Əfəndiyeva və b. şairlərin söz. mahnı və romanslar (1990 – 

2001). 


Maykl Ceksonun xatirəsinə "Rekviyem", 2009 

Filmoqrafiya 

Nəğməkar torpaq (film, 1981) 

Bağışla (film, 1983) 

Qayıdış (film, 1992) 

Yalçın (film, 2004) 

Sən yadıma düşəndə... (film, 2013) 

QAYNAQ

 


azərbaycanın xalq artisti, bəstəkar elza 

ibrahimova 79 il əvvəl anadan olub. 

BAKI, 10 yan — Sputnik. Görkəmli bəstəkar Elza İbrahimova 

1938-ci il yanvarın 10-da Hacıqabul şəhərində anadan olub.  

Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına 

orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə 

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının 

(indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib. 

Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti 

valideynləri tərəfindən dəyərləndirilib və o musiqi məktəbinə 

yazılıb. 

Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyib. 

Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" 

mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda 

tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan 

Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi 

"Qurban verərdim" əsəri sovet dövründə bədii şura 

tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun 

burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. 

Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə 

lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. 

Ənvər Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər 

bəstəkarın sevilən mahnıları siyahısına qoşulub. 

 


Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar 

diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli 

konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, 

həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti 

ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir. 

 

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla 



bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. 

Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" 

əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən 

mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə 

şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi 

yazıb. 


 

 

 



 

 

 



 

 

 



 

 

 

TANIMADIĞINIZ MƏŞHUR - 

ELZA İBRAHIMOVA 

Qızılgül Abdinova 



 

Yəqin bu da dünyanın yazılmamış qanunlarındandır. 

Toplumlar, xalqlar zaman-zaman hansısa bir dəbin arxasınca 

getməkdən bezib, yorulub, özlərinə, öz köklərinə qayıtmaq 

ehtiyacı hiss edirlər. Zənnimcə, bizim cəmiyyətdə də hazırda 

bu proses gedir. Fikir verirsinizsə, müasir mahnılar daha o 

qədər də könül açmır. İnsanlar muğama, xalq mahnılarına və 

ötən dövrlərin bəstələrinə qulaq asmağa üstünlük verirlər. 

Yorğun ruhumuzu bitkin, bütöv, bənzərsiz və təkrarsız 

mahnıların ixtiyarına vermək istəyirik. Görünür elə buna görə 

də Elza İbrahimovanın mahnıları efirlərin “bəzəyinə” çevrilib.  

...Bir neçə ilin söhbətidir. Hansısa radioyayımların biri gecənin 

bir aləmi Akif İslamzadənin ifasında “Bu gecə” mahnısını 

səsləndirmişdi. Xəyalımda sakit axan çay, yarpaqların pıçıltısı, 

təmiz, ulduzlu səma, bədirlənmiş ay canlanmışdı. Bir şeirə 


bəstələnmiş mahnı başqa bir şeirdə aydın verilən təsviri necə 

olduğu kimi yarada bilərmiş insanın xəyalında? Bu təsvir 

talesiz Mirzə Şəfi Vazehin məşhur şeirindəkinin eyni 

deyildimi?  

Bülbülün bağrı yanıq, nəğməsi nalan bu gecə,  

Bürüyüb bağçaları, bağları hicran bu gecə. 

Çöl yatıb, çay uyuyub bir əbədi nəğmə ilə 

Ay doğub, ayna sular nur ilə rəqsan bu gecə. 

Akif oxuyurdu: 

Könlümdə aylı-ulduzlu asiman var bu gecə... 

Mən sənətşünas deyiləm, ona görə də qulaq asdığım ifalara, 

mahnılara yalnız könlümün hökmünə əsasən qiymət verirəm: 

bu mahnı şedevrdir - şedevr ifa, şedevr bəstə. Artıq ikinci 

yazımdır ki, həmin ifadan bəhs eləməli oluram və buna görə 

diqqətli oxucular məni qınamasınlar. Bəxtiyar Vahabzadənin 

Elza İbrahimovanın mahnıları haqqında hələ 1984-cü ildə 

yazdıqları mənim kimi qarşılarına bu gün çıxsaydı, onlar da 

təəccüblərini bölüşərdilər.  

Bəxtiyar Vahabzadə yazır: 

“Elza İbrahimova mahnı janrında lövhə ustasıdır. O, gözlə 

görünən dünyanın deyil, görünə bilməyən, içəridən bizi 

dalğalandıran hisslərin, həyəcanların, bir sözlə iç dünyamızın 

rəssamıdır”.  


..Elza İbrahimova 1938-ci il, yanvarın 10-da anadan olub. Kiçik 

yaşlarından musiqiyə həvəsini və görünür, istedadını hiss 

edən valideynləri onu 8 saylı musiqi məktəbinə qoyurlar. 

Sonra Asəf Zeynallı adına musiqi məktəbini, daha sonra 

Azərbaycan Dövlət Konservatoriyasını bitirən Elza İbrahimova 

Cövdət Hacıyevdən, Qara Qarayevdən dərs alır. Onun diplom 

işi –“Fortepiano və orkestr üçün konsert” təkcə müəllimi Qara 

Qarayev deyil, maestro Niyazi tərəfindən də yüksək 

qiymətləndirilmişdi: “Maraqlı, ancaq fortepiano fakturalı 

pianoçu üçün mürəkkəb əsərdir”. 

Bundan sonra yaradıcı fəaliyyətə başlayan bəstəkar Qarabağ 

mövzusunda “Yanan laylalar”, Hüseyn Cavidin “Afət” poeması 

əsasında operalarının, neft sənayesinin 130 illiyinə həsr 

olunmuş “Neftçilər himni”nin, Şeyx Şamilin 200 illiyinə həsr 

olunmuş operanın, Bəxtiyar Vahabzadənin, Vahid Əzizin, 

Vaqif Səmədoğlunun, Rüzgar Əfəndiyevanın, Ramiz Heydərin 

şeirlərinə yazılmış yüzlərlə mahının müəllifidir.  

Elza İbrahimova ilk mahnısını 1968-ci ildə yazıb. Bir il sonra 

milli radioda səslənmişdi. Məmməd Rahimin sözlərinə 

bəstələnmiş “Yalan ha deyil” mahnısı uğur qazandıqdan sonra 

ikinci mahnı - “Bakının işıqları” meydana çıxır. Elza 

İbrahimovanın bəstəsi ola, Şövkət Ələkbərovanın da ifası - 

necə olar? Mahnı, əlbəttə, böyük uğur qazanır. Elza 

İbrahimova mahnı bəstəkarı kimi tanınıb. Yəni onun 

fəaliyyətində mahnı yaradıcılığı əsas yeri tutur. O, bir müddət 

“Dan ulduzu” vokal-instrumental ansamblında işləyib. 

Mahnılarını kimlər oxumayıb? Rəşid Behbudov, Oqtay Ağayev, 


Flora Kərimova, Akif İslamzadə, Elmira Rəhimova, Gülağa 

Məmmədov, İslam Rzayev, İlhamə... 

...Biz, iki əsrin qovşağında yaşamış bütöv bir nəsil Emin 

Sabitoğlunun, Ələkbər Tağıyevin, Elza İbrahimovanın 

mahnılarıyla “böyümüşük” - bunu kim dana bilər? O dövrkü 

gəncliyin sevimli teletamaşası olan “Unuda bilmirəm”dəki 

(rejissoru Tariyel Vəliyev, ssenari müəllifi Aslan Qəhrəmanov) 

“Gəl-gəl, gülüm” mahnısı kimin yadından çıxar? 

Nəğmə dolu bir dünyama  

göz açmışdı o gözlər. 

Bir ömürlük məhəbbətdən  

söz açmışdı o gözlər... 

Əvəzedilməz Flora Kərimovanın hıçqırıqları dinləyicilərin 

hıçqırıqlarına qarışırdı.  

Niyə birdən yoxa çıxdı  

O bəxtəvər gülüşlər, 

Niyə məni belə yıxdı, 

Niyə məni belə yıxdı 

O bəxtəvər gülüşlər?! 

Bu isə bir az əvvəlin mahnısı idi: 

Qəlbimdən uzaqlara açılı bir pəncərə, 

Ayrılıqdan o yana dünya olurmu görən? 



Gözlərimin önündə eşqimiz pərən-pərən... 

İlk ifaçısı kimi İlhaməni tanıyırdıq. Amma mahnı Flora 

Kərimova üçün yazılıbmış. Sadəcə olaraq, həmin ərəfədə Flora 

xanım xaricə gedir və Elza İbrahimova onunçün yazdığı iki 

mahnını “Bilməzdim”i və “Sən yadıma düşəndə”ni başqa 

sənətkarlara verməli olur. Elmira Rəhimova “Sən yadıma 

düşəndə” mahnısını elə gözəl ifa edir ki, Flora xanım o 

mahnıya bir də qayıtmır.  

Gül açar, dünya gülər 

Aləmə nur tökülər 

Sən yadıma düşəndə. 

Sadə, olduqca sadə və anlaşıqlı Azərbaycan dilində yazılmış 

şeir Elza İbrahimovanın musiqi xalısında neçə rəngə düşüb, 

neçə cür bərq vurub, tapa bilərsinizmi? 

Mən təzədən gələrəm 

Sevmək üçün həyata...  

Əli Kərimin “Qayıt” şeirinə yazılmış mahnı da elə bil həyatdan 

cavan köçmüş şairin özünü səsləyirdi: 

Həsrətin araya atdı dağ, dərə 

Sönən işıq oldun, batan səs oldun... 

Və ya Akif İslamzadənin səsində bir, Gülağa Ağayevin səsində 

başqa rəng alan ötən günlər. 

O çağlar necə də mənə haydılar,  


Könlümə, gözümə şəfəq yaydılar. 

Bəxtiyar Vahabzadənin “Elza İbrahimova mahnı janrında lövhə 

ustasıdır” fikri bəstəkarın daha bir mahnısında “Gecələr bulaq 

başı”nda da təsdiqi tapır.  

Bulaq nəğmə dilində 

gündüz gördüklərini 

gecəyəmi danışır? 

Fikir verirsinizsə, Elza İbrahimova bəstələmək üçün seçdiyi  

şerlərin misraları aydın, dəqiq və qafiyələri də yerində olur. O, 

qafiyəbaz şairlərin dəbdəbəli, lakin konkret məna ifadə 

etməyən şeirlərinə üz tutmur, həm mənası, həm də qafiyəsi 

yerində olan şeirlərə nəğmə bəstələyir. Görünür, bu da onun 

mahnılarının bitkin, dolğun təsir bağışlamasında rol oynayır. 

 

Elza İbrahimova əl atdığı şeirin hansı mövzuda olmasından 



asılı olaraq, ən orijinal və ən könül oxşayan çalarda işləyir 

həmin bəstəni. Məsələn, yəqin mənimlə razılaşarsınız ki, 

bəzən bəstəkarlar vətən haqqında mahnıları yalnız bu 

mövzuya da müraciət etdiyini nümayiş etdirmək xatirinə 

yazır. Ona görə də mahnı nə qulaqları oxşayır, nə də sonradan 

yadda qalıb, zümzümə olunmur. Elza İbrahimovanın “Ey 

Vətən” mahnısı isə vətənə təmiz, səmimi, ülvi sevgi 

çağırtısıdır. Təsadüfi deyil ki, bu mahnı dahi Rəşid 

Behbudovun ifasında dünyanı gəzib, odlar yurduna sevgi 

himni kimi konsertlərin yekununda səslənib. 



Nəğmə dolu bir ürəyəm, 

Torpağına baş əyərəm 

Ey Vətən...  

Bir anamdan,  

bir də səndən  

bu dünyada 

doya bilmirəm 

Ey Vətən!.. 

... 2008-ci ildə Elza İbrahimovanın 70 yaşı tamam olanda Xalq 

artisti adını hələ onda aldı. “Yanan laylaların” 

səhnələşdirilməsi haqqında Mədəniyyət Nazirliyinin 1993-cü il 

qərarını isə, bəstəkarın qardaşı Çingiz İbrahimovun dediyimi 

kimi, “arxivdə toz basıb”.  

Çingiz müəllim bizimlə söhbətində bacısının mənzillə bağlı 

arzusunun gerçəkləşdiyini bildirmişdi. Lakin “15 il 

gözləyəndən sonra ev alan bacısının 20 illik həsrətinin 

göyərmədiyini” demişdi.  

“Ramiz Heydərin yubileyində Elza İbrahimova özü səhnədə bu 

operanın dörd səhnəsini ifa elədi” deyərək, bəstəkarın heç 

olmasa bununla öz istəyini reallaşmasını təmin etmək 

istədiyinə işarə vurmuşdu. Üstəlik, qeyd eləmişdi ki, nazirliyin 

sözügedən qərarının həyata keçirilməsinə mane olanlar var.  



“Mətbuatı izləsəniz, Elza xanımın haqqındakı yazıları oxusanız, 

onların kim olduğunu bilərsiniz”.  

O zaman Elza İbrahimovanın özüylə əlaqə saxlasaq da, sevimli 

bəstəkarımızla geniş söhbət etməyə müvəffəq ola bilmədik. 

Xəstə olduğunu bildirən Elza xanım könlümüzü sındırmaq 

istəmədi: “sonra danışarıq, yaxşımı?”.  

”Neynək, təki sağlıq olsun” demişdim. Amma.., əcəl imkan 

vermədi… Elza xanım bu gün dünyasını dəyişdi… 

Məkanı cənnət olsun… 

Qızılgül Abdinova 

Modern.az 

QAYNAQ

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

Elza İbrahimovanın qardaşı əsəbləşdi: 



"Pul 

buraxardınız Teymur oxuyardı da, niyə 

yatmışdınız?" 

 

 



 

Əfsanəvi bəstəkar, xalq artisti Elza İbrahimovanın 

qardaşı Çingiz İbrahimov "Ölkə.Az"-ın suallarını 


cavablandırıb: 

 

- Çingiz müəllim, bir neçə gün öncə şairə 



Tərlan Asnoun redaksiyamıza müraciət 

edərək bildirmişdi ki, Elza İbrahimovanın 

onun "Etiraf" adlı şeirinə bəstələdiyi 

mahnının ifasını bəyənməyib. Hətta 

sözlərinin mahnıdan çıxarılmasını istəmişdi. 

Siz də mövzuyla əlaqədar müraciət etdiniz, 

danışmaq istədiyinizi bildirdiniz. Buyurun... 

 

- Elza xanımla qanımız birdir, bacı-qardaşıq, altmış 



ildən çox onun yanında olmuşam. Dörd ildir 

"Youtube"da Elza xanımın kanalını yaratmışam və 

ona xidmət edirəm. Artıq beş ildir aramızda yoxdur 

və yuxarıdan ruhu bizə baxır. Allah ona qəni-qəni 

rəhmət eləsin. Müxtəlif təbəqələrdən onun 

haqqında xoş sözlər eşidirəm və bu, mənimçün 

şərəfdir. O ki qaldı Tərlan xanıma, onu şəxsən 

tanımıram. Hətta nə zamansa Flora xanımın 



qudasının olmasından da xəbərsizəm, 

maraqlanmamışam. 18 il Yüngül Sənaye 

Nazirliyində çalışmışam. Axırıncı nazirim əməkdar 

incəsənət xadimi Fəxriyyə Xələfovanın atası, 

Heydər Əliyevin bacısının həyat yoldaşı Rafiq 

Xələfov olub.  

 

- Mahnıdan danışaq... 

 

- Tərlan Asnounun üzünü də görməmişəm. Elza 



xanım çox dəyərli bir külliyat qoyub gedib. Kimsə 

desə ki, Çingiz müəllim, mən sizə bir milyon pul 

verirəm, Elza xanımın əsərini verin oxuyum, dünya 

alt-üst də olsa, icazə vermərəm. Onun adı 

brenddir, markadır və istəmərəm ki, kimsə bacımın 

əsərini səviyyəsiz formada oxusun. Onun 

əsərlərinin 90-95 faizi Flora Kərimovayla bağlıdır və 

əlli ilə yaxın əməkdaşlıq ediblər. O dövrdə pul, 

satmaq kimi məsələlər yox idi, əsərlərini də 


satmırdı. 

 

- Bəs necə dolanırdı? 

 

- Sovet dövrü tamam başqa idi. Düzdür, dövlət ona 



çox yüksək qonorar vermirdi, amma həm 

televiziyada işləyirdi, həm musiqi kollecində dərs 

keçirdi, normal dolanırdı.  

 

- Tərlan xanımla olan məsələ haqda 



danışacaqsız? 

 

- Bu xanımı görməmişəm və tanımıram. Mən Elza 



xanımın hit əsərlərindən ibarət kitab tərtib 

etmişəm, Hacıqabul rayonunun icra başçısı da 

kömək edib, bu kitab işıq üzü görüb. Bu təşəbbüs 

mənimdir və borcumdur. Ömrü boyu Elza xanıma 

kömək etmişəm. Altmış il bacıma qulluq etmişəm, 

ancaq özümə nə prodüser, nə menecer, nə də 



impressario deməmişəm. Sadəcə, qardaş kimi arxa 

olmuşam. İncəsənət çətin bir yoldur. Özümü 

tərifləmək istəmirəm. Amma Çingiz olmasaydı, Elza 

xanım çətin olardı. Yol bağlayan çox olub.  

 

- Elza İbrahimovanın əsərlərinin vərəsəlik 

hüququ Ələkbərova Zəhra Adil qızındadır? 

Yəni, Elza xanımın qızında... 

 

- Bəli, ondadır və qızı mənə etibarnamə verib. Ona 



görə öz-özümdən soruşuram ki, bu mübahisənin 

predmeti, məntiqi nədir? Elza xanımın səslənməyən 

çox mahnıları var. Bacım dünyadan köçəndən 

sonra əsərlərinə yaxın durmurdum. Musiqiçi 

deyiləm, amma bir sinif skripka, bir sinif də pianino 

oxumuşam, ifa da edə bilirəm. Ancaq beş ildir heç 

bir alətə yaxın durmuram. Biz hələ o təsirin 

altındayıq. Çox adam küçədə saxlayıb, soruşur ki, 

imicinizi dəyişmisiniz? Deyirəm, Allah o imicdən 


sənə qismət eləməsin, bacımla əlaqədardır. Heç 

vaxt saqqal və bığ saxlamamışam, yalnız əsgərlikdə 

bığ saxlamışam. O mühitdən çıxmaq istəmirəm. 

Bacım dünyasını dəyişəndə Flora xanım 

yanımdaydı, mənə təsəlli verirdi. Maraqlıdır ki, şairə 

xanım nə bacım xəstə olanda, nə də vəfat edəndə 

bizə gəlməyib. Elza xanım bir ay Mərkəzi Klinik 

Xəstəxanada yatdı, bütün media yazırdı, diqqət 

göstərirdi. Elza xanım da onu tanımırdı, hörmətli 

müğənni Teymur Əmrah vasitəçi olub. Söhbət 10-

12 il əvvəldən gedir. 

 

- Tərlan xanım bildirir ki, şeirin adı 



"Etiraf"dır, amma gənc ifaçı mahnını başqa 

adla oxuyub... 

 

- Sizə Tərlan xanımın öz xəttiylə yazılmış kağızı da 



təqdim edəcəyəm. O, həmişə peşəkar şairlərlə 

işləyib, özfəaliyyət şairlərin şeirlərinə yaxın 



durmayıb. Həyat yoldaşım İsmayıllıdandır. Onun bir 

rəhmətlik qohumu özfəaliyyət şeirlər yazırdı, ona 

da yaxın durmadı.  

 

- Deməli, Tərlan Asnounun şeirini bəyənib ki, 



musiqi bəstələməyə razılıq verib. 

 

- Elza xanım bir neçə şeirin içindən bir şeiri seçib. 



Ona heç kim sifariş verməyib və verə də bilməzdi. 

Dəfələrlə öz qulağımla eşitmişəm. Deyiblər ki, guya 

Elza xanım tək-tənha olub, varisi yoxdur. Onun 

varisi qızı və mənəm.  

 

- Aygül Ağayeva Tərlan Asnouna bildirib ki, 

mahnıya və aranjimana böyük məbləğdə pul 

xərcləmişəm... 

 

- Mənə Aygül Ağayeva zəng vurdu və bildirdi ki, 



nömrənizi Aybəniz Haşımovadan almışam, görüşə 

bilərikmi? Aybəniz xanıma da böyük hörmətim var, 

Şövkət Ələkbərovanın tələbəsi olub. Görüşdük, 

soruşdum ki, müğənnisinizsə, neçə ildir mən sizi 

niyə heç yerdə görməmişəm? Həm də sizin səhnə 

mədəniyyətinizdən xəbərsizəm, ifanızı 

eşitməmişəm. Soruşdum ki, ifa olunmuş 

mahnılarından oxumaq istəmirsiniz? Bir haşiyə 

çıxım. Elza İbrahimova "Ey vətən" mahnısını Flora 

Kərimova üçün yazıb. Amma Rəşid Behbudov kimi 

dahi "Ey vətən"i Flora Kərimovadan sonra oxudu və 

bütün dünyaya tanıtdı. O əsər ifa olunanda mən 

ayağa qalxıram. Bu ifaçını tanımadığıma görə də 

dedim ki, başqa mahnılarını oxuyun. 

 

- Bəs sizi necə inandıra bildi? 

 

- Dedi ki, çalışaram, Elza xanımın adına layiq 



şəkildə təqdim edim. Növbəti dəfə mənə disk 

göstərdi. "Gəl barışaq" mahnısını ifa etmişdi. Həm 



də Aybəniz Haşımovanın təqdimatı diqqətimi 

çəkmişdi. Gördüm ki, zövqlü xanımdır, eyni 

zamanda yazıçıdır, ziyalıdır. Maraqlı gəldi ki, niyə 

məhz Elza xanımın repertuarı? Axı indi hamısı 

toyxana janrında oxuyur. Nə yaxşı ki, belə şüurlu, 

gələcəyi fikirləşən insanlar var. Nə yaxşı ki, bu 

mahnı mənim telefonumda olub. 

 

- Tərlan xanımda da həmin ifa var idi.  

 

- Bilmirəm, xəbərim yoxdur. Nəysə, Aygül xanımın 



bu mahnını oxuması, aranjiman prosesi altı ay 

çəkdi. Gürcüstanlı aranjimançı Givi mahnını 

aranjiman etdi, ifanı da bəyəndim.  

 

- Məbləği açıqlamadınız... 

 

- Elza xanımın varisi qızıdır və hüquqlar da ona 



məxsusdur. Amma kiminsə nəsə hədiyyə etməsi 

məbləğ sayılmır.  

 

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə