İBTİDAİ İcma döVRÜ


Sasani zülmünə qarşı üsyanlar. Məzdəkilər hərəkatı



Yüklə 74,32 Kb.
səhifə15/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   ...   11   12   13   14   15   16   17   18   ...   31
tarix kollekvium.docx

Sasani zülmünə qarşı üsyanlar. Məzdəkilər hərəkatı.

III əsrin ortalarında Sasani dövlətində Mani təlimi yayıldı. Mani təlimi yüksək zümrənin ağalığına qarşı yönəlmişdi. Mani təliminin təsiri ilə 481-529-cu illərdə Sasani zülmünə və feodal istismarına qarşı yönəlmiş Məzdəkilər hərəkatı baş verdi. Məzdəki təliminin əsasını: 1)ədalətli cəmiyyət qurmaq; 2)insanlar arasında əmlak bərabərliyi yaratmaq təşkil edirdi. Məzdək mübarizə yolu ilə ədalətli cəmiyyət qurmağı mümkün sayırdı və maniçilərdən fərqli olaraq son anda Xeyirin Şər üzərində qələbəsinə inanırdı. Sasani şahı I Qubad mərkəzi hakimiyyətə tabe olmayan iri feodallara qarşı mübarizə aparmaq və özünə sosial dayaq yaratmaq üçün ilk dövrdə məzdəkiləri himayə etdi. Məzdəki ali maq təyin etdi və onun məsləhəti ilə dövlətin taxıl anbarlarını açıb əhaliyə payladı. Lakin sonrakı dövrdə şahın məzdəkilərə ehtiyacı qalmadı və 529-cu ildə Məzdək və 80 min tərəfdarı edam edildi. Məzdəkilər hərakatının təsiri ilə Cənubi Qafqazda da V əsrin 80-ci illərində Sasani ağalığına qarşı mübarizə başladı. Lakin burada ön plana əhalinin maddi rifahı yox, dini ehkamlar qoyulurdu.

Albaniyada VII əsrin əvvəlində Mehranilər sülaləsinin hökmranlığı başlandı. Bu sülalənin banisi Mehran Sabir türk tayfasının başçısı idi. Sabirlər VI əsrin 70-ci illərində Girdiman vilayətində məskunlaşdılar. Mehran isə Sasani şah sarayında xidmətə başladı. 591-ci ildə Sasani və Bizans arasında bağlanan müqaviləyə görə Albaniya, o cümlədən Girdiman vilayəti Sasani tabeliyində qalmışdı. Həmin vaxt Sasani şahına qarşı sui-qəsddə təqsirləndirilən Mehran öz dəstəsi ilə Albaniyaya qaçdı. Şah onun Xəzər türkləri ilə birləşməsindən qorxaraq bağışladığını bildirdi və istədiyi yerdə özünə mülk götürməsinə icazə verdi. Mehran Girdimanda məskunlaşdı, 12 yerli əyanı öldürdü və vilayətin sahibinə çevrildi. Mehrəvan şəhərini saldırdı. Onun varisləri Albaniyada mövqelərini daha da möhkəmlətdilər. Nəvəsi Vardan Girdiman qalasını tikdirdi, Varaz Qriqor isə 629-cu ildə Albaniyada Sasani mərzbanlığına son qoydu və bütün Albaniyanı öz hakimiyyətinə tabe etməyə başladı. Oğlu Cavanşirin dövründə (642-681) Mehranilər sülaləsi daha da gücləndi. Cavanşir Bərdə şəhərini paytaxt etdi.


Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin