İctimai Sektor üçün



Yüklə 117,61 Kb.
səhifə3/30
tarix12.10.2022
ölçüsü117,61 Kb.
#64957
1   2   3   4   5   6   7   8   9   ...   30
1- Maliyye hesabatlarinin teqdimati uzre

Maliyyə fəaliyyətinin nəticələri barədə hesabat;

  • Xalis aktivlər/kapitalda dəyişiklər barədə hesabat;

  • Pul vəsaitlərinin hərəkəti barədə hesabat;

  • Təşkilat öz təsdiqlənmiş büdcəsini ictimayətə açıq elan edərkən, ayrılıqda ya maliyyə hesabatlarına əlavə edilmiş bir sütunda büdcə və faktiki göstəricilərin müqayisəsini təqdim edir;

  • Uçot siyasəti barəsində vacib məqamları digər izahedici qeyrləri əks etdirən Qeydlər;

  • İSMUBS 1-in 53 və 53A maddələrində göstərildiyi kimi keçmiş dövrə aid olan müqayisəli məlumatlar.




    1. 21-ci maddədə göstərilən komponentlər həm müxtəlif, həm də eyni qanunvericiliklərə uyğun olaraq müxtəlif adlarla adlandırıla bilərlər. Maliyyə vəziyyəti haqqında hesabat balans hesabatı və ya aktiv və öhdəliklər barədə hesabat kimi adlandırıla bilər. Maliyyə fəaliyyətinin nəticələri barədə hesabat gəlirlər və xərclər barəsində hesabat, gəlir-xərc hesabatı, əməliyyat gəliri hesabatı və ya mənfəət-zərər hesabatı adlandırıla bilər. Müxtəlif qanunvericilklərə uyğun olaraq qeydlərə cədvəl şəklində göstərilən maddələr də daxil edilə bilər.

    2. Maliyyə hesabatları istifadəçilərə hesabat tarixinə təşkilatın resurslarının və öhdəliklərinin qalıqları və hesabat dövrü ərzində resursların axını barəsində məlumat verir. Bu məlumat istifadəçilərə istehsalatı və xidmətlər göstərilməsini təyin edilmiş səviyyədə davam etdirilməsinin və təşkilat üçün gələcəkdə xidməti öhdəliklərini yerinə yetirməyə davam etmək üçün lazım ola biləcək resursların miqdarını dəyərləndirməyə imkan verir.




    1. İctimai sektora aid təşkilatlar, bir qayda olaraq, ayırmalar və ya büdcə təsdiqi (və ya ekvivalenti) formasında həyata keçirilən büdcə büdcə məhdudiyyətlərinə malikdir ki, bu da səlahiyyət verən qanunvericilik vasitəsilə həyata keçirilə bilər. İctimai Sektora aid təşkilat tərəfindən təqdim olunan ümumi təyinatlı maliyyə hesabatları resursların qanunla qəbul edilmiş büdcəyə uyğun olaraq əldə edildiyi və istifadə edildiyi barədə məlumat verə bilər. Öz təsdiqlənmiş büdcələrini ictimayətə açıq elən edən müəssisələr “Maliyyə Hesabatlarında Büdcənin Təqdim edilməsi” adlı İctimai Sektor üçün 24 №li Beynəlxalq Mühasibat Uçotu Standartının tələblərinə əməl etməlidirlər. Maliyyə hesabatları və büdcənin eyni uçot siyasəti üzrə hazırlandığı digər müəssisələrdə isə bu Standart dövrün maliyyə hesabatlarına büdcə ilə müqayisəni əlavə etməyi tövsiyyə edir. Belə müəssisələrdə büdcə ilə müqayisəli təqdimat bir neçə müxtəlif yollarla həyata keçrilə bilər. O cümlədən:

    1. Büdcə nəzərdə tutulan xərclər və faktiki xərclərin ayrı-ayrı sütunlarda göstərməklə sütun formatından istifadə edilməsi. Tam təsəvvürün yaradılması üçün büdcə və ayırmalar üzrə fərqləri əks etdirən daha bir sütun əlavə edilə bilər; və

    2. Büdcə üzrə nəzərdə tutulmuş xərclərdən artıq vəsaitin sərf edilməsinə dair açıqlamalar. Əgər büdcə üzrə nəzərdə tutulan hər hansı xərclərdən və ya ayırmalardan artıq vəsait sərf edilərsə və ya ayırmalar və ya digər səlahiyət hüququ olmadan yaranarsa, o zaman maliyyə hesabatlarında müvafiq maddə üçün sətraltı qeyd vasitəsilə açıqlamalar verilə bilər.




    1. İstifadəçilərə təşkilatın fəaliyyət nəticələrini, onun aktivlərini necə idarəetməsini və resursların yerləşdirilməsi üzrə qərarları qiymətləndirməyə kömək etmək üçün müəssisələr tərəfindən əlavə məlumatın təqdim olunması tövsiyyə olunur. Belə əlavə məlumat təşkilatın fəaliyyəti və nəticələri haqqında (a) nəticə göstəriciləri, (b) xidmət potensialı üzrə nəticələr, (c) proqram araşdırmaları və (d) rəhbərlik tərəfindən hazırlanmış təşkilatın hesabat dövrü ərzində əldə etdiyi nailiyyətlər haqqında məlumata daxil edilə bilər.




    1. Həmçinin müəssisələr tərəfindən, hüquqi-normativ bazanın və ya digər xarici təlimatların tələblərinin yerinə yetirilməsinə məlumatların açıqlanması təşviq edilir. Əgər belə uyğunluq barədə məlumat maliyyə hesabatlarında əks etdirilməyibsə, bu cür məlumatın göstərildiyi digər sənədə istinad göstərilməsi faydalı ola bilər. Uyğunsuzluq barədə məlumat uçot məqsədləri üçün əhəmiyyətlidir və təşkilatın fəaliyyət nəticələri və gələcək

    əməliyyatların xarakteri barəsində istifadəçilərin rəyinə təsir göstərə bilər. Bu
    həmçinin, gələcək dövrlərdə resursların yerləşdirilməsi barədə qərarlarada da təsir edə bilər.

    Ümumi Mülahizələr



    Yüklə 117,61 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   30




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin