İctimai Sektor üçün



Yüklə 117,61 Kb.
səhifə20/30
tarix12.10.2022
ölçüsü117,61 Kb.
#64957
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
1- Maliyye hesabatlarinin teqdimati uzre

Ödənilmiş kapital səhmdarlara ödənişlər çıxıldıqda sonra səhmdarlar

tərəfindən ödənilmiş kapitalın cəmi məbləği;

  1. Yığılmış mənfəət və ya zərər;

  2. Xals aktivlərin/kapitalın tərkibində hər bir ehtiyatın məqsədi xüsusiyyətləri göstərilməklə - ehtiyatlar;

  3. Nəzarət hüququ olmayan iştirak payı.

95A. Əgər təşkilat aşağıdakıları maliyyə öhdəlikləri xalis aktivlər/ kapital arasında yenidən təsnifləşdirmişdirsə,

  1. Kapital aləti kimi təsnifləşdirilmiş qaytarıla bilən maliyyə aləti; və ya

  2. təşkilatın ləğv edilməsi zamanı digər tərəfə onun xalis aktivlərinin mütənasib hissəsini təslim etmək öhdəliyi verən kapital aləti sayılan maliyyə aləti,

o zaman, bir maddədən digərinə köçürülmüş məbləğlər (maliyyə öhdəlikləri
xalis aktivlər/kapital) açıqlanmaldır.



  1. İctimai sektor müəssisələrinin əksəriyyəti səhm kapitalına malik olmasalar da birbaşa olaraq digər ictimai sektor müəssisəsi tərəfindən nəzarət olunurlar.Dövlətin təşkilatın xalis aktivlərində/kapitalında iştirak payınıyatırılan kapital,təşkilatın yığılmış mənfəət və ya zərərləri və onun fəaliyyətinə uyğun müvafiq ehtiyatları təşkil edəcəkdir.

  2. Müəyyən hallarda xalis aktivlərdə/kapitalda nəzarət hüququ olmayan iştirak payı ola bilər. Məsələn, ictimai əhəmiyyətli kommersiya müəssisəsi bir hissəsi özəlləşdirilmiş olan DKT–in səhmdarı ola bilər. Beləliklə, təşkilatın xalis aktivlərində/kapitalında payı olan özəl səhmdarlar ola bilərlər.

  3. 95-ci maddədəki açıqlamalara əlavə olaraq, təşkilat səhm kapitalına malik olduğu zaman aşağıda qeyd olunmuş məlumatnı maliyyə vəziyyəti haqqında hesabatda və ya qeydlərdə açıqlamalıdır: (a)Səhmdar kapitalının hər bir sinfi üçün:

  1. buraxılacaq səhmlərin sayını;

  2. Buraxıldıqdan sonra tam ödənilmiş tam ödənilməmiş səhmlərin sayı;

  3. Səhmin nominal dəyərini və ya səhmlərin nominal dəyərə malik olmadığının açıqlanması;

  4. Hesabat dövrünün əvvəlində sonunda dövriyyədə olan səhmlərin sayının tutuşdurulması;

  5. Müvafiq sinfə aid hüquqlar, imtiyazlar məhdudiyyətlər, həmçinin dividendlərin bölüşdürülməsi kapitalın geri qaytarılmasına dair məhdudiyyətlər;

  6. Təşkilat tərəfindən və ya onun törəmə və ya asılı müəssisələri tərəfindən saxlanılan səhmlər;

  7. Səhmlərin şərtləri məbləğləri daxil olmaqla, opsion səhmlərin satışı üzrə müqavilələr əsasında buraxılması ya satılması məqsədilə saxlanılan səhmlər;

(b)Xalis aktivdə/kapitalda olan hər bir ehtiyat maddəsinin xüsusiyyətləri məqsədlərinin açıqlaması.


Maliyyə Fəaliyyətinin Nəticələri haqqında Hesabat

Dövr üzrə mənfəət və ya zərər





  1. İctimai Sektor üçün Beynəlxalq Mühasibat Uçotu Standartı digər tələbin göstərildiyi hal istisna olmaqla, hesabat dövrü ərzində tanınmış bütün gəlir xərc maddələri maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks olunmalıdır.




  1. Adətən, dövr ərzində tanınmış bütün gəlirlər və xərclər mənfəət və zərər haqqında hesabatda əks olunmalıdır.Əlavə olaraq, bura uçot qiymətlərində olan dəyişikliklərin nəticələri də daxil edilir.Lakin, müəyyən hallarda xüsusi maddələr cari dövr üçün mənfəət və zərər haqqında hesabatdan çıxarılır.İctimai Sektor üçün 3 №li Beynəlxalq Mühasibat Uçotu Standartında iki belə hal göstərilmişdir:səhvlərin düzəldilməsi və uçot siyasətindəki dəyişikliklərin nəticələri.




  1. Digər İctimai Sektor üçün Beynəlxalq Mühasibat Uçotu Standartları bu Standartda açıqlanmış gəlir və xərc anlayılşarına uyğun olsa da, adətən maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatdan çıxarılan gəlir və xərc maddələrini əhatə edir.Yenidən qiymətləndirmə üzrə gəlirlər (bax. İctimai Sektor üçün 17 №li Beynəlxalq Mühasibat Uçotu Standartı, ayrı-ayrı (a) xarici əməliyyatların maliyyə hesabatlarının çevrilməsindən əmələ gələn xüsusi mənfəət və ya zərər (bax. İctimai Sektor üçün 4 №li Beynəlxalq Mühasibat Uçotu Standartı), və (b) satış üçün nəzərdə tutulmuş maliyyə aktivlərinin yenidən

qiymətləndirilməsindən əmələ gələn mənfəət və zərərlər (müavfiq göstərişlər (İctimai Sektor üçün Beynəlxalq 29 №li Mühasibat Uçotu Standartında mövcuddur) buna misal ola bilər.



Yüklə 117,61 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin