İdarəetmə qərarlarının reallaşdırılmasına nəzarət idarəetmə sisteminin səmərəliliyinin yüksəldilməsində əsas şərtlərdən biridir. Qərarların icrasına nəzarət müəssisədə uçot işinin təşkili ilə başlanır
İdarəetmə qərarlarının reallaşdırılmasına nəzarət idarəetmə sisteminin səmərəliliyinin yüksəldilməsində əsas şərtlərdən biridir. Qərarların icrasına nəzarət müəssisədə uçot işinin təşkili ilə başlanır. Uçot yerinə yetirilən bütün işlər plan və proqramlar üzrə kəmiyyət, keyfiyyət, xərclər, icralar və müddət parametrləri ili təşkil edilir. Resurs məsrəflərinin uçotunun bütün növ resurslar, məhsul buraxılışlar, onların həyat tsiklləri üzrə təşkili daha məqsədəuyğun hesab edilir və işgüzar təşkilatlarda uçotun dinamikliyi və sistemliliyi təmin edilməlidir.