Ümumi məlumat
Fənnin adı, kodu və
kreditlərin sayı
Riyazi analiz-2, MATH 220, 3KU
Departament
Riyaziyyat
Proqram
(bakalavr, magistr)
Bakalavr
Tədris semestri
Payız, 2018
Fənni tədris edən
müəllim (lər)
Hüseynli Əli
E-mail:
ahuseynli@khazar.org
Telefon:
050 667 46 86
Mühazirə
otağı/Cədvəl
Çərşənbə axşamı, 15.20; Cümə axşamı, 15.20
Məsləhət vaxtı
Prerekvizitlər
Tədris dili
Azərbaycan dili
Fənnin növü
(məcburi, seçmə)
Məcburi
Dərsliklər və əlavə
ədəbiyyat
1.
Фихтенгольц Г.М. Основы математического анализа, Москва, «Наука»,1967, т. 1, 2.
2. Ильин В.А., Позняк Э.Г. Основы математического анализа, Москва, «Наука», 1982, ч.
1; 1983, ч. 2.
3. Кудрявцев Л.Д. Курс математического анализа, Москва, «Высшая школа», 1981, т.1,2.
4. Демидович Б.П. Сборник задач и упражнений по математическому анализу, Москва,
«Наука», 1977.
5. S. K. Abdullayev, F.A. Abdullayev, V.A. Mehrabov, Riyazi analiz, Bakı-2016
Kursun vebsaytı
Tədris metodları
Mühazirə
x
Qrup müzakirəsi
x
Praktiki tapşırıqlar
x
Praktiki məsələnin təhlili
Digər
Qiymətləndirmə
Komponentləri
Tarix/son müddət
Faiz (%)
Aralıq imtahanı
30
Praktiki məsələ
Davamiyyət
10
Tapşırıq və testlər
20
Kurs işi (Layihə)
Prezentasiya/Qrup
müzakirə
Final imtahanı
40
Digər
Yekun
100
Kursun məqsədləri
• Təhsil fakültəsinin tələblərinə tədris kursunun cavab verməsi.
• Tələbələri riyazi analizin əsas anlayış və metodları ilə tanış etmək və öyrətmək
• Tələbələrə akademik yardım göstərmək, onların öz potensialını realizə etmə imkanını daha
da təkmilləşdirmək.
• Tələbələrin sonrakı inkişafında müəyyən bazanın yaradılması
Tədrisin (öyrənmənin)
nəticələri
Funksiyanın törəməsi və diferensialı diferensialllama qaydaları və diferensial hesabının əsas
teoremləri. Törəmə vasitəsilə funksiyanın araşdırılması. Bbirdəyişənli funksiyanın
inteqrallanması qaydaları və inteqral hesabının əsas teoremləri. Qeyri-məxsusi inteqrallar.
Qaydalar (Tədris
siyasəti və davranış)
Dərslərdə iştirak etmək:
Tələbələrdən bütün otaqlara öz təhsilinin bir hissəsi kimi diqqət göstərməsi və üzürlü
səbəbdən dərsdə iştirak edə bilmədikdə (xəstəlik, ailə üzvlərindən birini itirdikdə) onlardan
dekanlığı məlumatlandırmaq tələb olunur.
Ümumiyyətlə, tələbənin 25% dərsdə iştirak
etməməsi onun imtahandan
kənarlaşdırılmasına gətirib çıxarır.
Tələbənin hər iki qayıbı onun ümumi balından bir bal silir.
Gecikmə:
Əgər tələbə dərsə on (15) dəqiqədən artıq gecikərsə, onda onun otağa daxil olması və
tələbələri narahat etməsi qadağan olunur. Bununla belə həmin
tələbə ikinci qoşa saatda
iştirak edə bilər.
Dərsə hazırlaşma
Kursun stukturu onu fərdi öyrənməyə imkan verir və sinifdən kənar dərsə hazırlıq üçün
olduqca mühümdür. Mühazirə materialı mətndə müzakirə olunan əsas məsələlər
üzərində
qurulacaq. Dərsdən əvvəl seçilmiş fəsillərin oxunuşu və onlarla tanışlıq
mühazirənin başa
düşülməsində sizə böyük köməyi dəyəcəkdir. Mühazirədən sonra siz apardığınız qeydləri
öyrənməli və hər fəsilin axırında verilən uyğun məsələlər və yoxlama sualları üzərində
çalışmalısınız.
Semestr ərzində çoxlu sayda yoxlamalar olacaqdır. Bu yoxlamalar dərs periodu ərzində
keçiriləcəkdir.