İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə75/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   71   72   73   74   75   76   77   78   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

YERLİ MƏNFİ TƏZYİQ (YMT)
Müxtəlif barokameralardan istifadə edərək mənfi təzyiq yaratmaq mümkündür. Yuxarı və ya aşağı ətraflarda mənfi barometrik təzyiq yaradılır. Mənfi yerli təzyiq qan axınını sürətləndirir, periferik qan damarlarını (arteriya, vena, kapilyarları) genişləndirir, ətrafların damarlarını genişləndirir, toxumalarda hipoksiyanı azaldır, mübadilə proseslərini yaxşılaşdırır. Bu üsul istifadə edildikdə (xüsusən atletika ilə məşğul olan idmançılarda) sinir-əzələ aparatının funksional vəziyyəti nəinki bərpa olunur, həmçinin bir qədər yüksəlir. Aparat istifadə edildikdən sonra idmançılar ayaqlarında yüngüllük hiss edir, onlarda məşqetmə həvəsi artır.
ELEKTROSON
Bu üsul zamanı baş beyinə alçaq tezlikli və kiçik güclü impulslu elektrik cərəyanı ilə təsir edilir. Nəticədə emosional gərginlik azalır, ali sinir fəaliyyəti normallaşır, yorğunluq aradan götürülür, zehni fəaliyyət və idmançının diqqətliliyi yüksəlir, ürəyin və tənəffüsün fəaliyyəti nizama salınır, maddələr mübadiləsi yaxşılaşır. Digər üsullardan fərqli olaraq bu üsulun fəsadları aşkar edilməmişdir. O, bütün idman növlərində yarışdan əvvəl, çox güclü yarışlarda gərgin məşqlərdən sonra yuxunun pozulması və s. şəraitdə məsləhət görülür.

Elektroson üçün 5-25 qers tezliyində 0,2-0,5 m/san müddətində impulslu elektrik cərəyanı istifadə edilir. Prosedur 12-45 dəq. davam edir. Bu tipli cərəyanın alınması üçün ES-2, ES-3, ES-4 aparatlarından istifadə edilir.

Orqanizmə ritmik təkrar təsir göstərən qısa müddətli və zəif impulslu elektrik cərəyanı baş-beyin qabığında və qabıqaltı törəmələrdə fizioloji yuxuya yaxın mühafizəedici tormozlanma yaradır.

Elektroson gecə yuxusu zamanı bütün prosedurlardan sonra təyin edilir.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin