İdman təbabəTİ VƏ GİGİyena


Seçkininin kombinə edilmiş sınağı



Yüklə 1,93 Mb.
səhifə32/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Seçkininin kombinə edilmiş sınağı. Dözümlüyü təyin etmək üçün bu sınaq 3 dövrdə aparılır. 1-ci dövrdə idmançının nəfəs alma zamanı tənəffüsü saxlama müddəti müəyyən edilir, 2-ci dövrdə 30 san. müddətində 20 dəfə çöməldikdən sonra nəfəs alıb, onu dərhal saxlama müddəti müayinə edilir, 3-cü dövrdə isə hərəkətdən 1 dəq. sonra yenidən tənəffüsü nəfəs aldıqdan sonra saxlama müddəti təyin edilir (Cədvəl 3).
Cədvəl 3. SEÇKİN SINAĞININ QİYMƏTLƏNDİRİLMƏSİ



Müayinə olunan şəxs

Dövr

1-ci

2-ci

3-cü

Güclü məşq etmiş şəxslər

45-60 san

1-ci dövrdən 5%-dən çox

1-ci dövrdən 100%-dən çox

Güclü məşq etməmiş şəxslər


35-45 san



1-ci dövrdən 30-50%-dən çox

1-ci dövrdən 70-100%-dən çox

Qan dövranının çatmamazlığı olan şəxslər

20-35 san



10ci dövrdən

30%-dən az



1-ci dövrdən 70%-dən az

Adətən ürək-damar və tənəffüs sistemlərinin xəstəliklərində nəfəs aldıqda və nəfəs verdikdə tənəffüsü saxlama qabiliyyəti azalmış olur. Bu aşağıdakı səbəblərdən asılı ola bilir: tənəffüs mərkəzinin oyanıqlığından, toxuma mübadiləsinin intensivliyindən, müayinə olunan şəxsin iradi qabiliyyətindən və s.



Rozental sınağı. İdmançının ağciyərlərinin həyat tutumu 15 san. fasilə ilə 5 dəfə təyin edilir. Sağlam şəxslərdə ağciyərlərin həyat göstərici sabit qalır və hətta göstəricilər bəzən artır. Tənəffüs və ya ürək qan-damar sisteminin xəstəliklərində və həmçinin idmançının həddən artıq yorğunluqdan və ya ifrat məşqlilik vəziyyətindən sonra göstəricilər 100 ml-dən çox azala bilər.

Tənəffüs əzələlərinin gücü pnevmotonometriya, pnevmotaxometriya və digər üsullarla ölçülür. Pnevmotonometr cihazı ilə gücvermə zamanı və ya dərindən nəfəs verdikdə ağciyərlərdə yaranan təzyiqi ölçmək mümkündür. Nəfəs vermənin gücü 80-200 mm civə sütununa, nəfəsalmanın gücü isə 50-70 mm civə sütununa bərabərdir.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin