İdman təbabəTİ VƏ GİGİyena


MASAJ, MƏLHƏMLƏR, SÜRTMƏLƏR



Yüklə 1,93 Mb.
səhifə72/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   68   69   70   71   72   73   74   75   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

MASAJ, MƏLHƏMLƏR, SÜRTMƏLƏR
Masaj bərpa prosesində məlhəm və sürtmələrlə birlikdə bütün idman növlərində tətbiq edilir. Ümumi və yerli masaj növləri fərqləndirilir. Ümumi masaj 30-60 dəq, yerli masajsa 5-15 dəq. davam edir. Bərpaedici masaj məşqdən 20-30 dəq sonra, çox yorğunluqda isə 1-2 saat sonra tətbiq edilir.

Vibrasiyalı masaj xüsusilə yerli əzələ yorğunluğunda geniş istifadə olunur. Bu xüsusi aparatla-vibratorla fiziki gərginlikdən 5-10 dəq. sonra həyata keçirilir. Vibrasiyaların sayı 1 saniyədə 150-170 dəfədir.


BAROPROSEDURLAR
Böyük fiziki yük yerinə yetirildikdən sonra toxumalarda yerli şəkildə mənfi təzyiq yarandıqda bərpa prosesi sürətlənir. Bu məqsədlə Kravçenkonun təklif etdiyi barokameradan istifadə olunur. Ətraflar barokameraya yerləşdirildikdə toxumalarda və kapilyarlarda təzyiq bərabərləşir, kapilyarlar maksimal şəkildə açılır və beləliklə, qan cərəyanı sürətlənir, yorulma məhsulları xaric edilir.

Baroprosedur aparıldıqdan sonra bərpa dövrü qısalır və əzələ fəaliyyəti yüksəlir, yəni iş qabiliyyətinin ehtiyatı səfərbərliyə alınır.

Məşqdən əvvəl baroproseduranın tətbiq edilməsi də iş qabiliyyətinin uzadılmasına kömək edir.

Ətraflarda təzyiqin azaldılması onun yüksəlməsi ilə əvəz olunarsa (baromasaj) daha güclü təsir əldə edilir.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin