İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə23/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   19   20   21   22   23   24   25   26   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

Xanəndə (oxuyur):

... Keçək aylar, keçər illər, yaz,

Ey Vaqif ömür azdır,

Düşər bir gün laçın könlün

Şeir-sənər marağından.

Qacar:

Qəzəl Vaqifindir?



Şeyx:

Bəli, Vaqifin!



Qacar:

Nə oldu?


Onu tez tapıb gətirin!

“Vaqif” dramından gətirdiyimiz parçalardan da aydın olur ki, şeir dili və oradakı dialoqlar güclü, emosional fasilələrlə zəngin olur. Ona görə də poeziya dilində olan dialoqların oxusu müəllim və tələbələrdən xüsusi ustalıq tələb edir.

Şeirlərindəki dialoqlar H.Cavidin də lirikasına müəyyən süjet əlamətləri daxil etmişdir. Hətta onun bəzi şeirləri kiçik səhnəciyi xatırladır. “Öksüz Ənvər”, “Çiçək sevgisi” şeirlərində lirik vəziyyətlər şeirin müəyyən hissəsindəki yığcam dialoqlarla ifadə olunmuşdur. Dialoqlar əsasında yaradılmış “Qız məktəbində” şeirindəki poetik mükalimə Gülbaharın nəciblik və ülviliyini mənalandırmağa xidmət edir. Əsl zinəti təmizlik və bilgi olan, altun bilərzikləri ilə deyil, sadə geyimi, aydın, zəngin mənəviyyatı ilə fərdiləşən Gülbahar Cavidin şeir yaradıcılığındakı öksüz ənvərlərin, kiçik sərsərilərin bir növ davamıdır.

Dialoqlar “Qız məktəbində” şeirində dramatik mükalimədən çox təbii şeir misraları kimi səslənir, poetik etirafı ifadə edir:



-Quzum, yavrum! Adın nədir?

Gülbahar.

Pəki, sənin anan, baban varmı?

Var.

Nasıl, zənginmidir baban?

Əvət, zəngin, bəyzadə...

Öylə isə geydiyin geyim neçin böylə sadə?..

“Qız məktəbində” şeiri ümumən Azərbaycan şeirində süjetli lirikanın ən mükəmməl nümunəsi sayılmağa layiqdir.

Adətən, insanlar hər hansı bir hadisə və ya əşya haqqında fikirləşərkən daxili nitq tipindən istifadə edir. Daxili nitq vasitəsilə fikir yürüdür, analiz edir, nəticə şıxarır. Eyni proses xarici nitq tipində də özünü göstərə bilir. Məsələn:

“Mahmud bəy (daxil olur) – Nə buyurursunuz?

Rüstəm bəy – Gəl otur.

Mahmud bəy (kənarda səndəli üstə oturur) - Gədələr dedilər ki...

Rüstəm bəy (onun sözünü kəsir) – Səndən bir sual edəcəyəm, ona cavab ver”.

Dialoq prinsipləri dövlətlərarası, millətlərarası və konfessiyalararası münasibətlərdə getdikcə daha böyük əhəmiyyət kəsb edir. Müasir dünya üçün aktual olan tolerantlıq problemi bir çox cəhətləri ilə dialoqa hazırolma, digər insanın, qrupun, mədəniyyətin, xalqın dünyasını qəbuletmə, bərabərhüquqlu əsasda razılığa gəlmə bacarığı ilə müəyyənləşir. Əksinə, intolerantlıq, çox zaman zorakılıq və qantökmə formasını alan ksenofobiya dialoqa qabil olmamaqla bağlıdır.




Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin