Ədəbiyyat:
1. Azərbaycan tarixi.VII cilddə, I cild, Bakı,1998,səh.166-414.
2. Azərbaycan tarixi .Bakı,1994,səh.73-169.
3. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı,1998,səh.1-11.
4. Qaşqay S. Manna çarlığının tarixindən. B.1971.
5. Fazili A. A. Atropatena e.ə.IV- VII əsri. B.1992.
6. Məmmədova F.Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası.Bakı,
Elm,1986.
İbtidai –icma münasibətlərinin pozulması ilə sinifli cəmiyyətin meydana gəl-məsi ölkədə
məhsuldar qüvvələrin sürətli inkişafı və istehsal münasibətlərinin kəskinləşməsi nəticəsində baç
verdi. İlk sivilizasiya –sinifli cəmiyyət ibtidai –icma qurluşuna nisbətən irəliyə doğru güclü addım
idi.
Bu dövrdə hərbi-demokratiya quruluşu meydana çıxır, insanlarda sərvət əldə etmək, qonşuların
sərvətinə malik olmaq meylləri güclənir. Tayfalararası müharibələr artır, zəif tayfalar məğlub olaraq
iri və güclü tayfalar ətrafında birləşməyə başlayırlar.
Mənbələr artıq e.ə. III minilliyin sonlarına yaxın Azərbaycanın cənub –qərb vilayətlərində
lullubilərin və kutilərin tayfa itifaqlarının yarandığını göstərir.
2
Lillubilərin şərq qonşuları kassitlər, cənubi-şərq qonşuları isə elamlılar idilər. Urmiya gölünün
qərb və şimal sahillərindəki bəzi vilayətlərdə isə xurritlər yaşayırdılar.
E.ə.III və I miniliyin başlanğıcına qədər həmin ərazilərdə yaşayan əhalinin etnik və dül
tərkibində demək olar ki, heç bir dəyişilik baş verməmişdi.
E.ə.I minilliyin başlanğıcında Cənubi Azərbaycan ərazisində sakin olan qədim tayfaların bir
hisəsinin manna tayfalarından ibarət olduğu göstərilir. Onlar Urmiya gölündən cənub və şərqdə
yaşamışlar.
Mannalılar haqqında ilk məlumatı Assuriya daşüstü yazıları verir. Manna tayfalarını etnik,
iqtisadi və mədəni cəhətdən lullubi tayfalarının varisləri sayılırlar.
Mannalılardan şərq və cənub –şərqə doğru Midiya tayfaları yerləşmişdilər. Onlar haqqında ilk
məlumata e.ə.IX əsrə aid olan Assuriya yazılarında rast gəlmək olur. Midiyalıların yerləşdiyi həmin
ərazi “ Maday” və ya “Amaday” adlanırdı.
E.ə I minillikdə Azərbaycan ərazisində kadusilər, kaspilər, albanlar və başqa tayfalar da
yaşayırdılar. Kadusilər Qarasu (Qaradağda ) çayı vadisində və Araz çayı-nın cənub axarı ilə qonşu
yerlərdə yaşamışlar.
Kaspilər Xəzər dənizinin qərb və cənub –qərb sahillərində yaşamış və son-ralar midiyalılar,
albanlar və başqa tayfalarla qarışmışlar.
Alban tayfaları güclü tayfalardan olub Kür çayının şimalında yaşamışlar. E.ə VII əsrdə
Azərbaycanın düzənlik ərazilərində skif (iskit) tayfaları da yaşamışlar.
Tarix inkişaf etdikcə Azərbaycan ərazilərində yaşayan tayfalar tayfa ittifaqlarında birləşməyə
başlayırlar. Bu tayfa ittifaqlarında birləşdirici qüvvələr iqtisadi və siyasi cəhətdən az-çox inkişaf
etmiş tayfalar idilər. Çox vaxt tayfa itifaq-larının adları güclü tayfanın adı ilə tanınır və adlanırdı.
Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləş-məsi gedişini
qaynaqlar əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin e.ə. III minillikdə Azərbaycanda
müxtəlif ad daşıyan dövlət qurumlarının meydana gəlməsi müşahidə olunur.
Azərbaycanda bizə məlum olan ilk dövlət qurumu Aratta olmuşdur. Bu ölkə ilə əlaqədar
hadisələr (e.ə.III minilliyin birinci yarısı) bir neçə Şumer dastanında əks olunmuşdur.
Məs. “En-Merkar və Aratta hökmdarı”, “En- Merkar və En-Sukuşsirana”, “En Merkar və
Luqalbanda”, Lüqalbanda və Xurrit dağı” və s dastanlar.
Aratta Cənubi Azərbaycanda e.ə. III minilliyin birinci yarısında meydana gəlmiş ilk dövlət
qurumu idi. Onun ərazisi Urmiya gölünün cənub və cənub-şərq hissəsini əhatə edirdi. Bu dövlət
Şumer şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələr saxlayırdı. Şumerin paytaxtı Uruk və
onun hökmdarı En-Merkar ilə Arrata arasında əlaqələr genişlənirdi. Aratta hökmdarı En-
Sukuşsirana Şumerlərə bir müttəfiq kimi yanaşır, hətta samilərin Şumerə hücumları zamanı onlara
hərbi yardım da etmişdi.
3
Eyni zamanda bu iki dövlət arasında münaqişələr də olur, biri-digərini tabe etməyə çalışırdı.
Zəngin yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl, gümüş, qurğuşun ,mis və s.hasil
edir və Mesopotamiya ərazisinə ixrac edir, oradan isə Arattaya taxıl və meyvə gətirilirdi.
E.ə.III minilliyin ikinci yarısında Şumer şəhər dövlətləri süquta uğradı.Mesorotamiya Akkad
dövlətinin hakimiyyəti altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən
çıxmışdı. Keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı.Bu
tayfa ittifaqına turukku və su tayfaları da daxil olmuşdular.
E.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda Lullubi dövləti yaranır. Lullubi hökmdarı Satuni
(e.ə.2230-2200). Akkad dövlətinə qarşı hərbi birləşmələrdə iştirak etmişdir. Əvvəllər Lullubium
padşahlığında xırda hökmdarlar olmuşdur. Lullubi hökmdarı İmaşun xırda hakimləri mərkəzi
hakimiyyətə tabe edir. Beləliklə e.ə. XXIII əsrin sonlarına yaxın Urmiya gölünün cənubunda Akkad
dövləti ilə mübarizə aparan güclü Lullubium dövləti yaranır. Bu dövlət hökmdar Anubanninin
dövründə (e.ə.2170-2150) daha da güclənir.Onun siyasi və hərbi nailiyyətləri “Daş sütunu” mixi
yazılı abidəsində həkk olunmuşdur.
Lillubilər də Arattalılar kimi Mesopotamiya şəhər dövlətləri ilə əlaqə saxlayırdılar. Buradan
mal-qara aparılaraq, ölkəyə taxıl gətirilirdi.
Lullubilər mixi yazılarına bələd idilər. Anubanninin “ Daş sutunu “ lullubu ustaları tərəfindən
yazılımışdı.
Lullubilər səma, bərəkət, məhəbbət, ay, günəş və s. Allahlara sitayış, edirdilər. Səma allahı
Anunilin adı birinci çəkilirdi.
E.ə.II minillikdə vahid Lullubium dövləti parçalanır və yerində xırda hakimiy-yətlər yaranır.
Mənbələr bu dövrdə “çoxlu lillubi hökmdarları” ifadəsini işlədir.
E.ə.III minillikdə Urmiya gölünün qərb və cənubi- qərb hissəsində kuti ( və ya quti) tayfa
birləşmələri var idi. E.ə. III minilliyin ikinci yarısında kutilərin dövlət ha-lında birləşməsi başlamışdı.
Hətta onlar Mesopatamiyada gedən siyasi hadisələrə müdaxilə etməyə başlamışdılar.
Kutilərin hökmdarı Enridovazis Akkad üzərinə dəfələrlə hücum etmiş və Akkad hökmdarı
Naram-Suenin Şumerə hücumu zamanı şumerlərə kömək etmişdir. Hətta Kiti hökmdarının şərəfinə
Şumerlərin Nippur şəhərində mixi yazılı abidə qoyulmuş və Enridavazir “qüdrətli Kutium və
dünyanın dörd tərəfinin hökmdarı” adlandırılmışdır.
Sonralar kutilərin Mesopotamiyaya hücumları daha da aktivləşir. E.ə.2175-ci ildə
Mesopotamiyada hakimiyyət kuti sülalələrinin əlinə keçir. Demək olar ki, burada kutilərin
hakimiyyəti 100 ilə qədər davam etmişdir.
E.ə.III minilliyin sonlarında kuti hökmdarı Tirinanın dövründə kutilərin hakimiyyətinə qarşı
narazılıq başlayır. Ürük şəhərinin əhalisi hökmdara qarşı çıxdılar. Muri şəhəri yaxınlığında qəflətən
4
üsyançılar Trikan üzərinə hücuma keçirlər.Kutilər məğlub olur və hökmdar əsir düşür. E.ə. 2104-cü
ildə kutilərin hakimiyyətinə son qoyulur.
E.ə.II minilliyin əvvələrində Urmiya gölü hövzəsində yaşayan turukku (turiki) və su tayfaları
siyasi fəaliyyətə başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubium
dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukku və su
tayfaları Mesopatamiya hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar.Turukkular Zaqros
dağlarını aşaraq Mesopotamiyaya daxil olurdular.Onlar Aşağı Zab çayına qədər gələrək hurrit
tayfaları ilə əlaqələrə girirdilər. Umimiyyətlə turukkular Assur dövləti üçün böyük təhlükə mənbəyi
idilər. Assur hökmdarı Şamşı-Adad (e.ə.1813-1781) turukkulara qarşı hərbi yürüş təşkil edir, lakin
bu tayfaların müdaxilələrinin qarşısını ala bilmir.
E.ə.I minilliyin əvvəllərində Cənubi Azərbaycanda, Urmiya gölü hövzəsində mərkəzləşmiş
dövlətin meydana gəlməsi üçün şərait yaranır.
Bu dövlət Manna adlanır. Manna ərazisində bir sıra xırda dövlət birləşmələri mövcud idi və
onlar xarici müdaxiləyə qarşı birgə mübarizə aparırdılar. Manna ərazisində əsas vilayətlər bunlar idi.
Zamua, Mazuma, Gilzan, Alateye, Zikirtu, Andia və s. Manna adı ilk dəfə e.ə.843-cü ildə Assur
mənbələrində yad edilmişdir.Bu mənbələrdə Manna əslində tayfa adını bildirirdi.
Assuriya hökmdarı III Salmanasar e.ə. 857, 856-cı illərdə Mannanın Zamua vilayətlərinə
soxuldu və bir sıra şəhərləri tutdu.
E.ə 829-cu ildə III Salmanasar Manna hökmdarı Halkinin (Udaki) hakimiyyəti altında olan
torpaqlara soxuldu.Paytaxt Ziztu(sonralar İzirtu) tutulur.
E.ə.IX əsrin ikinci yarısında Urartu da Manna torpaqları hesabına ərazilərini genişləndirməyə
çalışırdı. Hökmdar Menua e.ə. 812-ci ildə Mannanın Meişta vilayətini ələ keçirir. Lakin çox çəkmir
ki, Mannalılar Urartu işğalçılarını qovub çıxarırlar.
E.ə.VIII əsrin birinci yarısında Assuriya siyası cəhətdən zəifləyir. Manna hökmdarı İranzu
(e.ə.740-719) yaranmış siyasi vəziyyətdən bacarıqla istifadə etdi. Assuriya ilə Urartu arasında
gedən müharibələrdən istifadə edən İranzu itirilmiş torpaqları geri qaytara bildi.
İranzu bütün Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi və ölkədə canişinlik sistemi
yaratdı.Mannanın sərhədləri şimalda Araz çayı ilə, cənub və cənub şərqdə Kassi ölkəsi, Pars və Lidiya
ilə həmsərhəd idi.
İranzunun hakimiyyəti illərində Manna demək olar ki, Cənubi Azərbaycannın sərhədlərində
bərqərar oldu və Urmiya gölü hövzəsində ən qüvvətli bir dövlətə çevrildi.
İranzunun vəfatından sonra (e.ə. 719) oğlu Aza hakimiyyətə gəldi. Onun dövründə ölkə
daxilində ixtilaflar gücləndi və dövlətdə parçalanma təhlükəsi yarandı.Urartu hakimi Rusa bundan
istifadə edərək e.ə 716-cı ildə Azaya qarşı sui- qəsd təşkil edir və Aza öldürülür. Aza həlak olduqdan
sonra onun qardaşı Ullusunu (e.ə.716-680) Manna hakimiyyətinə sahib olur. Onun hakimiyyətə
5
gəlməsində Urartu hökmdarı Rusanın əli olmuş və bunun əvəzində ona 22 qala hədiyyə etmişdi.
Bundan qəzəblənən Assuriya çarı II Sarqon e.ə.716-cı ildə Mannaya hücum etdi. Ullusunu paytaxt
İzirtu şəhərini tərk edərək qaçdı, şəhər tutuldu. İki il sonra, e.ə 714-cü ildə II Sarqon Mannaya daha
geniş hücum çəkdi. Onun məqsədi Mannanı Urartu təsirindən azad etmək və öz mövqeyini Mannada
möhkəmləndirməkdən ibarət idi. Bu hücumlardan sonra Manna uzun müddət Assuriya lə ittifaqa
sadiq qaldı.
VII əsrin birinci rübündə Qafqazdan Mannanın qərb və cənub-qərb vilayətlərinə kimmersak
tayfa birləşmələri gəlirlər və onlar Assuriya üçün böyük təhlükə təşil edirlər. Mannalılar Assuriya
əleyhinə onlarla ittifaqa girərək Assur əsarətindən qurtuldular. Manna hökmdarı Ahşeri (e.ə. 675-
650) artıq müstəqil siyasət yürüdürdü.
Sonralar daxili ziddiyətlər nəticəsində Manna dövləti yenidən Assuriyanın asılılığına düşür.
Ahşeriyə qarşı üsyan baş verir və o,650-ci ildə öldürülür.Hakimiyyətə onun oğlu Ualli (e.ə. 650-630)
gəlir. O, Assuriyanın vassallığını qəbul edir. Ölkə getdikcə zəifləyir və 615-610-cu illərdə Midiyaya
tabe edilir. Mannanın adına son dəfə müqəddəs Bibliyada –e.ə. 593-cü il hadisələrindən bəhs
edilərkən rast gəlinir. Bundan sonra Manna adına heç bir tarixi mənbədə rast gəlinmir.
E.ə.IX-VIII əsrlərdə midiya tayfalarının ilk siyasi itifaqı meydana çıxdı ki, bunlar da gələcək
Midiya dövlətinin rüşeymi idilər.
VIII əsrin 70-ci illərində Midiya dövləti yaranır.(Deyok). Lakin bu dövlət Assuriya tərəfindən
tez-tez basqınlara məruz qalırdı. E.ə.VII əsrin ortalarından sonra Midiyada Assuriya ağalığına qarşı
üsyan baş verir. Bu üsyana Kaştariti başçılıq edirdi. İskitlərin köməyindən istifadə edən Assurlar
Kaştaritini məğlub edirlər .
Midiyanın hökmdarı Kiaksar dövründə (625-585) Midiya daha da qüvvət-lənərək Assur
ağalığına nəinki son qoyur , hətta ona qarşı mübarizəyə başlayır. E.ə. 616-cı ildə Yeni Babilistanla
ittifaqa girərək Assuriyaya hücuma keçir. 615-612-ci illərdə Assuriyanın iri şəhərləri olan Aşşur,
Arbela , Kalat və paytaxtı Nineviya zəbt olundu. E.ə.604-cü ildə Assuriya imperiyası məhv edildi və
torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü.
Bundan sonra Astiaq Kiçik Asiyaya hücum edərək Egey dənizi sahillərində yerləşən Lidiya
ərazilərini tutdu. O, Skif çarlığını da ləğv etdi. Midiyanın sərhədləri Orta Asiyadan İran körfəzinə
qədər uzanırdı. Azərbaycan əraziləri də bu imperiyanın tərkib hissəsi idi.
Astiaq (e.ə.585-550 ) hakimiyyətə ziddiyyətlərlə dolu bir vaxtda gəldi. Bu dövrdə köhnə
müttəfiq Babilistan ilə də münasibətlər kəskinləşir. Ölkə daxilindəki farslar gizli fəaliyyətə
başlayaraq Astiaqa qarşı II Kir ilə əlaqə saxlayırlar. E.ə.553-cü ildə II Kir Astiaqa qarşı mübarizəyə
başlayır və e.ə. 550-ci ildə Ekbatan şəhəri tutularaq Astiaqın hakimiyyətinə son qoyulur. Hakimiyyət
fars Əhəmənilərinin əlinə keçir. Azərbaycan Makedoniyalı İsgəndərin yürüşünə qədər Əhəmənilərin
6
hakimiyyəti altına düşür. E.ə. 530-cu ildə II Kir Azərbaycanın şimalında yaşayan massagetlərə
qarşı döyüşdə öldürülür.
Sonralar midiyalılar dəfələrlə əhəminilərin hakimiyyətindən azad olmaq üçün farslara qarşı
üsyanlar etmişdilər. Məs.e.ə. 522-ci ildə Qaumatanın üsyanı, elə həmin il Fraortanın başçılığı ilə
xalq üsyanları olmuşdur. Lakin imperiya bu üsyanları yatıra bildi.
Qeyd olunduğu kimi Azərbaycan Mada çarlığı adı altında Əhəmənilərin bir vilayəti kimi
fəaliyyət göstərirdi. Lakin Mada çarlığı çox vaxt müstəqil siyasət yeridirdi.
E.ə.331-ci ildə İran Əhəməni imperiyası dağıldıqdan sonra Mada hökmdarı Atropat
Makedoniyalı İsgəndərin hüzuruna gələrək baş əymişdir. Lakin Qavqamel (Cancal) döyüşündə
Atropat iranlılara kömək etdiyi üçün İsgəndər Atropatı vəzifədən kənarlalaşdırıb Oksadat adlı bir
nəfəri hakimiyyətə gətirir. E.ə.328 –ci ildə münasibətləri qaydaya salan Atropat Kiçik Madanın –
Atropatenanın satrapı təyin olunur.
Atropat böyük dövlət xadimi, məşhur siyasətçi idi. Onun yeritdiyi siyasət nəticəsində Yunan-
Makedoniya əsgərləri Azərbaycan ərazisinə soxulmadılar.
E.ə 323-cü ildə Makedoniyalı İsgəndərin ölmündən sonra Atropat daha müstəqil fəaliyyət
göstərir.
Strabon “Cografiya” əsərində göstərir: ” Midiya iki hissəyə bölünür. Birinci hissə Böyük
Midiya-o biri hissə Atropat Midiyasıdır. Bu öz adını sərkərdə Atropatdan götürmüşdür... Atropatena
hərbi qüvvə mənasında çox sanballı ölkədir, çünki o,10000 süvari, 40000 piyada meydana çıxara
bilər.”
Atropatena Azərbaycanın (Adərbayqan)elmə məlum olan ən qədim adlarından biridir. İran
mənbələrində “Adurbadaqan”,ərərblərdə “Adərbaycan”, ermənilərdə “Atrpataqan” və şair
formalarda əks olunmuşdur.
Atropatın dövründə ölkənin paytaxtı Qazaka şəhəri idi və onun sərhədlərinə Cənubi
Azərbaycan, İran Kürdüstanı və Araz çayından şimala toroaqlar da daxil idi. Atropatenanın , onun
siyasi və mədəni həyatı haqqında məlumatlar, Atropatendə kənd təsərüfatının, sənətkarlığın, şəhər
həyatının və mədəniyyətinin inkişaf etdiyini göstərir. Hətta mədənlərdə qızıl, gümüş, mis, dəmir,
Urmiyə gölündən düz çıxarılması haqqında məlumatlar vardır. Ölkədə atıcılıq da inkişaf etmşdi.
Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası dağılarkən Böyük Midiya
ərazisində Selevkilər dövləti yarandı (Selevk). Elə o,zamandan Atropatenanın müstəqilliyi uğrunda
bu dövlətlər arsında mübarizə getmişdir. E.ə. 222-220-ci illərdə Selevki çarı III Antiox Atropatenə
hücuma keçmişdi. Bu vaxt Atropateni Artabazan idarə edirdi. Selevkilər burada güclü müqavimətə
rast gəldilər. Hətta Artabozan hücuma keçərək düşməni təqib edib selevkilərin paytaxtı Selevkiya
şəhərinə qədər gəlmişdilər. Selevkilər məcbur olub müqavilə bağladılar.Bu müqaviləyə əsasən
7
Atropatenanın ərazisi xeyli genişləndi. Bu ərazilərə Ayrarat vilayətinin baş şəhəri, olan Armavir,
Araz vadisi də daxil olmaqla Kolxidaya qədər vilayətlər daxil idi.
E.ə.III əsrin ortalarında Selevklər dövləti dağılmağa başlayır. Belə bir şəraitdə e.ə. 250-ci ildə
Xəzər dənizinin cənub və cənub-qərbində Parfiya dövləti meydana çıxır.(Paytaxt Aşqabad
yaxınlığında olan Nisə şəhəri idi.)
Sonralar Parfiyalıalar ərazilərini Dəclə çayı vadilərinə qədər genişləndirmiş və paytaxt Ktesifon
olmuşdur. (Dəclə yaxınlığında) Ölkəni əsası I Arşak tərəfindən qoyulmuş Arşakilər sülaləsi idarə
edirdi.
E.ə.II əsrin ortalarında Arşakilər Selevkiləri məğlub edərək, dövləti məhv etdilər. Təqribən
e.ə.150-ci ildə Arşaki çarı I Mitridat Atropatenanı da özündən asılı vəziyyətə salır. Bu vəziyyət
eramızın III əsrinin ortalarına qədər davam etmişdir. Lakin Atropatena Parfiya dövründə nisbətən
də olsa öz daxili müstəqilliyini qoruyub saxlayırdı.
Azərbaycanın şimal vilayyətləri və Dağıstanın xeyli hissəsi qədimdə Albaniya adlanırdı.
Albaniyanın bir dövlət kimi formalaşdığı e.ə.IV-III əsrlərdə ehtimal olunur. Paytaxtı Qəbələ, eramızın
V əsrindən Bərdə şəhəri olmuşdur. II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomey yazır ki,
Albaniya şimalda Sarmatiya, qərbdə İberiya , cənubda Atropatena, şərqdə Kaspi dənizi ilə həmsərhəd
idi. Albaniyanın inkişaf etmiş bir çox vilayətlərinin adları mənbələrdə verilir. Lpina, Uti, Kambisena,
Şakaşena, Kabalaka (Qəbələ), Heceri, Çola və s. Albaniyada yaşayan əhali tərkib etibari ilə çox
müxtəlif idi. Ən iri tayfa olan albanlar Xəzər dənizi sahilində yaşayırdılar və ən qədim etnos
sayılırdılar. Antik səlnaməçi Arian albanları e.ə. IV əsr hadisələri ilə əlaqədar yad etmişdir.
Albaniyanın ərazisində yaşayan əhali müxtəlif adlar daşıyan etnosların birliyini təşkil
edirdi.Burada sakasen, mük. uti, qarqar, ud, sovde, kaspi, qel, leq və s. adları daşıyan əhali təmsil
olunurdu. Eyni zamanda Albaniyada türk etnosları da yaşayırdılar. Strabonun məlumatına görə
albaniyada 26 dildə danışan tayfalar yaşayırdılar.
Albaniya haqqında əsas mənbə Moisey Kalankatüklünün “Albaniya tarixi” əsəridir. Burada
alban əhalisinin əsasən əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq, toxuculuq və ticarətlə məşğul
olduqları göstərilir. Çox maraqlıdır ki, Albaniyada quldarlıq münasibətləri üstünlük təşkil etmədi.
Maddi nemətlər istehsalçıları icma üzvləri idilər. Albanlar günəşə, aya sifayiş edirdilər. Qurban
kəsməklə müşaiyət olunan dini mərasimlər məbədlərdə icra olunurdu.
Alban dövlətinin tarixi erkən qaynaqlarda öz əksini tapmamışdır. Əsaən e.ə.I əsrdən etibarən
albanların siyasi həyatı barədə məlumatlar verilir.
Beləliklə e.ə.I əsrdə Romalıların şərqə hücumları dövründə albaniya əhalisi aktiv siyasi
fəaliyyətə başlayır. Romalılar sərkərdə Lukullun başçılığı altında e.ə. 69-cu ildə öz düşmənləri Pont
çarlığını (kiçik Asiyanın Qara dəniz sahillərində yerləşirdi.) məğlub edərək Cənubi Qafqaz ərazilərinə
soxuldular. Albaniya və Atropatenanın başı üzərini böyük təhlükə almış oldu. Roma sərkərdəsi
8
əvvəlcə Ermənistan ərazilərinə soxulur, paytaxt Tiqranakert (Van gölünün şərqində ) şəhərini
mühasirəyə aldılar. Lakin alban qoşunlarının köməyə gəlməsi ilə Roma qoşunları geri çəkildi. E.ə.66-
cı ildə Qney Pompeyin rəhbərliyi altında Roma qoşunları hücum edərək II Tiqranı darmadağın
edərək Albaniyaya soxuldu. Pompey qışın çıxmasını gözləyərək geniş hücum (3 istiqamətdən) planı
hazırladı.
Alban hökmdarı Qroys (Uruz) Pompeyin niyyətini başa düşərək, düşmən üzərinə hücuma
keçməklə təşəbbüsü ələ almaq və Roma ordusunu hissə-hissə əzməyi qərara alır.
Tarixçi Plutarx yazır:”... Qış Roma ordusunu yaxalayanda və romalılar Saturnalı bayramını
qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını keçdilər və onlara hücum
etdilər. E.ə. 66-cı ildə İberiya sərhəddi yaxınlığında, Kür çayı sahilində qanlı döyüş başladı. Alban
döyüşçüləri düşməni sıxışdırsalar da romalılar onların hücumlarını dəf edə bildilər. Bu zaman barışıq
imzalandı. Lakin e.ə. 65-ci ildə Pompey yenidən Albaniyaya hücuma keçdi. Kürün qolu olan Alazan
çayı sahilində romalıları 60 min piyada, 12 min nəfərlik süvari ordu gözləyirdi. Qoşunun başında
hökmdarın qardaşı Kosis dururdu. Qanlı döyüş romalıların qələbəsi ilə başa çatdı. Kosis və onun
süvariləri məhv oldular. Hökmdar Oroys dağlara çəkildi ki, mübarizəni yenidən davam etdirsin.
Lakin Pompey sülh yolu ilə albanları razı saldı.
E.ə.37-ci ildə Roma sərkərdəsi Krass Albaniyaya hücum etsə də burada çox qala bilməyib geri
qayıtmışdı. Lakin Alban hökmdarı Zoberi öz müttəfiqinə çevrilmişdi.
Eramızın I əsrində Albaniyada hakimiyyət yerli hökmdarın əlində cəmləş-mişdi.Albaniya
Roma ilə yaxın dostluq münasibətləri saxlayırdı.
Lakin Roma imperatoru Neron Albanlara qarşı böyük yürüş təşkil etdi. Onun bu yürüşü baş
tutmadı, çünki Roma əhalisi üsyan edərək onu öldürdülər. Bir müddət sonra 80—90-cı illərdə
imperator Domisianın dövründə romalılar hücum edərək Xəzərin sahilinə qədər gəlib çıxmışdılar.
Böyük daş (Qobustan ) dağının ətəyində Qafqazda ilk dəfə olaraq latın dilində yazı aşkar edilmişdir.
Burada yazılmışdır: İmperator Domisian Sezar Avqust Germanik. Yuli Maksim, Filminatın XII
leqionunun senturionu."
Bütün bu hücumlara baxmayaraq romalılar Atropatena və Albaniyanı öz hakimiyyətləri altına
ala bilmədilər. Bu ölkələrdə yaşayan xalqlar və tayfalar öz istiqlaliyyətlərini qoruyub saxlaya
bildilər.
Dostları ilə paylaş: |