Ыыы курс ихтисасчы тялябялярин


Fərdi müdafiə taktiki fəaliyyət qapıçı meydan oyunçusunun topla və topsuz olan oyunçuya qarşı əks fəaliyyətdir



Yüklə 299 Kb.
səhifə13/20
tarix10.05.2022
ölçüsü299 Kb.
#56974
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
Ümumi kurs Futbol Mühazirə

Fərdi müdafiə taktiki fəaliyyət qapıçı meydan oyunçusunun topla və topsuz olan oyunçuya qarşı əks fəaliyyətdir.

Bu fəaliyyətə: almaq, qapıdan oyun, «çıxışlarda oyun», qabaqlamaq, «bağlamaq» və s. hərəkətlər daxildir.

Topla olan oyunçuya qarşı əks fəaliyyətə növbəti hərəkət fəaliyyətləri – top almaq, top ötürmələrə qarşı əks fəaliyyət zərbələrə qarşı əks fəaliyyət, top aparmalara qarşı əks fəaliyyət daxildir.

Qruppalı müdafiə – kombinasiyalara qarşı əks fəaliyyət olub mühafizə, «divarın qurulması», süni oyundan kənar vəziyyətin yaradılması və s. hərəkətlərin icra edilməsidir.

Komandalar müdafiəyə müxtəlif taktiki sistemlər (1424, 1433, 1442) çərçivəsində sürətli hücuma qarşı topun aparılması ilə edilən hücuma qarşı fəaliyyət daxildir. Bundan əlavə təsnifatın sxemində müxtəlif fəaliyyət növləri həm hücumda, həm də müdafiəyə verilmiş onlarla, misal üçün, bir neçəsini qeyd edək – top atmaq, cərimə zərbəsi, sərbəst zərbə, başlanğıc zərbəsi, qapıdan zərbə, ikilikdə, üçlükdə və s. Müxtəlif hərəkət vasitələrindən istifadə edərək hücum və müdafiədə rəngarəng üsullardan istifadə etmək olar.

Oyun taktikası müxtəlif inkişaf mərhələlərini keçərək müasir halını almışdır. 1860-cı ildə hamı hücumda oynamağa çalışır, müdafiə haqqında heç düşünmürdülər. Bu 1-10 sistemli idi. 1863-cü ildə artıq müdafiə haqqında düşünməyə başladılar. Ona görə də Şotlandiyalılar ilk dəfə 1863-cü ildə 1-1-1-8 sistemi ilə oynamağa başladılar. 1872-ci ildə 1-2-26, 1880-ci ildə 1-2-3-5, 1925-ci ildə 1-2-2-1-2-3 (qapıçı, müdafiəçi, yarımmüdafiəçi, mərkəz yarımmüdafiəçi, iki köməkçi, üç hücumçu. 1930-cu ildə 1-3-2-2-3 1935-ci il Avstriyalı Rappanın «kilidi» 1-3-1-2-4 kimi idi. Müxtəlif tarixi dövrlərdə oyunun inkişafı ilə əlaqədar mərhələlərlə yeni sistemlər, yaranmış, təkmilləşmiş və inkişaf etmişdir. Bunlardan ən əsasları 1952-ci ildə 1424 /Braziliya sistemi kimi tarixə daxil olmuş/, bu sistemi Braziliyalılar 1958-ci ildə İsveçdə çox təkmil şəkildə nümayiş etdirərək dünya birinciliyinin qalibləri oldular.

1966-cı ildə 1433, 1968-ci ildən 1442 taktiki sistemi yaranır. Bu sistemlər daim təkmilləşir və mərhələlərlə futbolun inkişafına öz təkmil quruluşları ilə əks etdirərək futbol oyunun ən yüksək səviyyədə cazibədar aparılmasını nümayiş etdirirlər.


Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin