İKİNCİ Cİld on iKİNCİ FӘSİL


MÜT᾽Ə AYƏSİNİN ALİMLƏR İCMASI TƏRƏFİNDƏN NƏSX OLUNMASI



Yüklə 1,43 Mb.
səhifə8/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
#16977
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

MÜT᾽Ə AYƏSİNİN ALİMLƏR İCMASI TƏRƏFİNDƏN NƏSX OLUNMASI


Bəlkə də bə᾽ziləri müt᾽ə ayəsinin digər Qur᾽an ayələri və bu məzmunda nəql olunmuş bir çox rəvayətlərlə isbat olunduğunu güman edirlər. Lakin bu hökm müsəlman icma alimləri tərəfindən nəsx olunmuşdur.

Cavab:

Hər hansı bir məsələ ətrafında mə᾽sumun rə᾽yini bilmədən icmanın verdiyi hökm heç bir e᾽tibar kəsb etməyəcəkdir. Bir qədər əvvəl bizə mə᾽lum oldu ki, Peyğəmbərin (s) həyatında və ondan sonra Ömərin xilafətinədək müt᾽ənin haramlığına dair heç bir hökm sadir olunmamışdır.

Səhvə yol vermələri tamamilə təbii olan bə᾽zilərinin verdikləri fitvaları əsas tutaraq Qur᾽an ayələrini və Peyğəmbər (s) sünnətini kənara qoymaq nə dərəcədə düzgün olardı? Əgər bu düzgün üsul olarsa, Qur᾽an və mütəvatir hədis və rəvayətlərlə sabit olunan digər şəriət hökmlərini də nəsx etmək tamamilə mümkün olacaqdır.

Belə bir məntiqə əsaslanaraq asanlıqla deyə bilərik ki, şəriətin namaz, oruc, həcc və bu kimi vacib hökmləri alimlər icması tərəfindən nəsx olunmuşdur. Bir halda ki, heç bir müsəlman bunu qəbul etməyə hazır deyildir.

Bunu da qeyd etmək lazımdır ki, «Müt᾽ənin» haramlığına dair icma hər hansı bir hökm sadir etməklə heç bir səlahiyyətə malik deyildir. Çünki, səhabələrdən bir çoxu, xüsusilə Əhli-beyt ilə həmrə᾽y olanlar – o Əhli-beyt ki, Allah onları bütün eyb və nöqsanlardan, günah və çatışmamazlıqlardan uzaq etmişdir – müt᾽ənin haram olmasına dair verilmiş hökmə qarşı öz e᾽tirazlarını bildirmişlər.

Demək, müt᾽ənin haramlığına dair Ömərin buna dair verdiyi hökmdən başqa heç bir dəlil qalmır və hamıya mə᾽lumdur ki, Qur᾽an və Peyğəmbərin (s) sünnətinə tabe olmaq, başqalarının verdiyi hökmlərə tabe olmaqdan daha əsaslı və daha məntiqidir.

Tarixə nəzər saldıqda bunun şahidi oluruq ki, Ömərin oğlu AbdullaH həcc müt᾽əsinə icazə verdiyi zaman bə᾽ziləri ona e᾽tiraz edərək deyir: Atan bunu haram etdiyi bir halda sən onu halal edərək atana qarşımı çıxmaq istəyirsən?

Abdullah onların cavabında deyir: Vay sizin halınıza Allahdan qorxmursunuzmu? Peyğəmbərə (s) tabe olmağınız lazımdır, yoxsa Ömərə?!14



Nəticə:

Dediklərimizdən belə nəticəyə gəlmək olur ki, müt᾽ə hökmü nəsx olmamış və hələ də qüvvədə qalmaqdadır və Qur᾽anın bu kimi zəif və əsassız dəlillərlə nəsx olunması sadəcə qeyri-mümkündür.


MÜT᾽ƏDƏ DAŞQALAQ


Nəql olunmuş bir çox mö᾽təbər rəvayətlərdə Ömərin cəza məqsədi ilə müvəqqəti evlənənlərə qarşı daşqalaq hökmünü verdiyi göstərilir. Bir qədər əvvəl biz onlardan bir neçəsinə işarə etdik. Burada da onlardan bir neçəsi haqda söhbət açmağı daha məqsədəuyğun hesab edirik.

1) Cabir deyir: Peyğəmbərin (s) zamanında müt᾽ə edərdik. Ömər xəlifə olduqdan sonra minbərə çıxıb oxuduğu xütbələrin birində dedi: Allah istədiyi hər bir şeyi Peyğəmbər (s) halal etmişdir. Qur᾽anı da müəyyən hədəf üçün nazil etmişdir. «ümrə həccini» – Allahın tə᾽yin etdiyi qanunlar əsasında yerinə yetirin və qadınlarla daimi olaraq evlənin. Kimin müt᾽ə etdiyi haqda mənə bir xəbər verilərsə daşqalaq olunmasına əmr edəcəyəm.15

2) Şafei, Malikdən o da İbni Şəhabdan və o da Urvədən nəql etdiyi rəvayətdə deyir: Həkimin qızı Xəulə, Ömər ibni Xəttabın [xəlifənin] yanına gəlib deyir: Uməyyə oğlu Rəbiə cavan bir qadınla müt᾽ə etdi və həmən qadın ondan hamilə oldu. Ömər bu sözləri eşitdikdə bərk qəzəblənərək otaqdan bayıra çıxıb dedi: Əgər belə bir evlənməni əvvəllər yasaq etmiş olsaydım, Rəbiəni daşqalaq etdirərdim.16

3) Nafe deyir: Abdullah ibni Əmrdən müt᾽ə barəsində soruşdum. O, qətiyyətlə bunun haram olduğunu bildirdi. Sonra əlavə edərək dedi: Bilin ki, əgər Ömər birinin müt᾽ə etdiyini eşitmiş olsaydı, həmən şəxsin daşqalaq olunmasına əmr edərdi.17

Abdulla ibni Zubeyr bu barədə xəlifə Ömərin verdiyi hökmə istinad edərək müt᾽ənin haram olduğunu hesab etmişdir. İbni Abbas onun belə bir mövqe tutduğunu görüb deyir: Sən olduqca sadəlöhv və səfeh bir adamsan. Çünki, halal olan bir şeyi özünə haram etmisən. And olsun Allaha biz Peyğəmbərin (s) zamanında müt᾽ə edərdik və o Həzrət də bunu bizə qadağan etməzdi. İbni Zubeyr dedi: Əgər edə bilərsənsə indi də buna əməl et. And olsun Allaha! Əgər müt᾽ə etmiş olsan daşqalaq etdirəcəyəm.18 İbni Zubeyrin verdiyi hökm insanı heyrətə gətirir. Çünki öz əməllərində Qur᾽an və Peyğəmbər sünnəsinə əsaslanan bir müsəlmanı xəlifə ilə müxalif olduğu üçün daşqalağa məhkum etmək necə mümkün ola bilərdi.

Fərz edək ki, həmin şəxs ictihad edərək müt᾽ə etmiş, lakin öz ictihadında səhvə yol vermişdir. Belə olduqda da daşqalaq hökmü düzgün olmayacaqdır. Çünki, tə᾽yin olunmuş hədd və cəzalar şübhə ilə götürülər. (Yə᾽ni bilmədən belə bir iş tutubsa, onun haqqında həmin cəza növünü tətbiq etmək düzgün deyildir.)

Biz burada ictihadı fərz etsək də buna heç bir ehtiyac yoxdur. Çünki, müt᾽ə şübhə doğurmayan qəti məsələlərdən biridir və qeyd etdiyimiz kimi nəsx olunmasına dair heç bir dəlil və sübut yoxdur.

Əgər diqqət yetirsək görəcəyik ki, müt᾽əyə dair Ömərin və Əbu Hənifənin verdikləri fitvalar arasında böyük fərq vardır. Belə ki, o [Əbu Hənifə] bir çox hallarda hökmün qüvvədən düşdüyünü bildirmiş və icra olunmasını tə᾽xirə salmışdır.

Məsələn, o deyir: Əgər bir şəxs ona məhrəm olan qadınlarla və ya başqa bir qadınla qeyri-qanuni olaraq evlənib və onunla yaxınlıq edərsə və ya hər hansı bir iş üçün əcrini verilərək işlətdiyi qadınla yaxınlıq edərsə, bütün bu hallarda cəza hökmü onun üzərindən götürülmüş olur.

Əbu Hənifə bu kimi şəraitlərdə cəza hökmünün götürüldüyünü hesab edir və verdiyi hökmə belə istinad edir. Məhrəm və ya başqa birisi ilə evlənməyə gəldikdə, evlənmə qeyri-qanuni və batil olsa da müşahidə olunur və evli olduqları bir halda onlara qaşı heç bir cəza tədbiri görülməməlidir. Haqqı ödənilən qadın barədə də bunu demək kifayətdir ki, verilən məbləğ əslində onun mehriyyəsi hesab olunur. Belə ki, Allah-taala Qur᾽ani-kərimdə mehriyyəni ücrət (əcr) adlandırır.19



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin