İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə25/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   21   22   23   24   25   26   27   28   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Qədim Yunan müəllifləri qonşuluqda yerləşən Şərq aləmi ilə dərindən maraqlanmış və bu regionla mövcud olan dövlətlər, tayfalar haqqında müxtəlif məlu­matlar toplamış və kitablarında əks etdirmişlər. Azərbaycanın ərazisi, əhalisi, coğrafi mövqeyi, siyasi vəziyyəti haqqında ən geniş məlumatlar e.ə.V əsrdə yaşamış qədim yunan tarixçisi Hera­dotun “Tarix” əsərində verilmişdir. Şübhəsiz, Heradotun dövründə Şərq­də yerləşən dövlətlərin, tayfa birliklərinin tarixinə maraq əsrlərlə davam edən yunan – İran qarşıdurmasından irəli gəlmişdir: müharibələr yunan cəmiyyətində öz rəqibləri haqqında daha ətraflı məlumata malik olmaq zərurəti yaratmışdır.

E.ə.IV əsrin 30-cu illərində Makedoniyalı İsgəndərin Şərqə uğurlu yürüşlərindən sonra bu regionun dərindən öyrənilməsinə maraq daha da artdı və bu proses sonrakı əsrlərdə də davam etmişdir. Antik dövrdə qədim yunan, Roma tarixçiləri, coğra­fiyaçıları Strabon, Ptolemey, Peki­ni, Arrian, Kursi Ruf, Ammian Marselin, Tassit,Yuli Solin, Kseno­font və başqaları Şərq aləminə həsr etdikləri əsərlərdə qədim Azər­baycanın coğra­fiyası, əhalisi, əhalinin məşğuliyyəti, etnik tərkibi, burada baş verən siyasi hadisələr və s. barədə məlumatlar vermişlər.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin