İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Albaniyanın ərazi-inzibati quruluşu



Yüklə 0,94 Mb.
səhifə68/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   64   65   66   67   68   69   70   71   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Albaniyanın ərazi-inzibati quruluşu. Qafqaz Albani­yasının əra­zisi inzibati cəhətdən əyalətlərə və vilayətlərə bölünürdü. Bir əyalət bir neçə vilayətdən ibarət olurdu. Albaniya ərazisində 10 əyalət mövcud olmuşdur. Onlardan 6 əyalət Kür çayından şimalda 4 əyalət isə Kürdən cənub ərazilərdə yerləşirdi. Bunlar aşağıdakılar idi:

1) Çola (Dərbənd); 2) Lpina (Lupena); 3) Kambisena (Kambeçen); 4) Əcəri (Həcəri); 5) Kabalaka (Qəbələ; 6) Şəki (erməni mənbələrində - Şako, gürcü mənbələrində Nuxpato kimi adlandırıl­mışdır); 7) Paytakaran əyalətinin adı müxtəlif mənbə­lərdə müxtəlif cür göstərilir. Erməni mənbələrində - Kaspk, Kazbk, antik mənbələrdə - Kaspiana, alban mənbələrində Payta­karan və yaxud Balasikan, fars və ərəb mənbələrində Balasakan kimi göstərilir. Mərkəzi şəhəri Balasakan (Beyləqan) olmuşdur ; 8) Uti (yunan mənbələrində – Otena) əyaləti. Bu əyalətin tərkibində 2 böyük vilayət – Girdiman və Sakasena vilayətləri var idi ; 9) Arsax (yunan mənbələrində Orxistena); 10) Sünik (fars mənbələrində Sisakan).

Beləliklə, görünür ki, Albaniyanın tarixi əraziləri, ərəb mənbə­lərində göstərildiyi kimi, Dərbənddən Tiflisə, Tiflisdən Naxçıvanın qərbinə, oradan isə Astaraya kimi uzanırdı.

VIII əsrin əvvəllərində (705-ci il) Albaniya dövləti süquta uğradı və onun ərazisində Şəki, Şirvan, Qarabağ, Aran, Muğan və Naxçıvan kimi tarixi vilayətlər yarandı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin