İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə355/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   351   352   353   354   355   356   357   358   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Kino sənəti. Bu dövrdə görkəmli aktyorlar Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, Leyla Bədirbəyli, Möhsüm Sənani, Nəsibə Zeynalova və digərləri fəaliyyət göstərirdilər. R.Təhmasib «Arşın mal alan» (1945), H.Seyidbəyli «0 olmasın, bu olsun» (1956), T.Tağı­zadə «Uzaq sahil­lərdə» (1958) filmlərini çəkmişdilər.1970-1980-ci illərdə Azərbay­can kinomatoqrafçıları «Yeddi oğul istərəm», «Nəsimi», «Babək», «İstintaq», «Dədə Qorqud», «Yaramaz» film­lərini çəkmişdilər.

İncəsənət. Bu dövrdə görkəmli rəssamlar – Səttar Bəhlulzadə, Tahir Sala­hov, Mikayıl Abdullayev kimi sənətkarlar Milli rəssamlıq ənənə­lərini inkişaf etdirib zəngin­ləşdirirdilər. Lətif Kərimov xalqımıza dünya şöhrəti gətirən alim-xalçaçı rəsam idi.

Bakı şəhərində şair və yazıçılara monumental heykəllər qoyul­muşdur. Görkəmli Azərbaycan heykəltəraşı Fuad Əbdürrəhmanov «Nizami Gəncəvi» (Bakıda 1949, Gəncədə 1976), «Azad qadın» (1960), S.Vurğun (1961), «İbni Sina» (Buxara), Cəlal Qaryağdı «M.Ə.Sabir» (1958), “Nərimanov”, Ömər Eldarov və Tokay Məmmədov «Füzuli» (1962), T.Məmmədov və L. Zeynalov «Nəsimi» və digər möhtəşəm heykəllər yaratmışlar.

Respublikada dini birlikləri nəzarətdə saxlamaq üçün 1976-cı ildə Ali Sovetin Rəyasət Heyəti «Azərbaycan SSR-də dini birliklər haqqında Əsasnamə» qəbul etdi.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin