İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə52/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   48   49   50   51   52   53   54   55   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Manna əhalisinin əsasını burada yaşayan yerli əhali - kutilər, lullubilər, turuk­kilər, subarlar təşkil edirdilər. Sonralar Mannada qismən hurrilərin də yaşadığı ehtimal edilir. Adı çəkilən tayfalar (turukkilər, lullu­bilər, subarlar, kutilər) erkən türk (prototürk) dilində danışmışlar və onlar bugünkü azərbaycan­lıların əcdadları olmuşlar.

Manna dövlətinin yaranması. E.ə. I minilliyin başlan­ğıcında Azərbaycanın Urmiya gölünün ətraf ərazilərində iri siyasi tayfa birləş­mələri meydana gəlmişdi ki, onların da hər birinin öz çarı var idi. Bu çarlıqlardan ən böyüyü Zamua çarlığı idi. Çar Nuru Adadın və onu e.ə. 880-ci ildə əvəz etmiş Amekanın dövründə Zamua yüksəliş dövrünü yaşayırdı. Mixi yazılarında Zamuadan əlavə Urmiya ətrafında Allabriya Karalla, Çilzan, Zikertu kimi çarlıqların da adları çəkilir. Bütün bu çarlıqlar qonşu Aşşur dövlətinin qarətçi hücumlarına məruz qalırdılar. Xarici işğalçılardan qorunmaq zərurəti e.ə. IX əsrin ikinci yarısında bu çarlıqları birləşməyə sövq etdi və Zamua vilayəti əsasında vahid Manna dövləti yarandı.

Manna adı Urmiya gölü ətrafında yaşayan soylardan birinin adından götürül­müşdür. Manna yarandıqdan sonra da xarici işğalçıların hücumları səngiməmişdi. Belə ki, e.ə. 829-cu ilə aid mənbələrdə Manna­nın adı Aşşurun işğal etdiyi ölkələr siyahısında çəkilir. Sonralar Manna Aşşur və Urartuya qarşı öz müstəqilliyi uğrunda uzun müddət mübarizə aparmış, Urartuya qarşı Aşşurla, Aşşura qarşı Urartuyla ittifaqa girmiş­dir. E.ə. VIII əsrin ikinci yarısında Mannanın Mazamua vilayəti Aşşur hökmdarı III Tiqlatpalasar tərəfindən işğal olunmuşdur.

Mannanın ən məşhur çarı İranzu (e.ə. 740-719-cu illər) olmuşdur. İranzunun dövründə Manna daxilində separatçılığa son qoyuldu, dövlətin ərazisi xarici işğalçılardan azad edildi, dövlətin əraziləri bir qədər geniş­ləndi. Orduda islahatlar aparıldı, ordu gücləndirildi. Dövlətin idarəetmə sistemi təkmilləşdirildi, ölkə canişinliklərə bölündü İranzunun təyin etdiyi canişinlər bu canişinliklərə başçılıq edirdilər. İranzunun dövründə mərkəz­ləşdirilmiş Manna dövlətinin yaranması prosesi başa çatdı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin