İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə99/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   95   96   97   98   99   100   101   102   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

İqtisadi həyat. Ərəblərin hərbi yürüşləri Azərbaycanın iqtisadi həyatına dağıdıcı təsir göstərdi. Ərəb müəlliflərindən Əbu Duləf Bala­sakan düzü (Bey­ləqan) haqqında yazırdı ki, bu düzdə beş min kənd var, ancaq çoxu xarabadır. Beyləqan, Bərdə, Şamaxı, Şəmkir və sair şəhərlərin təsərrüfat sistemi dağıdılmışdı. Lakin, Xilafət sabitləşdikdən və Azərbaycan ərəblər tərəfindən ram edildikdən sonra Xilafət vaitəsilə onun dünya ölkələri ilə əlaqələri genişləndi. Azərbaycan dünya ticarət yollarının qovşağında yerləşdiyinə görə Dəbənd, Beyləqan, Şəki, Təbriz, Ərdəbil, Şamaxı və sair şəhərlərin inkişafına müsbət təsir göstərirdi. Xüsusilə, Bərdə şəhəri surətlə inkişaf edirdi. Cənubi Qafqazda bütün ticarət yollarının kəsişdiyi şəhər Bərdə idi. Bu şəhərdəki Kürki bazarı mal dövriyyəsinə görə Yaxın Şərqin 3-cü (İsfahan və Rey bazarlarından sonra) bazarı sayılırdı. Azərbay­canda Kürki bazarı ilə rəqabət apara biləcək ikinci bazar Gülsurə bazarı idi ki, o da Cənubi Azərbaycanda ən iri bazar idi. O dövrdə xarici ölkələrə Azərbaycandan əsasən ipək (Şəki), boya (Bərdə), kətan parça (Dərbənd), yun parça (Dəbil), neft, zəfəran (Bakı) və sair mallar ixrac olunurdu.

Ticarət təkcə quru yollarla deyil, dəniz vasitəsilə də həyata keçirilirdi. Dəniz ticarətində Dərbənd, Bakı, Astrabad və sair limanlar mühüm rol oynayırdılar.

Şəhər əhalisinin əsas məşğuliyyəti sənətkarlıq idi. Azərbaycanda müxtəlif sənət sahələri, xüsusilə, dulusçuluq, misgərlik, toxuculuq inkişaf etmişdi.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin