İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycan milli legion­la­rının təşkil olunması



Yüklə 0,94 Mb.
səhifə331/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   327   328   329   330   331   332   333   334   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Azərbaycan milli legion­la­rının təşkil olunması. 1941-ci ilin payızına 2 milyondan artıq sovet hərbçisi almanlara əsir düşmüşdü. Alman faşistləri artıq 1941-ci ilin avqustunda əsirləri milli mənsu­biyyətinə görə qruplaşdırmaq üçün 30 komissiya yaratmışdılar ki, bunu da milli legionların yaradılmasına hazırlıq kimi başa düşmək olar. Alman faşistləri əsirlərə dözülməz münasibət bəsləyirdilər.Xüsusən, monoloid irqinə aid türk xalqları - qazaxlar, qırğızlar, özbəklər və s.daha şox təhqirə məruz qalırdılar. Qeyri-rəsmi məlumatlara görə azərbaycanlı əsirlərin sayı 150 minə çatırdı. Pribaltikada almanların tərəfinə keçən Sovet ordusunun mayoru Əbdürəhman Fətəlibəyli-Düdənginski 1941-ci ilin noyabrında azərbay­canlılardan ibarət milli hissələr yaratmaq üçün Hitlerə müraciət etdi. Ancaq müharibəni 1941-ci ilin sonuna bitirməyi planlaşdıran Hitlerə “hansısa milli legionlar”ın yaradılması ideyası cəlbedici görünmürdü.

1941-ci ilin 5-6 dekabr günlərində Sovet ordusu Moskva ətrafında alman qoşunlarını məğlub edib 100 km geri atdı. Bu almanların II Dünya müharibəsində ilk məğlubiyyəti idi.Bu məğlubiyyətdən sarsılan Hitler milli legionların yaradılması fikrini təsdiq­lədi.Beləliklə, 22 dekabr 1941-ci il tarixdə Hitler Türküstan,erməni, gürcü və Qafqaz - müsəlman legionlarının yaradılması haqqında sənədə imza atdı.Sonralar Qafqaz - müsəlman legionu iki legiona-Azərbaycan və Şimali Qafqaz legionlarına bölündü. Alman generalı fon Makizen Qafqaz müsəlmanlarından ibarət milli legionların komandanı təyin olundu və əsgərlərə daha yaxın olmaq üçün islam dinini qəbul etdi.1942-ci ildə Volqaboyu və Krım tatarlarının da legionu təşkil edildi. Alman tədqiqatçısı Mühlenin yazdığına görə, türk-tatar milli legionlarının yaradılmasında iki türk generalının - tanınmış hərbçi Nuru Paşanın və Türkiyə Ordusu Baş Qərargahının generalı Ərkilətin xüsusi rolu olmuşdur.

Birinci Azərbaycan legionları Polşa ərazisində formalaşdırıl­dılar.Keçmiş legioner­lərin məlumatına görə, Azərbaycan milli legionlarında 70 minə yaxın azərbaycanlı döyüş-çü var idi.Komandir­lərin 20-30 %-ini alman zabitləri təşkil edirdilər Azərbaycan milli legionlarını təşkil edən tağımlar “Boz qurd”, “Cavad xan”, “Aslan”, “Berqman”(“Dağlı”) adları daşıyırdılar. Almanların maliyyə dəstəyi ilə hər Azərbaycan legionu öz qəzetini buraxırdı. 1942-ci ilin avqustunda Hitler təşkil olunan milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini yerinə yetirən məhdud və muəyyən işlərlə bağlı “Əlaqə qərar­gahları”ının (almanca: "Ferbindunqştab”ların) qurulmasını əmr etdi. Azərbaycan “Əlaqə qərargahları”ının başına da Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski gətirildi. 1943-cü ilin yayında 162-ci Azad Türk diviziyası yaradıldı və Azərbaycan legionu ona daxil oldu.

1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına çevrildi.Azərbaycan legionu 4 polkdan, 30 yaxın tağımdan və digər dəstə­lərdən ibarət idi. Qafqaz müsəl­manlarından,o cümlədən azərbaycanlılardan ibarət milli legionlar Qaf­qaz­da Mozdok, Kazbek və Elbrusda strateji yüksəklikləri tutmaqda iştirak etdilər.

Azərbaycan legionunun əsas bazaları Polşa və Almaniya ərazilərində yerləşirdi. Sonralar isə legion Polşanın Rodom məntəqə­sindən Fransanın cənubunda yerləşən Rodes şəhərinə köçürüldü. 1944-cu ildə Azərbaycan legionerlərindən Ə.Fətəlibəylinin, İ.İsrafi­lovun, R.Babayevin, T.Məmməd və Ə.Qazıyevin fəallığı ilə "Əlaqə Qərargahı"nın (“Fer­bin­dunqştab”ın) Paris filialı yaradıldı. Paris filialına Nuşibəy Zulqədərov, Rza Tağıyev və Əlibəy Hacınski daxil oldular. 1944-cü ildə Parisin almanlardan azad edilməsindən sonra Paris filialı da buraxıldı. Azərbaycan Milli legionu Fransanın cənubunda müttəfiqlərə qarşı vuruşurdu. Almaniyanın məğlubiyyətindən sonra legionerlər ingilis-amerikan qoşunlarına təslim oldular. Onların bir hissəsi bitərəf ölkələrə getdilər və çox hissəsi isə Türkiyədə məskunlaşdı.

İkinci Dünya müharibəsi illərində alman əsirliyindən qaçan azərbaycanlıların bir qismi Ukrayna meşələrində həm faşist Almaniya­sına, həm də SSRİ-yə,bolşevizmə qarşı silahlı müqavimət göstərən Ukrayna Müqavimət Ordusuna (UPA) qoşulmuşlar. Bu Ordunun sayı 100 minə çatırdı. Ukrayna Müqavimət Ordusu rəhbərliyi azərbaycan­lılar­dan əsasən alman faşistlərinə qarşı döyüşlərdə istifadə etmişlər. Başqa xalqların nümayəndələri ilə birgə vuruşan azərbaycanlılar bu müqa­vimətdə ən çoxsaylı olmuşlar - bir batolyon (180 nəfər) və bir kəşfiyyat rotası (36 nəfər) həyatlarını azadlıq idealları uğrunda qurban veriblər. Onlardan cəmi bir neçə nəfər sağ qalıb, Avropaya keçə bilmişdir.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin