4) Pedoqoji tədqiqatların aparılmasında, qabaqcıl müəllimlərin təcrübəsinin öyrədilməsində kompüterlərin tədbiqi. Kompüterlərin elmi tədqiqatların aparımasında, xüsusən də pedaqoji tədqiqatların aparımasında böyük rolu var. Onun vasitəsi ilə tədqiqat prosesi layihələndirilir, modelləşdirilir, avtomatlaşdırılır. Pedoqoji sahədə elmi- tədqiqatlar əsasən eksperimental xarakter daşıyır. Buna görə də tədqiqatların nəticələrinin statistik işlənilməsi xüsusi əhəmiyyət kəsb edir. Kompüter bu prosesi avtomatlaşdırmaqla yanaşı verilənlər bazası və verilənlər bankı yaratmağa, onu idarəetməyə imkan verir. Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsində kompüterin tətbiqi ilə telekonfrans rejimində müxtəlif elmi metodik müşavirələrin, dialoq rejimində müzakirələrin keçirilməsi mümkündür. Hal- hazırda bir çox ölkələrdə müəllimlərin ənənəvi avqust və yanvar konfransının İnternet vasitəsi ilə forum şəklində təşkili geniş yayılmışdır. Bu yolla qabaqcıl təcrübənin öyrənilməsi və yayılması həyata keçirilir.