Mirməhəmməd Kərim əl-Bakuvi
Mir Məhəmməd Kərim Mircəfərzadə Bakuvi 1858-cü ildə Bakıda anadan
olmuşdur. İlk təhsilini mədrəsədə almışdır. Övladının yüksək təhsil almasını istəyən
atası Mircəfər 1871-ci ildə onu İraqa göndərmişdir. On il ərzində o, Bağdad
şəhərində ərəb dili, İslam tarixi, fiqh, hədis kimi ilahiyyat elmlərini öyrənmişdir.
İraqdan geri qayıdarkən bir müddət İranda qalmış, Bakıya qayıtdıqdan sonra İçəri
1
Bu məqalə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya
Regional Mərkəzinin dəstəyi ilə İslam Araşdırmaları Mərkəzində həyata keçirdiyimiz post-
doktorluq proqramı üzrə xüsusi tədqiqatın nəticəsində ərsəyə gəlmişdir.
Mirniyaz Mürsəl oğlu Mürsəlov
22
şəhərdəki Şah Abbas məscidində axund olmuş, 1904-1918-ci illərdə Bakı
quberniyasının qazısı vəzifəsini icra etmişdir. Eyni zamanda bu müddət ərzində o,
Bakı quberniyasının Şiə Məclisinin başçısı vəzifəsini də daşımışdır.
2
Mir Məhəmməd Bakuvinin ilk yazdığı əsər “İran kəndlilərinin halı və ya
Təbrizdə gördüklərim” əsəridir. Yuxarıda da qeyd etdiyimiz kimi o, 1881-ci ildə
təhsilini başa vuraraq Bakıya dönərkən bir müddət İranda olmuş, Tehran və Təbriz
şəhərlərini gəzmişdir. Daha sonra bu səfər əsnasında yaranmış təəssüratları qeyd
olunan əsərdə öz əksini tapmışdır. Ancaq təəssüf ki, bu əsər 1930-cu illərdə Azərnəşr
mətbəəsində müəmmalı bir şəkildə yoxa çıxmışdır.
3
Qızı Təzəxanım əsərin əlyazmasını nəşr olunması üçün Azərnəşrə aparmış, onlar
isə mətndəki Allah və Peyğəmbər kəlmələrinin əsərdən çıxarıldığı halda mümkün
olacağını bildirmiş, Bakuvi isə bu şərtlə razılaşmamışdır. Sonralar əlyazma yoxa
çıxmışdır.
Bakuvinin əsərlərinin çox hissəsini tərcümələr təşkil edir. O, görkəmli fəqih və
ilahiyyatçı olması ilə yanaşı, peşəkar bir tərcüməçi olmuşdur. Onun tərcümələri
arasında ən çox Corci Zeydanın əsərləri daha çox yer tutur. Onun ilk tərcümə etdiyi
və günümüzə qədər gəlib çatan tərcüməsi “On yeddi Ramazan” kitabıdır. Kitabda
həzrət Əli (ə.s.)-ın şəhadəti və xəvariclərlə bağlı hadisələrdən bəhs olunur.
Yezid ibn Müaviyənin xilafəti və həzrət Hüseyn (ə.s.)-ın şəhadətindən bəhs edən
digər tərcümə əsəri “Kərbəla yanğısı” adlanır. Bu əsər H.Z.Tağıyevin maddi dəstəyi
ilə nəşr edilmişdir.
Digər bir tərcüməsi yenə də Corci Zeydanın “Ərmənusə əl-misriyyə” əsəridir.
1911-ci ildə o, əsərin tərcüməsini tamamlamış və sonda “Fətatu Qəssan” adlı digər
bir əsəri tərcümə edəcəyini düşündüyünü qeyd etmiş, ancaq daha sonra “Səlib
müharibəsi” adlı əsəri daha əhəmiyyətli saymış və onu tərcümə etmişdir.
4
Başqa bir tərcümə əsəri “Əzrayi-Qüreyş” adlanır. Bu əsər də H.Z.Tağıyevin
maddi dəstəyi ilə nəşr edilmişdir. Əsərdə həzrət Osmanın qətli, həzrət Əlinin (ə.s.)-in
xilafəti, Cəməl və Sıffeyn döyüşləri, Təhkim hadisəsi qələmə alınmışdır.
2
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi, Kəşfül-
həqaiq ən nükətil-ayati vəd-dəqaiq, s. 6. Bakı, Şərq-Qərb mətbəəsi, 2014.
3
Sabuhi Şahavatov, Ulumu`l-Kur`an Açısından Bakuvi Tefsirinin Özellikleri, Yüksek lisans
tezi, s. 38. İstanbul, 2010.
4
Nizami Məhərrəmov, Məmmədəli Babaşov, Qafqaz Müsəlmanlarının Atası, Ədəbiyyat
qəzeti. Bakı, 1991.
Son dövr Azərbaycan müfəssirləri
23
Bakuvinin tərcümə etdiyi digər əsərlər “Fətatu Qəssan”, “Əbu Müslim əl-
Xorasani”, “Harun ər-Rəşidin bacısı Abbasə”, “Əmin və Məmun qardaşları”dır.
Təəssüf ki, yaxın qohumunun evində saxlanılan bu əsərlər 1940-cı illərdə yox
olmuşdur.
5
Mir Məhəmməd Kərim ağanın ölümü haqqında bir neçə görüş vardır. Mərhum
akademik Ziya Bünyadovun “Qırmızı terror” adlı kitabında və DTK-nın arxiv
sənədlərində bildirilir ki, 15030 №-li məhkəmə qərarı ilə 83 yaşlı Mircəfərov Mir
Məhəmməd Kərim Mircəfərzadəyə antisovet fəaliyyətlərinə görə güllələnmə hökmü
verilmişdir.
6
Başqa bir görüşdə oğlu Mircəfər Mir Məhəmməd Kərim ağanın 20
oktyabr 1956-cı ildə beyninə qan sızması nəticəsində öldüyü bildirilmişdir. Nizami
Məhərrəmov və Məmmədəli Babaşova görə Bakuvi həbs olunduqdan sonra iki nəfər
tərəfindən qaçırılmışdır. Sonralar onun Qazaxıstan səhralarında olması məlum
olmuşdur. Bir dəfə sel əsnasında körpü dağılmış, sahildə susuz və qidasız qalan
məhbuslar ot yeməyə məcbur olmuş, Bakuvinin zəifləmiş vücudu buna tab gətirməyib
faciəli bir şəkildə dünyasını dəyişmişdir.
7
Bu görüşlərin hansının daha doğru olduğu
bizə məlum olmasa da bir şeyi aydındır ki, görkəmli Azərbaycan müffəsiri Bakuvi
faciəli bir şəkildə ölmüşdür. Ailəsinin yeganə təsəllisi isə ona ölümündən sonra 15 iyun
1960-cı ildə Azərbaycan SSR Ali Məhkəməsinin bəraət verməsidir.
Bakuvinin yazmış olduğu və günümüzə qədər gəlib çatan “Kəşfül-həqaiq ən
nükətil-ayati vəd-dəqaiq” əsəri 3 cilddən ibarət olub əski əlifba ilə yazılmışdır.
Birinci cild əl-Fatihə surəsi ilə başlayıb Tövbə surəsi ilə, ikinci cild Yunus surəsi ilə
başlayıb Ənkəbut surəsi ilə, üçüncü cild isə ər-Rum surəsi ilə başlayıb ən-Nas surəsi
ilə bitir. Hər cildin əvvəlində müəllifin müqəddiməsi vardır.
8
Əsər H.Z.Tağıyevin dəstəyi ilə 1904-cü ildə birinci və ikinci cildləri, 1906-cı
ildə isə üçüncü cildi “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində nəşr olunmuşdur.
Daha sonra bu əsər Hacı Əbdülməcid tərəfindən h. 1339-cu ildə fars dilinə tərcümə
edilmiş və ilk dəfə Tehranda nəşr olunmuşdur. 1349, 1354, 1358 və 1361-ci illərdə
təkrarən nəşr olunmuşdur. 1373-cü ildə Təbrizdə heç bir dəyişiklik edilmədən
orijinal şəkildə ikinci dəfə nəşr olunmuşdur. Bakuvinin bu əsəri daha sonra Əhməd
5
Ahmet Dolunay, Gerçeğin Doğuşu, s. 18-19. İstanbul, Merkür Yayınları, 2000.
6
Ziya Bünyadov, Qırmızı Terror, s. 279-280. Bakı, 1983.
7
Nizami Məhərrəmov, Məmmədəli Babaşov, Qafqaz Müsəlmanlarının Atası, Ədəbiyyat
qəzeti. Bakı, 1991.
8
İsmayılov Mehman, 20. Yüzyılda Azerbaycan'da yapılan Kur'an ve tefsir çalışmaları, s. 48-
49, Yüksek lisans. Marmara Universitesi, 2002.
Mirniyaz Mürsəl oğlu Mürsəlov
24
Dolunay tərəfindən Türkiyə türkcəsinə tərcümə edilmiş və 2000-ci ildə İstanbulda
“Gerçeğin Doğuşu Alevî Kur’ân Tefsiri” adı ilə iki cilddə nəşr olunmuşdur. Sonuncu
dəfə 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən əsər üç cilddə nəşr
edilmişdir.
Bakuvi bu əsəri yazanda Zəməxşərinin “əl-Kəşşaf”, Fəxrəddin ər-Razinin
“Təfsirul-kəbir”, Təbərisinin “Məcməul-bəyan”, Beyzavinin “Ənvarut-tənzim” və
başqa təfsirlərdən, həmçinin Şiə hədis qaynaqlarından Küleyninin “Üsuli kafi” ilə
yanaşı əhli-Sünnə hədis mənbələrindən də istifadə etmiş, əhkam ayələrinin təfsirini
verəndə yenə də hər iki məzhəbin fiqh alimlərinin görüşlərinə baş vurmuşdur.
9
Bakuvi bəzi Quran ayələrinin təfsirini digər ayələrlə vermişdir. Məsələn, əl-
Bəqərə surəsinin 37-ci ayəsindəki “Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr
öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O
(Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.” “kəlmələr” sözünü əl-Əraf surəsinin
23-cü ayəsindəki “(Adəm və Həvva:) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər
bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” –
dedilər.” duasıdır kimi təfsir etmişdir.
10
Bakuvi ayələri bəzən də Peyğəmbərin sünnəsi (hədislər) ilə təfsir etmişdir. Onun
həm Şiə, həm də əhli-Sünnə məzhəblərinin hədis mənbəələrindən istifadə etməsi
Bakuvinin bir çox müfəssirlərdən fərqləndirən xüsusiyyəti olmuşdur.
11
Bakuvi əl-Həşr surəsinin 7-ci ayəsini “...Peyğəmbər sizə nə verirsə, onu götürün;
nəyi qadağan edirsə, ondan əl çəkin...” təfsir edəndə Abdullah ibn Məsudun
Peyğəmbərdən rəvayət etdiyi “Allah taxma saç istifadə edən, saçına başqasının saçını
əlavə edən, bədəninə şəkil döydürən qadınlara lənət etmişdir”
12
hədisini nəql edir.
Müfəssir Quran ayələrini izah edərkən istər səhabə, istərsə də tabiundan gələn
rəvayətlərə də yer vermişdir. Məsələn, əl-Əhzab surəsinin 33-cü ayəsini “...Ey əhli-
beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi
pakdan pak etmək istər!” təfsir etdiyi zaman bildirir ki, səhabədən Səid əl-Xudri və
9
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi, Kəşfül-
həqaiq ən nükətil-ayati vəd-dəqaiq, s. 18. Bakı, Şərq-Qərb mətbəəsi, 2014.
10
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi, Kəşfül-
həqaiq ən nükətil-ayati vəd-dəqaiq, s. 41. Bakı, Şərq-Qərb mətbəəsi, 2014.
11
Ahmet Bedir, Bakuvi Tefsirinin Tahlil ve Tahrici, s. 78. Doktora tezi, 1997.
12
Müslim b. Haccac, Sahihi Müslim, Libas, 120. İstanbul, Çağrı Yayınları, 1992.
Son dövr Azərbaycan müfəssirləri
25
tabiundan Mücahid bu ayənin Fatimə, Həsən və Hüseyn haqqında nazil olduğunu
rəvayət ediblər.
13
Bakuvi ümumiyyətlə təfsirində İsrailiyyat xəbərlərinə bir-iki yer xaric yer
verməmişdir.
14
Bununla yanaşı, təfsirin dirayət növündən də istifadə etmişdir.
Məsələn, Ali-İmran surəsinin 3-cü ayəsindəki “nəzzələ” və “ənzələ” fellərini izah
edərkən “nəzzələ” felinin tədrici, “ənzələ”nin isə birdəfəlik endirmə mənası verdiyini
bildirir. Qurani-Kərimin 23 il ərzində nazil olduğunu diqqətə çatdıraraq “nəzzələ”
felinin Qurana, “ənzələ”nin isə Tövrat və İncilə aid olduğunu deyir.
15
Bakuvi əhkam ayələrini təfsir edərkən yuxarıda da qeyd etdiyimiz kimi mənsub
olduğu Şiə məzhəbi ilə yanaşı əhli-Sünnə məzhəbinin görüşlərinə də yer vermişdir.
Məsələn, əl-Muminun surəsinin 7-ci ayəsini təfsir edərkən muta nikahının caiz
olduğunu yəni, mənsub olduğu məzhəbin görüşünü mənimsəyir.
16
Müfəssir kəlam mövzusuna dərindən toxunmamış sadə bir dildə bu mövzuları
ifadə etməyə çalışmışdır. Məsələn, əl-Bəqərə surəsinin 82-ci ayəsini “İman gətirənlər
və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar” izah edərkən
insana təkcə iman etməsinin fayda verməyəcəyini, imanla yanaşı yaxşı əməlin də
vacibliyini bildirir. Bəni-İsrail əhvalatında onların soy-nəsəbləri ilə qürrələnib
əzabdan nicat tapacaqlarına inanmaları iddiasının batil olduğunu qeyd edib, cənnət
və cəhənnəmin əmələ görə olacağını bəyan edəndən sonra gələn ayədə Bəni-İsrailə
xitab eləyib onların xüsusiyyətini göstərir.
17
Bakuvi nəsxi
qəbul etsə də, ayələrin hansının nəsx, hansının mənsux olduğunu
bildirməmişdir. Eyni zamanda qiraət mövzusuna da toxunmamışdır.
18
Bakuvi bəzi surələrin əvvəlində olan Hurufu Müqəttəələri həmin surələrin adı
olaraq dəyərləndirir. Müfəssirə görə əl-Bəqərə surəsinin əvvəlindəki Müqəttəə
13
Əli ibn Əhməd Vahidi, Əsbabun-nüzul, s. 266-267. Beyrut, Aləmul-kutub, tarixsiz.
14
Ahmet Bedir, Bakuvi Tefsirinin Tahlil ve Tahrici, s. 84. Doktora tezi, 1997.
15
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi, Kəşfül-
həqaiq ən nükətil-ayati vəd-dəqaiq, s. 165. Bakı, Şərq-Qərb mətbəəsi, 2014.
16
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi, Kəşfül-
həqaiq ən nükətil-ayati vəd-dəqaiq, 370-371. Bakı, Şərq-Qərb mətbəəsi, 2014.
17
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi, Kəşfül-
həqaiq ən nükətil-ayati vəd-dəqaiq, s. 62. Bakı, Şərq-Qərb mətbəəsi, 2014.
18
Ahmet Bedir, Bakuvi Tefsirinin Tahlil ve Tahrici, s. 141. Doktora tezi, 1997.
Mirniyaz Mürsəl oğlu Mürsəlov
26
hərfləri “Əlif-ləm-mim” əslində surənin adıdır. Lakin ənənəvi olaraq bu surənin adı
sözü gedən surənin məşhur kəlmələrindən olan “Bəqərə” deyə adlandırılmışdır.
19
Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkəvi
Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkəvi 1854-cü ildə Şəkidə anadan
olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə
mədrəsəsində davam etdirmiş, mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il
Gəncə Cümə Məscidində molla kimi çalışmışdır. O, sonralar təhsilini davam
etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini
təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır və hicri və miladi
təqvimlərini birgə olaraq fars dilində çap etdirir. 1893-cü ildə Tiflisdə yerləşən
“Müsəlman dini məktəbi”ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs
deməyə başlayır. Sonralar o, qazi kimi Cəbrayıl, Gəncə, Tiflis və Kutaisidə çalışır.
908-ci ildə Məhəmməd Həsən Mövlazadə Qafqaz bölgəsi üzrə ilk Şeyxülislam
seçilir.
20
1908-ci ildə Məhəmməd Həsən Mövlazadənin “Kitabul-bəyan fi təfsiril-Quran”
adlı kitabı çap olunur. İki hissədən ibarət olan bu kitabda o, Quranın tərcüməsi və
təfsirini vermişdir. Bununla da o, Quranı azərbaycan dilinə tərcümə edən ilk
azərbaycanlı din alimi olmuşdur. Onun bu kitabı 1990-cı ildə Bakıda yenidən nəşr
olunmuşdur.
21
Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkəvi 1932-ci ildə vəfat etmişdir.
Yuxarıda da qeyd etdiyimiz kimi “Kitabul-bəyan fi təfsiril-Quran” iki cilddən
ibarətdir. Birinci cild 492, ikinci cild isə 538 səhifədir. Şəkəvi də Bakuvi kimi öz
təfsirini əski əlifba ilə yazmışdır. Müəllif birinci cildin əvvəlində “Məcməul-bəyan”,
“Safi”, “Təfsiru Fəxri Razi”, “Beyzavi”, “Cəlaleyn”, “Əbus-Suud”, “Məsalik” və s.
kimi bəzi mötəbər təfsir və fiqh kitablarından istifadə etdiyini bildirir.
22
Şəkəvi də bəzən Quran ayələrini digər ayələrlə təfsir etmişdir. Məsələn, əl-Əraf
surəsinin 187-ci ayəsini “(Ya Rəsulum!) Səndən o saat (qiyamət) haqqında soruşurlar
19
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi, Kəşfül-
həqaiq ən nükətil-ayati vəd-dəqaiq, s. 30. Bakı, Şərq-Qərb mətbəəsi, 2014.
20
http://az.wikipedia.org
21
Z.M.Bünyadov, V.M.Məmmədəliyev, Qurani-Kərim məalı, Ön söz, s. XL. Bakı, Qismət,
2006.
22
İsmayılov Mehman, 20. Yüzyılda Azerbaycan'da yapılan Kur'an ve tefsir çalışmaları, s. 67,
Yüksek lisans. Marmara Universitesi, 2002.
Son dövr Azərbaycan müfəssirləri
27
ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumadur. (Qiyamətin) Qopacağı
vaxtı Allahdan başqa heç kəs bilə bilməz...” əl-Cin surəsinin 27-ci ayəsi ilə “Bəyənib
seçdiyi Peyğəmbərdən başqa!...” təfsir etmişdir.
23
Müfəssir eyni zamanda bəzi Quran ayələrini sünnə ilə təfsir etmişdir. Məsələn,
ər-Rəd surəsinin7-ci ayəsini “...Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan.
Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!” “Təfsiru-
kəşşafda” keçən İbn Abbasdan rəvayət olunan bir hədislə təfsir edir. Hədisdə bu ayə
nazil olduğu zaman rəvayət olunur ki, Həzrət Mübarək əlini Əmirul-muminin Əli
(ə.s.)-ın sinəsinə qoyub dedi: “Mənəm qorxudan, Əli isə hidayət edəndir. Ya Əli,
səninlə hidayətə çatar hidayət tapanlar.”
24
Şəkəvi bəzi Quran ayələrini səhabə və tabiun sözləri ilə də təfsir etmişdir. Müfəssir
əl-İsra surəsinin 1-ci ayəsini “Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və
əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki)
Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya
(Beytülmüqəddəsə) aparan Allah pakdır, müqəddəsdir. O, doğrudan da, (hər şeyi)
eşidəndir, görəndir!” təfsir edərkən nəql edir ki, Müaviyə ibn Əbi Süfyan dedi:
“Peyğəmbər (s.ə.s.)-in miracı həqiqi yuxulardandır.” Həzrət Peyğəmbərin zövcəsi həzrət
Aişə demişdir: “Mirac gecəsində həzrət Peyğəmbərin cəsədi yox olmadı.”
25
Müfəssir təfsirində İsrailiyyat xəbərlərinə də yer vermişdir. Məsələn, əl-Bəqərə
surəsinin 36-cı ayəsini “...Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə
düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin...” təfsir edərkən belə rəvayət
edir: Adəm və Həvvanın övladları ilan və Şeytan ilə düşməndir. İlan və Şeytan da
onlarla düşməndir. O dövrdə ilan heyvanların ən gözəllərindən idi. Əli və ayağı var
idi. Xudavəndi Aləm onun əlini və ayağını alıb sürünərək yerimək və torpaq
yeməklə, Həvvanı uşaq doğmaq, uşağı doqquz ay qarnında gəzdirmək və heyz
görməklə, Adəmi isə əhlinin ruzisinə borclu olmaqla cəzalandırdı.
26
Şəkəvi “Təfsirul-bəyan”da az da olsa təfsirin dirayət növündən istifadə etmişdir.
Müfəssir əhkam ayələrini izah edərkən mənsub olduğu Şiə məzhəbinin görüşləri ilə
23
Məhəmməd Həsən Mövlazadə Şəkəvi, Kitabul-bəyan fi təfsiril-Quran, I c., s. 299. Bakı,
Azərnəşr, 1990.
24
Molla Muhsin Məhəmməd ibn Mürtəza Kaşani, Təfsirus-safi, III c., s. 59. Beyrut,
Müəssəsətu Aləmi lil-Mətbu, 1982.
25
əz-Zəməxşəri, əl-Kəşşaf an həqaiqit-tənzil və uyunil-əqavil fi vücuhit-təvil, II c., s. 437.
Beyrut, Darul-fikir, 1977.
26
Məhəmməd Həsən Mövlazadə Şəkəvi, Kitabul-bəyan fi təfsiril-Quran, I c., s. 13. Bakı,
Azərnəşr, 1990.
Mirniyaz Mürsəl oğlu Mürsəlov
28
yanaşı, digər məzhəblərin də fikirlərini vermişdir. Məsələn, əl-Maidə surəsinin 38-ci
ayəsini “Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq
(sağ) əllərini kəsin...” təfsir edərkən bildirir ki, həddi-büluğa çatmış və ağlı başında
olan bir şəxs oğurluq etsə və oğurluğu sübut olunsa, onun sağ əlinin barmaqları
kəsilər. İkinci dəfə oğurluq etsə sol ayağının barmaqları kəsilər, üçüncü dəfə oğurluq
etsə həbs olunar, dördüncü dəfə isə yenə oğurluq etsə ölüm hökmü verilməlidir.
27
Burada o, öz məzhəbinin görüşünü mənimsəmişdir.
Müfəssir kəlam mövzularında həm Şiə, həm də əhli-Sünnə məzhəbinin
alimlərinin görüşlərini vermişdir. Məsələn, Ali-İmran surəsinin 28-ci ayəsini
“Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar. Bunu edən (kafirləri özünə
dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir
qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız
(çəkinməniz) müstəsnadır...” təfsir edərkən bildirir ki, İslam tayfaları bu ayəni istər
mal, istərsə də can barəsində təqiyyənin caiz olduğuna dəlil gətirirlər. Əşari alimlərin
bir qismi can barəsində təqiyyənin caiz olduğunu qəbul etdiyi halda, mal barəsində
qəbul etmirlər. Digər bir qismi də müsəlmanlar zəif olduğu üçün təqiyyənin caiz
olduğunu, İslam dini gücləndikdən sonra isə təqiyyənin hökmünün qalxacağını
deyirlər. İmamiyyə məzhəbinə görə təqiyyə mütləq olaraq caiz, hətta vacibdir.
28
Şəkəvi digər müfəssirlər kimi ayələrin enmə səbəblərini də bəyan etmişdir.
Məsələn, Ali-İmran surəsinin 145-ci ayəsinin “Allahın izni olmayınca heç kəsə ölüm
yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır...” həzrət Əli
haqqında nazil olduğunu bildirir.
29
Şəkəvi digər müfəssirlərdən fərqli olaraq bəzi surəslərin əvvəlindəki Hürufu
Müqəttəələrə məna verməyə çalışmışdır. Məsələn, əş-Şüəra surəsinin əvvəlindəki
“Ta-sin-mim” Hürufu Müqəttəəsini belə açıqlayır: “”Ta” – Tahir (pak) olan Allah
Mənəm, “Sin” – Satirəm (örtən) ayıbları örtən Mənəm, “Mim” – Məcidəm (yüksək
şan-şöhrət sahibi).”
30
27
Məhəmməd Hüseyn Tabatabai, əl-Mizan fi təfsiril-Quran, V c., s. 335. Beyrut, Müəssəsətu
Aləmi lil-Mətbu, 1973.
28
Molla Muhsin Məhəmməd ibn Mürtəza Kaşani, Təfsirus-safi, I c., s. 325. Beyrut,
Müəssəsətu Aləmi lil-Mətbu, 1982.
29
Məhəmməd Həsən Mövlazadə Şəkəvi, Kitabul-bəyan fi təfsiril-Quran, I c., s. 129. Bakı,
Azərnəşr, 1990.
30
Məhəmməd Həsən Mövlazadə Şəkəvi, Kitabul-bəyan fi təfsiril-Quran, II c., s. 118. Bakı,
Azərnəşr, 1990.
Son dövr Azərbaycan müfəssirləri
29
Əhməd İsrafil oğlu Haşimzadə
Əhməd Haşimzadə 1896-cı ildə Azərbaycanın Quba şəhərinin Çiçi kəndində
anadan olmuşdur. Dini təhsilini uşaq ikən atasından öyrənmişdir. Atası öldükdən
sonra təhsilini Afurca, Qalagah və Təngəaltı kəndlərində davam etdirmişdir. O,
Əbdülvəhhab əfəndi, İsa əfəndi və Hüseynağa əfəndi kimi o bölgənin məşhur
müəllimlərindən dərs almışdır. 1911-1919-cu illərdə Dəvəçi şəhərində ərəb və fars
dillərini mükəmməl bir şəkildə öyrəndikdən sonra Şamaxı şəhərində yaşayan
Mustafa əfəndidən ərəb və fars dillərini bilməsi haqqında icazət almışdır. 1920-1922-
ci illərdə Çiçi kəndindəki orta məktəbdə oxumuş, Azərbaycanda Sovet höküməti
qurulduqdan sonra 1923-cü ildə Qubada açılmış “Zeylik müəllimlər kursu”nda təhsil
almışdır. 1930-cu ildə “Şuşa mədəni maarif məktəbi”ni bitirmiş, 1936-1940-cı illərdə
isə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsilini davam
etdirmişdir. İnstitutu bitirdikdən sonra Quba şəhər Utu kənd orta məktəbinin
direktoru vəzifəsində işləmişdir. 1943-cü ildə Quba şəhər Maarif şöbəsinin müdiri,
1946-cı ildən isə Çiçi kəndindəki məktəbdə direktor müavini işləmişdir. 1950-1970-
cil illərdə bu məktəbdə müəllimlik etmiş, sonra təqaüdə çıxmışdır.
31
Əhməd Haşimzadə 1962-ci ildə Qurani-Kərimin təfsirini yazmışdır. Bu əsər
Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verilmiş, orada altı
nəfərdən ibarət bir heyət tərəfindən incələnmişdir. Heyət təfsir haqqında müsbət rəy
vermiş və Əhməd Haşimzadəyə altı yüz rubl ödənərək əsər İnstitutun kitabxanasında
saxlanılmışdır.
Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)
Şərqşünaslıq fakültəsinin professoru Əli Fəhmi və başqaları Əhməd Haşimzadənin
yaşadığı kəndə gedərək onu Universitetə dəvət etsələr də o, ailə problemləri səbəbi
ilə dəvəti qəbul etməmişdir. Görkəmli alim Əhməd Haşimzadə 1979-cu il aprel
ayının 14-də dünyasını dəyişmişdir.
32
Əhməd Haşimzadə də yazmış olduğu “Təfsirul-Quranil-Əzim” əsərini əski
əlifba ilə yazmışdır. Əsərin əlyazması Azərbaycan Respublikası Elmlər Akademi-
yasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasında C-
697/9650 (I), C-698/9651 (II), C-699/9652 (III) nömrələri ilə saxlanılır. Birinci cild
311 səhifədən ibarət olub, əl-Fatihə surəsi ilə başlayır və əl-Maidə surəsi ilə bitir.
31
İsmayılov Mehman, 20. Yüzyılda Azerbaycan'da yapılan Kur'an ve tefsir çalışmaları, s. 76,
Yüksek lisans. Marmara Universitesi, 2002.
32
Davud Aydüz, Sovet dövründə Azərbaycan türkcəsi və ərəb qrafikası ilə yazılmış təfsir, s.
84-93. Bakı, İslam Araşdırmaları jurnalı, 2001.
Mirniyaz Mürsəl oğlu Mürsəlov
30
İkinci cild 440 səhifədən ibarət olub, əl-Ənam surəsi ilə başlayır və əl-İsra surəsi ilə
bitir. Üçüncü cild 441 səhifədən ibarət olub, əl-Kəhf surəsi ilə başlayır və Fatir surəsi
ilə bitir. Dördüncü cild isə 466 səhifədən ibarət olub, Yasin surəsi ilə başlayır və ən-
Nas surəsi ilə bitir. Bu təfsirin ən əhəmiyyətli xüsusiyyəti Sovet dövründə əski əlifba
ilə yazılmasıdır. Müfəssir dördüncü cildin son səhifəsində təfsiri şəxsən özünün
yazdığını və h. 1382 / m. 1962-ci ildə bitirdiyini qeyd edir. Müfəssir hər cildin
əvvəlində “Cəvahirut-təfsir”, “Təfsirul-bəhr”, “Bəhrul-ulum”, “Təfsirut-tibyan”,
“Təfsirul-bəsair”, “Təfsirul-kəbir”, “Təfsirul-kəşşaf”, “Təfsirul-cəlaleyn” və s. kimi
təfsirlərdən istifadə etdiyini qeyd edir.
33
Əhməd Haşimzadə də həm Bakuvi, həm Şəkəvi kimi Qurani-Kərimin bəzi
ayələrini digər ayələrlə təfsir etmişdir. Məsələn, əl-Ənam surəsinin 51-ci ayəsini
“...Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də onlar
(bununla) pis əməllərdən qorxub çəkinələr!” əl-Bəqərə surəsinin 255-ci ayəsi ilə
“...Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya
digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər?..” təfsir etmişdir.
34
Haşimzadə də digər müfəssirlər kimi Quranın bəzi ayələrini sünnə ilə təfsir
etmişdir. Belə ki, o, əs-Saffat surəsinin 24-cü ayəsini “Onları tutub saxlayın, çünki
sorğu-sual olunacaqlar!” Peyğəmbər (s.ə.s.)-dən nəql olunan aşağıdakı hədislə təfsir
edir. Qiyamət günündə dörd şey soruşulmadıqda Adəm oğlu addımını atmaz.
Birincisi – gəncliyini harada keçirdin, ikincisi – ömrünü harada xərclədin, üçüncüsü
– malını haradan qazandın və harada xərclədin, dördüncüsü isə elminlə nə etdin.
35
Müfəssir eyni zamanda Quranın ayələrini bəzən səhabə və tabiun sözləri ilə
təfsir etmişdir. Məsələn, ən-Nisa surəsinin 24-cü ayəsini “(Cihad vaxtı əsir olaraq)
Sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı
(hökmü) ilə sizə (haram edildi).” Əbu Səid əl-Xudridən nəql olunan bir rəvayətlə
təfsir edir. Əbu Səid əl-Xudri bu ayənin zövcələrini Məkkədə qoyub Mədinəyə hicrət
edən və burada müsəlmanlarla evlənmiş qadınlar haqqında nazil olduğunu nəql edir.
Ancaq daha sonra onların ərləri də Mədinəyə hicrət etdikdə müsəlmanların o
qadınlarla evlənmələri qadağan olundu.
36
33
İsmayılov Mehman, 20. Yüzyılda Azerbaycan'da yapılan Kur'an ve tefsir çalışmaları, s. 77,
Yüksek lisans. Marmara Universitesi, 2002.
34
Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, II c., s. 17. Əlyazma, 1962.
35
Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, IV c., s. 25. Əlyazma, 1962.
36
Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, I c., s. 198-199. Əlyazma, 1962.
Son dövr Azərbaycan müfəssirləri
31
Haşimzadə digər iki müfəssirdən fərqli olaraq İsrailiyyat xəbərlərindən çox
istifadə etmişdir. Belə ki, o, əl-Bəqərə surəsinin 102-ci ayəsini “...Lakin şeytanlar
(bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa
öyrədərək kafir oldular. Halbuki, (o iki mələk): Biz (Allah tərəfindən göndərilmiş)
imtahanıq (sınağıq), sən gəl kafir olma! – deməmiş heç kəsə sehr öyrətmirdilər...”
təfsir edərkən rəvayət edir ki, təfsir sahibləri bu iki mələyin qissəsi ilə bağlı belə
deyirlər: “Mələklər İdris (ə.s.)-ın zamanında Bəni-Adəmin pis əməllərini görüb Allah
Təalaya belə dedilər: “İlahi, belə bir məxluqatı yer üzündə yaratdın. O, məxluqat indi
sənə üsyan edir.” Allah Təala da: “Əgər Mən sizi yer üzünə endirsəm, siz də onların
etdiklərini edərsiniz” buyurdu. Allah Təala Harut və Marut adlı iki mələyi seçib yer
üzünə göndərdi. Bu iki mələk xalq arasında ədalətlə hökm edir, gecələr isə göydə
ibadət edirdilər. Bu mələklər şirkdən, adam öldürməkdən, zinadan, içkidən uzaq
idilər. Bir gün Zöhrə adlı bir qadın ərindən şikayət etmək məqsədi ilə onların yanına
gəldi. Onlar bu qadının gözəlliyinə heyran olub onunla cinsi münasibətdə olmaq
istədilər. Qadın əvvəlcə ərimi öldürün dedi. Onlar da qadının ərini öldürüb yenə ona
yaxınlaşmaq istədilər. Qadın bu dəfə bütə ibadət edin dedi. Mələklər qadının bu
istəyini də yerinə yetirdilər. Allah Təala mələklərlə Harut və Marut arasındakı
pərdəni qaldırdı, mələklər onların bu əməllərini gördükdə yer əhlinin bu
nöqsanlarından ötrü istiğfar tələb etdilər.”
37
Müfəssir ayələri izah edərkən bəzən təfsirin dirayət növündən də istifadə
etmişdir. Kəlmələrin mənasını bəzən ərəbcə, bəzən də azərbaycan dilində açıqlamağa
çalışmışdır. Məsələn, Yasin surəsinin 23-cü ayəsindəki “...Əgər Rəhman mənə bir
zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni
(Allahın əzabından) xilas edə bilməzlər.” “bi durrin” kəlməsinin zammə ilə
oxunduğu zaman “arıq”, “zəif” və “pis vəziyyətdə olan”, fəthəli oxunduğu zaman isə
“ziyan” və “zərər” mənalarını verdiyini söyləyir.
38
Əhkam ayələrinə gəlincə isə, müfəssir Bakuvi və Şəkəvidən fərqli olaraq
mənsub olduğu məzhəbin imamlarının görüşlərinə sadiq qalmışdır. Məsələn, ən-Nisa
surəsinin 23-cü ayəsini “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz,
xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız,
arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınların himayənizdə olan qızları (ögey
qızlarınız) ilə evlənmək haram edildi...” təfsir edərkən bildiri ki, alimlər bir kişi ilə
37
Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, I c., s. 38. Əlyazma, 1962.
38
Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, IV c., s. 8. Əlyazma, 1962.
Mirniyaz Mürsəl oğlu Mürsəlov
32
bir qadının zina etməsi haqqında ixtilaf etmişlər, belə ki, zina edən kişi zina edən
qadının anası və qızı ilə evlənə bilər, bu haram deyildir. Zina edən qadın da zina
etdiyi kişinin atası və oğlu ilə evlənə bilər. İmam Maliklə imam Şafii bu görüşdədir.
İmam Azam Əbu Hənifə isə bunun haram olduğu görüşündədir.
39
Əhməd Haşimzadə yerinə görə kəlam ayələrini də təfsir etmiş və bəzi alimlərin
görüşünə müraciət etmişdir. Məsələn, əl-Bəqərə surəsinin 255-ci ayəsindəki “...Onun
kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Onları mühafizə
etmək Onun üçün heç də çətin deyildir...” “Allahın kürsüsü” ifadəsi ilə bağlı bildirir
ki, Əhli-təfsir kürsü haqqında ixtilaf etmişlər. Həsən kürsünün ərş olduğunu
söyləmiş, bəzilərinə görə kürsü ərşin önündə, bəzilərinə görə isə ərşin yanında bir
halqai-kəbirdir. Yenə də doğrusunu Allah bilir.
40
Haşimzadə surə və ayələrin enmə səbəblərinə də toxunmuşdur. Məsələn, Təbbət
surəsinin 1-ci və 2-ci ayələrini “Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (və ya Əbu
Ləhəbin əlləri qurusun, o ölsün!). (Qiyamət günü) Ona nə mal-dövləti fayda verəcək,
nə də qazandığı (və ya oğul uşağı).” təfsir edərkən aşağıdakı rəvayəti nəql edir.
Həzrət Peyğəmbərə əvvəlcə ən yaxın qohumlarını xəbərdar et deyə əmr olundu.
Həzrət Peyğəmbər də qohumlarını toplayıb onları xəbərdar etdikdə Əbu Ləhəb ona:
“Ya Məhəmməd, səni görüm öləsən, məhv olasan. Bizi bundan ötrümü bir yerə
topladın?” – dedi. Bundan sonra bu iki ayə nazil oldu.
41
Müfəssir bəzən nəsx ayələrinə toxunmuşdur. Məsələn, əl-Bəqərə surəsinin 180-
ci ayəsinin “Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan
valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə
birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir.” təfsiri zamanı bildirir ki,
əvvəlcə ana, ata və qohumlara vəsiyyət fərzdir. Yalnız bilməlisiniz ki, varisə vəsiyyət
etmək yoxdur. Sonralar bu ayə miras ayəsi ilə nəsx edildi.
42
Əhməd Haşimzadə də Şəkəvi kimi surələrin əvvəlində olan Hurufu Müqəttəələrə
məna verməyə çalışmışdır. Məsələn, müfəssirə görə əl-Bəqərə surəsinin 1-ci
ayəsindəki “Əlif-ləm-mim” hərfləri Allah Təalanın sirrinin bir işarəsidir. Hər bir hərf
Allahın sifətlərindən birini bildirir. Məsələn, “əlif” – Allah, “ləm” – Lətif, “mim” isə
Məcid mənalarını verir.
43
39
Əli ibn Əhməd Vahidi, Əsbabun-nüzul, s. 236. Beyrut, Aləmul-kutub, tarixsiz.
40
Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, IV c., s. 460. Əlyazma, 1962.
41
Əli ibn Əhməd Vahidi, Əsbabun-nüzul, s. 344. Beyrut, Aləmul-kutub, tarixsiz.
42
Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, I c., s. 65. Əlyazma, 1962.
43
Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, I c., s. 3. Əlyazma, 1962.
Son dövr Azərbaycan müfəssirləri
33
Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, onunla bir
ölkənin havasını, suyunu bir sözlə hər şeyini paylaşan qeyri-din, hətta qeyri məzhəb
mənsubları ilə daim tolerant bir şəraitdə yaşamışdır. Bu baxımdan həm Azərbaycan xalqı,
həm də dövləti dünyada yaşayan digər xalq və dövlətlər üçün nümunəyə çevrilmişdir.
Məqalədə tədqiq etdiyimiz bu üç görkəmli Azərbaycan alimi dövrünün mütərəqqi
şəxsiyyətlərindən olub, xalqın maariflənməsi və inkişaf etməsi yolunda əllərindən gələni
etmişlər. Xüsusilə, Bakuvi və Şəkəvi öz təfsirlərində tolerantlıq ənənəsinə sadiq qalaraq
Qurani-Kərimin ayələrini izah edərkən İslam dininin hər iki böyük məzhəbinin - Şiə və
Sünni məzhəblərinin, təfsir, fiqh və hədis alimlərinin görüşlərinə yer vermiş, bununla da,
bütün İslam dünyasına İslamın təkcə bir məzhəb və ya təriqətlə deyil, bütün məzhəb və
təriqətlərlə mükəmməl bir din olduğu mesajını vermişlər.
Qeyd etmək lazımdır ki, günümüzdə İslam dünyası üçün bu mesaj çox vacibdir.
Məlumdur ki, məzhəb mövzusu İslam aləmində hər zaman həssas məsələ olmuşdur. Bu
baxımdan bu üç görkəmli Azərbaycan müfəssirinin əsərlərinin həm ana, həm də müxtəlif
dillərə tərcümə edilib, oxuculara böyük tirajda təqdim edilməsi çox faydalı olardı.
Dostları ilə paylaş: |