1 9 5
Qarışıq forma zamanı quşlarda həm dəridə və həm də ağız
boşluğunun selikli qişasında proseslər müşahidə edilir.
Çiçəyin kataral forması zamanı konyunktivanın, burun boş
luğu selikli qişasının və infraorbital cibciyin kataral iltihabı
müşahidə edilir.
Qeyd olunan formalarda letallıq quşlar arasında 10-70% ara
sında olur. Xüsusilə cavanlarda difteritiki və qarışıq formada
ölüm yüksək faizdə qeyd edilir.
Göyərçinlərdə xəstəliyə həssaslıq daha yüksəkdir. Bunlarda
əsasən difteritiki və dəri forma nəzərə çarpır, ölüm yaşlılarda
25-30%, ilin soyuq fəsillərində isə cavanlarda bəzən 100% qeyd
olunur.
Hind quşlarında çiçək ən çox difteritiki və qarışıq formada
gedir və letallıq 15-60% arasında olur.
P atoloji-anatom ik d əy işd ik lər.
Xəstəliyin formasından ası
lı olaraq patoloji-anatomik dəyişiklər də müxtəlifdir. Dəri və
qarışıq formada çiçək zədələri ən çox dəridə, ağız boşluğunun
selikli qişasında, yuxarı tənəffüs yollarında gbrünür. Xəstəliyin
ağır gedişli formalarından ölmüş quş cəsədlərində belə proses
lər həm də qırtlaqda, traxeyada, bronxlarda, yem borusunda və
bağırsaqlarda da qeyd olunur.
Difteritiki formada ən çox traxeyanın selikli qişasında difte
ritiki iltihab nəzərə çarpır. Gözyaşı kanalının və infraorbital
cibciyin prosesə tutulması zamanı bu nahiyyələrdə kataral-fibri-
nozlu eksudat və göz almasının atrofıyası müşahidə edilir. Ağır
hallarda parenximatoz orqanların da iltihabı nəzərə çarpır. Se-
kundar mikroflora ilə mürəkkəbləşmələr zamanı hava yolları ki
sələrinin zədələnmələri görünür.
Histoloji müayinələr zamanı epiteli hüceyrələrinin hiperpla-
ziyası və epidermal qatın qalınlaşması qeyd edilir. Dərialtı toxu
mada qan damarlarının mənfəzinin genişlənməsi, limfoidlipsev-
doeozinofıliya aə histositar-hüceyrəvi reaksiya nəzərə çarpır.
196
Virusla zədələnmiş epiteli hüceyrələrində Bollinger, Paşen və
Qvamieli cisimcikləri görünür.
D iaq n oz.
Çiçəyə diaqnoz qoymaq üçün kompleks diaqnosti
ka üsulundan istifadə edilir, yəni xəstəliyin epizootoloji xüsu
siyyətləri, kliniki əlamətləri və patoloji-anatomik dəiyşilikləri
nəzərə alınır, diaqnozun dəqiqləşdirilməsi və oxşar xəstəliklər
dən təfriq etmək üçün virusoloji müayinə və seroloji reaksiya
lardan istifadə edilir. Elementar cisimciklərin görünməsi diaq
nozu dəqiqləşdirir. Bundan əlavə bioloji sınaq qoyulur. Viruslu
material ümumi qəbul edilmiş metodika əsasında hazırlandıqdan
sonra bununla immunizasiya olunmamış və xəstəliyi keçirmə
miş toyuqların yoluxdurulması aparılır. Viruslu material steril
fırça vasitəsilə z əif skarifıkasiya edilmiş pipiyə və yaxud tüklə
ri yonulmuş bud nahiyyəsinə sürtülür.
Əgər yoxlanılan materialda çiçək virusu mövcuddursa pipik
də xarakterik çiçək səpkiləri, bud nahiyyəsində isə çiçək üçün
xarakterik olan follikulit əmələ gəlir.
Xəstəliyin diaqnostikasında diffuz presipitasiya reaksiyasın
dan (DPR) və immunoflüoressensiya reaksiyasından (IFR) isti
fadə edilir.
DPR-dan istifadə edən zaman yadda saxlamaq lazımdır ki,
quşların çiçəyi zamanı presipitinləşdirici antitellər qan serumun-
da xəstəliyin 11-36-cı günləri arasında yaranır. Yüksək virulent-
li virusla yoluxmuş quşların7 qan serumu daha yaxşı nəzərə çar
pan presipitasiya verir. Quşların çiçəyinin diaqnostikasında
həmçinin elektronoskopiya da aparılır. Virusun patoloji materi
aldan ayrılması üçün hüceyrə kulturaları və toyuq embrionları-
nın yoluxdurulırıasından istifadə edilir.
T əfriq i diaqnoz.
Quşların çiçəyini Avitaminoz-A-dan, in-
feksion larinqotraxeitdən, infeksion bronxitdən, respirator miko-
plazmozdan və kandidamikozdan təfriq etmək lazımdır.
Avitaminoz A-da bioloji sınağın nəticəsi mənfi olur. Çiçək
197
dən fərqli olaraq avitaminoz zamanı ağız boşluğunun, udlağın,
yem borusunun, çinədanın və traxeyanın silindriki epiteli hücey
rələri zədələnir.zədələnmiş hüceyrələrdə hüceyrə daxili cisim-
ciklər müşahidə edilmir.
İnfeksion larinqotraxeit zamanı quşlarda qırtlaq nahiyyəsin-
də kareozlu kütlədən ibarət olan xüsusi tıxacın əm ələ gəlm əsi,
bioloji sınaq zamanı follikulyar reaksiyanın olmaması nəzərə
alınır. Virusoloji müayinədə isə virusun ailəsi və cinsinin təyini
əsas hesab edilir.
İnfeksion bronxit yüksək kontagioz xəstəlik olub əsasən res
pirator orqanların zədələnmələri ilə səciyyələnir.
Respirator mikoplazmoz zamanı quşlarda follikulyar sınaq
mənfidir, sinovitlər qeyd olunur. Laboratoriya müayinələri za
manı Mikoplazma qalliseptika tapılır.
Kondidamikozda patoloji materialın mikroskopiyası zamanı
göbələyin spor və miselləri görünür.
M ü a licə.
Quşların çiçəyinin müalicəsi üçün səm ərəli vasitə
hələ də yoxdur. Simptomatik müalicə vasitələrindən istifadə
edilir. A vitamini və karotinlə zəngin yemlər yem payına əlavə
edilir. Xəstəliyin dəri forması zamanı çiçək səpgiləri yumşaldıcı
vasitələrlə işlənir, qartmağı qopardıqdan sonra yara sahəsinə
yod tinkturası çəkilir, yaxud 3-5%-li kalium-permanqanat m əh
lulu ilə işlənir. Selikli qişalarda difteritiki çöküntülər təm izlən
dikdən sonra tərkibi 10%-li yod tinkturası və 90% qliserin olan
xüsusi qarışıq tətbiq edilir. Burun boşluğu və konyuktivit təmiz
yuyulduqdan sonra 2-3%-li bor turşusu ilə işlənir.
Sekundar bakterial mikroflora ilə mürəkkəbləşmələrin qar
şısını almaq üçün geniş təsir dairəsinə malik olan antibiotiklər
ümumi qəbul edilmiş dozada tətbiq edilir.
İm m unitet.
Xəstəliyi keçirmiş quşların qanında virus neyt-
rallaşdırıcı və presipitinləşdirici antitellər aşkar edilir. Quşların
virusla yoluxmasının ilk gündən immunobioloji proseslər baş
1 9 8
layır və immunitetin tam şəkildə formalaşması yoluxmadan 3-4
həftə keçmiş nəzərə çarpır. Quşların çiçəyinə qarşı hazırlanmış
vaksinlər attenuasiya yolu ilə hazırlanır. 2 növ belə vaksinlər
mövcuddur: tərkibində toyuq çiçəyi virusu və göyərçin çiçəyi
virusu olan vaksinlər. Hər iki vaksin növləri toyuqların, cücələ
rin və hind quşlarının vaksinasiyası üçün istifadə edilir. Əvvəl
lər xəstəliyin spesifik profilaktikası üçün Nyu-cersi vaksin şta-
mından istifadə edilmişdir. Hal-hazırda quşları 27 AŞ (Az.ET-
Bİ) ştamından hazırlanmış quru embrion-virus vaksindən istifa
də edilir (F.Şirinov və b.). Vaksini budun tük follikulalama
sürtmə yolu ilə tətbiq edirlər. Bu vaksinlə toyuqlar, hind quşla
rını,kəklikləri, fırəng quşlarını müvafiq təlimat əsasında vaksi-
nasiya edirlər. İmmunitet vaksinasiyadan 15-20 gün keçmiş ya
ranır və cavan quşlarda 4 ay, yaşlı quşlarda isə 9-10 ay yüksək
gərginlikdə saxlanır. Son zamanlar «Bakı» ştamından hazırlan
mış quru embrion virus vaksin hazırlanmış və quşların çiçəkdən
qorunması üçün geniş şəkildə istifadə edilir (F.Şirinov və b.).
Profilaktika v ə m übarizə təd b irləri.
Çiçəyin profilaktika
sı üçün təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri müntəzəm
olaraq aparılmalıdır.
Çiçəyə görə sağlam təsərrüfatlarda virusun bura müxtəlif
yollarla daxil olmasına qarşı tədbirlər aparılmalı və orqanizmin
ümumi müqavimət qüvvəsi yüksəldilməlidir. Təsərrüfata gəti
rilmiş quş qrupu 30 gün ərzində profilaktiki karantində saxlan
malı və bunların üzərində daimi nəzarət olmalıdır.
Çiçəyə şübhəli hallar qeyd edildikdə bütün quş qrupu klini-
ki olaraq müayinə edilməli, lazım gələrsə patoloji-anatomik, vi
rusoloji və seroloji reaksiyalar vasitəsilə yoxlanmalıdır.
Xəstəlik baş vermiş təsərrüfat qeyri sağlam hesab edilir və
məhtutlaşmalar qoyulur. Quşların quş məhsullarının və yemlə
rin kənara çıxarılmasına və ya daxil edilməsinə icazə verilmir,
xəstə və zəif, arıq quşlar çıxdaş edilərək kəsilir, kliniki sağlam
1 9 9
quşlar müvafiq təlimat əsasında vaksinasiya edilir. Kəsilmiş q u ş
ların əti baytar-sanitar ekspertiza edilməli, arıq və iltihablı c ə m
dəkləri utilləşdirilməlidir, digərləri isə termiki işləndikdən s o n
ra realizasiya edilməlidir. Sağlam quş qrupundan toplanmış y u
murtalar yalnız təsərrüfat daxilində inkubasiya edilməlidir. Q ey-
ri-sağlam təsərrüfatlarda vaxtaşırı cari dezinfeksiya aparılm alı
və bu məqsədlə qələvi xassəli kimyəvi vasitələrdən istifadə
edilməlidir. Belə təsərrüfatlardan əldə edilmiş cücələr əh aliy ə
satılmamalı, həmin təsərrüfat daxilində təcrid olunmuş halda
saxlanmalıdır. Ət və yumurta daşman taralar hər dəfə daşınm a
dan sonra təmiz yuyulmalı və dezinfeksiya edilməlidir.
Quş binalarında dezinfeksiya aparmaq üçün natrium -qələvi-
sinin 3%-li isti məhlulundan, 2%-li xlorlu əhəng m əhlulundan,
2%-li formaldehid məhlulundan hər m2 sahəyə 1 litr hesabı ilə
tətbiq edilməlidir. Quş peyini və yem qalıqları biotermiki üsulla
zərərsizləşdirilməlidir. Tük və lələklər 3%-li form aldehidlə
dezinfeksiya edilməli, karantin təsərrüfatdan xəstəliyin ləğvin
dən 2 ay keçmiş və yekun dezinfeksiya aparıldıqdan sona
götürülür, cücə və yaşlı quşların təsərrüfatdan kənara çıxarılm a
sına karantinin götürülməsindən 6 ay keçiş icazə verilir.
Leykoz
Quşların leykozu (Leykosis avium) xroniki gedişli infeksion
xəstəlik olub qanyaradan orqanların zədələnməsi və neoplastik
şişlərin yaranması ilə səciyyələnir.
T arixi m əlu m at.
Leykoz ilk dəfə 1896-cı ildə Kaprini tərə
findən qeyd edilmişdir. Xəstəliyin virus təbiətli olmasıqı 1908-
ci ildə Ellerman və Banq müəyyən etmiş, 1910-cu ildə Raus sar-
koma virusunu ayırmış və sonra bu onun adı ilə adlandırılmışdır.
Rusiyada leykoz 1908-ci ildə N.A.Soşestvenski tərəifndən qeyd
edilmiş, daha sonra bunun etiologiyası, hematologiyası və pato-
200
morfologiyasının öyrənilməsində İ.İ.Kasyanenko, M.Q.Qlaz-
man, İ.M.Belyayev, V.P.Zelenski, L.Q.Burba və s. alimlərin
böyük xidməti olmuşdur.
X ə stəliy in törəd iciləri.
Leykozun törədicisi RNT-li virus
olub Retroviridae ailəsinin onkovirus cinsinə mənsubdur. Bunun
5 seroloji qrupu - A, B, C, D və E ayırd edilmişdir. Virionun
ölçüsü 100-400 nm-dir. Leykoz virusunun identifikasiyası üçün
əsasən iki reaksiyadan - kofal-test və rif-sınaqdan istifadə edi
lir. Kofal-testin mahiyyəti məlum müsbət serum vasitəsilə təd
qiq olunan materialda leykoz virusunun qrupspesifik antigeninin
müəyyən edilməsi, rif-sınağın mahiyyəti isə Raus sarkoma viru
su ilə yoluxdurmadan sonra toyuq embrionunun fibroblastların-
da transformasiya ocaqlarının leykoz virusu tərəfindən aradan
götürülməsidir. Quşların lekoz virusunu şiş toxumalarında, qan
da və yumurtalıqlarında aşkar etmək mümkündür.
D a vam lılığı.
Virus 40°S temperaturda 3-5 saat, 4°S tempera
turda isə 21 gün sağ qalır. Kimyəvi dezinfeksiya vasitələrinə
nisbi davamlılığı ilə səciyyələnir.
E pizooloji m əlum atlar.
Leykoza əksər növ quşlar həssas
dır. Daha çox isə xəstəlik toyuqlarda müşahidə edilir.
İnfeksiya törədicisinin mənbəyi xəstə quşlar və kliniki sağ
lam virusdaşıyan quşlar hesab edilir. Virus orqanizmdən kal və
yumurta vasitəsilə ayrılır. Xəstəliyin törədicisi əsasən burun yo
lu, çinədən və mədəaltı vəzin sekretində qeyd edilir. Leykoz vi
rusu ilə yoluxmuş yumurtalardan çıxmış cücələrin 80%-i həyat
larının ilk günündən leykozun limfomatoz və eritroblastoz for
ması ilə xəstələnir. Bəzi toyuq cinslərində xəstəliyə qarşı nisbi
davamlılıq müşahidə edilir. Quşların leykoz virusu ilə spontan
yoluxması əsasən aerogen yolla baş verir. Yaşlı quşlar körpələ
rə nisbətən xəstəliyin törədicisinə daha çox həssaslıq göstərir.
Leykozun baş verməsi və yayılmasında orqanizmin ümumi re-
zistentliyini aşağı salan faktorlar böyük rol oynayır. Xüsusilə quşla-
201
rm yemləmə və saxlanmasının pozulması belə faktorlara aiddir.
Quşlardan yüksək ət və yumurta məhsulu götürmək üçün bəzən
onlar elə rasion əsasında yemləndirilir ki, burada proteinin miqdarı
orqanizmin tələbatından qat-qat çox olur. Belə yemləmə zamanı
quşlarda leykoz daha çox müşahidə edilir. Əgər yem rasionu hərtə-
rəflidirsə və xüsusilə yem payında şirəli və vitaminli yemlər nor
mada olursa leykozla xəstələnmə faizi kəskin şəkildə aşağı düşür.
Leykoz daha çox o təsərrüatlarda qeyd olunur ki, quşların
məhsuldarlıq əsasında seçilməsinə daha çox yer verilir, ancaq
bu zaman onun ümumi rezistentliyi nəzərə alınmır. Leykozla
xəstələnmə 2-73%, letallıq isə 15%-ə qədərdir.
Patogenez.
Lekozun patogenezi bu günə qədər ətraflı şəkil
də öyrənilməmişdir. Ayrı-ayrı tədqiqatçılar tərəfindən belə
qeyd olunur ki, leykoz virusu ailmentar və ya aerogen yolla or
qanizmə düşdükdən sonra ümumi qan dövranına keçir və qan
vasitəsilə əsasən qanyaradan orqanlara (qaraciyər, dalaq, sümük
iliyi) toplanır. Virus bu orqanlarda uzun müddət qalmaqla
mühüm dəyişdiklər törətməyə də bilər. Orqanizmin rezistentliyi
müxtəlif faktorların təsirindən aşağı düşdükdə virus aktivləşir
və ayrı-ayrı orqanların retikulyar toxumasında patoloji dəyişdik
lər və xüsusilə yetkin olmayan hüceyrələrin kəskin və nəhayət
siz çoxalması baş verir. Yaranan şişin hüceyrə tərkibindən asılı
olaraq leykozun limfoid, mieloid, retikuloendotelial, hemositob-
lastoz və eritroid formaları ayırd edilir.
G edişi və kliniki əla m ə tlə ri.
Leykozun kliniki əlamətləri o
qədər və spesifik deyil. Leykozun limfoid tipi toyuqlarda daha
çox müşahidə edilir.
Leykozun limfoid formasında orqan və toxumalarda limfoid
sıra hüceyrələrinin, xüsusilə limfoblastların çoxalması qeyd olu
nur. Bu leykozun ən geniş yayılmış forması olmaqla əsasən 6-18
aylıq toyuqlarda müşahidə edilir. Xəstə quşlarda ümumi zəiflik,
hərəkətsizlik, iştaşın azalması, ishal, arıqlama, pipik və saqqalın
202
solğunluğu, qaraciyərin böyüməsini, fabrisium kisəsində şiş, qa
rın və köks boşluğuna mayenin toplanması qeyd olunur.
Leykozun mieoloid formasında quşlarda leykemiya, mieolid
sıra hüceyrələrindən ibarət müxtəlif orqandarda yenitörətmələr
nəzərə çarpır. Bu forma əsasən yaşlı quşlarda görünür. X əstəli
yin inkubasiya dövrü 3-16 həftə arasında dəyişir. Quşlarda ane-
miya, ümumi zəiflik, arıqlıq, qanda eritrositlərin miqdarının
azalması, mieloblastların isə çoxalması aşkar edilir. Bu forma iti
gedişə malik olmaqla letallıq 100% təşkil edir.
Eritroidli leykoz (eritroblastoz) sümük iliyi və digər orqan
larda yetkin olmayan eritrositlərin çoxlu miqdarda əmələ gəl
məsi və belə hüceyrələrin həm də periferik qanda görünməsi ilə
özünü göstərir. Xəstəliyin bu forması ilə yalnız yaşlı quşlar xəs
tələnir, iti gedişlidir. Xəstə quşlarda ümumi zəiflik, yuxululuq,
kəskin anemiya eritrositlərin azalması, eritroblastların və hemo-
zitoblastların miqdarının isə çoxalması qeyd edilir.
Leykozun retikuloendotelioz (histiositoz) formasında histio-
sitar, histioblast, plazmatik, limfoid, psevdoeozinofil və digər
hüceyrə tipli yeni törəmələrin quşların orqanlarında əmələ gəl
məsi ilə səciyyələnir. Xəstəliyin belə formasında quşların selik
li qişalarının, pipiyin, sırqaların sianozluğu, arıqlama, cücələrin
böyüməsinin ləngiməsi müşahidə edilir. Xəstəlik iti gedişlidir
və 100% ölümlə nəticələnir.
Leykozun hemositoblastoz formasında quşlarda leykemiya,
müxtəlif orqanlarda yetkin olmayan bazofillərin və hemositob-
lastların hiperplaziyası və proliferasiyası qeyd olunur. Lekozun
bu forması çox vaxt mieloblastoz və eritroidli leykozla birlikdə
gedir. Hüceyrə mənşəli infiltrat bazofilli sitoplazma və 1-3
nüvəciyə malik olan iri şişvari nüvədən ibarətdir. Xəstəliyin bu
formasında əsasən qaraciyərin, böyrəklərin və dalağın zədələn-
məsi qeyd edilir. Bu orqanlar böyüyür və üzərində çoxlu miq
darda bozumtul-ağ rəngdə şişlər müşahidə edilir.
203
P atoloji-a n atom ik d ə y işilik lə r.
Limfoidli leykozda şişvari
zədələnm ələr bir və ya bir neçə orqanlarda nəzərə çarpır. Qara
ciyər kəskin şəkildə böyüyür və çəkisi 400-800 qrama çatır. Da
laq böyüyür, bozumtul-qırmızı rəngdə olur, üzərində çoxlu miq
darda bozumtul-ağ rəngdə düyünlər aşkar edilir. Bağırsağın di
vara qalınlaşır, kütləsi bərkimiş olur. Histoloji dəyişiliklər qa
raciyərdə hüceyrə mənşəli proliferatlar, hepatositlərin danəli və
yağ distrofıyası halında olması, dalaqda limfoid hüceyrələrin da
ha çox qan damarı, limfofollikullar ətrafında və qırmızı pulpada
olması müşahidə edilir.
Mieloidli leykozda qaraciyərin, böyrəklərin, dalağın və yu
murtalıqların kəskin böyüməsi, qaraciyərin qırmızı-palıdı rəngdə
olması və üzərində çoxlu miqdarda xırda bozumtul-ağ düyünlər
görünür. Analoji dəyişiliklər böyrəklərdə, dalaqda və digər or
qanlarda da nəzərə çarpır. Sümük iliyi açıq-qırmızı rəngdə ol
maqla konsistensiyası su və ya jelatinvaridir. Histoloji dəyişdik
lərdən şiş törəmələrində promielositlərin, mielositlərin və mie-
loblastların çoxlu miqdarda toplanması müşahidə edilir. Mielosit
və mieloblastlar bəzən quş hələ sağ ikən qanda da aşkar edilir.
Eritroidli leykozda ayrı-ayrı orqan və toxumalarda solğun
luq, bəzən isə sarılıq qeyd olunur. Qaraciyər bərk konsistensiya-
lı olub, açıq-palıdı rəngdədir. Böyrəklər və dalaq böyüyür,
sümük iliyi yarımmaye halındadır.
Retikuloendoteliozlu leykozda patoloji-anatomik dəyişiliklər
limfoidli leykozda olduğu kimidir. Şişvari düyünlər əsasən qa
raciyərdə böyrəklərdə, dalaqda, fabrisiy kisəsində, timusda, yu
murtalıqda və digər orqanlarda görünür. Orqanlarda mezenxima
hüceyrələrinin kəskin şəkildə proliferasiyası qeyd edilir.
D iaqnoz.
Leykoza diaqnoz patomorfoloji dəyişiliklər əsa
sında qoyulur. Quş cəsədində, ayrı-ayrı orqanlarda bozumtul-ağ
və ya bozumtul-sarı rəngdə m üxtəlif böyüklkdə bərk konsisten-
siyalı düyünlər müşahidə edilir. Laborator diaqnostikada kofal-
204
test, rif-sınaq, toyuq embrionları və leqqom cinsli cücələrin üzə
rində bioloji sınaqdan istifadə edilir.
T əfriq i d iaq n oz.
Leykozu vərəmdən, koliqranulomotozdan,
Marek xəstəliyindən və pullorozdan təfriq etmək lazımdır.
Quşların vərəmində əsasən qaraciyərdə patoloji dəyişiliklər
qeyd edilir. Qaraciyərlərdə düyünlər leykoz düyünlərindən fərq
li olaraq sarı rəngdə olur. Quşlar üçün hazırlanmış tuberkulopro-
teinlə allergiya sınağı vərəmdə əsas hesab edilir.
Koliqranulomatoz zamanı leykozdan fərqli olaraq düyünlər
bərk kutləli olur, hətta qığırdaqlaşmış halda müşahidə edilir.
Marek xəstəliyində parenximatoz orqanlarda neoplastik tö
rəm ələrdən əlavə, həm də periverik sinir sisteminin funksiya
pozğunluqları da qeyd edilir. Virusoloji müayinə əsasında viru
sun ailəsi və cinsini müəyyən etməklə Marek xəstəliyin leykoz
dan təfriq etmək mümkündür.
Pulloroz zamanı yumurta follikullarının distrofıyası və nek-
rozu, serozlu-fıbrinozlu, sarılıqlı peritonit müşahidə edilir. Bak-
terioloji müayinə zamanı Salmonella pullorum-qallinarum mik-
robu aşkar edilir.
M ü alicə.
Aparılmır.
İm m unitet.
Öyrənilməyib. Məlum olmuşdur ki, Raus sar-
koma virusunun subonkogen dozalarının təsirindən immunitet
formalaşır. Hal-hazırda leykoz virusunun qrup spesifik antigeni
və zəif gedişli təbii ştamlarından istifadə etməklə vaksin əldə
edilməsi üçün tədqiqatlar aparılır.
Profilaktika və m übarizə təd b irləri.
Quşlar optimal yem
ləmə saxlama şəraitində olmalı və orqanizmin ümumi rezistent-
1 iyini aşağı salan faktorlar ləğv edilməlidir.
İnkubasiya üçün götürülən yumurtalar xəstəliyə görə sağlam
təsərryfatlardan olmalıdır. Təsərrüfata gətirilmiş yeni quş qrupu
profilaktiki karantində saxlanmalı və xəstəliyə şübhə doğuran
hallar olduqda müvafiq diaqnostika sınaqları qoyulmalıdır.
205
Quşlar arasında vaxtaşırı olaraq kliniki üsullardan istifadə et
məklə leykoza görə müayinələr aparılmalıdır.
Leykoza görə şübhəli quşları (bürüşmüş solğun pipik, gözün
qüseyli qişasının rənginin dəyişməsi, ətrafların parezi və iflici,
qaraciyərin böyüməsi) şərti sağlam quşlardan ayırıb öldürmək
lazımdır. Vaxtaşırı nəzarət kəsimləri aparmalı və quşların daxi
li orqanları leykoza görə yoxlanmalıdır.
Bir çox ölkələrdə leykoza davamlı quş cinslərinin seleksiya
sı aparılır. Leykozun profilaktikası üçün quşların yem payına A
və E vitamini, selen və kobalt daxil edilməlidir. Keyfiyyətsiz və
əlverişsiz yemləmə fonunda baş verən leykozlar zamanı bu təd
bir çox böyük əhəmiyyətə malikdir.
cari dezinfeksiya aparmaq üçün nitrometil karbomin turşusu
nun metakrizollu efirindən istifadə edilir. Onun təsiri 6 aya qə
dər davam edir. Quş binaları bu preparatın 3%-li məhlulu ilə
dezinfeksiya edilir.
M arek xəstəliyi
Marek xəstəliyi (Morbus Marek) toyuqlar dəstəyinə mənsub
olan quşların xroniki gedişli infeksion xəstəliyi olub parenxima-
toz orqanlarda neoplastik törəm ələr və periferik sinir sisteminin
iltihabı ilə səciyyələnir.
Dostları ilə paylaş: |