İlk tunc dövrü. Kür-Araz mədəniyyəti


Mada çarlığının və Azərbaycan torpaqlarının Əhəməni II Kuruş (Kir) tərəfindən işğal edilməsi



Yüklə 48,54 Kb.
səhifə13/14
tarix02.01.2022
ölçüsü48,54 Kb.
#46826
1   ...   6   7   8   9   10   11   12   13   14
Az tarixi qısa

Mada çarlığının və Azərbaycan torpaqlarının Əhəməni II Kuruş (Kir) tərəfindən işğal edilməsi.

Astiaqın hökmranlığı dövründə (e.ə. 585-550-ci illərdə) Mada çarlığının vəziyyəti mürəkkəb idi. Madada daxili ziddiyyətlər kəskinləşmişdi. Qəbilə əyanlarının dövlətdə mərkəzləşməni ləğv etməyə can atan böyük bir qismi ilə Astiaq arasında ziddiyyətlər güclənmişdi. Maqlar da çardan narazı idilər. Çarın başı Babil işlərinə qarışmışdı. Şimali Mesopotamiyada müharibə aparılırdı. Mada ordusu yorulmuşdu, ölkənin maddi ehtiyatları tükənməkdəydi. Bu vaxt Kuruşun (Kirin) başçılığı ilə farslar üsyan etdilər.Farslarla madalılar arasında e.ə. 553-cü ildə başlanan müharibə üç il çəkdi. E.ə. 550-ci ildə Kuruş Astiaqı məğlub edib əsir aldı. Ekbatana sarayının sərvətlərini ələ keçirib Parsaya apardı. Mada dövləti süqut etdi, hakimiyyət Kuruşun əlinə keçdi. O, Mada çarlarının rəsmi titullarını qəbul etdi. Madalılar dövlət müstəqilliyini itirib farsların hakimiyyəti altına düşdülər. Madalılara qalib gəldikdən sonra Kuruş müharibələrə başladı. Əhəməni dövləti yaradıldı. Onun sərhədləri qərbdə Aralıq və Egey dənizlərinə, şərqdə Orta Asiyaya çatırdı.Əhəmənilər dövlətində nisbi əmin-amanlıq təmin olunmuşdu. Bu, təsərrüfat həyatının və beynəlxalq ticarətin çiçəklənməsinə, habelə mədəniyyətin inkişafına, mədəni əlaqələrin genişlənməsinə kömək edirdi.Herodota görə, X satraplıq olan Madaya köhnə Mada çarlığının ərazisindən başqa, parikanilərin və ortokoribantilərin torpaqları da daxil idi ki, bunlar da ancaq Cənubi Azərbaycan, qismən də Şimali Azərbaycan torpaqlarında ola bilərdi. XI satraplığa kaspilər, pavsiklər, pantimatlar, dareytlər, kadusilər də daxil idilər. Ola bilsin, Kaspinin cənub-qərb sahilində yaşamış tayfaların ümumi adı kimi işlənən “kaspilər” adı altında kadusilər də nəzərdə tutulurmuş.XIV satraplığa Kür-Araz rayonlarında yaşayan utilər və müqlər, habelə Cənubi Azərbaycan vilayətlərində və onlara bitişik torpaqlarda yaşayan saqartilər daxil idilər.Kirin ölümündən sonra onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Bu isə vəziyyəti daha da kəskinləşdirdi. Hər yerdə narazılıq hökm sürürdü. Kambizin (530-522-ci illər) hakimiyyətə gəldiyi zaman imperiyada vəziyyət daha da kəskinləşdi. Tezliklə Kambiz daxili iğtişaşları qismən azalda bildi. Bundan sonra o, e.ə. 526-cı ildə Misiri fəth etməyə yollandı.E.ə.522-ci ildə geniş sosial mübarizənin başlanmasından istifadə etmiş Qaumata adlı maq üsyan etdi. Qaumatanın çıxışı farsların hakimiyyətinə - Əhəmənilərə qarşı çevrilmiş Mada üsyanı idi. Qaumatanın çevrilişi farsların hakimiyyətinə qarşı Mada narazılığının təzahürü idi. Qaumata madalıların hökmranlığını bərpa etmək niyyətində idi.Qaumatanın ideoloji silahı artıq Madada yayılmış, maqların qəbul etdiyi zərdüştilik – mazdaizm təlimi idi. Bu təlimdə xalq kütlələrinin ümidlərini əks etdirən mütərəqqi ideyalar özünü büruzə verirdi. E.ə. 522-ci ildə maq öldürüldü. Qaumata öldürülən kimi Fravartişin başçılığı ilə Madada xalq üsyanı başlandı. Madalılara qədər elamlılar və babillilər, sonra isə farslar, margianalılar, digər xalqlar çıxış etdilər.Üsyanlar imperiyanın digər vilayətlərində də baş verirdi. Madalıların və saqartalıların üsyanları Dara üçün təhlükəli idi. Dara xalq kütlələrinin üsyanlarını yatıra bildi. I Dara xarici siyasətdə getdikcə daha tez-tez müvəffəqiyyətsizliyə uğrayırdı. E.ə. 500-cü ildə Kiçik Asiyanın yunan şəhərlərində farsların zülmünə qarşı üsyan qalxdı. E.ə. 490-cı ildə Attikaya soxulmuş farsların yunanlarla ilk böyük toqquşması Daranınməğlubiyyəti ilə başa çatdı. Separatizm cəhdləri, taxt-tac uğrunda mübarizəI Daranın vəfatından sonra daha da şiddətləndi. Onun oğlu Kserks (e.ə. 486-465) qəsdçilər tərəfindən öldürüldü. I Artaxsaça (Artakserks; e.ə. 465-424-cü illər) hakimiyyət başına gəldi. II Darayavahuş (Dara; e.ə. 423-404-cü illər) bir sıra qətllərdən və çoxlu fitnə- fəsadlardan sonra taxta çıxdı. Şah III Artaxsaca (Artakserks; e.ə. 358-338-ci illər) saray xadimi hərəmağası (xacə) Baqoy tərəfindən öldürüldü.II Artakserksin (e.ə. 404-358) ölümü ərəfəsində Əhəmənilər dövlətinin tənəzzülüvə dağılması göz qabağında idi.III Artakserks zamanında şah nəsli demək olar tamamilə məhv edilmişdi. Şah hətta körpələrə də aman verməmişdi.Əhəməni hökmranlığının müxtəlif dövrlərində Cənubi Azərbaycan ərazisinin ayrı-ayrı hissələri X, XI, XIV satraplıqların tərkibinə daxil idi.E.ə. V əsrin başlanğıcında madalılar Əhəmənilər dövlətində yenidən əsaslı rol oynamağa başlayırlar. Artıq I Daranın zamanında Cənubi Azərbaycan əhalisi madalılar adlanırdı.


Yüklə 48,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin