41 Tez bərkiməsi üçün gipsli langeti hansı temperaturlu suda islatmaq lazımdır? A) Soyuq suda B) İlıq suda C) Qliserin qatılmış suda D) Bitki yağı tökülmüş suda E) Fərqi yoxdur
42 Bud sınıqlarında neçə qatlı langet hazırlamaq lazımdır? A) 3-4 qatlı B) 6-8 qatlı C) 2-3 qatlı D) 10-12 qatlı E) 1-2 qatlı
43 Şüa yanıqları zamanı ilk tibbi yardım necə başlanır? A) Şüalanmış sahənin üzərinə məlhəm qoyulur B) Şüalanmış sahə aseptik sarğı ilə örtülür C) Şüalanmış sahə çoxlu miqdarda soyuq su ilə yuyulur D) Zərərçəkənə ağrıkəsici preparat verilir E) Zərərçəkənə ürək dərmanları verilir
44 Yalnız bir sarğı otağı varsa yaraların sarınma ardıcıllığı necə olmalıdır? A) Əvvəl irinli sonra təmiz yaralar sarınır B) Təmiz və irinli yaralar eyni vaxtda sarınır C) Əvvəlcə təmiz sonra isə irinli yaralara sarğı əməliyyatı aparılır D) Ardıcıllığa riayət olunmur E) İrinli yaralar palatada sarğı əməliyyatından keçirilir
45 . Arterial turna düzgün qoyulduqda nə baş verir? A) Turnadan aşağı nahiyədə temperatur yüksəlir B) Ətraf sianozlaşır C) Turnadan aşağı nahiyədə bütün hissiyat itir
D) Qanaxma dayanır və periferik nəbz itir E) Turnadan aşağı nahiyədə nəbz vurur
46 : .Əllərini əməliyyata hazırlamış cərraha əməliyyat paltarını kim geyindirir? A) Cərrah özü geyinir B) Əməliyyat paltarını geyinmiş əməliyyat tibb bacısı geyindirir C) Əməliyyat otağının xadiməsi
D) Cərrahın assisteti E) Palata tibb bacısı
47 : Qarnın ön divarı yaralanmış zərərçəkəni necə daşımaq məqsədəuyğundur? A) Zərərçəkən sol tərəfi üstə uzanmış vəziyyətdə daşınır B) Zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır C)Arxası üstə uzanmış və ayaqlarını uzatmış vəziyyətdə daşınır D) Zərərçəkən başı aşağı, ayaqları yuxarı qaldırılmış vəziyyətdə daşınır E) Zərərçəkən qarnı üstə uzanmış vəziyyətdə daşınır
48 Kolostoma qoyulmuş xəstəyə tibb bacısı nəyi başa salmalıdır? A) Vaxtaşırı polietilen kisəni dəyişməyi və kolostoma ilə davranmağı B) Vaxtaşırı kolostomanı dəyişməyi
C) Vaxtaşırı kolostomanı təmizləməyi D) Polietilen kisəni dəyişmək üçün tibb bacısına müraciət etməyi E)Kolostomanı haradan almağı