Lider treyninq kursları:
7 regional mərkəzin gənclərlə iş üzrə koordinatorları, icma proqramı
çərçivəsində fəaliyyət göstərən könüllülərə və həmin rayonun gənclər üzrə
təlimatçıları və könüllülər üçün ümümilikdə 130 nəfərə lider treyninq kursları
keçirilmişdir.
•
Lider kimdir?
•
Kurs zamanı müxtəlif oyunlar;
•
Şəxsi və kommunikasiya bacarıqları;
•
Layihə nə deməkdir?
•
Layihənin yazılması
•
Partnyorların və donorların axtarışı
•
Donorlarla praktiki iş
•
Gəzintilər və s.
Artıq lider treyninq keçmiş treynerlər öz regionlarında təlimə başlayıblar. Təlim
çox uğurlu nəticələr verir.
Uşaq evlərində fəaliyyət göstərən könüllülər üçün sosial təlimlər.
Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir rayonlarının uşaq evlərində fəaliyyət
göstərən 84 nəfər könüllü üçün sosial treyninq keçirilmişdir.
27
Proqrama əsasən 7 RM-in və hər bir mərkəzin ərazisində yerləşən 3 məktəbdə
hər məktəbdə 25 şagird olmaqla 525 nəfər məktəbli üçün “İlk yardım” və
hərakatın yayımı haqqında 3 ay ərzində təlimlər aparılmışdır. Təlimin nəticəsi
olaraq 3 etapdan ibarət olaraq yarış keçirilmiş, bu yarışlar 1-ci mərhələdə
rayonda məktəblər arası, 2-ci mərhələ RM-r arasında, 3-cü mərhələdə Bakıda
yekun yarışlar keçirilmişdir. Yarışda qalib gələn şagirdlər mükafatlandırılmışdır.
Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Sabirabad RM-də məktəblilər və
tələbələr üçün HİV/AİDS, sağlamlıq, humanitar dəyərlər, ilk yardım, liderlik,
fövgaladə hallara hazırlıq, sosial iş kimi məşğələlər keçirilərək təqdimatlar
aparılmışdır. Ümumilikdə 1640 nəfər iştirak etmişdir. Bu səpkidə tədbirlərin
keçirilməsi gələcəkdə daha da çox QAC-nə könüllülərinin cəlb olunmasına
səbəb olacaqdır.
Mərkəzi və Regional Gənc Könüllülər Şurasının görüşləri
İl ərzində 2 mərkəzi gənc könüllülər şurasının görüşü keçirilmişdir.
Regional görüşlər isə
•
Sumqayıt RM-də 2 dəfə
•
Mingəçevir RM-də 2 dəfə
•
Gəncə RM-də 2 dəfə
•
Lənkəran RM-də 2 dəfə
•
Bakı RM-də 2 dəfə
•
Sabirabad RM-də 2 dəfə
•
Umumi 13 Mərkəzi və Reqional Gənclər Şurasının görüşləri keçirilmişdir.
Məqsəd:
Mərkəzi və regional səviyyədə işçilərə könüllülər arasında əlaqələri
yaxşılaşdırmaq. Daha yaxşı fəaliyyət göstərməsinə köməklik etmək və regional
gənc könüllülər şurası yaratmaqla könüllülər üçün yaxşı idarəetmə sistemini
təşkil etmək.
Könüllülərin elektron qeydiyyatının inkişaf etdirilməsi
Məqsəd:
Ölkə üzrə könüllüləri effektiv şəkildə toplayıb inkişaf etdirməkdir.
Hal-hazırda elektron qeydiyyatı Baş Qərargahın Gənclər şöbəsində, Sumaqayıt,
Zaqatala, Mingəçevir, İsmayıllı, Şamaxı, Gəncə RM-də yaradılıb. Qalan rayon
və regionlarda şöbə tərəfindən hazırlanmış elektron qeydiyyatı blanklarından
istifadə olunur. Ancaq gələcəkdə nəzərdə tutulub ki, regionlarda elektron
28
qeydiyyatlardan istifadə olunsun. Hər ay rayon bölmələrindən könüllülərin
qeydiyyatının məlumatı şöbəyə çatdırılaraq elektron qeydiyyatında qeyd olunur.
Bu da könüllülərin hansı proqramlarda fəaliyyət göstərməsinə və koordinasiya
olunmasına dəqiqlik gətirir. İl ərzində ümumilikdə 18.470 nəfər QAC-nin
könüllüsüdür.
Əlil uşaq evlərində sosial fəaliyyət
Məqsəd:
•
Əlil uşaqlara maddi və mənəvi yardım göstərmək.
•
Onları təhsilləndirmək və dərslərinə köməklik göstərmək.
•
Qismən də olsa onların müəyyən qayğılarını unutdurmaq.
Salyan, Lənkəran, Sumqayıt, Gəncə, Mingəçevir rayonlarında yerləşən kimsəsiz
uşaq evlərində və Sumqayıtda evlərdə yaşayan əlil uşaqlarla sosial işlər aparılır.
Həmin sosial işlər aşağıdakılardır:
•
Uşaqların gəzintisi,
•
Rəsm,
•
Toxumaq,
•
Idman,
•
Musiqi,
•
Dərslərinə kömək,
•
Təsviri incəsənət və.s
Fəaliyyəti həyata keçirmək üçün ləvazimatlar alınıb uşaq evlərinə və könüllülərə
istifadə üçün verilmişdir.
Sabirabad,
Sumqayıt,
Mingəçevir,
Lənkəran,
Gəncə
RM-rayon
komitələrinin könüllüləri üçün Könüllülərin cəlb olunması kampaniyası
keçirilmişdir.
Tədbir kampaniya xarakteri daşıyırdı.
Tədbirlərdə regional mərkəzlərin və rayonların könüllüləri, Mərkəzi Gənc
Könüllülərin Şuralarının üzvləri, Regional Mərkəzlərin gənclərlə iş üzrə
koordinatorları, könüllülər və.s ümumilikdə 8070 nəfər iştirak etmişdir.
•
Gənclər və könüllülər şöbəsinin təqdimatı
•
HİV/AİDS proqramının təqdimatı
•
Sosial iş
•
Sağlamlıq və qayğı
•
İlk yardım
•
Beynəlxalq əlaqələr
2-ci hissə
•
Qruplarla iş
•
Qrupların təqdimatı
29
•
Furşet və diskoteka
Lənkəran uşaq evində “ Yay istirahət düşərgəsi “
Hər il olduğu kimi bu il iyul ayında Lənkəran rayonunda yerləşən kimsəsiz uşaq
evində Qızıl Aypara Cəmiyyətinin Gənclər və könüllülər şöbəsi tərəfindən “
Təhsil yönümlü yay istirahət düşərgəsi “ təşkil edilmişdir.
Təşkil olunmuş düşərgədə 72 nəfər uşaq və yeniyetmə, 5 nəfər könüllü, 7
nəfər uşaq evinin müəllim heyəti, şöbənin və RK-nin əmkdaşları iştirak etmişlər.
Ümumilikdə 89 nəfərin iştirakı ilə keçirilən yay istirahət düşərgəsindən
proqrama əsasən Azərbaycan QAC-nin, BQXK və BQX və Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının hərəkatı haqqında məlumat
və video klipə baxış, müxtəlif treyninqlər, intellektual, rəsm və idman yarışları,
tarixi
muzeylərdə
gəzintilər,
musiqi
əyləncəli
proqramlar
təşkil
olunmuşdur.Düşərgəni keçirməkdə məqsədimiz uşaqların yay tətili zamanı
vaxtlarını əyləncəli keçirmək, onları psixi sarsıntılardan azad etmək, təhsil
proqramlarını unutdurmamaq, onlara sosial qayğı göstərməklə, qismən də olsa
müəyyən qayğılarını unutdurmaqdır.
Azərbaycan Qizil Aypara Cəmiyyətinin Gənclər və Könüllülər söbəsi, Gənclər
Komitəsi Kəlbəcər və Xocali rayon bölmələri ilə birlikdə Dünya
Azərbaycanlılarının həmrəylik və “Yeni il” münasibəti ilə tədbir kecirmişdir.
Tədbirdə 50 nəfər imkansiz ailənin uşaqları iştirak etmişdir. Tədbir əl
oyunlari sarayinda Azpetrol sirkətinin dəctəyi ilə həyata kecirilmisdir.Tədbirdə
uşaqlar rəngarəng proqramlara tamaşa etmiş, sonda uşaqlara Yeni il hədiyyəiəri
təqdim olunmuşdur.
Tədbirin keçirilməsində məqsəd :
“Yeni il” ilə əlaqədar kimsəsiz uşaqlarin mənəvi və psixoloji rifahının
yüksəldilməsi.
Uşaqlara sosial qayği göstərmək;
Uşaqlara “Yeni il”hədiyyələri ilə təmin etməklə bayram əhval - ruhiyyəsi
yaratmaq
Qismən də olsa uşaqlarin iztirablarini azaltmaq.
Çap materialları
Məqsəd:
Maarifləndirmə, yayim materiallarının yeni növünü nəşr etmək və
Az.QAC –in xüsusi ilə ğənc könüllülərin daha yaxşı fəaliyyət ğöstərilməsinə
yardım etmək. Könüllülərlə işləyərkən onlarin bacarıq və qabliyyətlərini
dəstəkləmək.
30
Nailiyyət:
Könüllülər üçün 1000 ədəd təlim kitabçasi ,100 ədəd QAC- emblemini
əks etdirən mayka, 100 ədəd QAC- emblemini əks etdirən papaq ,100 ədəd
QAC- nin loqosu hazırlanaraq proqram cərcivəçində kecirilən tədbirlərdə
istifadə olunmuşdur. Bu da ğənclərin və könüllülərin diqqətini cəlb edir, onları
həvəsləndirir.
Beynəlxalq əlaqələr.
2009-cu ilin iyul ayında Türk Qızıl Ayı tərəfindən Bursa şəhərində,
Avstriyanın Lancenlois kəndində və İtaliyanın Solferino kəndində Gənclər və
könüllülər üçün keçirilən yay istirahət düşərgəsində 9 nəfər gənc istirahət
etmişdir. Gənclər üçün istirahət vaxtı təhsil və dostluq treyninqləri, hərəkata aid
treyninqlər, intellektual oyunlar, tarixi muzeylərdə gəzintilər və.s təşkil
olunmuşdur.
Treyninq Modul, lider və planlaşdirma kursları
Məqsəd:
Treyninq modul, lider və planlaşdirma kurslarının hazırlanmasında məqsəd:
•
Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi;
•
7 Fundamental Prinsip;
•
Fəaliyyət haqqında;
•
Planlaşdırma
•
Layihələrin yazılması
•
Şəxsi və kommunikasiya bacarıqları
•
Donorlarla iş və s.
Nailliyyətlər:
Artıq lider, modul, planlaşdırma treyninqlərini keçmiş könüllülər öz
regionlarında təlimə başlayıb. Təlim çox uğurlu nəticələr verir.
Mərkəzi və Reqional Ğənc Könüllülər Şurasının görüşləri
Mərkəzi və Regional Gənc Könüllələr Şurasının görüşləri
Məqsəd:
Mərkəzi və regional səviyyədə işçilərə könüllülər arasında əlaqələri
yaxşılaşdırmaq. Daha yaxşı fəaliyyət göstərməsinə köməklik etmək və regional
gənc könüllülər şurası yaratmaqla könüllülər üçün yaxşı idarəetmə sistemini
təşkil etmək.
31
Nailiyyət:
Mərkəzi və Regional Gənc Könüllülər Şurasının görüşlərinin keçirilməsi
nəticəsində könüllülər artiq rayonlarda koordinasiyanın sərbəst şəkildə idarə
olunmasina nail olub.
GƏNCLƏR KOMİITƏSİ
Məqsəd:
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gənclər Komitəsinin (Az.QAC
Gənclər Komitəsi) əsas məqsədi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara
Hərəkatını rəhbər tutaraq gənc (uşaqlar,yeniyetmələr,məktəblilər,tələbələr,əlil
uşaq və gənclər) insanlar arasında Könüllülük Hərəkatının inkişafı,Beynəlxalq
Humanitar dəyərlərinin aşılanması,sülh,qarşılıqlı hörməti və anlaşma ideyalarını
geniş
şəkildə yaymaq,gənclərin asudə vaxtlarının səmərəli keçməsi
məqsədilə,maarifləndirmə, sağlam həyat tərzinin formalaşması və mənəvi
rifahını yüksəldilməsi sahəsində fəaliyyətlər həyata keçirməkdən ibarətdir.
Fəaliyyətlər:
2009-cu ildə AzQAC Gənclər komitəsi zavallı insanların sosial
vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra humanitar fəaliyyət həyata
keçirmişdir.
2009-cu ilin yanvar ayında “Yeni il münasibəti ilə” Binəqədidə
məskunlaşmış Xocalı rayonından olan 120 nəfər imkansız ailənin uşaqları üçün
McDonald”sda
tədbir
keçirilmişdir.
Uşaqlar
McDonaldsda
oyun
atraksionlarında əylənmiş, onlara müxtəlif hədiyyələr verilmiş, sonda uşaqlara
“Yeni il”şənliyində iştirak etmək üçün biletlər təqdim edilmişdir.
2009-cu ildə Az.QAC-ın Gənclər Komitəsi tərəfindən “Gənclər günü “
münasibəti ilə Bakı şəhəri Yasamal rayonunda yerləşən gecə-gündüz uşaq
bağçasında tərbiyə alan imkansız ailələrin uşaqları üçün tədbir keçirilmişdir.
Tədbir zamanı uşaqlar kukla teatırında tamaşaya baxmış,dəniz kənarında
yerləşən əyləncə mərkəzlərində vaxtlarını səmərəli keçirmiş və onlara nahar
süfrəsi verilimşdir.
AzQAC-ın 89-cu il dönümü ilə əlaqədar 07.03.09 tarixdə Əzizbəyov rayonunun
Şüvəlan qəsəbəsində yerləşən Lal və kar internat məktəbində təhsil alan 50 nəfər
uşaq üçün və Kəlbəcər rayonundan olan 80 uşaq üçün McDonald'sda tədbir
32
keçirilmişdir.Tədbirdə uşaqlar üçün intellektual yarışlar, musiqili əyləncəli
proqramlar hazırlanmış və hədiyyələr təqdim olunmuşdur.
AzQAC-ın 89-cu il dönümü ilə əlaqədar Pirşağı qəsəbəsində Yel xəstəliyindən
əziyyət cəkən 130 nəfər uşaq üçün “Bizim dünya Sizin hərəkat”adlı şəkil
müsabiqəsi keçirilmişdir. Çəkilən şəkillərin Uşaq Qalereyasında sərgisi
keçirilmiş, qalib gələn uşaqlar mükafatlandırılmışdır.
1iyun ”Uşaqların Beynəlxalq müdafiəsi günü” ilə əlaqədar 6№ uşaq
xəstəxanasında 170 uşaq və AİDS-dən əziyyət çəkən 18 nəfər uşaq üçün tədbir
keçirilmişdir.Tədbir zamanı uşaqlara musiqili əyləncəli proqramları, intellektual
oyunlar və s. təqdim edilmişdir. Sonda hər iki xəstəxanaya idman ləvazimatları,
uşaqlara müxtəlif hədiyyələr və AİDS-dən əziyyət çəkən uşaqlara süni qida
məhsulları verilmişdir.
13 sentyabr “Ümumdünya ilk yardım günü”ilə əlaqədar çətin tərbiyyə olunan
qapalı Uşaq koloniyasında tədbir keçirilmişdir. Tədbir müsabiqə xarakteri
daşıyırdı. Müsabiqədə SOS uşaq kəndinin, “Uşaqdan-uşağa sülh şəbəkəsi”nin və
uşaq koloniyasının uşaqları, iştirak edirdilər. Sonda qalib gələn komandalara
hədiyyələr verilmişdir.
15 sentyabr “Bilik günü” ilə əlqədar Kəlbəcər və Xocalı rayonlarından olan 70
nəfər uşaq üçün Kainat Gənclər mərkəzinin dəstəyi ilə tədbir
keçirilmişdir.Tədbirin sonunda uşaqlara məktəbli cantaları və dərs ləvazimatları
verilmişdir.
TƏŞKİLATİ İNKİŞAF
2009-cu ilin əvvəlindən etibarən QAC-nın bütün Regional mərkəzlərinin və
yerli bölmələrinin iş və tədbirlər planı tərtib edilərək təsdiq edilmişdir. Ötən ilin
illik yekun hesabatları analiz edilərək nəticələr müəyyən edilmişdir. QAC-nin
XXIII Baş Məclisinə hazırlıqla əlaqədar 2009-cu ilin əvvəlindən etibarən QAC-
nın bütün Regional mərkəzlərinin və yerli bölmələrinin iş və tədbirlər planı
tərtib edilərək nəticələr müəyyən edilmişdir. Ötən ilin illik yekun hesabatları
analiz edilərək nəticələr müəyyən edilmişdir. QAC-nın XXIII Baş Məclisinə
hazırlıqla əlaqədar lazımi sənədlər qaydaya salınmışdır. Yerli bölmələrdə
Rəyasət Heyətinin iclaslarının vaxtlı-vaxtında keçirilməsi təşkil olunmuş, iki
yerli bölmədə (Cəlilabad, Gəbələ) kadr dəyişikliyi edilmişdir.
2009-cu ilin mart ayının 10-da QAC-nın 89 illik ildönümü təntənəli
surətdə qeyd edildi. Tədbirin keçirilməsi üçün Təşkilat İdarəsinin əməkdaşları
lazımi təşkilatı məsələləri həll etmişdir. QAC Bakı RM-ə daxil olan yerli
bölmələr bu tədbirlərin keçirilməsində yaxından iştirak etmişlər. Eyni zamanda
digər yerli bölmələr ildönümü ilə əlaqədar bir sıra silsilə tədbir həyata
keçirmişdir.
33
10 yerli bölmə səmərəli fəaliyyətlərinə görə AzQAC-nin Fəxri Fərmanları
ilə təltif edilib. QAC üzrə ilk təşkilatların sayı 6125, üzvlərin sayı 265156 nəfər
təşkil edir. 2009-cu il ərzində rüblər üzrə Regional koordinatorları ilə mütəmadi
görüşlər
keçirilmiş,
gündəlik
təşkilatı
məsələlər
diqqət
mərkəzində
saxlanılmışdır. Yerli bölmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, il ərzində 7 bölmə xidməti
avtomobillə təmin edilmişdir. 31 yerli İcra Hakimiyyəti orqanlarına müvafiq
məktublar göndərilmişdir.
Təhsil və Səhiyyə İdarələrində təşkilatı məsələlərlə bağlı mütəmadi görüşlər
keçirilmişdir. Müxtəlif idarə və müəssisələr tərəfindən daxil olmuş müraciətlərə
baxılaraq aidiyyatı üzrə müvafiq tədbirlər görülmüşdür.
2009-cu ilin maliyyə planlarının rüblər üzrə ödənişinin təmin olunması
daim diqqət mərkəzində saxlanılmışdır.
2009-cu ilin dekabr ayının 8-də Cəmiyyətin XXIII Baş Məclisi keçirildi. Baş
Məclisin işində bölgələrdən seçilmiş 220 nəfər nümayəndə iştirak etdi. Baş
Məclis Cəmiyyətin 08 aprel 2008-ci ildən 08 dekabr 2009-cu il tarixə olan
müddət ərzində görülmüş işləri müzakirə edərək qənaətbəxş hesab etdi. Eyni
zamanda Baş Məclis İdarəetmə Şurasının və Rəyasət Heyətinin yeni tərkibini
seçərək təsdiq etdi. Baş Məclis həmçinin QAC Rəyasət Heyətinin il ərzində
keçirilən iclaslarda qəbul etdiyi qərarları nəzərə olaraq təsdiq etdi. Beləliklə
XXIII Baş Məclis gündəlikdə duran əsas məsələləri müzakirə edərək öz işinə
yekun vurdu.
İlk Təşkilatların sayı
Üzvlərin sayı
34
RAYON BÖLMƏLƏRİNİN İNKİSAFI
Məqsəd
Proqramın məqsədi sosial və sağlamlığın faktorlarını nəzərə almaqla icmalarda
imkansızlığın azaldılmasına nail olmaıq məqsədi ilə Azərbaycan Qızıl Aypara
Cəmiyyətinn ümumi strukturlarının və imkanlarının gücləndirilməsi
Fəaliyyətlər
-2009 cu il ərzində yerli İcra Hakimiyyətləri, bələdiyyələr, beynəlxalq və yerli
təşkilatlar ilə əməkdaşliq davam etdirilib. Adı çəkilən təşkilatların
nümayyəndələri AzQAC tərəfindən keçirilən treyninqlərdə mütəmadi olaraq
iştirak edib.
-Gəncə, Zaqatala, İmişli və Xanlar Rayon bölmələrinin imkanlarının
qiymətləndirilməsi aparılmış və onun nəticəsi olaraq “İcmalarda ehtiyacların
qiymətləndirilməsi”, “Layihələrin planlaşdırılması və idarə edilməsi”,
”Monitorinq və Hesabatlılıq” və “ilk yardim”üzrə 170 nəfər işçi və könüllü üçün
5 treyninq kecirilmişdir.
-Həmçinin 1 “ictimai əlaqələr” və Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə dair
həmin rayon bolmələri üçün treyninqlər keçirilmişdir.
-Gəncə, Zaqatala, İmişli və Xanlar RB –ri tərəfindən icmlarda “Ümumdünya
Qızıl Xaç və Qızıl Aypara Günü”, “Beynəlxalq Sağlamlıq günü”, Siqaret və TB
əleyhinə kampaniya və tədbirlər keçirilmişdir. Bütün bu tədbirlərdə
ümumilikldə 750 nəfər icma üzvü iştirak etmiş.
35
-Qızıl Aypara bölmə könüllüləri İlk yardim üzrə 1735 nəfərə təlim vermişlər və
daha 2800 nəfərə isə profilaktik sağlamliq üzrə təhsil verilmişdir. “Beynəlxalq
İlk Yardim Günün”də İcmlarda 4 İlk yardım kampaniyasi kecirilmiş və 3
səhiyyə maarifi kampaniyası təşkil edilmişdir.
-Həmçinin bu layihə çərçivəsində bütün icmalarda 4 tədbirlərdə kecirilmiş 100
icma üzvü fəal surətdə iştirak etmişdir.
May ayında Gürcüstan respublikasinda “Sosial yardim” mövzusuna həsr
olunmuş treyninqdə layihənin koordinatoru da iştirak etmişdir.
Nailiyyətlər
-Azərbaycan Qızıl Aypara Cəmiyyətləri Federasiyasının birgə keçirdiyi
Qiymətləndirmə Milli Cəmiyyətinin imkanlarının geniş mənzərəsini verməyə
imkan vermişdir. Bölmələrin material və texniki imkanlarını da yaxşilaşdırmaq,
bu da Qızıl Aypara işçilərinin və könüllülərinin özünə inamı, maraq və
motivasiyanı artırmışdır. İnternetdən istifadə imkanı dahada çox könüllərin
bölmə fəaliyyətinə cəlb etmişdir.
-Gəncə, Zaqatala, İmişli və Xanlar bölmələri könüllülərin idarəedilməsini
güclənəndirmişdirlər. Onlar bölmə inkişafi işində hər bir könüllünün rolulu təyin
etmişlər. Bütün könünllər məlumat bazasına qeydiyyata alınmışlar.
-Yerli İcra hakimiyyətləri ilə əmkdaşlıq güclədirilmişdir. Layihədən əvvəl
bölmələr yalniz ərzaq və dərman preparatlarının bölüşdürülməsi işinə cəlb
olunmuşdur, hazırda onların işi İlk yardim, səhiyyə maarifi və humanitar
dəyərlərin yayımlanması kimi sahələri əhatə edir. Bölmələr həmçinin, müxtəlif
sosial fəaliyyətlərə başlamışlar. Bölmələrdən alınan maliyyə və fəaliyyət
hesabatları yaxşılaşmışdır. QAC-nin bölmələri cəmiyyətin bölmələri öz
fəaliyyətində iştirak edən qadın və gənclərin sayını artıra bilmişlər. Layihənin
ilkin mərhələsində təkcə 200 qadın və 76 gənc iştirak edirdi. Layihənin sonunda
isə bu rəqəm artmışdir. Belə ki, 800-dən artıq qadın və 520 gənc profilaktik
sağlamlig, ilk yardım və bacarıgların təlimi sahəsində Qızıl Aypara Cəmiyyəti
ilə birgə calışmışdır.
-29 nəfər könüllü “İcmalarda ehtiyacların qiymətləndirilməsi, 26 nəfər İcma
könüllüləri “Sağlаmliq” üzrə 27 nəfər işçiləri “Layihənin planlaşdırılması və
idarə edilməsi” və 22 nəfər RB könüllüsü “Sosial qayği” üzrə 6 təlim keçərək
bilik və bacarıqlarını artırmışlar.
Icmalarda keçirilən tədbirlərdə ümumiyyətlə 3750 icma üzvü fəal iştirak
etmişdir ki, bu da icmalarda AzQAC-a olan maraqlarının artırılmasıdır.
Problemlər
Dostları ilə paylaş: |