İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


İmmunitet və normal bədən çəkisi



Yüklə 286,46 Kb.
səhifə11/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   7   8   9   10   11   12   13   14   ...   161
SALAMLIQHAQQINDADNCLR

İmmunitet və normal bədən çəkisi
Orqanizmin, həmçinin immunitetin normal fəaliyyəti üçün çəkinin normal olması çox böyük əhəmiyyətə malikdir. Bu zaman çəkinin normadan artıq olması kimi normadan az olmasının da mənfi təsiri vardır.

Arıqlama və pəhriz saxlamağın “dəbdə” olması insanların sağlamlığına həddən artıq dərəcədə ziyan vurur. Arıqlamaq arzusunda olanların istifadə etdikləri pəhrizlərin böyük əksəriyyətində əsas qida maddələrinin nisbəti qətiyyən düzgün balanslaşdırılmamışdır. Belə ki, bir çox pəhrizlər zamanı uzun müddət ərzində yalnız bir-neçə qida məhsullarından, bəzən isə yalnız birindən (məsələn, qarabaşaq, qarpız, alma, meyvə-tərəvəz və s. pəhrizləri) istifadə olunur. Belə pəhrizdə oturmaq nəticəsində insan orqanizmi, özü üçün ən vacib maddə hesab olunan zülallardan məhrum edilir. Yadda saxlamaq lazımdır ki, insanın immun sisteminin əsas qoruyucularından biri olan immunoqlobulinlər də zülallardan hazırlanır. Belə pəhrizlərin nəticəsində, əlbəttə ki, insanın immuniteti də zərər çəkməyə başlayır.

Digər tərəfdən, çəkinin artıq olması da orqanizmin sağlamlığına mənfi təsir edir. Bu halda şlaklar və toksinlərlə yüklənmiş olan insan orqanizmində, digər orqan və sistemlər kimi, immun sistemi də əlavə əziyyətə məruz qalır. Ona görə də əgər sizin əlavə çəkinin olması kimi bir probleminiz varsa, onu düzgün və ağıllı şəkildə azaltmağa çalışmaq lazımdır. Əvvəlcə çəkinizin normaya uyğun gəlib-gəlməməsini yoxlayın. Bunun üçün bədən kütləsi indeksini aşağıdakı düstur vasitəsi ilə təyin etmək lazımdır: bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölün. Məsələn, əgər sizin boyunuz – 1m 60 sm, çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız

= 65: (1,6 x 1,6)=65 : 2,56 = təxminən 25,4



BKl, kq/m2

Nəticə

20-dən az

Bədən çəkisinin azlığı

20,0-24,9

Norma

25-29,9

Artıq bədən çəkisi

30-34,9

Yüngül piylənmə (1 dərəcə)

35-39,9

Orta piylənmə (2 dərəcə)

40 və daha artıq

Ağır piylənmə (3 dərəcə)

Çəkini – pəhriz, fiziki hərəkətlər, massaj, xüsusi salonlarda yerinə yetirilən prosedurlar (müxtəlif bürünmələr, aparat massajı və s.) vasitəsi ilə normallaşdırmaq olar. Bütün bu sadalananların kompleks şəkildə yerinə yetirilməsi daha yaxşı effekt verir.

Yadda saxlamaq lazımdır ki, pəhriz nəticəsində orqanizmin sağlamlığına ciddi zərər yetirə biləcək bir sıra hallar və xəstəliklər vardır. Məhz buna görə pəhrizə oturmamışdan əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

Bütün dünya dietoloqları mono-pəhrizlərdən istifadə etməyi məsləhət görmürlər ki, bu pəhrizlər insanın sağlamlığına zərər vurur. Mono-pəhriz bir ərzaqla qidalanmadır (qarabaşaq pəhrizi, qarpız pəhrizi, alma pəhrizi, qatıq pəhrizi və s.) .

Pəhriz tutmağa qərar verdikdə azkalorili pəhrizi seçmək lazımdır. Bu cür pəhrizi uzun müddət - 1-2 ay tutmaq olar. Belə pəhrizlər orqanizmə zərər vermir, əksinə, onu sağlam edir. Pəhriz saxlamaq üçün ən yaxşı vaxt yay aylarıdır. Bu vaxt pəhrizdən başqa, güclü tər ifrazı, yüksək aktivlik (qış fəsli ilə müqayisədə) aclıq hissini boğan isti hava, kalorisi az olan meyvə və giləmeyvələrin bolluğu da arıqlamağa kömək edir.

Əgər növbəti gündən pəhriz tutmağa qərar verməmisinizsə, onda əvvəlki günün şam yeməyi çox yüngül, məsələn, salat və bir stəkan qatıqdan ibarət olmalıdır.

Qeyd etmək lazımdır ki, əgər siz pəhrizlə paralel olaraq, heç olmasa, yüngül fiziki hərəkət etməsəniz, onda ən yaxşı pəhriz belə yüksək nəticə verməyəcəkdir. Gözəl bədən quruluşuna sahib olmağın ən yaxşı üsulu trenajor və ya fitnes zalında təcrübəli məşqçinin rəhbərliyi altında məşq etməkdir.

Çəkini azaltmağa su prosedurları da yaxşı kömək edir. Müntəzəm olaraq hovuza getmək yalnız bədən çəkisinin azalmasına deyil, həmçinin bədən əzələlərinin möhkəmləndirilməsinə də kömək edir. Arıqlamaq məqsədi ilə, ümumiyyətlə bacardığınız qədər çox hərəkət etmək (piyada gəzmək, qaçmaq, rəqs etmək və s.) tövsiyə olunur.



Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin