İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


İmmuniteti möhkəmləndirən dərman preparatları



Yüklə 286,46 Kb.
səhifə19/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   15   16   17   18   19   20   21   22   ...   161
SALAMLIQHAQQINDADNCLR

İmmuniteti möhkəmləndirən dərman preparatları
Bizlərdən hər birimiz yaşadığımız müddət ərzində immunitetin müvəqqəti zəifləməsi ilə üzləşmiş oluruq. Məsələn, keçirilmiş xəstəlikdən sonra, güclü zehni, fiziki və psixoloji gərginliklər dövründə, stresslər zamanı, qış-yaz aylarında həyatımızın bəzi yaş dövrlərində, stresslər zamanı, qış-yaz aylarında, həyatımızın bəzi yaş dövrlərində (uşaqlıq, yeniyetməlik, qocalıq), qadınlarda hamiləlik zamanı və s. Məhz bu dövrlərdə immunitetin bərpa edilməsi və möhkəmləndirilməsi (immunokorreksiya) üçün düzgün qidalanma, tam dəyərli yuxu və istirahət, fiziki aktivlik və s. ilə bərabər xüsusi preparatların qəbul edilməsi yaxşı nəticə verir.

İmmunokorreksiya üçün xüsusi preparatlardan - immunomodulyatorlardan istifadə olunur. İmmunimidulyatorlar (onlar həmçinin “immunokorrektorlar” adlandırılır) immun sisteminin fəaliyətinin bərpa edilməsinə və normalaşdırılmasına kömək edir. Ancaq onları çox ehtiyatla işlətmək lazımdır. Müəyyən qrup immunomodulyatorlar vardır ki, onlar bəzi analizlər aparıldıqdan sonra yalnız həkim tərəfindən təyin oluna bilər.

Hal-hazırda bitki, dəniz yosunları, arıçılıq məhsulları əsasında hazırlanmış təbii immunomodulyatorlar daha geniş şəkildə tətbiq olunmalıdır. Ancaq onu da yadda saxlamaq vacibdir ki, immunomodulyatorlardan daimi olaraq və ya daha tez-tez halalrda istifadə edilməsi bir sıra hallarda insana nəinki xeyir, hətta zərər də verı bilər. Bir qrup immunomodulyatorlar da vardır ki, onları müəyyən xəstəlikləri olan insanlara təyin etmək olmaz. Məsələn, hipertoniklərə təyin edildiyi halda onlarda təzyiqi artıra bilər. Buna görə də istənilən hətta bitki tərkibli immunomodulyatoru qəbul etməmişdən qabaq mütləq həkimlə məsləhətləşmək lazımdır. Bitki mənşəli immunomodulyatorların tərkibinə aşağıdakılar daxildir:

- Exinaseya bitkisi. İmmun sisteminin möhkəmləndirilməsi üçün geniş şəkildə istifadə olunur. Onun tərkibində yaraların sağalmasına kömək edən maddələr vardır. Exinaseya bir çox bakterial və virus infeksiyalarının, şiş və autoimmun xəstəliklərin müalicəsinə kömək edir.

- Bəzi göbələk (çaqa, şitake və s.) ekstrakları. Onlar orqanizmi radiasiya təsirindən qoruyur, şiş əleyhinə xüsusiyyətlərə malikdirlər. Onkoloji xəstəliklərin müalicəsindən istifadə olunur.

- Jenşen bitkisi də çox istifadə olunan vasitələrdən olub, orqanizmə ümumi möhkəmləndirici və tonuslandırıcı təsir göstərir. Jenşen preparatları əqli və fiziki yorğunluq hallarında, uzun sürən və ağır keçən xəstəliklərdən sonra, orqanizmin xeyli dərəcədə zəiflədiyi (üzüldüyü) zaman istifadə olunur. Əks göstəriş: hipetoniya xəstəliyidir. Jenşen preparatlarının uzun müddət ərzində böyük dozalarda qəbul edilməsi ürək döyünməsinə, baş ağrılarına, baş gicəllənmələrinə, ürək ağrısının yaranmasına səbəb olur.

- Eleuterokokk bitkisi – immun sisteminin möhkəmləndirilməsinə kömək edir, interferonun hazırlanmasını sürtələndirir. Əks göstəriş: hipetonik riz, miokard infarktı, yüksək qızdırma ilə müşayiət olunan vəziyyətlər, kəskin infeksion xəstəlikləri, psixi oyanıqlıq.

- Cır limon – mərkəzi sinir sisteminin fəaliyyətini stimullaşdırır, zehni və fiziki yorğunluqdan sonra insanın öz qüvvələrini bərpa edilməsinə, iş qabiliyyətinin saxlanılmasına kömək edir, maddələr mübadiləsini, regenerativ və immunobioloji prosesləri aktivləşdirir. Cır limon preparatlarını yalnız həkim məsləhətindən sonra qəbul etmək olar. Bu preparat sinir oyanıqlığı, yuxusuzluq, arterial təzyiqin yüklənməsi və ürək fəaliyyətinin pozulması, ürək-damar sisteminin xəstəlikləri zamanı əks göstərişdir!

- Aloe bitkisi əsasında hazırlanan preparatlar. Bunların tərkibinə fermentlər, amin turşuları, minerallar və polisaxaridlər daxildir.

- Həm qara, həm də yaşıl çayın müntəzəm olaraq qəbul edilməsi immun sisteminin möhkəmləndirilməsinə yaxşı kömək edir. Çay insan orqanizmi zərərli mikrob və viruslardan qoruyur. Çay yarpaqlarında “tanin” adlanan maddə vardır ki, orqanizmdə gedən qocalma proseslərini ləngidir. Qara və yaşıl çayalrın tərkibində güclü antioksidantlar qrupu – “katexinlər” var. Antioksidantlar bizim orqanizmimizi çox təhlükəli olan sərbəst radikallar və s. zərərli maddələrin dağıdıcı təsirindən qoruyur. Bu maddələr xarici mühitdən insan orqanizminə hava, su qida vasitəsilə daim daxil olunaraq onu hüceyrə səviyyəsində məhv edirlər. Çay insan orqanizminə xərçəng hüceyrələri ilə mübarizədə kömək edir. Çay ürək-damar sistemini möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, qara ciyər və böyrəklər üçün çox xeyirlidir. Çay kariesi törədən mikroblarla mübarizə aparır, dişlər və damaqları möhkəmləndirir. Qida qəbulundan əvvəl bir fincan çayın içilməsi həzm proseslərini stimullaşdırır.

Çayın tərkibində həmçinin gümrahlıq və enerji mənbəyi olan “teanin” və “kofein” – çay və qəhvənin tərkibində olan üzvi maddədir. Bu maddə gündəlik həyatımızda bizə əlavə enerji bəxş edir və xroniki yorğunluqla mübarizə aparır. Gün ərzində içilən 1,5 litr çay insan orqanizminin kofein ehtiyacını ödəyir və insanın özünü gümrah hiss etməsinə səbəb olur. “Teanin” yalnız çayın tərkibində olan unikal amin turşusudur. Bu amin turşusu beyin fəaliyyətini gücləndirərək diqqət zəifliyini aradan qaldırır, diqqət zəifliyini aradan qaldırır, konsentrasiyanı gücləndirir və eyni zamanda sinir sisteminin istirahətini təmin edir.

Orqanizmin bütün funksiyalarını, həmçinin immuniteti yüksək səviyyədə saxlamaq üçün, insanın qida rasionunda onun həyat fəaliyyəti üçün lazım olan bütün maddələr olmalıdır. Yalnız bir vitaminin və ay mikroelementin çatışmazlığı immunitetin müəyyən dərəcədə zəifləməsinə səbəb ola bilər.

İmmunitet – orqanizmin genetik cəhətdən yad materiala qarşı verdiyi müdafiə reaksiyalarının məcmusudur. Burada söhbət yalnız bakteriya, virus, parazit, allergenlər kimi xarici faktorlardan deyil, hmçinin orqanizmin öz hüceyrələrinə qarşı yarana bilən reaksiyadan gedir. Məsələn, sağlam hüceyrə mutasiyaya məruz qalarsa, xərçəng hüceyrələrinə çevrilərsə və ya sadəcə olaraq qocalarsa immun sisteminin vasitəsi ilə zərərsizləşdirilir. Başqa sözlə desək, immun sisteminin vəzifəsi orqanizmi hansı səbəbdən yaranmasından asılı olmayaraq istənilən aqressiyadan qorumaqdır.

Sağlam insan orqanizmində daim baş verən bu “döyüşü” hiss etmir. Amma immun sistemi bu mübarizədə zəif olduqda müxtəlif xəstəliklər meydana çıxır. Məs: kəskin respirator virus infeksiyalarında immun sistemi viruslarla kifayət qədər mübarizə apara bilmədikdə xəstəlik meydana çıxır. Belə olan halda həkimlər adətən qızdırma, baş ağrısı kimi xəstəlik əlamətlərini aradan qaldıran preparatlar təyin edir. Lakin bu preparatlar səbəbə qarşı heç bir təsir göstərmir. Klassik təbabətdə istifadə olunan dərman preparatları immun sisteminə ya stimulyasiyaedici, yaxud da ləngidici (supressor) təsir göstərir. İmmun sisteminə bu cür müdaxilə sistemin özünü tənzimləmə qabiliyyətini zədələyir. Əgər immun sistemi xəstəliyin səbəbi müəyyənləşdirilmədən yalnız stimulyasiya olunsa sistem kontroldan çıxar və bu allergik xəstəliklərin yaranmasına səbəb olar. Ona görə də simptomları aradan qaldırmaq əvəzinə ilk növbədə xəstəliyin səbəbini tapmaq vacibdir.





Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin