İmaddədin Nəsimi "İstəmə" qəzəlinin təhlili Sən sana gər yar isən, gəl var, ey könül, yar istəmə



Yüklə 16,26 Kb.
tarix02.01.2022
ölçüsü16,26 Kb.
#39551
İmaddədin Nəsimi


İmaddədin Nəsimi “İstəmə” qəzəlinin təhlili

Sən sana gər yar isən, gəl var, ey könül, yar istəmə !

Yarü dildar olsana sən yarı dildar istəmə !

 

Bivəfadır çün bu aləm kimdən istərsən vəfa?



Bivəfa aləmdə sən yarı vəfadar istəmə !

 

Gül bulunmaz bu dikənli dünyanın bağında çün,



Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə !

 

Mərifətdir xalis altun, sikkəsi fəzli hünər,



Altunu tanı, zağəlindən arı dinar istəmə!

 

Dünyanın sevgisi ağır yük imiş, məndən eşit,



Nəfsinə yük etmə anı ey səbəbkar istəmə!

Bir əmin mərhəm bulunmaz, ey Nəsimi, çün bu gün,

Xəlqə faş etmə bu rəmzi, kəşfi-əsrar istəmə !

Leksik Təhlil

Dildar-Dilbər

Vəfadar-Vəfalı,sadiq

Yar-Sevgili,məşuqə

Əbsəm-Dilsiz,ağızsız,lal

Bihudə-boşu-boşuna

Gülzar- çoxlu gül olan yer,gülüstan,çiçəklik

Mərifət-ədəb,qanacaq,tərbiyə

Xalis-Heç bir qatışığı olmayan, saxta olmayan, saf, təmiz

Sikkə-Metal pul üzərinə vurulan damğa, naxış, yazı.

Altun-Qızıl

Dinar-Yaxın Şərqin bəzi ölkələrində qızıl pul.

Səbəbkar-Səbəb olan,təqsirkar

Mərhəm- məlhəm

Faş-üstü açılmaq,ifşa olmaq

Əsrar-Sirr,sirlər

Anı-onu

Rəmzi- Rəmzlə ifadə olunan, işarə ilə, dolayı yolla bildirilən rəmzi məna

Nəfs- tamah,istək, ehtiras

Alınma sözlər

Qəzəldə alınma sözlər üstünlük təşkil edir.

Dildar-(Fars sözü)

Əbsəm-(Ərəb sözü)

Gülzar-(Fars sözü)

Rəmzi-(Ərəb sözü)

Əsrar-(Ərəb sözü)

Nəfs-(Ərəb sözü)



Milli sözlər

Sən-şəxs əvəzliyi

Bu-işarə əvəzliyi

Məndən-şəxs əvəzliyi

Bu gün-zaman zərflyi

Bir-say


Morfoloji Təhlil

Əsas nitq hissələrindən İsim, Əvəzlik, Say, Feil bu qəzəldə işlənib.Əvəzliklərdən İşarə əvəzliyi, Şəxs əvəzliyi daha çox işlənib. Köməkçi nitq hissələrindən qoşma, əmr ədatı işlənib.Ön şəkilçilərdən-bi şəkilçisi(bivəfa) işlənib.



Köməkçi nitq hissələri

Qoşma- Çün(üçün formasının qısaldılmış variantı)

Əmr ədatı-Sana,-sənə (olsana)

Gər-Əgər


Sintaktik Təhlil

Xitablar

Ey Könül


Ey Nəsimi

Ey səbəbkar



Köhnəlmiş sözlər (arxaizmlər)

Altun-Qızıl

Arı-təmiz

Tarixizimlər

Dinar-Yaxın şərq ölkəsində qızıl pul

Sikkə-metal pul üzərində vurulmuş damğa naxış,yazı

Fonetik Təhlil

Yarü-yarı (ü-ı əvəzlənməsi)

Xəlqə-xalqa(ə-a əvəzlənməsi)

Mərhəm-məlhəm(samit əvəzlənməsi r-l əvəzlənməsi)



Qrammatik Təhlil

Qəzəlin dili çətindir. Bu qəzəldə alınma sözlər milli sözlərə nisbətən üstündür. Qəzəldə zəmanədən şikayət əks olunur. Yuxarıdakı beytdə yəni dördüncü beytdə Nəsimi arzularının puç olmasını ifadə etməklə yanaşı “Altunu tanı” sözü Əmir Altuna, “sikkəsi fəzli hünər” sözləri sikkə zərb olunan Əlincəqalaya və “Fəzl” adı Fəzlullahın bu hadisələrdəki iştirakına nəzərən deyilmiş rəmzi ifadələrdir. Nəsimi bu qəzəli Əmir Altunun Əlincəqalaya buraxılmayıb Mərəndə gedərək orada öldürülməsindən sonra yazdığını göstərir. Qəzəldə qeyd olunan “Altunu tanı”, “sikkəsi fəzli-hünər”, və yaxud, şairin özünə nəzərən yazdığı “səbəbkar” sözləri bu hadisənin baş vermə səbəbləri barəsində poetik mənalarla tarixi bilgilər verir, bu hadisənin səbəbini işıqlandırır.

Mərifətdir xalis altun sikkəsi fəzli hünər,

Altunu tanı, zağəlindən arı dinar istəmə.



Yuxarıdakı beytlərdə yəni Beşinci beytdə Nəsiminin apardığı mübarizəsinin acı nəticələri qəzəldə aydınlığı ilə təsvir olunub. Burada şair baş vermiş faciə ilə əlaqədar özünü “səbəbkar” adlandırması onun özünün də bu hadisələrdə iştirakını göstərən poetik ifadədir.Nəsimi bu hadisədən sonra tək qaldığını, lakin, “xəlqə”, yəni hər kəsə bu sirri açmaq istəmədiyini bildirib.

Dünyanın sevgisi ağır yük imiş məndən eşit,

Nəfsinə yük etmə anı ey səbəbkar istəmə.

Misranın mənası

Sən sənə sevgili isən,ey könül sevgili istəmə!

Sevgili dilbər olsa da, sən sevgilini dilbər istəmə!

Vəfasızdır bu aləm kimdən istəyirsən vəfa?

Vəfasız aləmdə sən sevgilini vəfalı istəmə!

Gül tapılmaz bu tikanlı dünyanın bağında

Dilsiz ol, boşuna gülsüz yerdə gülüstan istəmə!

Dünyanın sevgisi ağır yük imiş, məndən eşit

Nəfsinə onu yük eləmə ey səbəbkar, istəmə!

Bir əmin məlhəm tapılmaz ey Nəsimi, üçün bu gün



Xalqa ifşa etmə bu rəmzi,kəşfə aid bu sirri istəmə!
Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin