İmam Hüseyn və Aşura qiyamı


Yezid ibn Müaviyə, İmam Hüseyni (ə) şəhid etdikdən sonra peşman olaraq, tövbə etmişdirmi?



Yüklə 1,08 Mb.
səhifə12/25
tarix21.04.2017
ölçüsü1,08 Mb.
#15182
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

Yezid ibn Müaviyə, İmam Hüseyni (ə) şəhid etdikdən sonra peşman olaraq, tövbə etmişdirmi?


Bu sualın mənşəyi bə`zi azsaylı kitablarda yazılmış bir sıra mətləblərlə sıx bağlıdır. Bu kitablarda «Aşura müsibətindən sonra Yezidin İmam Hüseyni (ə) öldürməyə əmr etmədiyini, O Həzrətin (ə) şəhadətinə görə təəssüf hissi keçirib, ağlayaraq İbn Ziyadın özbaşınalıq etdiyini bildirərək, onu lə`nətləməsi» yazılmışdır. İndi isə bir neçə nöqtəyə diqqət edək:

1- Tarix boyu şahid olduğumuz bütün məşhur İslam alim və mütəfəkkirləri «İmam Hüseyni (ə) qətlə yetirməyin» Yezidin birbaşa öz əmri olduğunu və onun görünməmiş səbirsizliklə buna israr etdiyini yazmışlar. 193

2- Yezidin, İbn Ziyadı Kufə şəhərinə vali tə`yin etməsi, 194 Hüseynlə (ə) bağlı bütün işlərdə birbaşa onun özü ilə məşvərət etməsinə dair göstərişi, 195 Mədinə valisi Vəlidə məktub yazaraq; «ya bizə bey`ət al, ya da onu tez öldür!»-deyə tapşırıq verməsi, 196 Məkkədə belə onu terror etməyə çalışması, 197 İbn Ziyada, «Kərbəlada işi uzatma, onu öldür!» məzmunlu məktub yazması,198 Şimr ibn Zilcövşəni oraya göndərməsi və sair işləri bu məsələnin əvvəlcədən Yezid tərəfindən planlaşdırıldığına danılmaz bir sübutdur.

İbn Abbasın Yezidin məktubuna yazdığı cavabda da, buna tə`kid olunub: «Elə bilirsən ki, sənin Hüseyni (ə) və Əbdülmütəllib cavanlarını şəhid etdirdiyini unutmuşam?! Hər nəyi unutsam da, Hüseyni (ə) Peyğəmbərin (s) hərəmindən uzaqlaşdırdığını, Məkkəyə pənah aparmağa məcbur etdiyini, oradan da, hiylə və məkrlə Kufəyə tərəf səfər etməyə sövq etdiyini unutmamışam. Sonra isə «Mərcanənin oğlu»na (İbn Ziyada) dəfələrlə məktub yazaraq Hüseynlə müzakirəni uzatmamağa, onu tez öldürməyə əmr etdin. Elə buna görə də, İbn Ziyad Hüseyni (ə) və Əbdülmütəllib cavanlarını öldürdü. Halbuki, onlar Peyğəmbərin (s) pak Əhli-beyti (ə) olaraq, Allah tərəfindən hər cür çirkinlik və pislikdən uzaq olmuşlar.»199

Unutmayaq ki, Abdullah ibn Ziyadın özü də bunu təsdiqləyirdi.200

Yezidin oğlu Müaviyə bu barədə deyir: «Atam, Peyğəmbərin (s) Əhli-beytini (ə) şəhid etdi, onlara ehtiramsızlıq göstərdi...»201

3- İmam Hüseynin (ə) kəsilmiş başını Yezidə verdikdə, o şadlıq edərək, bu işin şərəfinə böyük bir ziyafət təşkil verdi. Orada İmamın (ə) başını ortaya qoyaraq, əlindəki dəmir çubuqla onun mübarək dodaqlarına vuraraq, istehzalı şəkildə şerlər oxuyub, babalarının qisasını aldığını söyləyirdi.202 O, İmam Hüseynin (ə) başını üç gün dar ağacında saxladı. 203

4- Yezid necə tövbə edə bilər ki, heç vaxt İmam Hüseyni (ə) öldürdüyü üçün İbn Ziyadı cəzalandırmadı, əksinə ona yüksək bəxşişlər, ənamlar hədiyyə etdi.

Aşura müsibətindən sonra İbn Ziyad, Yezidin yanında daha da hörmətli və sevimli oldu. O, Yezidin şəxsi eyş-nuş və kef məclislərinin ən əziz qonağı sayıldı. Və Yezid ölənə qədər İbn Ziyad Kufə, Bəsrə valisi vəzifəsində qaldı. 204

Təbəri və digər tarxiçilər yazırlar: «Hüseynin (ə) başını Yezidin sarayına gətirdikdə, Yəhya ibn Həkəm iki beyt şe`r oxuyaraq İbn Ziyadı bu işinə görə tənqid etdi. Yezid əsəbiləşərək onun sinəsinə zərbə ilə bir yumruq vurub dedi: «Sakit ol! Onunla işin olmasın!»205 O, hətta İbn Ziyada İbn Zübeyrin Mədinədə ki, qiyamını yatırtmaq üçün ona kömək etməyə əmr etdi.206 Tövbə etmək isə onun heç xəyalına gəlmirdi.

5- Əvvəldə söylədiyimiz kimi Yezid dinsiz və imansız şəxs idi. Onun qurduğu şərab məclisləri, ağılasığmaz əxlaqsız hərəkətləri və söylədiyi şe`rlər də, bunu yetirir. 207 İmam Hüseyni (ə) şəhid etdikdən sonra Məkkə üsyanını amansızca yatırması, 208 Mədinə əhalisini qətlə yetirərək, namuslarını üç gün öz əsgərlərinə halal etməsi209 və bu kimi digər insanlıqdan uzaq hərəkətləri də buna sübutdur. Günahsız insanları qətlə yetirmək onun üçün sanki bir «əyləncə» xarakteri daşıyırdı. Təbiidir ki, daim eyş-işrətə məşğul olan Yezid tövbə haqqında fikirləşmək belə istəmirdi.

6- Yezidin zahirdə İmam Hüseynin şəhid olmasına təəssüflənməsi və İbn Ziyadı lə`nətləməsinin isə tək bir səbəbi vardır. Aşura hadisəsindən sonra Mədinə, Məkkə, Kufə, Bəsrə və hətta Şam şəhəri də, Yezidə nifrət etməyə başladı.210 Hər bir yerdə əzadarlıq mərasimləri quruldu. Hətta Yezidin öz sarayında belə ən yaxın adamları, həmçinin səhabələr və xarici səfirlər də, ona şiddətli şəkildə çəkinmədən, öz e`tirazlarını bildirdilər. Çoxsaylı saray adamları Yezidin qəzəbinə və sərvətinə azacıq da olsa belə e`tina etmədən, ondan üz çevirib getdilər. 211

Bütün bunlardan əlavə, sarayına əsir kimi gətirilən İmam Hüseynin (ə) oğlu İmam Səccad (ə) və bibisi Zeynəbin (ə) ona baş əyməməsi, böyük cəsarət və şücaət göstərərək Yezidə e`tiraz etmələri, onun saxta qürurunu sındırdı. O, artıq rüsvay olduğunu anladı. Vəziyyətdən çıxış yolunu «siyasi qaçış» metodunu işə salmaqda gördü. «Mənim bu hadisədən xəbərim yoxdur, İbn Ziyad özbaşınalıq edib»-deyə, özünü təmizə çıxarmaq istədi. Amma onun bu hiyləsi də, baş tutmadı.

Doktor Taha Hüseyn (Misirli mütəfəkkir) yazır: «Bə`zi şəxslər elə güman edirlər ki, Yezid İmam Hüseyni (ə) belə faciəli şəkildə şəhid etdikdən sonra peşman olaraq tövbə etdi. Və özünün belə fərman vermədiyini söyləyərək, İbn Ziyadın özbaşınalıq etdiyini, yalnız onun günahkar olduğunu demişdir. Maraqlıdır, əgər belədirsə, nə üçün Yezid azacıq da olsa İbn Ziyadı cəzalandırmadı? Nə üçün onu vali vəzifəsindən uzaqlaşdırmadı?»212


Nə üçün Kərbəla vaqiəsini hər il qeyd edirik? Aşura əzadarlığının fəlsəfəsi nədir? (14 əsr keçdikdən sonra yenə də bu mərasimləri keçirtməyin nə faydası vardır?)


Şübhəsiz, əzadarlıq mərasimlərinin özünə xas olan fəlsəfəsi və faydaları vardı ki, biz onlardan yalnız bir neçəsini nəzərinizə çatdırırıq:

1-Məhəbbət

Qurani-Kərim və çoxsaylı İslami hədislərdə Məhəmməd Peyğəmbərİn Əhlİ-beytini (ə) sevmək, onlara qarşı hörmət və məhəbbətlə davranmaq bütün müsəlmanlara vacib edilmişdir. Şura surəsi, 23-cü ayədə buyurulur: «(Ya Məhəmməd) De ki, Əhli-beytimə məhəbbət sevginizdən başqa sizdən heç bir şey istəmirəm!»

Və həmçinin Peyğəmbərimiz (s) buyurur: «Hüseyn məndən və mən də Hüseyndənəm. Hər kəs Hüseyni sevsə məni sevmiş olur.»213

Aydındır ki, eşq və məhəbbət özünə məxsus qanunlara malikdir. Əsl dost və aşiq dostluğun zəruri qanunlarını yerinə yetirən şəxsə deyilir. Belə qanunlardan biri də, ehtiram bəslədiyin şəxsin xoş günündə sevinmək, hüzünlü və kədərli olduğu vaxtlarda isə onun qəminə şərik olaraq, kədərlənməkdir. 214 Elə buna görə də, hədislərdə Əhli-beytin (ə) şad günlərində sevinməyə, qəmli günlərində isə qüssələnməyə tə`kid edilmişdir. Həzrət Əli (ə) buyurur: “Bizim dostlarımız fərəhli günlərimizdə sevinir, hüzünlü günlərimizdə isə qəmli olurlar. 215

Ümumiyyətlə unutmaq lazım deyil ki, belə günlərdə öz sevincini, ya qəmini fərdi və ictimai davranışlarla göstərmək, dostluğun və məhəbbətin qayda-qanunlarından sayılır.

2-Mənəvi tərbiyə

Belə mərasimləri qeyd etdikdə biz, İlahi kamillik və misilsiz mə`nəvi xüsusiyyətlərə malik olan İmam Hüseynin (ə) həyatını təhlil edərək xalqa açıqlamaqla «nümunəvi insana» xas olan keyfiyyətləri anladırıq. Bu da, fərdi və ictimai sahədə olduqca müsbət xarakter daşıyır. İmam Hüseynin (ə) əzadarlıq mərasimində iştirak edən insan məzlumların, din yolunda canını fəda edənlərin halına acıyır, zülmə və zalıma qarşı öz nifrətini bildirir. Və İmam Hüseyndən (ə) ilham alaraq fərdi və ictimai həyatında mə`nəvi islahata sarı meyllənir. Necə ki, İmam Sadiq (ə) buyurur: «İmam Hüseyn (ə) hər mömin üçün həm ağlamaq həm də, ibrət deməkdir.»216

Gördüyünüz kimi, hal-hazırda əzadarlıq mərasimləri lazımı formada qurulur, olduğu kimi qeyd edildikdə, yalnlz insani hisslərin cəmiyyətimizdə formalaşmasına və mə`nəvi dəyərlərin hakim olmasına xidmət göstərir.

Elə bu səbəbə görə də, hədislərimizdə İmam Hüseyn (ə) müsibətinə ağlayanın bir qətrə göz yaşına behişt və`d edilmişdir. 217 Peyğəmbərlə (s) birgə cihad etmək kimi dəyərli məqamla bərabər tutulmuşdur. 218

Əgər Aşura mərasimlərinin qeyd edilmə fəlsəfəsinə, oradan ibrət ala biləcəyimiz şəhadət, ədalət, izzət və bu kimi şüarlara real yanaşsaq, daxilimizdəki mə`nəvi boşluğun hökm sürdüyü bir zamanda, onlara necə də ehtiyaclı olduğumuzu gözəl anlayarıq.
3- İlahi xatirəni əbədiləşdirmək

Kərbəla müsibəti olduqca əzəmətli İlahi bir şüar və xatirə sayılaraq, dinimizin izzəti və müsəlmanların iftixarı kimi tanınır. Həmçinin digər dini şüarlar kimi insanları Allahı yad etməyə, Ona doğru dönməyə çağırır. Belə İlahi xatirələri unutmamaq, onları həmişə diri saxlamaq Qurani-Kərimdə vacib edilmişdir: «Hər kəs İlahi şüarlarını dirçəltsə şübhəsiz ki, bu qəlblərin (onun qəlbinin) təqvasından xəbər verir.» (Həcc surəsi, ayə 32)

Unutmayaq ki, mərhəmət və izzət sahibi Uca Tanrı, Onun yolunda sidq ürəklə candan keçməyə hazır olan şəxsləri «özünün sadiq dostları» adlandıraraq onların xatirəsini əbədi yaşatmaqla insanlara nümunə göstərir. Necə ki, Həzrət İsmayıl (ə) Allah yolunda qurban kimi kəsilməyə razı olaraq Allahın sevimlisinə çevrildi. Artıq min illərdir ki, «qurbanlıq bayramı» bütün dünya müsəlmanları tərəfindən qeyd edilməkdədir. İmam Hüseyn (ə) isə təkcə özünü deyil, bütün yaxınlarını da Allah yolunda qurban verərək, İlahi şüara çevrildi. Deməli Aşura mərasimlərini qeyd edərək göz yaşı tökmək və bu İlahi xatirəni əbədiləşdirmək, hər müsəlmanın borcudur.

4- Milli – mə`nəvi dəyərlərimizin qorunması

Hər bir cəmiyyətin keçmişi, o cəmiyyətin gələcəyinə böyük tə`sir göstərir. Həmçinin hansısa bir hadisənin müəyyən faydaları və səmərələri olubsa, deməli bu gün o hadisəni yad etmək və diri saxlamaqla, həmin nəticəyə yetişmək olar. Beləliklə, əgər İmam Hüseyn (ə) və onun səhabələri Allaha xatir canlarından keçib, şəhadət məktəbini diri saxlamışlarsa, biz də onların xatirələrini diri saxlamaqla, Allah yolunda bütün şəhid olanlara öz məhəbbətimizi göstərə bilərik. Bundan əlavə hər bir ümmət öz keçmişini yada salır və tarixinə hörmət bəsləyir. Hər bir millət, əsrlər keçsə də alimlərinə, qəhrəmanlarına və tarixdə iz qoymuş şəxsiyyətlərinə il dönümü keçirir və bu işi özlərinə insani borc bilirlər. Biz də Məhəmməd Peyğəmbərin (s) bir ümməti kimi, İslam yolunda və müqəddəs kitabımız olan Qurani-Kərim uğrunda canından və hətta əhli-əyalından belə keçən şəhidlərin matəmini qeyd etməyi özümüzə müqəddəs bir vəzifə hesab edirik.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin