İmam Hüseyn və Aşura qiyamı


İmam Hüseyn və qeyri-müsəlmanlar



Yüklə 1,08 Mb.
səhifə21/25
tarix21.04.2017
ölçüsü1,08 Mb.
#15182
1   ...   17   18   19   20   21   22   23   24   25

İmam Hüseyn və qeyri-müsəlmanlar


1- Tomas Karlil

«Kərbəla faciəsinin ən böyük ibrəti budur: Hüseyn (ə) və onun silahdaşları Allaha olan yenilməz imanı sayəsində, öz layiqli əməlləri ilə sübut etdi ki, qoşunun, silahın çox olması insanın mə`nəvi qüdrəti müqabilində heç də həll edici rol oynamır. Silahdaşının sayı az olmasına baxmayaraq, Hüseynin (ə) zülmə qələbə çalması məni olduqca heyrətləndirir.»445



2- Çarlz Dikkens

«Əgər Hüseyn (ə) şəxsi mənafeyi və maddi istəkləri uğrunda vuruşurdusa, nə üçün öz ailəsini, bacısını və az yaşlı uşaqları da özü ilə Kərbəlaya apardı? İnsan ağlı, onun yalnız İslam uğrunda belə risqə getdiyinə hökm edir.»446



3- Mahatma Qandi

«Mən Hind xalqı üçün yeni bir ideya ərməğan gətirməmişəm. «Ya azadlıq, ya ölüm!» şüarı, Kərbəla qəhrəmanı Hüseynin (ə) həyatı barəsində apardığım araşdırmaların nəticəsidir ki, onu, bütün hindlilərə hədiyyə etdim. Biz Hind millətinin qurtuluşunu istəyiriksə, Hüseyn ibn Əlinin (ə) yolunu getməliyik.»447



4- Tomas Musark

«Diqqət etsək, görərik ki, İsa Məsihin (ə) başına gələn bəlalar, Hüseynin Kərbəla müsibəti ilə müqayisədə, saman çöpünün dağla olan fərqi qədərdir.»448



5- F. Gibon

«Kərbəla müsibətindən çox illər ötüb keçmişdir. Biz də Hüseynlə (ə) həmvətən deyilik. Amma daş ürəkli insan belə, onun başına gətirilmiş bəlaları eşidərkən kövrəlir və tə`sir altına düşür. Sanki, yaxın bir dostuna məhəbbət bəsləyərək, onunla həm dərd olur.» («Azadələr rəhbəri», səh. 59-60, R. Məzlumi)



6- Corc Cordan

«Yezid öz ata-babalarının bütün pis xüsusiyyətlərinin varisi və rəzillikdə onlardan da, artıq idi. O, iyrənc və mənfur sifəti ilə, şərarətə, fəsada, şeytan əməllərinə malik idi. Heç kim onun kimi əxlaqi-insani xüsusiyyətlərdən bəhrəsiz deyildi. Amma heç kəs, mə`nəvi və insani keyfiyyətlərinə görədə Kərbəla şəhidi Hüseyndən (ə) üstün ola bilməzdi.

Yezid çirkin, ürəkbulandırıcı rəftarı ilə zəif iradəli, zülmkar, qan içən, qəddar, riyakar və xəbis bir şəxs idi. Hüseyn (ə) isə kəramətli, açıqürəkli, mərhəmətli, cəsur, əzmli, azad iradəli, fədakar və ən əsası budur ki, vicdanlı insan idi.»449

7- M. Marbini

«Hüseyn (ə) ən əziz və sevimli yaxınlarını qurban verməklə, dünyaya fədakarlıq və rəşadət dərsi verdi. İslam və müsəlmanlara izzət və şərəf bağışladı. Əgər Kərbəla müsibəti baş verməsəydi, şübhəsiz İslam və müsəlmanlar tarix səhifələrindən silinmişdi.»450



8- P. Tamlas Tun Dun

Hindistan milli məclisinin sədri olmuş Tamlas yazır: «Hər il Aşura mərasimlərinin təntənəli surətdə keçirilməsi və İmam Hüseyn (ə) xatirəsinin yad edilməsinin əhəmiyyətini mən çox gözəl anlayıram. Onun misilsiz fədakarlığı bəşərin dünyagörüşünün sivil həddə yetişməsinə təkan verir və bunu layiqincə qiymətləndirmək lazımdır.»451


9- Savargini Nayd

«Hüseyn İslam bayrağına izzət bəxş edərək, ucaltdı. O, Allaha olan öz əsrarəngiz eşqini Kərbəlada sübut etməklə, milyonları heyrətləndirdi.»452

10- Edvard Braun

«Elə bir ürək tapılarmı ki, Kərbəla faciəsi barəsində eşidərkən ağlayaraq, dərd çəkməsin? Hətta qeyri-müsəlmanlar da, orada şəhid olmuş pak ruhu inkar edə bilməz!»453



11- Corc Zeydan

C. Zeydan Aşura vaqiəsindən çox tə`sirlənmiş, hətta «Kərbəla faciəsi» adlı bir kitab yazmışdır. Orada belə deyir: «Hüseynin (ə) kəsilmiş başını görcək, hamı təəssüflənərək, kədər hissi keçirdi... Hətta Yezidin də, gözü ona sataşarkən, təpədən-dırnağadək titrədi. O, artıq başa düşdü ki, necə də, dəhşətli və iyrənc cinayətə əl atıbdır.»454



12- Nikelson

«Bəni-Üməyyə həddini aşaraq İslam qanunlarını ayaq altına atıb, müsəlmanları xar etdi. Həqiqi İmamət sahiblərini şəhid etdi. Tarix insafla, günahsız şəhid edilən. Hüseynin (ə) qanının Bəni-Üməyyənin boynunda olduğuna, hökm verir.»455



13- Muris Dokapri

Avropalı tarixçi Muris «Kərbəla müsibəti»nə qarşı e`tinasız yanaşan və onu əhəmiyyətsiz adlandıranlara müraciətlə deyir: «Bizim tarixşünaslarımız Kərbəla faciəsinin həqiqətini olduğu kimi anlasaydılar, ona adi hadisə zəminində münasibət bəsləməzdilər. Hüseynin həqiqi aşiqləri onun müsibətini anlayaraq yad etməklə heç vaxt zillət, köləlik, istismar və işğala baş əyməzlər. Çünki, Hüseyn (ə) zülmə boyun əyməmək və izzətlə, baş ucalığı ilə yaşamaq şüarıdır. Hüseyn (ə) şərəf, namus, xalq və İslam yolunda öz qanını, malını, ailəsini, yaxınlarını belə tərəddüd etmədən qurban verdi. O insanlara insan kimi yaşamağı öyrətdi.»456



14- Bules Salamə

Suriyalı xristian hüquqşünas və yazıçı Bules yazır: «Bununla ki, xristianam, amma bə`zi gecələr fikirdən yata bilməyərək, kədər və qəm içərisində keçmiş zamanlarda yaşamış şəxsiyyətlər barəsində düşünürdüm. Əli (ə) və Hüseyni (ə) xatırlayır, onların halına acıyaraq, ağlayırdım. Hətta Əli (ə) və Hüseyn (ə) haqqında şerlər də yazdım.»457



15- L. M. Boyd

Bu Avropalı yazıçı Aşura mərasimlərində iştirak etdikdən sonra belə yazır: «Əsrlər boyu bəşər həmişə cür`ət, cəsarət, əyilmək, haqq yolunda şəhid olmaq və sair kimi müsbət xüsusiyyətləri yüksək qiymətləndirmişdir. Elə buna görə də, azadlıq və ədalət heç vaxt zülm və haqsızlıq qarşısında təslim olmur. Bu Hüseynin (ə) fədakarlığı və əzəmətidir. Mən sevinirəm ki, bu əzadarlıq məclisində iştirak etdim. Hətta 1300 il keçsə də, belə.»458

16- Qabril Dankiri

«Yezidin qoşunu Aşura günü elə mənfur hərəkətlər etdilər ki, tarix o zamanadək belə çirkin əməllərin şahidi olmamışdı. Onlar hətta südəmər uşaqlara, qocalara belə rəhm etmədilər. Hüseynin (ə) başını Dəməşqə gətirdikdə, Yezid hakimiyyətinin möhkəmləndiyini və rahatlıqla rəhbərlik edəcəyini düşünürdü. Amma bunun əksi oldu... Hüseynin (ə) şəhadətinin xatirəsi və onun tə`siri indiyədək davam etməkdədir.»459


İmam Hüseyndən (ə) müqəddəs kəlamlar

Sonda istədik ki, İmam Hüseynin (ə) mübarək dilindən qırx hədisi, siz əziz oxucularımıza töhfə edək. Arzu edirik ki, bu hədisləri oxuyub əməl etməklə gözləriniz və qəlbləriniz nurani olsun.



1- İbadət məqsədli yaranış

«Doğrudan da, Allah-taalanın bəndələrini yaratmaqda məqsədi, özünü tanıtdırmaq olmuşdur. Sözsüz ki, Allahı həqiqi tanıyanlar Ona ibadət edir və özlərini Ondan qeyrilərinin qarşısında aciz görmürlər.»460



2 - İlahi alimlər

«Müsəlmanların dini hökmlərini bəyan etmək ruhanilərin öhdəsinə qoyulmuşdur. Onlar Allahın halal və haramını söyləməkdə əmanətdardırlar.»461



3- Salamın savabı

«Salam üçün ilahi dərgahında yetmiş savab nəzərdə tutulmuşdur ki, altımış doqquzu verənin, biri isə alanındır.»462



4- Ehtiyacli şəxslırə yardım

«Bilin ki, insanların sizə olan ehtiyacı, Allahın sizə bəxş etdiyi nemətlərdəndir. Və (bunun qədrini bilib) belə bir nemətdən yorulmayın.(Yəni xeyirxah işlərdən yorulmayın).»463



5- Allahdan qorxana e`tibar etmək

Bir kişi İmam Hüseynin (ə) yanına gəlib dedi:

«Mənim bir qızım var onu necə adama ərə verim?» Həzrət Hüseyn (ə) buyurdu: «Onu Allahdan qorxan bir insana ərə ver. Çünki həmin şəxs qızını sevsə əzizləyəcək, amma qızından xoşu gəlməsə də ona əzab-əziyyət (zülm) etməyəcəkdir.»464

6- Fəzilət (üstünlük) və nöqsan

İmama (ə) sual verdilər: «Fəzilət nədir?»

İmam Hüseyn (ə) buyurdu: «İnsan öz dilinə sahib olsun və çox ehsan (yardım) etsin.»

Soruşdular: «Nöqsan nədir?»

Həzrət (ə) buyurdu: «Sənə heç bir (mənəvi-maddi) faydası olmayan şeylər üçün çalışmaq, zəhmət çəkmək.»465

7- Qeybətin çirkinliyi

«Qeybət etmə! Bil ki, qeybət cəhənnəm itlərinin yemidir.»466



8- Zülmün pisliyi

«Səninlə mübarizə etmək (özünü müdafiə etmək) üçün Allahdan başqa köməyi olmayan şəxsə zülm etməkdən çəkin (qorx)!»467.



9- Sayğılı ol

«(Səndən kömək istəyən) ehtiyaclı şəxs, öz heysiyyətini itirmək təhlükəsiylə birgə sənə müraciət edir. Sən ona qarşı sayğılı ol (ehtiramla kömək et) ki, onun heysiyyətini qorumuş olasan!» 468



10- Həqiqi şiə

«Bir şəxs İmam Hüseynə (ə) dedi: «Ey Peyğəmbər (s) övladı, mən sənin şiələrindən və tərəfdərlarından biriyəm.»

Həzrət Hüseyn (ə) buyurdu: «Allahdan qorx! Elə bir şeyi iddia etmə ki, Allah sənə: «Yalan danışdın və doğru olmayanı idda etdin.» deyə, buyursun. Bil və agah ol, bizim şiələrimiz o insanlardır ki, qəlbləri hər cür ikiüzlülük, kin və hiylədən pak olsun. Sən belə de: «Mən sizə ehtiram bəsləyən və sizi sevənlərdənəm.»469

11- Tanrı xofu

« Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən qurtulmaq deməkdir.»470



12- Şükür et

«Keçmiş ne`mətlərə şükür etmək, (qədir-qiymətini bilmək), gələcək ne`mətləri də, özü ilə gətirər.»471



13- Səbirli olmaq

«Xoşlamadığın həqiqətlər müqabilində səbrli ol və həmçinin (şeytanı) hisslərinin səni həvəsləndirdiyi işlərə qurşanma, dözümlü ol!»472



14- Dostunu və düşmənini tanımaq

«Səni pis (doğru olmayan) işlərdən çəkindirən şəxs, dostundur. Səni əyri işlərə sarı həvəsləndirən şəxs isə düşmənindir.»473



15- Elm, şərafət və qənaət

«Elm, mərifətin birinci pilləsidir. Ağılı inkişaf etdirən, gücləndirən isə təcrübənin çox olmasıdır.

Şərafət özü də, bir növ təqva deməkdir.

Qənaətcil olmaq, bədənin rahatlığına xidmət edir.» 474



16- Orucun fəlsəfəsi

«İmam Hüseyndən (ə) soruşdular: « Allah nə üçün orucu bəndələrinə vacib etdi?»

İmam (ə) buyurdu: «Allah orucu vacib etdi ki, ehtiyacsız (varlı) adamlar aclığın necə bir dərd olduğunu anlasınlar. Və nədicədə kasıblara, miskinlərə əl tutub, kömək etsinlər.»475

17- Sözün aqibəti

«Lazımsız, bihudə danışma, çünki qorxuram günahların çoxalsın.

Sözünün yerini və dəyərini bil, faydasız yerə danışma. Çünki nə qədər çox danışan var ki, haqqı söyləyir, lakin töhmət və danlağa məruz qalır.

Səbirli (ağıllı) və ağılsız adamlarla mübahisə etmə. Çünki səbirli (ağıllı) şəxs sənə qələbə çalar. Nadan (ağılsız) insan isə səni incidər....

Həmişə pis işlərinə görə cəzalanacağını və yaxşı əməllərinə görə qiymətləndiriləcəyini bilən şəxs kimi rəftar et.»476

18- Abırını qorumaq

«Eşitsən ki, hər hansı bir şəxs camaatın abırını aparır və heysiyyətini sındırır, çalış o adam səni tanımasın. Çünki, belə insanlar ən çox tanıdığı adamın şəxsiyyətini sındırır.»477



19-Ehtiyatlı ol

«Allah tüğyankar bəndəsinə, bollu nemətlər əta edib və eyni zamanda ona şükür etməyi unutdurmaqla, tələyə salar».478



20- Yeddi məsləhət

1-«Ağırlığına taqətin olmayan iş üçün özünü zəhmətə salma.»

2-«Əldə edə bilməyəcəyin bir şey üçün çalışma.»

3-«Bacarmadığın işə girişmə».

4-«Qazana bilmədiyin qədər ehsan etmə.»

5-«Gördüyün işdən artıq zəhmət haqqı istəmə.»

6-«İlahi ibadətindən əldə etdiklərindən qeyrisinə sevinmə.»

7-«Bacardığın və layiq olduğun işdən başqasını öhdənə götürmə.»479



21- Ağıl və haqq

«Ağılı kamilləşdirmək yalnız haqq və həqiqətə tabe olmaqla mümkündür.»480



22- And içmək

«Çox and içməkdən çəkin. Çünki insan dörd səbəbə and içir:

1-Özündə kiçiklik, (əskiklik) və nöqsan hiss etdiyi üçün çalışır ki, and içməklə xalq onun sözünü təsdiq etsin.

2-Sözünü sübut etməkdə acizdir və öz məqsədinə çatmağa görə and içir.

3-Xalqın töhməti, ittihamı qarşısındadır. Belə fikirləşir ki, and içməsə onun sözünü qəbul etməyəcəklər.

4-Boş yerə and içməyə adət edib.»481



23- Günahdan uzaqlaşma yolları

«Bir nəfər İmam Hüseynə (ə) dedi: «Ey Peyğəmbər övladı, mən günahkaram və günahlardan çəkinə bilmirəm. Mənə yol göstər.»

Həzrət Hüseyn (ə) buyurdu: «Beş işin öhdəsindən gəl, sonra isə hər nə qədər istəsən günah et.»

Birinci: Allahın ruzisini yemə, hər nə günah edirsən, et.

İkinci: Allahın vilayətindən (hökmranlığından) xaric ol və nə qədər günah istəyirsən edirsən, et.

Üçüncü: Elə bir yerə get ki, Allah səni görməsin, sonra istədiyin günaha giriş.

Dördüncü: Ölüm mələyi canını almağa gələrkən, ona mane ol, və hansı günahı edirsən, et.

Beşinci: Cəhənnəm mələyi səni oda atarkən qoyma, sonra hansı günahı istəsən et.»482



24- Ömrün qısalığı

«Ey insan (bil ki,) sən (həftənin) günlərinə bənzəyirsən, hər gün keçdikcə, ömrünün bir hissəsi azalır.»483



25- Sərvət üçün yaşamamaq

«Mal və sərvətinin sənə xeyri yoxdursa, deməli sən onunsan. Və onu toplamaq üçün yersiz zəhmət çəkirsən. Çünki sən də sərvətin üçün əbədi qalmayacaqsan. Necə ki, var-dövlətin də, sənin üçün həmişəlik deyildir. Buna görə də, nə qədər ki, sərvət sənin sonuna çıxmayıb, ondan münasib şəkildə bəhrələn (xərclə).»484



26- Hər kəsə təmənna etməmək

«Öz hacətini, ehtiyacının üç qrup insanlardan istə:

1-Həqiqi dindar 2-Şəxsiyyətli insanlar 3-Əsil-nəcabətli adamlar.

Çünki:


Həqiqi dindar sənə yardım etməklə, eyni halda öz dinini də, qorumuş olur.

Şəxsiyyətli insan da, səni əliboş, naümid geri qaytarmağa utanar.

Əsil-nəcabətli adam isə, sənin heysiyyətini qorumaq istəyini düzgün anlayaraq, ehtiyacını ödəməklə, abrıını qoruyar.»485

27- Ağılın nişanələri

«Ağıllı adam, sözünü qəbul etməyib, maxalifət edəcəyindən qorduğu şəxsə sözünü deməz.

(Ağıllı adam,) bacarmadığı, öhdəsindən gələ bilmədiyi işə söz verməz.

(Ağıllı adam,) olması əziyyətli və qeyri-mümkün olan işə ürək bağlayıb, ümid bəsləməz.

(Ağıllı adam,) aciz olduğu üçün itirəcəyini və əldən verəcəyini dəqiq bildiyi şeyə baş qoşmaz, əl atmaz.»486

28- Tərbiyəvi nəsihətlər

«Sədaqətli olmaq, izzətli olmaq deməkdir.

Yalan gücsüzlükdür. Sirr əmanətdir. Qonşuluq qohumluq kimidir. Kömək etmək, doğruluq əlamətidir. İşləmək təcrübə deməkdir. Xoş əxalaqlı olmaq Allaha ibadət etməkdir. Süküt insanın zinətidir.Tamahkarlıq və paxıllıq əskiklik və naqislikdir. Səxavət və əliaçıqlıq ehtiyacsızlıq deməkdir. Xalqla səbirli davranmaq, ağıl və düşüncənin nişanəsidir.»487

29- Allahı razı salmaq

«Bir nəfər İmam Hüseynə (ə) məktub yazaraq, soruşdu: «Ey mənim ağam, dünya və axirətin ən xeyirli əməlini mənə söylə.»

Həzrət İmam Hüseyn (ə) cavabında belə yazdı:

«Bağışlayan və mehiban Allahın adı ilə...Bil ki, həqiqətən hər kim Allahın razılığını, camaatın qəzəbi müqabilində qazanarsa, Allah-Taala onu xalqdan ehtiyacsız edər. Amma hər kim camaatın razılğını, Allahın qəzəbi qarşılığında əldə etmək istəsə, Allah-Taala onun işini camaata həvalə edər.»488



30- Əsl dindarlar

«İnsanlar dünya quludurlar. Din (dindarlıqları) yalnız dillərinin oyuncağıdır. (Qəlblərində deyil.) Maddi həyatları yaxşı olduqda dindardırlar. Lakin imtahan, (çətinlik), zamanı gəldikdə isə, dindarlar azalar.»489



31- Ən üstün ibadət

«Bir qrup insanlar behiştə olan rəğbətlərinə görə Allaha ibadət edirlər. Bu tacirlərin ibadətidir.

Bəzi insanlar Allaha cəhənnəmdən qorxduqları üçün ibadət edirlər. Bu qulların ibadətidir.

Bir qisim şəxslər isə onlara verdiyi nemətlərə şükr etmək məqsədi ilə Allaha ibadət edirlər. Bu azad insanların ibadətidir və ibadətlərin ən üstünüdür.»490



32- Faydalı həyat

«Hər kimdə bu beş xislət olmasa, öz həyatından elə bir bəhrə, fayda qazanmamışdır: Ağıl, din, ədəb, həya və xoş əxlaqlı olmaq.»491



33- İmam necə olmalıdır?

«Canıma and olsun ki, Allahın kitabı (Quranı-Kərim) əsasında hökm verən, haqq-ədaləti bərpa edən, haqq dinə sahib olan və pis nəfsini (şəxsi istəklərini) Allah yolunda cilovlayan şəxsdən başqası imam ola bilməz.»492



34- İmam Məhdinin (əc) kimliyi

«Biz on iki İmamıq. Əvvəlincimiz Əmirəl-möminin Əli (ə) dır. Sonuncumuz isə mənim doqquzuncu övladımdır. O, elə bir İmamdır ki, haqq-ədaləti bərpa edəcək. Allah-Taala küfr və dinsizlik girdabında (sanki) ölmuş olan yer üzünü onun vasitəsilə dirildəcək.»493



35- İmam Məhdini (əc) gözləyənlər

«Məhdi (əc) üçün böyük qeybət (gözlərdən gizlənmək) zamanı vardır. Bu vaxt bə`zi şəxslər dini inkar edər, bir qrup müsəlman isə öz dini əqidəsində sabit qalar. Buna görə də, (dinsizlər) onları, Məhdini (əc) gözləyənləri məzəmmət edər və istehza ilə deyərlər: “Əgər doğrudanda Mehdi (əc) gələcəksə, bəs indiyə qədər nə üçün gəlmir?» Amma bu zaman Məhdinin gələcəyinə inanan səbirli insanlar onlara rişxənd edən və incidən şəxslərə məhəl qoymazlar. Bu şəxslər Məhəmməd Peyğəmbər (s) ilə birlikdə (düşmənə qarşı çiyin-çiyinə) cihad edənlər kimidir.»494



36-Behiştin yolu

«Hər kəs ən üstün atalar olan Həzrət Məhəmməd (s) və İmam Əlinin (ə) haqqını tanıya, layiq olduqları kimi onlara itaət edə, (qiyamət günü) ona deyərlər: «Behiştin hansı yerində istəyirsən, qala bilərsən.»495



37- Ən şərafətli insan

«Ən şərafətli insan o şəxsdir ki, başqalarına nəsihət verməmişdən qabaq, özü öyüd alsın. Başqalarını qəflət yuxusundan oyatmazdan əvvəl, özü oyaq olsun. And olsun Allaha ki, belə insan xoşbəxt olacaqdır.»496



38- Simic şəxs

«Simic odur ki, salam vermək üçün tərəddüd edə.»497



39- Qohumlarla rabitədə olmaq

«Hər kim ömrünün uzun olmasını və ruzisinin çoxalmasını istəyirsə, qohumları ilə yaxın və gözəl rabitə yaratsın» 498



40- Ağıllı və nadan

«Saleh əməllərin Tanrı qarşısında qəbul olma səbəblərindən biri də, ağıl sahibləri ilə birgə olmaqdır.

Nadanlığın nişanəsi isə cahillərlə mübahisə etməkdir.

Ağıllı insan ilk olaraq öz sözlərinə diqqət edib dediyi kəlmələrə məntiqlə baxar. Və bəhs etdiyi hər mövzuda başqa ağıl sahiblərinin də, nəzərlərini öyrənər.»499





Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin