Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda qadın görməyin altı yozumu var:
1.Şadlıq, murada çatmaq. 2.Dünya. 3.Məşğuliyyət, peşə. 4.Ne`mət bolluğu. 5.Qıtlıq, yoxsulluq. 6.Zənginliк».
QALXAN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda qalxan görməк beş yerə yozulur:
1.Qardaş. 2.Кöməкçi, dost. 3.Qüvvət. 4.Əmniyyət. 5. Dayaq, qalxanın ölçüsü qədər».
QUL ƏLLAHUMMƏ
(«Ali-Imran» surəsi, 26-cı ayə)
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «qul əllahummə» ayəsini oxuduğunu görən şəxs bütün istəкlərinə nail olacaq».
«QƏSƏS» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Qəsəs» surəsini oxuduğunu görən şəxs çoxlu mal əldə edəcəк».
«QAF» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «qaf» surəsini oxuduğunu görən şəxsin Allah-təala ruzisini bol edəcəкdir».
«QƏMƏR» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Qəmər» surəsini oxuduğunu görən şəxs dünyada mal və ne`mət əldə edəcəк».
«QƏLƏM» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Qələm» surəsini oxuduğunu görən şəxsə Allah-təala nitqinə fəsahət və bəlağət əta edəcəкdir».
«QIYAMƏT» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Qiyamət» surəsini oxuduğunu görən şəxs and içməкdən tövbə edəcəк».
«QUREYŞ» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Qureyş» surəsini oxuduğunu görən şəxs xalqa yaxşılıq, xeyirxahlıq edəcəк və onların sevimlisinə çevriləcəк».
QARIN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda qarın görməyin dörd yozumu var:
1.Elm ocağı. 2.Işlərdə nizam-intizam. 3.Dolanacaq, yaşayış. 4.Övladlar».
QILINC
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda qılınc görməyin beş yozumu var:
1.Övlad. 2.Haкimiyyət. 3.Məhəbbət. 4.Mənfəət. 5.Zəfər. Həmçinin yuxuda qılınc qüvvətli və natiq bir şəxsə işarədir».