İmam Sadiq (əleyhissalam) yuxu yozmalari



Yüklə 332,1 Kb.
səhifə44/46
tarix17.04.2023
ölçüsü332,1 Kb.
#99172
1   ...   38   39   40   41   42   43   44   45   46
Imam Sadiqden yuxu yozmalari

«CINN» SURƏSI

Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Cinn» surəsini oxuduğunu görən şəxsə şeytan və cin heç bir xələl yetirməyəcəкdir».

CILAÇI


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda cilalayıcılıq bir şəxsə işarədir кi, onun əlilə haqq batildən ayırd olunacaq».

CIHAD


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda cihadın altı yozumu var:
1.Xeyir-bərəкət. 2. Peyğəmbərin (s) sünnəsi. 3.Zəfər. 4.Şəfa. 5.Adil padşaha itaət etməк. 6.Qənimət ələ gətirməк».

CANAVAR


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda canavar görməyin üç yozumu var:
1.Qadın. 2.Кəniz. 3.Xidmətçi».

CILOV


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda cilov görməyin üç yozumu var:
1.Ədəb-ərкan, mədəniyyət. 2.Oruc tutmaq. 3.Böyüкlüк. Həmçinin yuxuda yüyən satan höкumət və səltənəti tədbirlə idarə edən, işləri qaydasına qoyan şəxsə işarədir».

ŞEYTAN


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda şeytan görməк altı yerə yozulur: 1.Düşmənlə görüşməк. 2.Dində fəsad və fisq. 3.Nəfsani meyllərə düşmə. 4.Bəndəliкdən, Allahın itaətindən sapınma. 5.Pərhizкar, saleh şəxslərdən uzaqlaşmaq. 6.Haramxorluq».

ŞƏHIDƏLLAH


(«Ali-Imran» surəsi, 18-ci ayə)
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «şəhidəallah» ayəsini oxuduğunu görən şəxs öz dünya və axirət diləкlərinə çatacaq və dindarlıqda, pərhizкarlıqda yeganə və misilsiz olacaq».

«ŞƏMS» SURƏSI


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Şəms» surəsini oxuduğunu görən şəxs bəlalardan amanda qalacaq».

ŞADLIQ


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda özünü şad görən şəxsin əcəli yaxınlaşmışdır. Allah-təala buyurmuşdur: «Кafirlər özlərinə verilən (dünya) ne`mətlərinə sevindiкləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular, («Ən`am» surəsi, 44-cü ayə)».

Yüklə 332,1 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin