İmam Sadiq əleyhissəlamın elmi səviyyəsi Siyasi ictimai və mədəni vəziyyət Böyük Cəfəri məktəbi İmam Sadiq (əleyhissəlam) məktəbinin şagirdlərindən bir nümunə Nə üçün İmam Sadiq



Yüklə 346.95 Kb.

səhifə1/4
tarix13.06.2017
ölçüsü346.95 Kb.
  1   2   3   4

İMAM CƏFƏR SADİQ ƏLEYHİSSƏLAMIN HƏYATI 

İmam Sadiq əleyhissəlamın elmi səviyyəsi 

Siyasi ictimai və mədəni vəziyyət 

Böyük Cəfəri məktəbi 

İmam Sadiq (əleyhissəlam) məktəbinin şagirdlərindən bir nümunə 

Nə üçün İmam Sadiq (əleyhissəlam) Abbasilər qiyamının başçılarının təklifini qəbul etmədi? 

Zeyd ibn Əli əleyhissəlamın qiyamı 



İmam Sadiq əleyhissəlamın həyatı barədə qısa məlumat 

Altıncı  İmamın  adı  Cəfər  künyəsi  Əbu-Abdullah  ləqəbi  Sadiq  atası  İmam  Baqir  (əleyhissəlam) 

anası isə Ümmü-Fərvə olmuşdur. 

İmam Sadiq (əleyhissəlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə 

şəhərində  dünyaya  gəlmiş  hicrətin  yüz  qırx  səkkizinci  ili  altmış  beş  yaşında  vəfat  etmişdir. 

Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır. 



İmam Sadiq əleyhissəlamın müasiri olmuş xəlifələr 

İmam  Sadiq  (əleyhissəlam)  hicrətin  yüz  on  dördüncü  ilində  İmamətə  yetişmişdir.  O  Həzrətin 

İmamət  dövrü  hicrətin  yüz  otuz  ikinci  ilində  başa  çatmış  və  bu  dövr  Əməvilər  hakimiyyətinin 

sonları və Abbasilər sülaləsinin əvvəllərinə təsadüf edir. 

İmam Sadiq (əleyhissəlam) adları aşağıda çəkilən Əməvi xəlifələrini müasiri olmuşdur: 

Hişam ibn Əbdülməlik (105-125 h.q); 

Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q); 

Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q); 

İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü); 

Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q); 

Abbasi xəlifələrindən isə aşağıdakıların müasiri olmuşdur: 

Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q); 

Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q); 

İmam Sadiq əleyhissəlamın elmi səviyyəsi 


İmam  Sadiq  əleyhissəlamın  elmi  əzəmət  və  yüksəkliyinə  aid  çoxlu  sübutlar  vardır.  Bu  məsələ 

həm  şiə  həm  də  sünni  alimlərinin  qəbul  etdiyi  bir  mövzudur.  Böyük  alim  və  fəqihlər  onun  elm 

mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür onun elm sahəsində üstün olduğunu tərifləyirlər. 

Hənəfi  firqəsinin  məşhur  banisi  Əbu-Hənifə  deyirdi:  “Mən  Cəfər  ibn  Məhəmməd 

əleyhissəlamdan  (İmam  Sadiqdən)  savadlı  şəxs  görməmişəm.”    O  həmçinin,  deyirdi:  “Mənsur 

(Dəvaniqi)  Cəfər  ibn  Məhəmməd  əleyhissəlamı  hüzuruna  çağıran  zaman  məni  çağırıb  dedi: 

“Camaat  Cəfər  ibn  Məhəmmədin  vurğunu  olmuşdur  onu  məhkum  etmək  üçün  bir  sıra  çətin 

məsələləri  nəzərində  tut.”  Mən  qırx  dənə  çətin  məsələ  hazırladım.  Bir  gün  Mənsur  Hiyrədə 

olarkən  məni  çağırtdırdı.  Məclisə  girərkən  gördüm  ki  Cəfər  ibn  Məhəmməd  (əleyhissəlam) 

(İmam  Sadiq)  onun  sağında  oturub.  Ona  baxdıqda  heybəti  məni  elə  bürüdü  ki  heç  Mənsuru 

görəndə  elə  olmurdum.  Salam  verib  Mənsurun  işarəsindən  sonra  oturdum.  Mənsur  üzünü  ona 

(İmam Sadiq əleyhissəlama) tutub dedi: “Bu Əbu-Hənifədir.” O cavab verdi ki tanıyıram. Sonra 

Mənsur  üzünü  mənə  tutub  dedi:  “Ey  Əbu-Hənifə!  Öz  məsələlərini  Əbu-Abdullah  (İmam  Sadiq 

(əleyhissəlam))  ilə  müzakirəyə  qoy.”  Mən  də  məsələləri  deməyə  başladım.  Hər  hansı  məsələni 

soruşurdumsa,  dərhal  cavab  verirdi  ki  sizin  bu  məsələ  barədə  əqidəniz  filan  Mədinə  əhalisinin 

əqidəsi  filan  bizim  əqidəmiz  də  filandır.  Bəzi  məsələlərdə  bizimlə  həmfikir  olur  bəzilərində 

Mədinə  əhalisi  ilə  bəzilərində  isə  fikri  tamam  başqa  olurdu.  Bu  minvalla  düz  qırx  məsələ 

soruşdum ki, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə İmam Sadiq əleyhissəlama işarə 

edərək  dedi:  “O  insanların  ən  alimi  onların  fiqhi  məsələlərə  aid  olan  ixtilaflarını  bilən  ən  agah 

adamdır.”  

Maliki  məzhəbinin  banisi  Malik  deyirdi:  “Bir  müddət  Cəfər  ibn  Məhəmməd  əleyhissəlamın 

yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı  ya oruc tuturdu ya da 

Quran  oxuyurdu.  Onu  dəstəmazsız  hədis  danışan  görmədim.    Elm  ibadət  və  təqvada  Cəfər  ibn 

Məhəmməd  əleyhissəlamdan  üstün  bir  şəxsi  nə  bir  göz  görmüş  nə  bir  qulaq  eşitmiş  nə  də  heç 

kimin fikrinə belə gəlməmişdir.”  

Şeyx  Müfid  yazır:  “O  Həzrətdən  o  qədər  elm  söylənilib  ki  artıq  bütün  müsəlmanların  yanında 

məşhur  olmuş  onun  səs-sədası  hər  tərəfə  yayılmış  onun  nəslindən  olanların  heç  birindən  onun 

söylədiyi qədər elm söylənilməmişdir.”  

İbn Həcər Heytəmi yazır: “O Həzrətdən o qədər elm söylənilmişdir ki artıq bütün müsəlmanların 

yanında  məşhur  olmuş  onun  səs-sədası  hər  tərəfə  yayılmış  və  fiqh  və  hədis  aləminin  böyük 

rəhbərlərindən olan Yəhya ibn Səid İbn Cərih Malik Süfyan Suri Süfyan ibn Üyeynə Əbu-Hənifə 

Şübə və Əyyub Sicistani kimi şəxslər ondan hədis söyləmişlər.  

Onuncu  əsrin  görkəmli  alimlərindən  olan  Əbu  Bəhr  Cahiz  deyir:  “Cəfər  ibn  Məhəmməd 

(əleyhissəlam)  elə  bir  şəxsdir  ki  onun  elmi  bütün  dünyanı  əhatə  etmiş  deyilənlərə  görə  Əbu-

Hənifə və eləcə də, Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması 

onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər.”  

Seyyid  Əmir  Əli  Bəni  Üməyyənin  hakimiyyəti  dövründə  mövcud  olmuş  məzhəbi  firqələr  və 

fəlsəfi məktəblərə işarə edərək  yazır: “Dini rəy və fitvalar yalnız Əhli-beyt adamlarının  yanında 

özünə  fəlsəfi  baxım  almışdı.  O  dövrdə  elmin  yayılması,  bəhs  və  təhqiqat  ruhiyyəsi  yaratmış  və 

bütün  ictimai  yerlərdə  fəlsəfi  söhbətlər  əsas  yer  tutmuşdu.  Böyük  fəxrlə  qeyd  etməliyik  ki  bu 



ideoloji  hərəkata  Mədinədə  çiçəklənmiş  elm  ocağı  rəhbərlik  edirdi.  Bu  elm  ocağını  Əli  ibn 

Əbutalib əleyhissəlamın Sadiq ləqəbli nəvəsi təsis etmişdi. O fəal təhqiqatçı böyük mütəfəkkir və 

dövrün elmlərinə yaxşı bələd olan bir şəxs idi. O İslamda əsl fəlsəfə üsullu məktəb təsis edən ilk 

şəxsiyyət  olmuşdur.  Onun  elmi  məclislərində  sonralardan  fiqhi  məzhəb  baniləri  olmuş 

adamlardan  əlavə,  uzaq  yerdən  gəlmiş  filosof  və  fəlsəfə  elminin  tələbələri  də,  onun  dərslərində 

iştirak edirdilər. Bəsrə fəlsəfə məktəbinin banisi Həsən Bəsri və Mötəzilə məzhəbinin banisi Vasil 

ibn Əta da, o Həzrətin şagirdlərindən olmuş onun elm mənbəyindən bəhrələnmişlər.»  

Məşhur  tarixçi  ibn  Xəllikan  yazır:  “O  on  iki  İmamlı  şiələrin  İmamlarından  biri  Peyğəmbər 

ailəsinin  böyük  şəxsiyyətlərindən  biri  olmuşdur.  Düzgünlüyünə  və  doğru  danışdığına  görə  onu 

Sadiq  adlandırmışlar.  Onun  fəzilət  və  kəraməti  o  həddədir  ki  daha  bunu  şərh  etməyə  ehtiyac 

yoxdur.  Əbu-Musa  Cabir  ibn  Həyyan  Tərtusi  onun  şagirdi  olmuşdur.  Cabir  İmam  Sadiq 

əleyhissəlamın təlimlərini ehtiva etmiş və beş yüz risalədən ibarət olan min vərəq həcmində bir 

kitab yazmışdır.  

İmam  Sadiq  əleyhissəlamın  dövründəki  siyasi  ictimai  və  mədəni 

vəziyyət 

İmamlar  arasında  İmam  Sadiq  əleyhissəlamın  dövrü  özünəməxsus  yer  tutmuş  və  o  dövrdəki 

siyasi-mədəni  vəziyyət  heç  hansı  bir  İmamın  dövründə  olmamışdır.  Çünki  həmin  dövr  Bəni-

Üməyyə hakimiyyətinin zəiflədiyi Bəni-Abbasın qüdrətinin isə artdığı bir dövr olmuşdur. Bu iki 

dəstə bu müddətdə bir-biri ilə mübarizədə olmuşdur. Hişam ibn Əbdülməlikin dövründən etibarən 

Abbasilərin siyasi təbliğatı başlamış hicrətin yüz iyirmi doqquzuncu ilində bu təbliğat artıq silahlı 

və  nizamlı  mübarizəyə  çevrilmiş  nəhayət  yüz  otuz  ikinci  ildə  Abbasilərin  qələbəsi  ilə 

nəticələnmişdir.  Bu  dövrdə  Bəni-Üməyyə  siyasi  çətinliklər  içərisində  olduğundan  daha  İmam 

Sadiq  (əleyhissəlam)  və  şiələrə  (İmam  Səccad  əleyhissəlamın  dövründə  olduğu  kimi)  təzyiq 

göstərməyə  fürsət  tapmırdı.  Abbasilər  də  hakimiyyətə  gəlməzdən  qabaq  Peyğəmbər  ailəsinin 

tərəfdarı  və  onların  intiqamını  almaq  şüarı    altında  hərəkət  etdikləri  üçün  onlar  tərəfdən  bir 

çətinlik törənmirdi. Bu cəhətdən də, bu dövr İmam Sadiq əleyhissəlamın və şiələrin nisbi rahatlıq 

və azadlıq dövrü onların elmi-mədəni fəaliyyətləri üçün çox yaxşı fürsət hesab olunurdu. 



Xüsusi mədəni şərait 

Fikir və mədəniyyət cəhətdən də, İmam Sadiq əleyhissəlamın dövrü mədəniyyət və fikir yüksəlişi 

dövrü  olmuşdur.  O  dövrdə  İslam  cəmiyyəti  içərisində  misli  görünməmiş  dərəcədə  elmə  həvəs 

yaranmış  və  müxtəlif  elmlər  istər  Quran  qiraəti  təfsir  hədis  fiqh  və  əqaid  kimi  İslami  elmlər 

istərsə də tibb fəlsəfə astronomiya riyaziyyat və bu kimi digər dünyəvi elmlər meydana gəlmişdi. 

Belə ki azca düşüncə tərzi olan hər bir şəxs elm bazarına müraciət edirdi. Deməli İmamın cavab 

verməsinin labüd olduğu bir elm teşnəliyi yaranmışdı. 

Bu elmi yüksəlişə səbəb olan amilləri aşağıdakı şəkildə xülasə etmək olar: 

1.  İslamda  fikir  və  əqidə  azadlığı;  Düzdür  bu  fikir  azadlığında  Abbasilərin  də  rolu  olmuşdur 

ancaq bu azadlığın bünövrəsi İslam təlimlərində idi. Yəni əgər Abbasilər bunun qarşısını almaq 

istəsəydilər yenə bacarmazdılar. 


2. O dövrün mühiti tamamilə bir İslami mühit olmuş və camaat məzhəbi fikirlərin təsir dairəsində 

olmuşdur.  İslam  Peyğəmbərinin  eləcə  də,  Quranın  elm  öyrənmək  elm  barədə  düşünmək 

haqqındakı alqışları bu elmi yüksəlişin meydana gəlməsində əsas amillərdən biri olmuşdur. 

3. İslamı yenicə qəbul etmiş qəbilələrin əksəriyyəti elm və fikir sabiqəsinə malik olan qəbilələr 

olmuşlar.  Hətta  bəzi  vaxtlar  bu  qəbilələr  İran  Misir  və  Suriya  qəbilələri  kimi  o  dövr 

mədəniyyətinin  mərkəzinin  əhalisindən  hesab  olunurdular.  Onlar  İslam  təlimatına  dərindən 

yiyələnmək üçün təhqiq tədqiqat və nəzər mübadiləsi ilə məşğul olurdular. 

4.  Dini  güzəşt  yaxud  qeyri-müsəlmanlarla  xüsusən  də,  kitab  əhli  ilə  dinc-yanaşı  qonşuluq. 

Müsəlmanlar kitab əhli ilə yola gedir və bunu heç də öz dini qayda-qanunlarına zidd bilmirdilər. 

O dövrdə kitab əhli əsasən, alim və savadlı adamlar olmuşlar. Müsəlmanlar onlarla elmi əlaqələr 

yaradır bu isə təbii ki bəhs təhqiqat və elmi münazirələrə gətirib çıxarırdı.  

Məzhəb və firqələrin bir-biri ilə rəftarı 

İmam Sadiq əleyhissəlamın dövrü, həm düşüncə və fikirlərin bir-biri ilə mübadilə olunması həm 

də məzhəb və firqələrin meydana gəldiyi bir dövr olmuşdur. Müsəlmanların kitab əhlinin eləcə də 

yunan  alimlərinin  əqidə  və  nəzərləri  ilə  üzləşməsi  nəticəsində  müxtəlif  növ  çətinliklər  irəli 

çıxmışdı.  O  dövrdə  Mötəzilə  Cəbriyyə  Mürciə  Qulat    Zənadiqə    Müşəbbihə  Mütəsəvvifə  

Mücəssəmə  Tənasüxiyyə  və  bu  kimi  məzhəblər  yaranmış  və  bunların  hər  biri  öz  əqidələrini 

yaymağa çalışmışlar. Bundan da əlavə, İslami elmlərin hər birində o elmin alimləri arasında fikir 

müxtəlifliyi  yaranırdı.  Məsələn,  Quran  qiraəti  təfsir  hədis  fiqh  və  əqaid  elmlərində  qızğın 

mübahisələr yaranır hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni himayə edirdi. 

Böyük Cəfəri məktəbi 

İmam  Sadiq  (əleyhissəlam)  yaranmış  əlverişli  siyasi  vəziyyəti  və  cəmiyyətin  böyük  ehtiyacını 

həmçinin,  ictimai  şəraitin  hazır  olduğunu  nəzərə  alıb  atası  İmam  Baqir  əleyhissəlamın  elmi  və 

mədəni inqilabının  yolunu davam etdirərək böyük elm ocağı  böyük məktəb  təsis  etdi. O dövrün 

dini və dəqiq elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hişam ibn Həkəm Məhəmməd 

ibn Müslim Əban ibn Təğlib Hişam ibn Salim Mömin Taq Müfəzzəl ibn Ömər Cabir ibn Həyyan 

və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi.  Bu şagirdlərin hər biri öz növbəsində böyük elmi 

şəxsiyyət və parlaq simalardan olub böyük xidmətlər göstərmişdir. Onlardan bəziləri böyük elmi 

əsərlər  yazmış çoxlu şagirdlər  yetişdirmişlər. Misal üçün qeyd  edə bilərik ki Hişam ibn Həkəm 

otuz bir cild  Cabir ibn Həyyan isə müxtəlif elmlər sahəsində istər dəqiq elmlər istər təbiət elmləri 

istərsə də o dövrdə geniş yayılmış kimya sahəsində iki yüz cilddən artıq  kitab yazmış məhz buna 

görə  də,  “kimyanın  atası”  ləqəbini  almışdır.  Cabirin  kitabları  orta  əsrlər  dövründə  Avropanın 

müxtəlif dillərinə tərcümə edilmişdir. Yazıçılar onun xatirəsini böyük əzəmətlə yad edirlər. 

Tövhidi Müfəzzəl risaləsi 

Qeyd etdik ki İmam Sadiq (əleyhissəlam) təbii elmlər sahəsində bir sıra elmi bəhslər aparmış bu 

günkü  alimləri  heyrətə  gətirən  üstüörtülü  sirləri  açmışdır.  Bu  məsələnin  ən  aşkar  nümunəsi 

(Cabiri  yetişdirməsindən  əlavə) Tövhidi Müfəzzəldir. İmam Sadiq (əleyhissəlam)  onu dörd gün 

ərzində imla etmiş Müfəzzəl ibn Ömər Kufi də onu qələmə alaraq nəticədə “Tövhidi Müfəzzəl” 

adlı  kitabı  meydana  gəlmişdir.  Müfəzzəl  özü  bu  kitabın  müqəddiməsində  deyir:  “Bir  gün 



axşamçağı  Peyğəmbərin  məscidində  oturub  o  Həzrətin  əzəməti  və  Allahın  ona  əta  etdiyi  şərəf 

fəzilət və s. barədə fikirləşirdim. Bu vaxt Zənadiqə firqəsindən olan ibn Əbül-Əvca məscidə daxil 

olub  bir  yerdə  oturdu.  Mən  onun  söhbətini  eşidirdim.  Dostlarından  biri  də  gəlib  onun  yanında 

oturduqdan  sonra  bu  iki  nəfər  İslam  Peyğəmbəri  barədə  nə  isə  danışmağa  başladılar.  İbn  Əbül-

Əvca dedi: “Ağlım adında heyran qalmış işlərində çaş-baş qalmış Məhəmmədin (səlləllahu əleyhi 

və alih) adından əl çək onun gətirdikləri barədə söhbət et.” Sonra onlar Allah-taala barədə söhbət 

etməyə  başladılar.  Söhbətlərinin  nəticəsi  belə  oldu  ki  bu  dünyanın  heç  yaradanı  yoxdur  hər  şey 

öz-özünə təbiətdə yaranmışdır. Bu həmişə belə olub və belə də olacaq.” 

Müfəzzəl sonra əlavə edib deyir: Bu axmaq və əsassız sözləri Allah rəhmətindən uzaq düşmüş bu 

şəxsdən eşitdikdə hirsimdən dayana bilməyib dedim: “Ey Allahın düşməni! Kafir olmusan? Səni 

ən  gözəl  surətdə  yaratmış  müxtəlif  hallardan  çıxarıb  nəhayət  bu  həddə  yetirən  Allahı  inkar 

edirsən? Əgər özünə nəzər salıb bir az fikirləşsən Allahın nişanələrini elə öz vücudunda müşahidə 

edərsən. Görərsən ki Onun elm və hikmət nişanələri sənin öz vücudunda cəmlənmişdir.” 

İbn  Əbül-Əvca  dedi:  “Ay  kişi  əgər  sən  mütəkəllimlərdənsənsə  (əqaid  elmindən  xəbərdar  olub 

bəhs və münazirədə mahirsənsə) səninlə onların dilində danışım əgər bizi məğlub etsən sənə tabe 

olacağıq. Yox  əgər  onlardan  deyilsənsə  səninlə  söhbət  etməyin  faydası  yoxdur.  Əgər Cəfər  ibn 

Məhəmməd Sadiq əleyhissəlamın dostlarındansansa heç onun özü bizimlə bu cür söhbət etmir. O 

bizim bu sözlərimizi səndən də çox eşidib ancaq bizi acılamayıb və bizimlə söhbətdə ədəb-ərkanı 

qoruyub saxlayıb. O səbirli təmkinli və ağıllı adamdır heç vaxt qəzəb onu üstələyə bilmir. Bizim 

sözlərimizi  dinləyir  ürəyimizdə  nə  varsa  deyirik  elə  bilirik  ki  ona  qalib  gəlmişik  o  isə  çox  az 

söhbətlə  hüccəti  bizə  tamamlayır.  Belə  ki  daha  ona  cavab  verə  bilmirik.  Əgər  sən  də  onun 

tərəfdarlarındansansa onda ona layiq şəkildə bizimlə söhbət et.” 

Mən  qəmli  halda  məsciddən  çıxdım.  İslam  və  müsəlmanların  bu  cür  kafirlərə  və  onların  Allahı 

inkar etmələri barədəki şəkk-şübhələrinə mübtəla olması barədə fikirləşirdim. Ağam İmam Sadiq 

əleyhissəlamın  hüzuruna  gəldim. İmam məni qəmgin və  fikirli görüb soruşdu: “Sənə nə olub?” 

Mən  o  kafirlərin  sözlərini  İmam  əleyhissəlama  dedim.  İmam  (əleyhissəlam)  buyurdu:  “Sənin 

üçün Allahın, dünyanın – heyvanların yırtıcıların həşəratların quşların ümumiyyətlə, hər hansı bir 

canlının  istər  insan  olsun  istər  heyvan  istərsə  də  bitki  -  meyvəli  ağaclar  meyvəsiz  ağaclar 

yeyilməli bitkilər yeyilməyən bitkilərin - yaradılmasında olan hikmətini açıqlayacağam. Qoy ibrət 

götürənlər  ondan ibrət  götürsün  və  möminlər  onunla  öz  mərifətlərini  artırsın  kafir  və  inadkarlar 

isə ona heyran qalsınlar. Sabah səhər bizə gəl...” 

Bu söhbətdən sonra Müfəzzəl dörd gün ardıcıl olaraq İmam Sadiq əleyhissəlamın hüzuruna getdi. 

İmam Sadiq (əleyhissəlam) insanın yaranışı yaranışın əvvəli zahiri və batini qüvvələr insanın fitri 

sifətləri insanın bədən üzvləri müxtəlif növ heyvanların yaranışı və eləcə də, yer-göyün yaranması 

bəla və təbii fəlakətlərin fəlsəfəsi və bir çox başqa məsələlər barədə söhbət etdi və Müfəzzəl də 

onları qeydə aldı.  



İmam Sadiq (əleyhissəlam) məktəbinin genişliyi 

İmam Sadiq (əleyhissəlam) o dövrün bütün ideoloji və əqidəvi qurumları ilə üzləşmiş  İslam  və 

şiəçiliyin  mövqeyini  onlar  üçün  aşkar  edərək  İslam  dünya  görüşünün  onlardan  üstün  olduğunu 

sübuta yetirmişdir. 



İmam  Sadiq  əleyhissəlamın  əzəmətli  elmindən  təkcə  şiələr  deyil  eləcə  də  sünni  məzhəbinin 

nümayəndələri də faydalanırdılar. Sünni məzhəbinin tanınmış rəhbərləri bilavasitə ya da hər hansı 

bir  vasitə  ilə  o  Həzrətin  şagirdləri  olmuşlar.  Bu  rəhbərlərin  önündə  Əbu  Hənifə  durur.  O  iki  il 

İmam  Sadiq  əleyhissəlamın  şagirdi  olmuşdur. Əbu Hənifə  bu  iki  ili  öz  elminin  bünövrəsi  kimi 

qeyd edərək deyir: “Əgər o iki il olmasaydı Noman (Əbu Hənifə) həlak olardı.”  

İmam  Sadiq  əleyhissəlamın  şagirdləri  Kufə  Bəsrə  Vasit  Hicaz  və  digər  müxtəlif  şəhərlərdən 

həmçinin,  Bəni–Əsəd  Məxariq  Teyy  Süleym  Qətəfan  Əzd  Xüzaə  Xəsəm  Bəni-Zəbbə  Qüreyş 

xüsusilə də, Bəni-Haris ibn Əbdülmüttəlib və Bəni-Həsən qəbilələrindən olmuşlar.  

İmam Sadiq (əleyhissəlam) məktəbinin genişliyi haqqında bu yetər ki İmam Riza əleyhissəlamın 

şagirdlərindən olan (və neçə il İmam Sadiq əleyhissəlamdan sonra yaşayan) böyük hədisçilərdən 

biri olmuş Həsən ibn Əli ibn Ziyad Vəşşa deyir: “Kufə məscidində hamısı Cəfər ibn Məhəmməd 

əleyhissəlamdan hədis söyləyən doqquz yüz hədis müəllimi gördüm.”  

İbn Həcər Əsqəlaninin dediyinə görə Şübə Süfyani Suri Süfyan ibn Üyeynə Malik İbn Cərih Əbu 

Hənifə Musa ibn Əbu Hənifə Vəhib ibn Xalid Qəttan Əbu Asim və bu kimi bir çox digər fəqih və 

hədisçilər  İmam  Sadiq  əleyhissəlamdan  hədis  söyləmişlər.    Şafei  yazır:  “Onun  (İmam  Sadiq 

əleyhissəlamın) tövhid və digər sahələrdə qiymətli kəlamları var. Onun şagirdi olmuş Cabir ibn 

Həyyan beş yüz risalədən ibarət olan min vərəqli bir kitab yazmışdır.”  

İmam  Sadiq  (əleyhissəlam)  öz  şagirdlərinin  hər  birini  onun  istedadına  uyğun  olan  sahədə 

yetişdirir nəticədə şagirdlərinin hər biri hədis təfsir əqaid və bu kimi elmlərin biri və ya ikisində 

mütəxəssisə  çevrilirdi.  Bəzi  vaxtlar  İmam  Sadiq  (əleyhissəlam)  onunla  elmi  bəhs  və  münazirə 

etmək istəyən şəxslərə bildirirdi ki  onun həmin sahədə mütəxəssis olmuş tələbəsi ilə bəhs etsin. 

Hişam ibn Salim deyir: “Bir gün İmam Sadiq əleyhissəlamın bir neçə dostu ilə birlikdə o Həzrətin 

yanında oturmuşduq. Bu vaxt Şam şəhərindən olan bir kişi icazə istəyib məclisə daxil oldu. İmam 

ona əyləşmək üçün yer göstərdi. Sonra ondan soruşdu: “Nə istəyirsən?” Şam şəhərindən olan kişi 

dedi: “Eşitmişəm ki siz camaatın bütün suallarına cavab verib çətinliklərini həll edirsiniz mən də 

gəlmişəm  sizinlə  elmi  bəhs  edəm.”  İmam  Sadiq  (əleyhissəlam)  buyurdu:  “Hansı  mövzuda  bəhs 

etmək  istəyirsən?”  Şam  şəhərindən  olan  kişi  dedi:  “Quranın  qiraəti  barədə.”  İmam  Sadiq 

(əleyhissəlam)  üzünü  Həmrana  tutub  buyurdu:  “Həmran  bu  kişinin  cavabı  sənin  öhdənədir.” 

Şamdan  olan  kişi  dedi:  “Mən  Həmranla  yox  məhz  Sizinlə  bəhs  etmək  istəyirəm.”  İmam  Sadiq 

(əleyhissəlam)  buyurdu:  “Əgər  Həmranı  məğlub  etsən  elə  bil  ki  məni  məğlub  etmisən.”  Şam 

şəhərindən  olan  kişi  çarəsiz  qalıb  Həmranla  bəhsə  başladı.  Nə  dedisə  Həmrandan  qəti  və 

qaneedici cavab eşitdi. Belə ki nəhayət yorulduğu üçün bəhsi davat etdirməkdən əl çəkdi. 

İmam Sadiq (əleyhissəlam) buyurdu: “Həmranın səviyyəsi necədir?” 

Şamlı kişi: “Doğrusu Həmran çox mahirdir nə soruşdumsa layiqincə cavab verdi. İndi istəyirəm 

sizinlə lüğət və ərəb ədəbiyyatı barədə bəhs edəm.” 

İmam Sadiq (əleyhissəlam) üzünü Əban ibn Təğlibə tutub buyurdu: “Onunla bəhs et!” 

Əban ibn Təğlib onun bütün suallarına cavab verib onu susdurdu. 

Şam şəhərindən olan kişi dedi: “İstəyirəm fiqh (şəriət elmi) sahəsində sizinlə bəhs edəm.” 



İmam Sadiq (əleyhissəlam) Zürarəyə buyurdu: “Onunla bəhs et!” 

Zürarə onunla bəhs edib qısa bir zamanda onu məğlub etdi. 

Şamdan olan kişi dedi: “İstəyirəm əqaid barəsində sizinlə bəhs edəm.” 

İmam  Sadiq  (əleyhissəlam)  Mömin  ibn  Tağa  buyurdu  ki  onunla  bəhs  etsin.  Çox  çəkmədi  ki 

Mömin ibn Taq da onu məğlub etdi. 

Daha sonra Şam şəhərindən olan kişi insanın xeyir və ya şər işi tərk edə bilməsi yaxud bilməməsi 

tövhid  və  İmamət  barədə  bəhs  etmək  istədikdə  İmam  Sadiq  (əleyhissəlam)  ardıcıl  olaraq 

Həmzeyi-Təyyar Hişam ibn Salim və Hişam ibn Həkəmə buyurdu ki onunla bəhs etsinlər. Bu üç 

nəfərin üçü də Şam şəhərindən olan kişini qəti və əsaslı sübutlarla məğlub etdilər. 

Bu həyəcanlı hadisəni müşahidə etməklə sevincdən İmam Sadiq əleyhissəlamın dodaqlarına şirin 

bir təbəssüm qonmuşdu.1 

İmam Sadiq əleyhissəlamın münazirələri 

Bundan öncə qeyd etdik ki İmam Sadiq əleyhissəlamın yaşadığı dövr fikir və düşüncə mübarizəsi 

müxtəlif  məzhəb  və  firqələrin  meydana  gəldiyi  dövr  olmuşdur.  İslam  maarif  və  mədəniyyətinin 

yunan  alim  və  filosofların  fikir  və  rəyləri  ilə  mübarizəsi  nəticəsində  bir  sıra  şübhələr  meydana 

çıxmışdı. Buna görə də, İmam Sadiq (əleyhissəlam) İslam və şiə əsaslarını tanıtdırmaq məqsədi 

ilə  bu  məzhəblərin  başçı  və  tərəfdarları  ilə  çoxsaylı  və  həyəcanlı  münazirələr  edirdi.  Bu 

münazirələrlə  o  bu  məzhəblərin  əqidəsinin  puç  İslam  əqidəsinin  isə  üstün  olduğunu  kəskin  və 

məntiqli sübutlarla isbat edirdi. 

İmam  Sadiq  əleyhissəlamın  müxtəlif  münazirələri  arasından  nümunə  üçün  o  Həzrətin  Hənəfi 

məzhəbinin banisi Əbu Hənifə ilə münazirəsini hörmətli oxucuların nəzərinə çatdırırıq. 

Bir gün Əbu Hənifə İmam Sadiq (əleyhissəlam) ilə görüşmək məqsədilə onun evinə gəlib görüş 

üçün icazə istədi. İmam Sadiq (əleyhissəlam) icazə vermədi. 

Əbu Hənifə deyir: Bir qədər qapının ağzında gözlədim. Bu vaxt bir neçə kufəli şəxs gəlib İmam 

əleyhissəlamla görüşmək üçün icazə istədi. İmam onlara icazə verdi. Mən də onlarla birlikdə içəri 

girdim.  Onun  hüzuruna  yetişdikdə  dedim:  “Yaxşı  olar  ki  siz  Kufəyə  bir  nümayəndə  göndərib 

oranın əhalisini Peyğəmbərin səhabələrinə nalayiq sözlər deməkdən çəkindirəsiniz. Orada on min 

nəfərdən çox adam Peyğəmbərin dostları üçün nalayiq sözlər deyir.” İmam Sadiq (əleyhissəlam) 

buyurdu: “Camaat mən deyəni qəbul etmir.” 

 

Əbu  Hənifə:  “Siz  Allah  Peyğəmbərinin  nəvəsi  olduğunuz  bir  halda  necə  ola  bilər  camaat  sizin 



sözünüzü qəbul etməsin?!” 

İmam  Sadiq  (əleyhissəlam):  “Mənim  sözümə  qulaq  asmayanlardan  biri  də,  elə  sən  özünsən. 

Məgər  mənim  icazəm  olmadan  evə  daxil  olmamısan  mənim  icazəm  olmadan  oturmamısan  və 

mən icazə verməmiş sözə başlamamısan?” 



Sonra əlavə edib buyurdu: “Eşitdiyimə görə sən müqayisə əsasında hökm verirsən!” 

— Bəli! 


— Vay olsun sənə! Müqayisə əsasında hökm verən ilk şəxs (məxluq) Şeytan olmuşdur. Allah ona 

“Adəmə  səcdə  et”  -  deyə  buyurduqda  o  cavab  verdi  ki:  “Mən  səcdə  etmirəm  çünki  mən  ondan 

daha yaxşıyam. Sən məni oddan onu isə palçıqdan yaratdın.” 

(Sonra İmam Sadiq (əleyhissəlam) şəriətdə müqayisənin batil olduğunu isbat etmək üçün bununla 

zidd olan bir neçə şəriət hökmü qeyd edərək buyurdu:) 

— Səncə bir nəfəri nahaqdan öldürməyin günahı ağırdır yoxsa zinanın? 

— Bir nəfəri nahaqdan öldürməyin. 

—  (Əgər  müqayisə  olunan  hökmə  əməl  etmək  olarsa)  bəs  nə  üçün  qətl  hadisəsini  isbat  etmək 

üçün iki zinanı isbat etmək üçün isə dörd şahid lazımdır? İslamın bu qanunu müqayisə ilə uyğun 

gəlirmi? 

— Xeyr! 

— Sidik daha çox murdardır yoxsa məni? 

— Sidik. 

— Bəs nəyə görə birincidə (sidikdə) Allah-taala insanlara dəstəmaz almağı ikincidə (mənidə) isə 

qüsl almağı əmr edir? Bu hökm müqayisə ilə uyğundur? 

— Xeyr! 


— Namaz daha çox əhəmiyyətlidir yoxsa oruc? 

— Namaz. 

—  Bəs  nəyə  görə  heyz  (aybaşı)  halı  görmüş  qadına  namazın  qəzası  vacib  deyil  ancaq  orucun 

qəzası vacibdir? Bu hökm müqayisə ilə uyğun gəlir? 

— Xeyr! 

— Qadın daha çox zəifdir yoxsa kişi? 

— Qadın. 

—  Bəs  nə  üçün  kişinin  irs  payı  qadının  irs  payının  iki  bərabəri  qədərdir?  (Əgər  qadın  zəifdirsə 

onda qoy o daha çox irs aparsın.) Bu hökm müqayisə ilə uyğun gəlirmi? 

— Xeyr! 


— Nə üçün on dirhəm oğurlamış şəxs barədə Allah onun əlinin kəsilməsini ancaq bir nəfər digər 

birisinin əlini kəsərsə beş yüz dirhəm diyə verməsini əmr etmişdir? Bu hökm müqayisə ilə uyğun 

gəlirmi? 

— Xeyr! 


—  Eşitmişəm  ki  sən  



  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə