Imishli com saytı təqdim edir. QƏŞƏm nəCƏfzadə MƏqaləLƏR



Yüklə 125,79 Kb.
səhifə3/3
tarix02.12.2016
ölçüsü125,79 Kb.
#612
1   2   3

Qəşəm Nəcəfzadə

Açıq fikir”qəzeti,


02-08.11. 2001


***





KEÇMİŞƏ ATILAN DAŞLAR GƏLƏCƏYƏ DƏYİR

Elçinin «Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri» məqaləsi haqqında

Elçinin «525-ci qəzet»də dərc edilmiş «Müasir dördə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri» məqaləsini hərə bir tərəfdən, müxtəlif istiqamətlərdən qiymətləndirdi: Elçin «60-cılar»ın köməyinə gəlir və yaxud Elçin demək istəyir ki, mən də ədəbiyyatda varam, Elçin ədəbiyyata qayıdır və s. Məsələlər həftə ərzində gündəmdə oldu. «Pərvanə» ədəbi məclisinin növbəti yığıncağında da bu məqalə müxtəlif prizmalardan təhlil, tədqiq edilsə də belə, mən məqaləni nəyə və nə məqsədlə yazıldığını yox, Elçinin həmin yazısına, ədəbi tənqidi, estetik düşüncələrinə öz münasibətimi bildirmək istəyirəm.


Əvvəla, onu deyim ki, Elçin bütün varlığı, gücü ilə çağdaş ədəbiyyata, sənətə ədəbi-bədii, tənqidi estetik görüşləri ilə daim namusla xidmət edib, ona təkan verib. Bu məqalə də özünə məxsus dəsti-xətti ilə fərqlənsə də, mahiyyətdə heç nəyi dəyişdirmir, yəni heç də Elçin müasir ədəbi tənqidin yaradıcılıq problemlərini tam əhatə edə bilməyib, əksinə yazıda bir-birinə zidd olan arqumentlərə, qeyri-müəyyən fikirlərə rast gəlinir.
Elçin yazır: «Qəribədir, bu gün maklatura baş alıb gedir, anti-sənət həcm və miqyas etibarı ilə sənəti xeyli dərəcədə üstələyib, amma buna qarşı mübarizə aparmaq əvəzinə bir qrup adam «60-cılar»a qarşı mübarizəni az qala yaradıcı həyatlarının əsas amalına çeviriblər və misal üçün Anarın adını «A.Rzayev» və yaxud mənim adımı «E.Əfəndiyev» yazmaqla, ya bu tipli başqa uşaq oyunları ilə elə bil ki, Anardan ya Elçindən, Ə.Əylislidən, F.Qocadan ya da başqalarından intiqam alırlar».
Mən başa düşə bilmirəm ki, Elçinin, Anarın adlarının yanına öz doğma familiyalarını yazmaqla, onlardan necə intiqam almaq olar? Həmçinin Elçin baş alıb gedən bu anti-ədəbiyyata cavab verən müəyyən qüvvə, qrup axtarır. Sonra tənqidçi Arif Əmrahoğlunun aşağıdakı fikrini sitat gətirir: «Anarı, Elçini, Ə.Əylislini yıxmağa çoxları cəhd göstərib».
Bu, Arifin fikridir. Yəni Elçinin bayaq axtardığı şəxsin, tənqidçinin fikri. Ancaq Elçin anti-ədəbiyyata qarşı mübarizəni Arifə rəva görmür. Xeyir ola? Bəs bu anti-sənətə kim cavab verməlidir? Bir də Arif Əmrahoğlunun dediyi o fikir (onu Elçin daha da təsdiqləyir) Anarı, Elçini yıxmaq məsələsi nə dərəcədə doğrudur? Əvvəla, həmişə «60-cıar» özləri bir-birini yıxmaq istəyib. İkincisi də bu «yıxmaq» sözü ən çox yazıçının tutduğu vəzifəyə aiddir. Yazıçını, onun əsərini necə yıxmaq olar?
Əslində Anar, Elçin və Ə.Əylisli ilə müarizəyə qalxan anti-sənət deyil, anti-sənət öz eyş-işrətindədir. O həcmcə yer tuta bilər, ancaq üsyana qalxa bilməz. Yeni ədəbiyyat isə içindəki gücə, enerjiyə arxalanıb, coşub kükrəyir. Bu inkarı – elə demək mümkünsə – Elçin, Ə.Əylisli özü üçün yaradıb, bir növ zaman yaradıb, Elçinin dili ilə desək bu da «zamanın sifarişi»dir, «90-cıar»ın payına düşüb. Mənə elə gəlir ki, zamanın içindəki hərəkətverici qüvvə anlayışı insana məxusdur.
Elçinin dediyi kimi, köhnə sovet məkanında, 1956-cı ildə çağrılan qurultayda Xruşovun məlum məruzəsindən sonra bütün sahələrdə, o cümlədən ədəbiyyatda intibah başladı – 60-cı illər doğuldu. Bəs Azərbaycanın müstəqillik dövründə belə bir dirçəlişə, oyanmaya, inkar ədəbiyyatının cəldliyinə, çevikliyinə niyə dodaq düzmək lazımdı? Onu alqışlamaq əvəzinə bü gün «60-cılar»ın özlərini önə çəkmək cəhdi nə dərəcədə doğrudur?
60-cı illər ədəbiyyatı bəlkə də ona görə seçilə bildi ki, Rəsul Rza bu gənc ədəbiyyatı müdafiəyə qalxdı. Elçinin, İ.İsmayılzadənin, Ə.Salahzadənin, V.Səmədoğlunun, V.Nəsibi və neçə-neçə başqalarını öz qanadları atına aldı. Bəs «60-cılar»dan kim 90-cı illərdə ədəbiyyata gələnləri müdafiə edir, Elçin kimlərə köməklik göstərir, kimləri təqdim edir? Elçin bir yazıçı olaraq Rəsul Rza kimi hansı yazıçı, şairin yaradıcılığını təhlil edib, irəli, önə çıxardıb, iş tapmasına kömək eləyib? Amma Rəsul Rza öz dövrü üçün bunu edirdi. Demək, bizim Rəsul Rzamız yoxdur.
R.Rza Ə.Salahzadəyə köməklik eləyib, bəs Ə.Salahzadə 90-cı illərdə kimə yol açıb? Əlbəttə, bu, olmayıb ancaq etiraf etmək lazımdır ki, heç olmasa, mane olmamaq gərəkdir.
Elçin 90-cı illər ədəbiyyatının gücünü, daxili enerjisini unudaraq onu miqyas etibarı ilə 60-cı illərlə müqayisə edir və geri qaldığını müəyyənləşdirir.
Ancaq Elçin unudur ki, burda subyektiv səbəblər var. 60-cı illərdə operativ ədəbiyyat mexanizmi işləyirdi. Yeni ədəbiyyat yaranır, şüur, fikir, obraz dəyişilir, ədəbiyyat dəmir relslər üzərində dünyaya gəlirdi. Sovet hökumətinin qanunları zülmündən asılı olmayaraq həmin ədəbiyyatı inkişaf etdirirdi. Anar gənc yaşında «Qobustan» jurnalının baş redaktoru oldu. Elçin 30 yaşında bütün dünyanı gəzdi. Zülmün icində olsa onlar üçün münbit şərait yaranmışdı. Bu minbit şəraitdə yazıb-yaratmaq həm asan idi, həm də onların yaradıcılığını təhlil etmək üçün tənqidçilər yetişirdi.
Elçin məqaləsində yazır: «Nə üçün ədəbi mənzərə belədir? Nə üçün hətta 80 -90-cı illərdə ədəbi-tənqidə gəlmiş tənqidçilərin özləri də «60-cılar»dar daha çox yazıblar, nəinki sonrakı dövrdə ədəbiyyata gəlmişlər haqqında».
Bu gün «60-cılar» ədəbi hakimiyyətdədirlər. Yüksək postlarda dayanıblar. Gənc tənqidçilərin marağı nüfuzu olmayan yaşıdı haqqında (obyektiv səbəblər üzündən) yazmaqdan çox, baş nazirin müavini Elçinədir, «Ulduz»un baş redaktoru Ə.Salahzadəyədir.
Elçin daha sonra yazır: «Dəqiq olmaqdan ötrü misalı özümdən gətirmək isəyirəm: Mən cavan bir yazıçı idim və o zaman M.Arifin, M.C.Cəfərovun, H.Araslının, M.Cəlalın, A.Zamanovun, Ə.Mirəhmədovun, K.Talıbzadənin, M.Məmmədovun, B.Nəbiyevin, Y.Seyidovun və başqalarının mənim yazı-pozularım haqqında yazdıqları məqalələri bu gün elə mənim yazı-pozu bioqrafiyamın işıqlı hadisələri kimi xatırlayıram».
Elçin yenə də obyektiv səbəbləri yaddan çıxarır. «60-cılar»ın arxasında sovet realizm metodu (fiziki mənada) dayanırdı. Deyək ki, «60-cılar» ona xidmət etməsələr də belə. Şübhəsiz ki, bu gün 40 yaşında kiyarə evlərdə canı çürüyən, kəndə anasının hüzürünə gedə bilməyən, «Prima» siqareti sümürən, şeirlərinə qonaarlar verilməyən bir şair İlyas Əfəndiyevin evində doğulan, kitablar içində böyüyən, dövrünün bütün ziyalıları ilə ünsiyyətdə olan, xarici ölkələri – büün dünyanı gəzən Elçinlə müqayisə edilə bilməz. Təbii olaraq, Elçinin nəzərində olmaq üçün ədəbi tənqid onu seçəcək. V.Yusifli də T.əlişanoğlu da, Ə.Cahangir də məhz daha məşhur olan, tanınan Elçindən yazacaq. Demək, Elçin yaşıdlarımız olan tənqidçiləri də əlimizdən aldı.
Sonra Elçin yazır: «60-cılar» gəmidə ourub gəmiçi ilə dava edə-edə sovet dövründə yetişdilər. Sovet dövründə bərkidilər».
Şübhəsiz ki, «60-cılar» nə Xruşovla, nə Axundovla dava eləyiblər. O zaman ədəbiyyat gəmisinin sükançılar ıilə vuruşublar və həm də bərkiyiblər Ən azı 60-cı illərdə öz kabinetində M.Hüseynin ürəyi partlayıb. İndi də həmin gəminin sükanı «60-cılar»ın əlindədir. Bəs bu döyüş onlara niyə qəribə gəlir, bu dava niyə onlara tanış deyil? 
Onu da qeyd etmək istəyirəm ki, mən Elçinin bütün yaradıcılığını, ədəbi-tənqidi məqalələrini oxumuşam. Onu ədəbiyyatın cəfakeş əsgəri, daha dəqiq desəm, öndə gedən generalı hesab edirəm. Elçin ömrünün bu çağında məsul vəzifədə olsa da, vaxt azlığı çərçivəsində döyünən, çırpınan qəlbi ilə çağdaş ədəbiyyatımızın aparıcı qüvvəsidir. Arzum budur ki, Elçin 60-cı illəri yox, bizi müdafiə etsin, Rəsul Rza kimi müdafiə etsin. Axı biz «80-90-cılar»da bu xalqa məxsusuq. Nəyə görə bizlər (və ya sizlər) öz «onilliyimiz»də oturub qınağa və qürura sığınıb dava eləyirik? 
Mənim Azad Yazarlar Ocağı ilə razılaşmadığım məqamlar çoxdur. AYB-yə, onun katibliyinə, şəxsən Anara çox dərin hörmətim var. İstəyirəm ki, Elçin nüfuzundan istifadə etməklə (həmçinin Anar) dünyaya ədəbi inteqrasiya məsələsində, İnternet şəbəkələrinin açılmasında, yeni yaranan qurumların ədliyyə Nazirliyində qeydə alınmasında bizə – «80-90-cılar»a kömək etsin. Və etməyə borcludurlar. Heç olmasa, Rəsul Rzanın borcunu bizə qaytarsınlar.
Bir dəfə qəribə bir esse yazmışdım: «Daş… Keçmişə atılan daşlar, gələcəyə dəyir. «60-cılar» özündən qabaqkılara, indikilər «60-cılar»a daş atır. Daş gələcəyə düşür. Yəni gələcəyin əlinə, o da həmin daşı yenidən bizə atacaq. Daş… «Yarı çılpaq qədim insan düşməninə bir daş atdı, Daş düşmədi ancaq yerə…»
Azərbaycan çox qəribə məmləkətdir, Elçin müəllim! 

Qəşəm Nəcəfzadə

Ədalət” qəzeti


05. 12. 2002


***





MƏN HƏMİŞƏ ÖZ İÇİMDƏKİ HƏYƏCANA İNANDIM

Bəlkə mən Qəşəm Nəcəfzadəni öldürüm?

Ötən il «Azərnəşr»də çap olunmuş «Ömür kitabıma düzəliş» kitabımı demək olar ki, hər gün dönə-dönə vərəqləyirəm. Sonra isə incik bir təəssüflə üz-üzə dayanıram. Nədir bu təəssüf? Çoxları yaxşı bilir ki, mən gözəl şeiri lap gendən tanıyıram. Bəs nədir məni narahat eləyən?


Elə bir ədəbi mühitin içində yaşayıram ki, poeziyaya doğru-düzgün münasibət yoxdur. Ədəbi tənqid mənim haqqımda susdu. Sanki «işarəni dənizdən gözlədi». «Dostlarım» dörd gün ərzində AYB-nin qapısından asılmış kitabımın təqdimat elanını beş dəfə cırdılar. Və mənə elə gəldi ki, müəllimliyim, ədəbi-ictimai fəaliyyətim bu normal olmayan mühitdə kitabımın oxunmasına, şeirlərimin sevilməsinə mane olmağa başladı. Söhbət ədəbi mühitdən gedir. Çox qərbədir, deyilmi? Mən heç vaxt «qəbirstanlıq sükutu» olmadım. Dostların yaradıcılığına vaxtlı-vaxtında pis-yaxşı tənqidi yazılarımla münasibət göstərdim. 1980-ci illərdə son şeirlərini bəyənmədiyimə görə İ.İsmayılzadə məni beş il «Azərbaycan» urnalında çap eləmədi. Dodaqlarınız qaçmasın. Bu, həm də sizin ağrılı yerinizdi. Hamının baxışında bir siyasət bərqərar olub. Mənsə siyasətdən çox qorxuram və ondan uzağam.
Hörmətli tənqidçimiz Tehran Əlişanoğlu bütün tənqidi yazılarının bir qanadında ciddidirsə və buna paralel digər qanadında qeyri-səmimi olanda adam şübhələnir. Əsəd Cahanirin özünə münasib olanları seçməsi də, ədəbiyyaımızın xeyrinə deyil. Vaqif Yusiflinin ədəbi-tənqidi görüşləri ədəbiyyatımız üçün həmişə xeyirli olub. Ancaq birdən-birə onun zəif kitablara ön söz yazması və zəyif şairlər haqqında «nəğmələr oxuması» məni şübhələndirdi. Bəs nədir yaxşı şeir? Bəs kimdi yaxşı şair? Həqiqət hansıdır?
Zövq müxtəlifliyi və bu çığır-bağırlar içində mən həmişə öz içimdəki həyəcana inandım. Dəqiq bilirəm ki, heç kəs sonacan mənim kitabımı oxumayıb. Heç oxumağı da lazım deyil. Sadəcə olaraq, hadisələri analiz etmək istəyirəm. Onsuz da heç kəs heç kəsin kitabını oxumur. Günahım orasındadır ki, mən 80-cı illərin adamıyam (şairiyəm). 80-ci illərin üslubu, havası bu gün də 90-cılar tərəfindən daşa basılır. Qısqanclıqla qəbul edilir. Bəzən mənim yaxşı şeirimin oxunmasına 80-ci ilərdən gətirdiyim «imzam» imkan vermir. Əgər mən kitabıma 80-ci illərin havası olan şeirlərimi salmasaydım, yalnız 90-cı illərdə yazdığım şeirlərdən ibarət bir toplu buraxsaydım, müəyyən mənada guya təzə görünərdim. Axı bu, mənim günahım deyil. Mənim 80-ci illərdəki ədəbi nəslim heç vaxt davakar olmayıb, özünü gözə soxmayıb. İndi bu gün 90-cı illərin havası 80-ci iləri inkar edir. Döyülən də mənəm, mənim imzamdı, bizik, sizsiniz. Bəlkə mən Qəşəm Nəcəfzadəni öldürüm? Təzədən yazmağa başlayım. Necə ki, rəhmətlik İ.İsmayılzadı ilk kitabı «Ulduzarın ad günü»ndə daha böyük şair idi. Ələkbər Salahzadə ilk kitabı «Beş yarpaq»da daha səmimi idi. Camal Yusifzadə ilk şeirlərində, Ramiz Rövşən ilk kitabı «Bir yağışlı nəğmə»də, Vaqif Bayatlı «Tənha ulduz altında», Mövlud Süleymanlı «Ayın aydınlığında», Dilsuz «Ağ atlı oğlanın nağılı»nda və s. Kim deyir ki, Əli Kərim 38 yaşından sonra daha gözəl əsərlər yazacaqdı? Kim deyir ki, Mikayıl Müşfiq 29 yaşından sonra ədəbiyyatı lərzəyə salacaqdı? Kim bilir, bəlkə «hə», bəlkə də «yox».
Bu günkü şeirimizdə üç əsas istiqaməti xüsusilə qeyd etmək olar:

1. Xalq şeiri üsluunda yazıb-yaradan şairlər;
2. Xarici ölkə ədəbiyyatının təsiri ilə yazıb-yaradanlar;
3. 60-cı illər ədəbiyyatının obrazını yamsılayanlar.

Amma 80-ci illərin ədəiyyatı xalq şeir üslubuna bir az yaxın olsa da belə, bu bölgülərin heç birinə aid deyil. Olduqca orjinaldır. Əsl ədəbiyyat demək olar ki, 80-ci illərdə yaranıb. Aqil Abbas, Rasim Qaraca, Akif Səməd, Murad Köhnəqala, Cavanşir Eloğlu (Dərviş Cavanşir), Əbülfət Mədətoğlu, Ədalət Əsgəroğlu, Namizəd Xalidoğlu, Vahid Əlifoğlu, Zahid Sarıtorpaq, Əjdər Ol, Kəramət, Məlahət Yusifqızı və neçə-neçə başqaları, nə 60-cıların, nə də xarici yazıçıların təsiri ilə bir misra yazmadılar. Ancaq özlərini, öz içlərini heç kəsə bənzəmədən, qışqırmadan, bağırmadan, sakit şəkildə, ədəb-ərkanla sözə çevirməyi bacardılar. Ancaq böyrümüzdə güdükçü dayanan ədəbi tənqid sakit axan nəhrə fikir vermir. Onun qulaqları söyüşcül, göz yaralayan, boş qışqırığa daha çox meyillidir.


60-cı illər ədəbiyyatının obrazlarını yamsılayan şairləri öz fikrimdə iki qismə bölürəm. Bir qismi Ə.Əylisli, R.Rövşən yaradıcılığından ayrılaraq frazeoloji birləşmələrdən ibarət obrazlar sistemi düzəldirlər. Digər qismi isə metoforalara uyub eptetlər silsiləsi yaradaraq ağrının, sözün, səsin şəklini çəkirlər.
İndi 60-cı illər ədəbiyyatına hücum çəkən nəslin əksəri əslində onları daha çox yamsılayanlardır, onların tör-töküntüləridir. Qəsd şəklində onların obrazlar taktikasından ibarət olduqlarını nəzər-diqqətdən yayınırmaqdan ötrü bu cavanlar daha mühafizəkardırlar, hirslidirlər (Gələcək yazıarımda mən bunu misallarla göstərəcəyəm). Onlar çox vaxt qışqıra-qışqıra (özü də ehtiyatla, qorxa-qorxa) danışırlar ki, heç kəs baş qoşub bu çılpaq həqiqəti üzlərinə çırpmasın.
Bəli, bu normal olmayan ədəbi mühitdə mən yaşayıram. 80-ci illər uzaqda qaldı. Heç kəs də mənim kitabımı sonacan oxumadı. Yenə deyirəm, söhbət ədəbi mühitdən gedir. Kim 90-cı ildən deyirsə, «oxumağa dəyməz» fikri formalaşdı. Amma bir həqiqət də var. XX əsrin sonuna yaxın əsl ədəbiyyat 80-cı illərin payına düşür. Bunu gələcək göstəəcək. İndi o qədər də qəbul edilməyən 80-ci illərin abi-havası (tarix boyu bu dönümlər olub) inanıram ki, 2003-cü ildən sonra qayıdacaq. Onda 90-cı illərin bəzi «sızıltılı», burcutma obrazları köhnəlib deyə, daşa basılacaq. Mən daş atmayacağam. 60-cı illər də 2010-cu ildə qayıdacaq. Hətta 1900-cü il də təzədən gələcək.


www.imishli.com Bütün hüquqlar qorunur.








Yüklə 125,79 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin