Immun Patoloji Proseslər İmmun sistemiNİn patologiyasi



Yüklə 208 Kb.
səhifə3/25
tarix02.01.2022
ölçüsü208 Kb.
#2028
1   2   3   4   5   6   7   8   9   ...   25
Qazamlmış immun çatışmazhğı sindromlaru İmmun sistem çatış-mazhğımn bu növü çox vaxt yaşh şəxslərdə ya xəstəliklər nəticəsində, ya da bəzi müalicə üsullarının təsiri nəticəsində yaranır. Bəzi xəstəlik-lər immun sistemin ikincili zəifləməsi ilə nəticələnir. Bunlara leykoz-lar, bədxassəli limfomalar (limfoqranulematoz, limfosarkoma, reti-kulosarkoma), timoma, bəzi virus infeksiyaları, sarkoidoz və b. aidir. Bu xəstəliklər zamanı T-və B-limfositlərin yaranma və inkişafı pozul-duğuna görə, həm hüceyrəvi, həm də humoral immunitet reaksiyaları zəifləyir.

Son illərdə immunitetin zəifiəməsi ilə əlaqədar olan virus etiologiyah yeni bir xəstəlik növü aşkar edilmiş və ona qazamimış immun çatış-mazlığı sindromu (QİÇS) adı verilmişdir. QİÇS virusları sağlam şəxs-lərə əsasən cinsi yolla və inyeksiya vasitəsilə (xüsusən qan və qan pre-paratları köçürüldükdə) yoluxur. Xəstəliyin patogenezində hüceyrəvi immunitetin zəifləməsinin mühüm rolu vardır. Xəstə orqaniznıində T-limfositlərin (xüsusən T-helperlərin) miqdan kəskin surətdə azalır. Çünki, QİÇS virusları seçici surətdə T-helper hüceyrələrinə daxil olub, onlan zədələyir. Bunun nəticəsində orqanizmdə immunitet zəifləyir və infeksion xəstəliklərin inkişafma şərait yaranır. QİÇS virusları ilə yo-luxmuş şəxslərdə patogenliyi zəif olan (şərti patogen) mikroorqanizm-lərin törətdiyi iltihabi xəstəliklərə tez-tez təsadüf edilir. Xəstələr adətən ikincili infeksion xəstəliklərdən ölürlər. Hazırda bu xəstəliyin profılak-tika və müalicə üsulları intensiv surətdə öyrənilməkdədir.

Bəzi müalicə üsulları orqanizmin immun sisteminin fəaliyyətini zəiflədir. Bunlara şüa müalicəsi, kortikosteroidlərlə və immunodep-ressantlarla aparılan müalicə, timektomiya, döş limfa axacağma dre naj qoyulması və s. aiddir. Bəzən immun sistemi zəiflətmək məqsədilə antiiimfositar sitotoksik serumlardan istifadə edilir

ALLERGİYA HAQQINDA ÜMUMİ ANLAYIŞ.Allergiya - orqanizmin antigen təbiətü maddələrə qarşı yüksəİmiş və təhrif olunmuş reaksiyasıdır (yunanca: allos - özgə, ergon - təsir edirəm). Bu ternıini ilk dəfə Pirke (1906) işlətmişdir. O, orqanizmin yad təbiətli amillərə qarşı, spesifık çavabvermə qabüiyyətini allergiya adlandırırdı. Pirke allerglya adı altında həm hiper-, həm də hiporeak-tivlik hallarım nəzərdə tuturdu. Hazırda isə allergiya termini ilə yal-mz orqanizmin yad xassəli (çox vaxt antigen təbiətli) amillərə qarşı yüksəlmiş reaktivlik halım ifadə edirlər.

Allergik reaksiyalar immun mexanizmlərlə əlaqədardır. Buna görə, allergik və immun reaksiyalarm oxşar və fərqli cəhətlərini aydmlaş-dırmaq lazımdır. Məlumdur ki, immun reaksiyaların mahiyyəti orqa-nizmln genetik cəhətdən yad olan amillərdən mühafizə edilməsindən, yad təbiətli maddələrin zərərsizləşdirilməsindən və orqanlzmdən kə-nar edilməslndən ibarətdir. Allergik reakslyalarm isə orqanizm üeün mühafizəedici əhəmiyyətinin olub-olmadığı hələlik mübahisəlidir. Bə-zi tədqaqatçılar bu reaksiyalarm mühafizəedici əhəmiyyətini tamami-lə inkar edirlər. Lakin bu sahədə tədqiqat aparan mütəxəssisələrin ək-səriyyəti belə hesab edir ei, allergik reaksiyalarm orqanizm üçün az və ya çox dərəcədə mühafizəedici əhəmiyyəti vardır. Aşağıdakı faktlar bu fikri sübut edir: 1) allergiyanm və immunltetin mexanizmlərinin eyniliyi; 2) allergik reaksiyalar zamam antigenlərin zərərsizləşdirilmə-si və orqanizmdən xaric edilməsi; 3) allergik reaksiyaların təkamülü.

Allergik reaksiyalar yalnız istiqanlı heyvanlarda tam formada tə-zahür edir və ən yüksək inkişaf mərhələsinə insanlarda çatır. Təbii seçmə prosesində canhlarm ətraf mühitə uyğunlaşma qabiliyyəti yük-sək olan qruplarının nəsli davam edir. Buna görə, allergik reaksiyala-rın yaranması və təkmilləşməsi növün saxlanmasma yönəlmiş əlverişli əlamətlərdən biri hesab edilməlidir.

Allergik və immun reaksiyaların fərqii cəhətiərini aydmlaşdırmaq üçün onların əsas göstəricilərini müqayisə etmək lazımdır. Bu reaksi-yalar immun mexanizmlərin iştirakı ilə baş versə də, immunitetdən fərqli olaraq, orqanizmin toxumalarmm zədələnməsi ilə nəticələnir. İmmun və allergik reaksiyalarm mexanizmləri bir-birinin eynidir. La-kin orqanizmin fərdi reaktivliyindən və bəzi keyfıyyət dəyişikliklərin-dən asılı olaraq, bu mexanizmlər orqanizm üçün patogen xarakter əl-də edə bilər; nəticədə yeni keyfiyyət dəyişiklikləri, yəni zədələnmə meydana çıxa bilər.

Beləliklə, orqanizmin antigenə qarşı verdiyi spesifık reaksiya zədə-lənmə ilə müşayiət olunmursa, onu immun reaksiya adlandınrlar; bu reaksiyaların zədələnmə ilə müşayiət edilən növləri isə allergik reaksi-yalar adlanır. Bunu nəzərə alan V.İ.Pıtski allergiyaya aşağıdakı kimi tərif vermişdir: - «Allergiya orqanizmin toxumalarının zədələnməsi ilə müşayiət olunan immun reaksiyadır».

Eyni antigenə qarşı orqanizm həm immun, həm də allergik reaksi-yalarla cavab verə bilər. Bu, bir tərəfdən antigenin miqdarmdan, digər tərəfdən isə orqanizmin reaktivliyindən asılıdır. Bəzi tədqiqatçılar or-qanizmdə immun və allergik reaksiyalar törədən antigenlərin bir-birin-dən fərqli olduğunu sübut etməyə cəhd göstərmişlər. Doğrudan da, bə-zi hallarda immun və allergik reaksiyalar antigenin xassələri ilə əlaqə-dar olur. Məsələn, askarid antigeni insan orqanizmində IgE-nin sinte-zini stimulyasiya etməklə, əsasən allergik reaksiyaların inkişafma təkan verir. Lakin bu cəhətdən allergenin miqdarmm da rolu vardır. Belə ki, hətta antigenlik xassəsi zəif olan maddələrin də böyük miqdarı orqanizmdə qüvvətli allergik reaksiyalar törədə bilər. Elə hallar da mə-lumdur ki, eyni bir antigenin bərabər miqdarı bir orqaniznıdə immun, digərində isə allergik reaksiyalara səbəb olur. Məsələn, penisillinlə müalicə edilən insanlarm əksəriyyətinin qanında bu antibiotikin əleyhi-nə təsir göstərən immun cisimciklər tapılır. Lakin penisillinə qarşı aller-gik reaksiyalar qanında antigen olan şəxslərin hamısında baş vermir.

Allergik reaksiyalarm təkamülünün, onların ontogenez və filogenez-də inkişafmın öyrənilməsi N.N.Sirotininin və onun şagirdiərinin əməyi ilə bağlıdır. Təcrübələr göstərmişdir ki, embrional dövrdə heyvanlarda anafılaksiya reaksiyaları yaratmaq mümkün olmur. Yenidoğulma döv-ründə anafilaksiya reaksiyalarmı yalnız yetişmiş halda doğulan heyvan balalannda (dəniz donuzu, keçi və s.) yaratmaq mümkündür. Lakin onlarda da anafılaksiya rcaksiyalarının əlamətləri yaşh heyvanlardakı-na nisbətən zəif keçir. Allcrgik reaksiyalar orqanizmin spesifik antici-simcik yaratmaq qabiliyyətindən asılıdır. Təkamül səviyyəsi aşağı olan onurğasız heyvanların orqanizmində spesifik anticisimciklər yaranmır. Bu xassə ali homoyoterm heyvanlann orqanizmində daha aydın təza-hür edir. İnsan orqanizminin antigenlərə qarşı spesifik anticisimcik sin-tez etməklə cavab vermək qabiliyyəti xüsusilə yüksəkdir. Buna görə, məhz insanda bu reaksiyaların növləri daha çoxdur.

Tibbi ədəbiyyatda bəzən orqanizmin yüksəlmiş həssaslığım ifadə etmək üçün «idiosinkraziya» terminindən istifadə edilir. İdiosinkra-ziya dedikdə, orqanizmin qida və dərman maddələrinə qarşı həssaslı-ğının yüksəlməsi nəzərdə tutulur. Bu ifadə Qədim Yunamstan və Ro-ma həkimlərinin xəstəlik və sağlamhq haqqmda təsəvvüıləri sayəsin-də meydana gəlmişdir. Onlar belə hesab edirdilər ki, xəstəliyin əmələ gəlməsinə orqanizmin mayelərinin bir-birinə düzgün qarışmaması (yəni diskraziya) səbəb olur. Buna görə, adi adamlarm asanlıqla qə-bul edə bildiyi xarici mühit amillərinə qarşı verilən qeyri-adi reaksiya-ları orqanizmin mayelərinin qarışmasmm fərdi pozulmaları (idiosin-kraziya) ilə izah edirdilər.Allergiya haqqmda ilk təsəvvürlər yarandıqda idiosinkraziyanı sü-rətli allergik reaksiyalarla eyniləşdirməyə cəhd göstərirdilər. Lakin XX əsrin ikinci yarısmda allergik reaksiyalarm mexanizmləri aydm­ laşdırılmış və müəyyən edilmişdir ki, dərmanlara, yaxud qida maddə-lərinə qarşı fərdi reaksiyalar bəzi hallarda immun mexanizmlərlə əla-qədar olur; belə reaksiyalarm böyük bir qrupu isə orqanizmdə müəy-yən fermentlərin çatışmazlığı nəticəsində yaranır. Buna görə, hazırda dərman və qida maddələrinə qarşı immun mexanizmlərin iştirakı ilə verilən qeyri-adi reaksiyalar dərman və qida allergiyalan hesab edilir; bu reaksiyalarm immun mexanizmlərlə əlaqədar olmayan (hər hansı bir ferment sisteminin irsi çatışmazlığı ilə əlaqədar olan) növləri «irsi enzimopatiyalar» adı altında birləşdirilir, «idiosinkraziya» terminin-dən isə nisbətən az istifadə ediür.

ALLERGİK REAKSİYALARIN ÜMUMİ ETİOLOGİYASI.Allergik reaksiyalar antigen xassəli maddəiərin təsiri ilə yaranır. Onlan törədən antigenlərə «a 11 e r g e n » adı verilmişdir. Alİergenlər başqa antigenlərdən ilk növbədə orqanizmdə yaratdığı dəyişikliklərə görə fərqlənir. Bəzi hallarda antigen təbiətli oİmayan maddələr də al-lergik reaksiyaların inkişafma səbəb olur. Belə maddələrə h a p t e n -1 ə r deyilir. Haptenlər adi allergenlərdən molekullarmm nisbətən ki-çik olmasma görə fərqlənir. Onlar bilavasitə antigen təsiri göstərə bil-mir, yalnız orqanizmin özünəməxsus olan zülallarla birləşdikdən son-ra allergen xassəsi əldə edirlər (konyuqasiyaedici və ya kompleks an-tigenlər). Haptenlər qrupuna dərman maddələri, bəzi bəsit kimyəvi maddəİər (brom, yod, nikel və s.), həmçinin zülal təbiətli olmayan bir sıra mürəkkəb üzvi birləşmələr (mikroorqanizmlərin həyat fəaliyyəti məhsuliarı, polisaxaridlər) aiddir.

Allergenlər 2 qrupa bölünür: 1) ekzoallergenhr; 2) endoallergenhr. Xarici mühitdən orqanizmə daxil ola bilən saysız-hesabsız yad təbiətli maddələr ekzogen allergenlər (ekzoallergenlər) qrupuna aiddir. A.D.Ado və A.A.Polnerin təsnifatmda (1963) ekzoallergenlərin mən-şəyi əsas götürülür. Bu prinsipə görə, ekzoallergenləri aşağıdakı qrup-lara bölmək olar:



  1. Yüklə 208 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin