Immun Patoloji Proseslər İmmun sistemiNİn patologiyasi


ALLERGİK REAKSİYALARIN PATOGENEZİ



Yüklə 208 Kb.
səhifə5/25
tarix02.01.2022
ölçüsü208 Kb.
#2028
1   2   3   4   5   6   7   8   9   ...   25
ALLERGİK REAKSİYALARIN PATOGENEZİ.Allergenin orqanizmə daxil olması sensibilizasiya ilə nəticələnir. Sensibilizasiya ilk dəfə antigen daxil olımış orqanizmdə anticisimcik-lərin və sensibilizasiyaya uğramış limfositlərin yaranmasmdan ibarət-dir. Bunun nəticəsində, orqanizmin allergenə qarşı həssaslığı yüksəlir. Sensibilizasiya lıalını allergik reaksiyalarla eyniləşdirmək oimaz. Çün-ki, sensibilizasiyaya uğramış orqanizm çox vaxt praktik cəhətdən sağ-lam olur: allergik reaksiyalar isə yalnız sensibilizasiya olunmuş orqa-nizmə təkrarən antigen daxil olduqdan sonra yaranır. Buna görə, sen-sibilizasiya vəziyyəti allergik xəstəliklərin xəstəlikönü halı hesab edil-məlidir.

Yaranma üsuluna görə, aktiv passiv sensibilizasiya ayırd edilir. Allergen təbii yollarla orqanizmə daxil olduqda və ya süni surətdə or-qanlzmə yeridildikdə aktiv sensibilizaslya halı yaranır. Passiv sensibi-lizasiyanı eksperimental şəraitdə yaratmaq üçün aktiv surətdə sensibi-lizasiya edilmiş heyvanm qan serumunu və ya limfoid hüceüyrələrini eyni növdən olan sağlam heyvanm qan dövranma daxil edlrlər. Belə-liklə, aktiv sensiblllzasiya orqanizmin öz immun sisteminin iştirakı ilə yaranır. Passiv sensibüizasiya isə immunlaşdırılmış orqanizmə hazır şəkildə daxil edilən humoral anticisimciklərlə və ya immun hüceyrə-lərlə (immunositlər) əlaqədardır. Aktiv üsulla sensibilizasiya olunmuş dəniz donuzunda allergik reaksiyanı antigenin orqanizmə ilk dəfə ye-ridilməsindən ən azı 7-8 gün keçdikdən sonra yaratmaq mümkün-dür:allergik reaksiya (anafilaktik şok) senslbilizasiyamn 2-ci həftəsi-nin sonunda xüsusilə kəskin keçir. Passiv sensibilizasiya olunmuş orqanizmdə allergik reaksiyaları anticisimciklərin Inyeksiyasmdan 24-48 saat sonra yaratmaq olar (orqanlzmə antigen yeritmək yolu ilə). Bu müddət ərzində anticisimciklər orqanizmə yayıhr və hüceyrə-lərdə təsbit olunur.

Yalnız bir növ antigenə qarşı orqanizmin həssaslığmm yüksəlməsi monovalent sensibilizasiya adlanır. Eyni vaxtda bir neçə allergenə qar-şı həssaslığa isə polivalent sensibilizasiya deyilir. Müəyyən bir allergen vasitəsilə sensibillzasiya edilmlş orqanizmdə başqa allergen növünə qarşı yüksək həssaslıq əmələ gəlməsinə çarpaz sensibilizasiya deyilir. Sensibilizasiyanın bu növü eyni determinant qıupuna malik olan an-tlgenlərlə aparılan təcrübələrdə müşahidə edilir.

Allergiyanın mexanizmində iştirak edən prosesləri 3 mərhələyə bölmək olar:



  1. İmmun reaksiyalar mərhəhsi - bu mərhələyə orqanizmə ilk dəfə allergen daxil olması, anticisimciklərin və ya sensibilizasiya olunmuş limfositlərin yaranması və təkrarən orqanizmə daxil olan allergenlərlə anticisimciklərin birləşməsi aiddir;

Patokimyəvi reaksiyalar mərhələsi - immun reaksiyalar mərhələ-sinin sonunda allergenlərlə anticisimciklərin (və ya sensibilizasiya olunmuş llmfositlərin) birləşməsi bu mərhələnin başlanğıcına təkan verir. Patokimyəvi mərhələnin əsas xüsusiyyəti orqanizmdə allergiya mediatorlarmın yaranmasından ibarətdir;

3. Patofizioloji reaksiyalar mərhələsi (və ya khnik təzahürlər mər-hələsi) - bu mərhələ allergik madiatorlarm hüceyrə, orqan və toxu-malara patogen təsiri ilə əlaqədardır.


Yüklə 208 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin