Mərhələ I – orqanizm tərəfindən özünə məxsus və yad hüceyrələrin kvaziimmun (latınca “kvazi”- bənzər, olduğu kimi) tanınması. Bu cür reaksiya bağırsaqboşluqlulardan məməlilərə qədər müşahidə olunur. Bu reaksiya zamanı nə immun cismləri istehsal olunmur, nə immun yaddaş formalaşmır, yəni yad maddənin yenidən daxil olmasına qarşı immunitet reaksiyasının güclənməsi müşahidə olunmur.
Mərhələ II - ibtidai hüceyrə immuniteti həlqəvi qurdlarda və dərisitikanlılarda aşkar olunub. Bu immunitet selomitlərlə - yad maddəni məhv etməyə qadir olan orqanizmin ikincil boşluğunun hüceyrələri tərəfindən təmin edilir. Bu mərhələdə immunoloji yaddaş əmələ gəlir.