İmmunologiya ixtisası üzrə test sualları Bölmə Ümumi immunologiya 1 İmmun sistemin mərkəzi orqanları hansıdır?


) Bunlardan hansı insanın immun çatışmazlıq ( HİV) infeksiyası zamanı T-limfosit-köməkçinin məhv olması səbəbi deyil?



Yüklə 1,64 Mb.
səhifə11/16
tarix01.04.2017
ölçüsü1,64 Mb.
#13056
1   ...   8   9   10   11   12   13   14   15   16

709) Bunlardan hansı insanın immun çatışmazlıq ( HİV) infeksiyası zamanı T-limfosit-köməkçinin məhv olması səbəbi deyil?
A) Böyük miqdarda virus hissəciklərinin toplanması və “tumurcuqlanması”dır.

B) Sadalananların hamısı

C) Hüceyrə simplastlarının əmələ gəlməsidir.

D) Həssas hüceyrənin reseptorları ilə HİV qarşılıqlı təsirinin nəticəsidir

E) “Öz” hüceyrəsindən fərqli olaraq infeksiyalaşmış hüceyrənin səthi yadcinsli olur.
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
710) HİV infeksiyası zamanı T-limfosit köməkçinin funksiyası nədən pozulur?
A) T-köməkçi antigeni alır.

B) Antigen üçün T-köməkçi reseptorlarını itirmir.

C) Provirus aktivləşir,virus zülallarının güclü sintezi baş verir,nəticədə müəyyən antigenə immun cavabın yaranmasında T-limfosit-effektorların subpopulyasiyalarının differensasiyası üçün vacib olan limfokinə və müəyyən antigenə immun cavabın inkişafı üçün lazım olan B-limfosit məhsullarına zərər vurur.

D) İnfeksiyalı adamlar zəifdirlər və tez-tez xəstələnirlər.

E) Sadalanların hamısından
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
711) Qazanılmış immunçatışmazlıq sindromuna(QİÇS) gətirib çıxaran insanın innundefisit virusu ( HİV)zamanı immun sistemin hansı faktorları pozulmur?
A) Qeyri-spesifik immunoqlobulin məhsullarının azalması

B) T-killer, T- və B- limfositlərin digər subpopulyasiyalarının aktivliyinin pozulması

C) Sadalananların hamısı

D) İnterleykin məhsullarının pozulması

E) T-köməkçilərin miqdarının və funksional aktivliyinin dəyişməsi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il., səh.193
712) Hansı marker proqressivləşən HİV infeksiyasını əks etdirmir?
A) Serumda İİV-core zülalına anticismin qatılığının azalması

B) Serumda p24 qatılığının artması

C) Serumda neopterin, ß-2-mikroqlobulin , turşustabilli α-interferonun qatılığının azalması

D) CD4 – T-limfositlərin qanda miqdarı azalır

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.193 səh.
713) HİV infeksiyanın kliniki mərhələsinin təsnifatının əsasında T-hüceyrə immunitetinin hansı göstəricisi durur?
A) İnterleykin məhsulu

B) Env və İİV core zülalına anticismin olması

C) CD8+ T-limfositlərin miqdarı

D) CD4+ T-limfositlərin miqdarı

E) CD19 B-limfositlərin miqdarı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il,səh.213
714) QİÇS-indikator kateqoriyası CD4+ T-limfositlər hansıdır?
A) 200-499 kl\mkl (14-28 %)

B) < 200 kl\mkl (<14 %)

C) ≥500 kl\mkl (≥29 %)

D) 1000 kl\mkl (~ 50 %)

E) 100 kl\mkl (~ 5 %)
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.148
715) Sağlam uşaqlarda CD4+ T-limfositlərinin mütləq miqdarı neçə yaşına kimi artır?
A) 6 yaş

B) 10 yaş

C) 6 ay

D) 1 yaş


E) 2 yaş
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.148
716) Hansı xəstəliklər QİÇS –indikatora 1993-cü ildən əlavə edilmişdir?
A) Sadalananların heç biri

B) İnvaziv servikal xərçəng, M.tubercalosis törətdiyi vərəm, qayıdan pnevmoniya

C) Salmonella törətdiyi septisemiya, Micobact.avium və ya M.ransasii törətdiyi vərəm

D) Kandidozlar, kriptosporidoz, sitomeqalovirus rinitləri(huşun itməsi ilə)

E) Kapoşi sarkoması, Berkitlimfoması, beynin ilkin limfoması
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
717) Perinatal HİV infeksiyası zamanı yalnız uşaqlarda rast gəlinən QİÇS- indikator xəstəliyi hansıdır?
A) Kapoşi sarkoması

B) M.tubercalosis törətdiyi vərəm

C) HİV vastinq-sindromu

D) Pneumocystis carinii pnevmoniyası

E) Limfoid interstisial pnevmonit (LİP)
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
718) HİV-infeksiyasının diaqnostikası zamanı aşağıdakilardan hansı əsas deyil?
A) Müayinə olunan şəxsin serumundaHİV1 vəHİV2 antigenlərinin aşkar olunması

B) Müayinə olunan şəxsin qanında CD4\CD8 nisbətinin müəyyən edilməsi

C) LimfositlərdəHİV1 vəHİV2 provirusunun aşkar olunması

D) Sadalananların hamısı

E) Müayinə olunan şəxsin serumunda HİV1vəHİV2 –yə anticismin aşkar olunması
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.218
719) HİV infeksiyası zamanı seroneqativ dövrün müddəti nə qədərdir?
A) 3 aya qədər

B) 6 aya qədər

C) 2 həftə

D) 1,5 yaşına qədər

E) 1 yaşına kimi
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
720) HİV1 və HİV2 –yə anticismi təyin etmək üçün hansı metoddan istifadə olunmur?
A) Sadalananların hamısından

B) Polimeraza zəncirvari reaksiyası (PZR)

C) İmmunoblot (İB)

D) Passiv aqqlütinasiya reaksiyası

E) İmmunferment analiz(İFA)
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.218
721) PZR-dən istifadə etməkləHİV infeksiyasının seroneqativ dövrdə provirusu harada müəyyən edilir?
A) İmmunkomplekslərdə

B) Qan serumunda

C) Anticisimlərdə

D) Limfositlərdə

E) Neytrofillərdə
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.218
722) Təhlükə qrupundan olan şəxslərin müayinəsi zamanı laborator tədqiqatların hansı alqoritmi tətbiq olunur?
A) İB-dən (immunoblot) istifadə etməklə HİV1 vəHİV2 –yə anticismi müəyyən etmək; şübhə doğuracaq nəticə aldıqda - İFA-da tədqiqat aparmaq

B) İFA metodu iləHİV1 və HİV2 –yə anticismi müəyyən etmək; müsbət nəticə alındığı halda –hospitalizasiya.

C) Yalnız PZR –dən istifadə etməklə provirusun olmasını müəyyən etmək

D) PZR –dən istifadə etməklə provirusun olmasını müəyyən etmək;müsbət nəticə olduqda – dispanser müşahidəsi

E) İFA metodu ilə serumda anticismin (AC) təyini;müsbət nəticə olduğu halda – təsdiqləyici analizi- immunoblotu (İB) aparmaq. İB-də şübhə doğuracaq nəticə alınarsa, onda limfositlərdə HİV provirusunu aşkar etmək məqsədi ilə PZR metodu ilə tədqiqat aparmaq.
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.218
723) PerinatalHİV-infeksiyaya şübhə olduqda(ana infeksiyaya yoluxmuşdur) 1 yaşına kimi uşaqlarda müayinə zamanı laborator tədqiqatlarının hansı alqoritmi tətbiq olunur?
A) HİV antigenini (p24) və ya provirusu kultural metod, PZR və ya İFA ilə müəyyən etmək .Həm müsbət, həm də mənfi nəticələr alındıqda tədqiqatı 2-4 həftədən sonra təkrar etmək. Təkrarən müsbət nəticə alındıqda HİV –infeksiyası sübut olunur.

B) İB-dən (immunoblot) istifadə etməklə anticismi müəyyən etmək, müsbət nəticə olduqda uşağın yoluxması təsdiq edilir

C) İFA metodu ilə anticismi müəyyən etmək, müsbət nəticə alındığı halda təsdiqləyici tədqiqatı –İB(immunoblot) aparılır

D) Yalnız İFA metodu iləHİV antigenini müəyyən etmək kifayətdir.

E) QİÇS-indikator xəstəliyi təzahür etmədən laborator tədqiqatları aparmamalı
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
724) HİV-yoluxmuş şəxslərdə hansı autoimmun xəstəliklərin simptomu inkişaf etmir?
A) Sistem vaskulitləri

B) Şeqren sindromu

C) Sistem Qırmızı Qurdeşənəyi

D) Sistem sklerodermiyası

E) Sadalananların hamısının
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.225
725) HİV yoluxmuş və Sistem Qırmızı Qurdeşənəyi olan xəstələrdə müşahidə olunan hansı laborator göstərici əsas deyildir?
A) Trombositopeniya

B) Limfositlərin miqdarının artması

C) Antinuklear faktor

D) Kardiolipinə anticisim

E) CD4\CD8 nisbətinin azalması
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.240
726) Revmatik qızdırmanın diaqnostikası zamanı bunlardan hansı streptokokk infeksiyasını təsdiq etmir?
A) Antistreptokokk anticisminin yüksək titri: antistreptolizin-0 (ASLO), antistreptogialuronidaza,antistreptokinaza, antidezoksiribonukleaza B

B) C-reaktiv zülal

C) Əsnəkdən müsbət kultura(A qrupu streptokokku)

D) Sadalananların hamısı

E) Qızılazarı(skarlatina) yeni keçirmiş
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.136
727) Revmatoid artritin əsas laborator əlamətlərindən hansı əsas deyil?
A) Ağız boşluğunun selikli qişasının hüceyrə epitelisinin keratogialininə autoanticisim

B) Nativ DNT-yə autoanticisim

C) EÇS-nin artması və C-reaktiv zülalın olması

D) Sadalananların hamısı

E) Serumda revmatoid faktoru (IgM)
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.132
728) Revmatoid vaskulitin kliniki təzahürünə hansı aid deyil?
A) Periferik nevropatiya

B) Sadalananların hamısı

C) Qlomerulonefrit

D) Revmatoid düyünləri

E) Dəri vaskuliti
Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.132
729) Bunlardan hansı revmatoid vaskulitinin laborator əlamətləri deyil?
A) Serumda komplementin qatılığının azalması

B) Antinuklear faktor

C) Neytrofillərdə immunkomplekslər

D) Serumda immunkomplekslər

E) Serumda revmatoid faktorunun titrinin kəskin azalması
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.132
730) Revmatoid artriti zamanı kəskinləşmə kimi hansı inkişaf edə bilməz?
A) Amiloidoz

B) Katarakta

C) Felti sindromu

D) Miokardit

E) Sadalananların hamısı
Ədəbiyyat: E.И.Соколов «Клиническая иммунология», 1998г. стр.132
731) Seroneqativ spondiloartritlər qrupuna hansı aid deyil?
A) Reaktiv artropatiya

B) Kəskin revmatik qızdırma

C) Sadalananların hamısı

D) Reyter sindromu

E) Bexterev xəstəliyi
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г. стр.132
732) Bunlardan hansı Seroneqativ spondiloartritlərin kliniki-laborator əlamətləri deyil?
A) Revmatoid faktorunun (RF) olması

B) HLA-B27 daşıyıcısı

C) Sakroileitin(spondilit) rentgenoloji əlamətləri

D) Periferik artrit

E) Sadalananların hamısı
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.132
733) Revmatoid xəstəliklərinin diaqnostikasında HLA-B27 müəyyən olunmaması nə deməkdir?
A) Reaktiv artriti olan xəstələrdə daşıyıcının aşkar olunması xəstəliyin daha ağır xroniki və proqressivləşən tipi ilə assosasiya edir.

B) Daşıyıcının aşkar olunması xəstəliyin kliniki və rentgenoloji əlamətləri olmadıqda seroneqativ spondiloartritin olmasını sübut edir.

C) Psoriatik artritin diaqnostikasında əhəmiyyəti vardır.

D) HLA-B27 aşkar olunarkən çox vaxt seroneqativ oliqoartrit sakroileitin inkişafı ilə assosasiya edir.

E) Seroneqativ spondiloartritin olmamasını sübut edir
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.132
734) Bunlardan hansı Sistem Qırmızı Qurdeşənəyinin diaqnostik əlamətləri deyil?
A) Reyno sindromu

B) Nefrit

C) Artrit

D) MSS (mərkəzi sinir sisteminin) zədələnməsi

E) Diskoid səpgi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva“Klinik immunologiya” 2007-ci il, səh.240
735) Bunlardan hansı Sistem Qırmızı Qurdeşənəyinin laborator diaqnostik meyarı deyil?
A) Yalançı müsbət Vasserman reaksiyası

B) Nativ DNT-yə anticisim

C) C-reaktiv zülalının olması

D) Sm-antigenə anticisim

E) Antinuklear faktor
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.240
736) Hansı Sistem Qırmızı Qurdeşənəyinin hematoloji meyarı deyil?
A) Sadalananların hamısı

B) Leykopeniya 4000 kl\mkl-dən az

C) Limfositoz

D) Retikulositozla hemolitik anemiya

E) Trombositopeniya 100000 kl\mkl-dən az
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.240
737) Allergik reaksiyanın gedişatı zamanı I cərgə hüceyrə-hədəfdən hansı mediatorlar azad olur?
A) Sadalananların heç biri

B) Histamin

C) Arilsulfataza B

D) Sadalananların hamısı

E) Fosfolitaza D
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.106
738) Allergik reaksiyanın gedişatında II cərgə hüceyrə-hədəfdən hansı mediatorlar azad olur?
A) Eozinofil xemotaksik faktoru (EXF)

B) Histamin

C) Serotonin

D) Histaminaza

E) Fosfolitaza D
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.106
739) Leykotrienlər bunlardan hansının məhsuludur?
A) Sadalananların heç birinin

B) Araxidon turşusunun metoksigenaza metabolizminin

C) Araxidon turşusunun tsiklooksigenazanın

D) Araxidon turşusunun triptaza metabolizminin

E) Metiltransferazanın aktivasiyasının
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.473
740) Hansı leykotrien leykositlərin müsbət xemotaksisini törədir?
A) A4

B) Sadalananların heç biri

C) B4

D) C4, D4, E4



E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.473
741) Hansı dərman preparatı hüceyrədən TAF (trombositlərin aktivasiya faktoru) azad olmasını tormozlayır?
A) Sadalananların heç biri

B) Teofillin

C) Setirizin

D) Ketotifen

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.27
742) Hansı prostaqlandin saya əzələyə boşaldıcı təsir göstərir?
A) D1

B) E2


C) D2 və F2α

D) F2α


E) D2
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.473
743) Aspirin astması olan xəstələrdə asetilsalisil turşusunun bronxospastik effekti nədədir?
A) Endoperoksidlərin aktivasiyası

B) Araxidon turşu mübadiləsinin lipooksigenaza məhsullarının əmələ gəlməsinin üstünlüyündə

C) A2 fosfolipazanın ləngiməsi

D) Lipomodulinin aktivasiyası

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
744) sAMF sintezi hansı ferment sisteminin köməkliyi ilə həyata keçir?
A) Prostaqlandiksintetaza

B) Quanilatsiklaza

C) Sadalananların hamısının

D) Adenilatsiklaza

E) Fosfolipaza
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
745) sQMF sintezi hansı ferment sisteminin köməkliyi ilə həyata keçir?
A) Sadalananların heç biri

B) Sadalananların hamısı

C) Prostaqlandiksintetaza

D) Adenilatsiklaza

E) Quanilatsiklaza
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
746) sAMF parçalanması hansı fermentin iştirakı ilə həyata keçir?
A) Sadalananların hamısı

B) Histidindekarboksilaza

C) sAMF fosfodiesteraza

D) Metiltransferaza

E) Arilsulfataza
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
747) sQMF parçalanması hansı fermentin iştirakı ilə həyata keçir?
A) Sadalananların hamısı

B) Metiltransferaza

C) Histidindekarboksilaza

D) sQMF fosfodiesteraza

E) Arilsulfataza
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
748) Hüceyrədaxili sAMF miqdarının artması hansı ilə müşahidə olunur?
A) Sadalananların heç biri

B) Saya əzələnin yığılması

C) Saya əzələnin boşalması

D) Oyanmanın sürətlənməsi

E) Mediator reseptorlarının blokadası
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
749) Bronxial astması olan xəstələrdə α- və ß- adrenergik reseptorların disbalansı nədədir?
A) Sadalananların heç birində

B) ß-2 adrenergik reseptorların qismən blokadasında

C) α-adrenergik reseptorların qismən blokadasında

D) Sadalananların hamısında

E) α- və ß- adrenergik reseptorların qismən blokadasında
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490
750) Adenilatsiklazanın stimulyasiyası hesabına sAMF səviyyəsinin artmasını hansı törədir?
A) ß-aqonistlər

B) Sadalananların hamısı

C) Ksantin törəmələri

D) α-aqonistlər

E) Kalsium blokatorları
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
751) Fosfodiesterazanın blokadası hesabına sAMF səviyyəsinin artmasını hansı törədir?
A) ß-aqonistlər

B) α-aqonistlər

C) Ksantin törəmələri

D) Kalsium blokatorları

E) Sadalananların hamısı
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
752) Tozcuq allergiyası zamanı xəstələrdə nə zaman kliniki təzahürlər qeyd olunur?
A) Allergik bitkilərin tozlanma dövründə

B) Həşaratlar dişlədikdə

C) Yaz fəslində

D) Ev tozu ilə kontakt zamanı

E) İlboyu
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
753) Məişət allergiyasının nə zaman kliniki təzahürləri mümkündür?
A) Sadalananların hamısı

B) Bitkilərin tozlanma dövründə

C) Sitrus meyvələri qəbul edərkən

D) Heyvanlarla kontakt zamanı

E) Mənzildə təmir zamanı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.410
754) Penisillinə allergiyası olan xəstələrə hansını təyin etmək olmaz?
A) Sadalananların hamısını

B) Ampioks

C) Gentamisin

D) Rifampisin

E) Linkomisin
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.446
755) Analginə allergiyası olan xəstələrə hansını təyin etmək olmaz?
A) Teofedrin

B) Sadalananların hamısını

C) Teofillin

D) Retafil

E) Teotard
Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.433
756) Etazola allergiyası olan xəstələrdə hansına allergik reaksiya ola bilər?
A) Novokainə

B) Sadalananların hamısına

C) Analginə

D) Aspirinə

E) Sitramona
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433
757) Qeyri-infeksion allergenlərlə dəri sınağı nə zaman aparılır?
A) Heç vaxt

B) Sabit remissiya dövründə

C) İstənilən vaxtda

D) Kəskinləşmənin sakitləşən dövründə

E) Allergik xəstəliyin kəskinləşmə dövründə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.406
758) Dəridaxili sınağın qoyulması zamanı mənfi reaksiyanın kontrolu aparılırmı?
A) Aparılması heç də vacib deyildir

B) Göstəriş olduqda aparırlar

C) Aparmaq lazım deyildir

D) Mütləq aparılır

E) Yalnız müsbət reaksiya olduqdan sonra aparılır
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.420
759) Skarifikasiya testi aparılarkən reaksiya nə zaman mənfi hesab olunur?
A) Suluq 1 mm olduqda

B) Hiperemiya sahəsi 1 mm olduqda

C) Ölçüsü kontrolda olduğu kimidirsə

D) hiperemiya > 2 mm olduqda

E) Hiperemiya > 1 mm olduqda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.418
760) Dəri testi zamanı kəskinləşmənin olmaması üçün hansı vacibdir?
A) Xəstəliyin kəskinləşməsi olmadıqda müayinəni aparmaq

B) Sadalananların hamısı

C) Dərini düzgün təmizləmək

D) Allergeni aradan qaldırmaq

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.418
761) Qeyri-bakterial allergenlərlə dəri sınağının aparılmasının diaqnostik əhəmiyyəti nədədir?
A) Sensibilizasiyanın spektri haqqında məlumat vermir

B) Bütün hallarda əhəmiyyətlidir

C) Səbəbkar allergeni aşkar etməyə imkan verir

D) Səbəbkar allergendən şübhələnməyə imkan verir

E) Heç bir məlumat vermir
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.418
762) Bakterial allergenlərlə dəri sınağını nə zaman aparmaq olar?
A) Kəskinləşmə dövründə

B) İstənilən vaxt

C) Remissiya dövründə

D) Qarışıq infeksiyalar zamanı

E) Yalnız müsbət cavab aldıqda
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.412
763) Provakasion allergik testləri nə zaman aparmaq olar?
A) Allergik xəstəliyin kəskinləşməsi zamanı

B) Yalnız müsbət cavab aldıqda

C) Yalnız virus infeksiyasına şübhə olduqda

D) Allergik xəstəliyin remissiya fazasında

E) İstənilən vaxt
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421
764) Tozcuq allergenləri ilə provakasion inqalyasiya testini nə zaman aparmaq olar?
A) Yalnız yazda

B) Tozlanma dövründə

C) İlboyu

D) Tozcuqlu fəslin sonunda

E) İstənilən vaxt
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421
765) Medikamentlərlə provakasion testini kim apara bilər?
A) Həkim-terapevt

B) Həkim-otolarinqoloq

C) Həkim-hematoloq

D) Yalnız həkim-allerqoloq

E) İstənilən müalicə profilli həkimlər
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.416
766) Allerqoloji klinikada spesifik diaqnostikanın laborator metodunun rolu nədədir?
A) Elmi əhəmiyyətə malikdir

B) Diaqnostikanın əlavə üsuludur

C) Cüzi əhəmiyyətə malikdir

D) Diaqnostik əhəmiyyəti yoxdur

E) Birinci dərəcəli əhəmiyyətə malikdir
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.416
767) Spesifik IgE və ya IgG anticisminin immunferment analizi ilə təyininin

prinsipi nədədir?
A) Ümumi IgE və ya IgG anticisminin təyinində

B) Sadalananların Heç biri

C) Sadalananların hamısı

D) Anti-IgE və ya anti-IgG anticisminin nişanlanmış ferment vasitəsi ilə spesifik IgE və ya IgG anticisminin təyinində

E) Radioaktiv-nişanlanmış anti-IgE və ya anti-IgG anticismi vasitəsi ilə spesifik IgE və ya IgG anticisminin təyinində
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.75
768) Qeyri-bakterial allergenlərlə dəri sınağının qoyulmasının əhəmiyyəti nədədir?
A) Bu halda dəri sınağının qoyulması əhəmiyyətsizdir

B) SİT(Spesifik İmmun Terapiya) aparılması üçün allergeni seçməyə imkan verir

C) SİT aparılmasını dayandırmağa imkan verir

D) SİT haqqında məsələni həll etməyə imkan vermir

E) SİT haqqında məsələni həll etməyə imkan verir
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545
769) Histaminin spesifik azad olması testi nə ilə nəticələnir?
A) Spesifik allergen stimuluna cavab olaraq xəstələrin IgE-həssaslaşmış bazofillərindən azad olmuş histamininin təyini ilə

B) Sadalananların hec biri ilə

C) Spesifik allergenin təsirinə cavab olaraq histaminin səviyyəsinin müəyyən edilməsi ilə

D) Spesifik allergenin təsirinə cavab olaraq xəstənin deqranulyasiya olmuş bazofil leykositlərinin müəyyən olunması ilə

E) Allergiyalı xəstələrin qan serumunda histaminin səviyyəsinin müəyyən olunması ilə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
770) Spesifik anticismin immunferment metodu ilə təyininin radioimmun üsuldan fərqi nədədir?
A) Üstünlüyü yoxdur

B) Qiyməti ucuzdur

C) Sadalananların hamısında

D) Xüsusi radioloji avadanlıq tələb etmir

E) İşi yerinə yetirmək üçün çox sadədir
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.75


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin