432) Çox vaxt anafilaktik şok orqanizmdə hansının təsirindən sonra yaranır?
A) Ultrabənövşəyi şüaların
B) Sadalananların hamısının
C) İnfraqırmızı şüaların
D) Sadalananların heç birinin
E) Soyuğun
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.73
433) Çox vaxt anafilaktik şok spesifik immunterapiyanı necə apardıqda baş verir?
A) Allergeni parenteral yeritdikdə
B) Allergeni peroral yeritdikdə
C) Sadalananların heç birindən
D) Sadalananların hamısından
E) Allergeni applikasiyalı yeritdikdə
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.73
434) Anafilaktik şokun patogenezinin immunoloji mərhələsində immunoqlobulinlərin hansı sinfi iştirak edir?
A) IgD
B) IgM
C) IgG
D) IgA
E) IgE
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.145
435) Anafilaktik şokun patofizioloji mərhələsinin xüsusiyyətləri necə xarakterizə olur?
A) Selikli vəzilərin sekresiyasının azalması
B) Damar və toxuma baryerlərinin keçiriciliyinin azalması
C) Bronxların,damarların,miokardın saya əzələsinin yığılması
D) Sadalananların heç biri
E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.145
Dostları ilə paylaş: |